SƏRİNLİK

is.
1. Sərin hava. Sərinlik düşmək.
– Bir az əvvəl yağmış yağışdan sonra havada sərinlik və rütubət hiss olunurdu. T.Ş.Simurq.
Dənizdən əsən xəfif meh fəhlə qəsəbəsinə xoş bir sərinlik gətirirdi. M.Hüseyn.

2. Sərin yer. Sərinlikdə oturmaq.
– …Hava sərinlikdən xoş bir ətir gətirirdi. Mir Cəlal.
[Yarpaqlar] …sərinlik yaradır. Ə.Əbülhəsən.

3. Sərin şeyin halı. Suyun, havanın sərinliyi.
4. məc. Münasibətdə soyuqluq.
Ancaq son zamanlarda Mürsəl ilə mənim aramdakı bu sərinlik birdən-birə gözlənilmədən çəkildi. Mir Cəlal.

Синонимы

  • SƏRİNLİK duruluq — saflıq — aydınlıq
  • SƏRİNLİK soyuqluq

Антонимы

  • SƏRİNLİK SƏRİNLİK – İSTİLİK Sərinlik yayılır bu gözəl bağa (A.Şaiq); Hər yeri istilik bürüyüb (S.Hüseyn)
SƏRİNLƏTMƏK
SƏRİŞTƏ

Значение слова в других словарях