SƏQQA

is. [ ər. ] köhn. Keçmişdə evlərə su daşıyan; su paylayan, suçu.
Təbrizin məşhur səqqalərindən Tacı qızı Züleyxanın qapısını vururlar. M.S.Ordubadi.

SƏQF
SƏLAHİYYƏT
OBASTAN VİKİ
Səqqaxana
Tarix-mədəniyyət abidələri ilə çox zəngin olan Ordubad şəhərində Naxçıvan ərazisinin digər yerlərində rast gəlinməyən nadir memarlıq abidələrinə də rast gəlinir. Belə abidələrdən biri şəhərin Mingis məhəlləsində yerləşən səqqaxanadır. Abidənin belə adlanması ərəbcə səqqa (su satan, su paylayan, su verən, su çəkən) və farsca xane (ev) sözlərinin birləşməsindən yaranmışdır. Səqqaxanalarda insanların istifadəsi üçün su saxlanılırdı və həmin su insanlara paylanırdı. Səqqaxanalar dini xarakterli tikililər qrupuna daxildir və vəqflər hesabına maliyyələşdirilirdi. Bu məkanlar əksərən yaşıl rəngə boyanır və ya üzəri yeddi rəngdə kaşı ilə örtülürdü. Kaşı işləmələrində Kərbəla müsibəti, Həzrət Abbas at belində, yaxud piyada, əynində zireh, sağ əlində nizə, sol çiynindən asılmış su tuluğu və s. təsvir olunurdu. Bundan başqa, səqqaxananın daxili divarlarında imamların və dini ziyarətgahların çərçivəyə salınmış şəkli vurulur, ələm və qıfıllar asılır, həmçinin buraya müxtəlif rəngli parçalar niyyət edilib düyünlənirdi. Bu şəkillər onlara tamaşa edən hər kəsdə dini hissləri oyadırdı Ordubad şəhərində, Mingis məscidinin şimal tərəfində yerləşən bu səqqaxanaya yerli əhalinin dediyinə görə kəhrizdən su gəlir və tikilinin ortasında olan hovuza dolurdu.

Значение слова в других словарях