SIRA
SIRACA
OBASTAN VİKİ
Sıra
Sıra — bir neçə mənası vardır: Sıra — eyni situasiyada və statusda olan insanların, eyni tipli əşyaların bir sırada düzülüşü. Sıra — hansısa halın bir-birinin ardınca müəyyən qaydada düzülüşü. Sıra — ardıcıllıq. Sıra (riyaziyyat) — sonsuz sayda toplananların cəmi. Sıra (hərb) - hərbiçilərin çiyin-çiyinə bir xətt üzrə düzülüşü.
Bennettitlər (sıra)
Marşansiya (sıra)
Marşansiya (lat. Marchantiales) — marşansiya (Marchantiidae) yarımsinfinə aid sırası. Bu sırasının nümayəndələrinin tallomu mürəkkəb anatomik quruluşa malikdir. Nümayəndələrinin əksəriyyətinin tallomunun üst qatında assimilyasiyaedici hava qatı, sadə quruluşlu ağızcıqlar, alt tərəfində amfiqastr adlanan pulcuqlar yerləşir. Sadə və dilcikşəkilli rizoidləri olur. Arxeqoni və anteridilər tallomun üst tərəfinin əsasən çuxur hissəsində yerləşir, bəzən qametofitin toxumasına söykənirlər. İnkişaf etmiş növlərdə isə onlar tallomun dirsəyinin üstündəki lövhəciklərin üzərində inkişaf edir. == Təsnifatı == Marşansiya sıranın ən geniş yayılmış fəsiləsi Marşansiyakimilər (Marchantiaceae) fəsiləsidir.
Qaraçöhrə (sıra)
Qaraçöhrə (lat. Taxales) — i̇ynəyarpaqlılar sinfinə aid bitki sırası.
Qatırquyruğu (sıra)
Qatırquyruğu (lat. Equisetales) — qatırquyruğukimilər şöbəsinin qatırquyruğu sinfinə aid bitki sırası.
Riniya (sıra)
Rhynia gwynne-vaughanii (lat. Rhynia gwynne-vaughanii) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin riniya cinsinə aid bitki növü.
Salviniya (sıra)
Salviniya (lat. Salviniales) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinə aid bitki dəstəsi. Marsileaceae Mirb. in Lam. & Mirb. 1802 Salviniaceae Martinov 1820 "Hydropteridales" Marsileales Bartl. in Mart. 1835 Pilulariales Bercht.
Sıra (hərb)
Sıra - hərbi qulluqçuların piyada və maşınlarla birgə hərəkəti üçün Nizamnamə ilə düzülüşünə deyilir.
Sıra (riyaziyyat)
Sıra (riyaziyyat) — sonsuz ədədlər ardıcıllığının elementlərindən düzəldilmiş cəm. Sıra (riyaziyyat) iki baxımdam öyrənilir: riyazi analizdə; kompleks analizdə; В. А. Зорич. Глава III. Предел. § 1. Предел последовательности, Математический анализ, часть I, М, Наука, 1981, стр.104-114,стр.544, Ю. С. Богданов — «Лекции по математическому анализу» — Часть 2 — Минск — Издательство БГУ им. В. И. Ленина — 1978.
Sıra sayı
Sıra sayları — əşyanın sırasını bildirən, "neçənci?", bəzən də "hansı?" sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları bəzən "hansı ?" sualına da cavab verir. Məsələn, birinci (hansı?) mərtəbə, axırıncı (hansı?) cərgə və s. Sıra saylarından sonra gələn isimlər bəzən cəm şəkilçisi qəbul edə bilir. Məsələn: beşinci siniflər, 30-cu illər, birinci sıralar və s. Sıra sayları başqa saylara nisbətən daha çox isimsiz işlənə bilir, yəni isimləşir.
