SƏRİNLƏTMƏK

f.
1. Sərin etmək, sərinləşdirmək. Yağış havanı sərinlətdi.
[Ağaclar] qəsrin alçaq hasarının dibində bitdikləri üçün qəsrin həyətini sərinlətmək vəzifəsini bitirirdi. M.S.Ordubadi.
Təmiz hava yataq otağına dolub qızı sərinlətdi. Ə.Vəliyev.

2. məc. Təskin etmək, təskinlik vermək, təsəlli verərək fərəhləndirmək.
Sərinlətdin baxışınla könlümü; Buludların uçuşundan yarandın. Ə.Cavad.
Vaxtsız qovlamayın siz məhəbbəti; Ürək sərinlədir eşqin şərbəti. S.Vurğun.

SƏRİNLƏTMƏ
SƏRİNLİK

Значение слова в других словарях