SƏRASİMƏ
SƏRAYDAR
OBASTAN VİKİ
Sərayə əl-Salam
Sərayə əl-Salam (ərəb. سرايا السلام‎, hərf. Sülh bölükləri) — 2014-cü ildə yaradılmış İraq şiə milisi. Onlar Xalq Səfərbərlik Qüvvələrinin bir hissəsidir və "Mehdi Ordusu" qruplaşmasının dirçəlişi cəhdidir. == Tarixi == Onlar Müqtəda əs-Sədr tərəfindən şiə ziyarətgahlarını İslam Dövlətindən qorumaq üçün yaradılmışdır. 2014-cü ilin iyun ayında bu "Sülh bölükləri" İraq müharibəsi zamanı "Mehdi Ordusu"nun əsas əməliyyat mərkəzi olması ilə tanınan Bağdadın Mədinət-əs-Sədr gecəqondusunda yürüş etmişdilər. "Sülh bölükləri" türbələri qorumaqla yanaşı 2014-cü ilin oktyabrında Cüfr ən-Nəsr geri alınması kimi hücum əməliyyatlarında iştirak etmişdilər. Onlar 2015-ci ilin fevralında fəaliyyətlərini müvəqqəti dayandırmışdılar, lakin mart ayında İkinci Tikrit döyüşündə fəallıq göstərmişdilər.
Sərayə əl-Xorasani
Sərayə əl-Xorasani və ya Xorasan briqadası (ərəb. سرايا طليعة الخراساني‎, Sərayə Təli-ə əl-Xurasani; hərf. Xorasanın avanqard bölükləri), həmçinin 18-ci Briqada — Xalq Səfərbərlik Qüvvələrinin 2013-cü ildə yaradılmış şiə islamçı milisləri. İraqda ikinci vətəndaş müharibəsi və Suriyada vətəndaş müharibəsində iştirak etmişdir. == İdeologiyası == Qrup adını VIII əsrdə yaşamış müsəlman lideri Əbu Müslim Xorasanidən götürmüşdür. Bu silahlı qrupun üzvləri iraqlı olsa da, onun loqosu İran İslam İnqilabı Keşikçiləri Korpusunun loqosunu təqlid edir. Onun ideologiyası şiə islamına əsaslanır və Əlinin ailəsinə işarə edir.