Sədaqət Hüseynova
Sədaqət Hüseynova — Tibb elmləri doktoru, professor, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Kliniki Neyrofizioligiya Laboratoriyasının rəhbəri.
== Həyatı ==
1960-cı ildə Tovuz rayonunda ziyalı ailəsində anadan olmuşdur. Atası Hüseynov Qənbər Qənbər oğlu həkim-cərrah və alim olmuşdur.
1967–1977-cil ildə Bakı şəhəri, 190 saylı Qırmızı Əmək Bayrağı ordenli məktəbi bitirmişdir . 1977–1983-cü ildə Azərbaycan Dövlət Tibb Universiteti Müalicə-profilaktika fakültəsini bitirmişdir (Fərqlənmə diplomu ilə).
== Elmi-Tibbi fəaliyyəti ==
1983–1984 Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Həkim-interna
1985–1988 Fərdi Təqaüdçülər Poliklinikası, Həkim-psixoterapevt
1988–1991 Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Aspirant (Sinir xəstəlikləri şöbəsi)
1991 Ümumittifaq Tibbi Reabilitasiya və Fiziki Terapiya Elmi Mərkəzində (Moskva) t. e. n. alimlik dərəcəsi almaq üçün "Decimetr diapazonlu elektromaqnit sahəsinin və qətransızlaşdırılmış naftalanın bazu-kürək periartrozunun müalicəsində tətbiqi" mövzusunda dissertasiyanın müdafiəsi
1991–1994 Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, nevrologiya şöbəsi, tibb elmləri namizədi, kiçik elmi işçi
1994–1999 Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, nevrologiya şöbəsi, tibb elmləri namizədi, böyük elmi işçi
2004 "Periferik sinir sisteminin odlu silah yaralanması olan xəstələrin bərpa müalicəsində fiziki faktorların (impulslu cərəyanlar və naftalanoterapiya) tətbiqi" mövzusunda doktorluq dissertasiyasının müdafiəsi (Qarabağ müharibəsinin materialları əsasında)
1999–2007 Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, nevrologiya şöbəsi, tibb elmləri doktoru, aparıcı elmi işçi
2007-ci ildən Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Kliniki-Neyrofiziologiya Laboratotiyası , rəhbər
=== Elmi əsərləri: ===
200-dən çox dərc olunmuş elmi əsər, o cümlədən 6 ixtira və səmərələşdirici təklifi var.
=== Kadrlarla iş ===
4 nəfər tibb üzrə fəlsəfə doktorunun hazırlanması
=== Beynəlxalq üzvlüklər ===
Ümumdünya Ağrı Cəmiyyəti,
Ümumdünya Nevroloqlar Federasiyası,
Avropa Nevroloji Akademiyası (fərdi üzv),
"Controversies on Neurology" (CONy) ümumdünya konqressində Azərbaycan üzrə Ambassador (2015-ci ildən)
=== Yerli üzvlüklər ===
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutun Elmi Şurası,
Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın nevrologiya üzrə ixtisaslaşdırılmış Elmi Şurası,
Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası
== Təltiflər ==
"İlin Həkimi" (2014)
"İlin Ziyalısı" (2015)
"Tərəqqi" medalı (2017)
== İctimai fəaliyyəti ==
2013 "Sağlam Həyat Naminə" İctimai Birliyi, təsisçi və sədr.