SÖYÜDGÜLÜ

is. bot. Ətirli çəhrayı və ya ağ çiçəkləri olan, ensiz yarpaqlı, həmişəyaşıl kol-bitki. Oleandr və ya söyüdgülü geniş becərilən bəzək bitkisidir, yarpaqları dəstə halında üç-üç düzülür.
Bitki zəhərlidir, tərkibində storofantinə oxşar maddə vardır. M.Qasımov.
Səfər kişi … göy-göyərti əkibbiçir, şimala, cənuba gəlib-gedən yolçuların çoxunu söyüdgülü, ətirşahla qarşılayıb yola salır. Mir Cəlal.

SÖYÜD
SÖYÜDLÜ
OBASTAN VİKİ
Ətirli söyüdgülü
Adi oleandr (lat. Nerium oleander) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin oleandr cinsinə aid bitki növü. == Təbii yayılması == Oleandrın vətəni — qərbdə Mərakeş və Portuqaliyadan şərqdə cənubi Çinə qədər quru və yarımquru subtropiklərin geniş zolağıdır. Təbii halda Aralıq dənizi sahili ölkələrində, Yaponiyada və Hindistanda yayılan 3 növü məlumdur. == Botaniki təsviri == Hündürlüyü 6 m olan həmişəyaşıl kol və ya kiçik ağacdır. Budaqlanan gövdələri qonur rəngli, yumru qabıqlarla örtülmüşdür. Yarpaqlarının uzunluğu 12 sm olub, neştərvari formalı, bozumtul-yaşıl rənglidir, üzbəüz və ya dəstələrdə 3-4 ədəd lansetvari və ya xətvari, kənarları bütöv və ya oyuqlu, qısa saplaqda, çılpaq, dərili, açıq orta damarcıqlıdır. Çiçəkləri parlaq, iri, beşləçəkli, qalxanvari çiçək qruplarında yerləşmişdir. Yayda çiçəkləyir. Əsasən toxumla, qələmlə, pöhrələrlə çoxaldılır.

Значение слова в других словарях