Yungermani (sıra)
Yungermani (lat. Jungermanniidae) — Jungermanniopsida sinfinə aid yarımsinif. Yungermani sırası ən geniş sıra olub, 20 fəsilə, 200 cins və 5000 növü özündə cəmləşdirir. Bu sıraya iki cərgədə düzülmüş yarpağı və qarın hissəsində bir cərgədə düzülmüş amfiqastrı olan, tam sərilən, yarpaqlı gövdəli formalar daxildir. Metzgerilərin yarpaqlı gövdəli formalarının yarpaqlarından fərqli olaraq yungermanilərin hər yarpağı iki hüceyrədən əmələ gəlib və böyümə nöqtəsinin yaxınlığında inkişaf edir. Əksər hallarda yarpaqlar iki çıxıntılıdır. Üst tərəfdəki iri çıxıntı yuxarıdakı hüceyrədən, alt tərəfdəki kiçik çıxıntı aşağıdakı hüceyrədən formalaşır. Bəzən alt çıxıntı inkişaf etmir. Yungermanilər ciyərotu mamırları içərisində ən polimorf qrup olub, geniş ekoloji coğrafi amplitudaya malikdir. Yungermanilər əsasən tropik və subtropik vilayətlərin rütubətli ərazilərində, bir hissəsi soyuq iqlimi olan tundrada, bəzi nümayəndələri isə hətta quru vilayətlərdə inkişaf edir.
Kordilyer (sıra dağlar)
Kordilyer — (rus. кордильера, ing. cordillera) fiziki coğrafiya və geomorfologiyada ümumi məfhum olub, müəyyən məsafədə uzanmış və müəyyən dərəcədə paralel dağ silsilələrini ifadə etmək üçün istifadə edilir (ona bitişik dərələr, hövzələr, platolar, düzənliklər, yaylalar, çaylar və göllərlə birlikdə). Kordilyerlərin ayrı-ayrı hissələri müxtəlif istiqamətli ola bilər, lakin əsas istiqamət bir olur (mis: Cənubi Amerikada And paralel dağ sistemləri). Məfhum Cənubi Amerikada ayrılıqda dağ sistemlərini ifadə etmək işlədilir.
Sualtı sıra dağları
Bütün okeanlarda və bəzi dənizlərdə dibin 4-5 km və daha artıq qalxmış uzun , ensiz dağlarıdır. Sualtı sıra dağlarının bəzilərinin zirvələri su səthindən yuxarı qalxıb, ada əmələ gətirir.
Yaşıl mamırlar (sıra)
Yaşıl mamırlar (lat. Bryales) — mamırkimilər şöbəsinin yarpaqlı mamırlar sinfinə aid sıra. Yarpaqlı mamırlar sinfinə aid olan bu sıranın nümayəndələri çoxillik bitki növləridir. Sıra 16 fəsilənin 62 cinsinə aid 2000-ə yaxın növü əhatə edir. Bu sıraya daxil olan növlərin hündürlüyü 30 sm-dək ola bilir. Yaşıl mamırlar sırasına 5 fəsilə daxildir: Brуасеае — Yaşıl mamırlar və ya Schwägr.. 17 cinsə aid 1300 növ. Leptostomataceae — Schwägr. Mniaceae — Schwägr. Phyllodrepaniaceae — Schwägr.
Əsl qıjılar (sıra)
Böyük Qafqaz sıra dağları
Böyük Qafqaz — Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən dağ sistemi; Alp-Himalay dağ qurşağının tərkib hissəsi. Cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. == Oroqrafik təsvir == Böyük Qafqazın çox hissəsini təşkil edən Baş Qafqaz silsiləsi Azərbaycan Respublikasının ərazisində Gürcüstan Respublikası və Rusiyanın Dağıstan Respublikası ilə sərhəddəki Tinov-Rosso (3385 m) zirvəsindən başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Rusiyanın Dağıstan ərazisinə düşür)və Bazardüzü zirvəsindən cənubdakı hissəsinin isə hər iki yamacı Azərbaycan ərazisinə daxildir. Baş Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü — 4466 m, Tufandağ — 4191 m, Bazaryurd — 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Baş Qafqaz silsiləsi Dübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir.
Böyük Suayırıcı sıra dağları
Böyük Suayırıcı sıra dağları və ya Böyük Suayırıcı silsilə (ing. Great Dividing Range) — Avstraliyanın şərq və cənub-şərq sahilləri boyunca 4000 km-ə qədər uzanan dağ silsiləsi. Neogen-antropogen dövründə yaranmışdır. Dağlar əsasən əhəngdaşı, qranit, qneys və vulkanik suxurlardan ibarətdir. Dağda neft, qaz, daş kömür, boz kömür (liqnit), qalay, polimetal filizlər, qızıl, mis, titan-maqnetit qumlar var.

Значение слова в других словарях