SƏRXOŞLUQ

is.
1. Sərxoş adamın halı; keflilik.
Çünki içmək onu xarab elədi, o qədər içirdi ki, bir saat da sərxoşluqdan ayıq olmurdu. E.Sultanov.
Zeynal sərxoşluğundan müvazinətini saxlaya bilmədiyi üçün Mehribana gücü yetmirdi. S.Hüseyn.

2. Daima içib keflənməyə adət etmə, içki düşkünlüyü. Vaxtını sərxoşluqda keçirmək.

Синонимы

  • SƏRXOŞLUQ məstlik — keflilik — dəmlik — nəşəlilik — xumarlıq
  • SƏRXOŞLUQ SƏRXOŞLUQ Saqiya, mən ta əzəldən düşmənəm sərxoşluğa; Mey içib uçmaq nədir bilməz bu könül boşluğa (S

Антонимы

  • SƏRXOŞLUQ SƏRXOŞLUQ – AYIQLIQ Keçir xatırından hətta sərxoşluq; Lakin ümidini kəsməyir Cəlal (S.Vurğun); Ayıqlıqdan lap başım çatlayır (S
SƏRXOŞ
SƏRİH
OBASTAN VİKİ
Sərxoşluq
Alkoqolizm — spirtli içkilərin istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və (və ya) fiziki asılılıqla, habelə digər mənfi tibbi–sosial nəticələrlə ifadə olunan xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı alkoqol asılılığı diaqnozunun təyin olunmasının 6 meyarını müəyyənləşdirilib. Əsas və ilk meyar insanın içki qəbuluna nəzarət edə bilməməsidir. İkinci meyara görə, insan içki qəbul etmək istəyi hiss edir. Bu istək özünü həm açıq şəkildə büruzə verə, həm də gərginliyin aradan qaldırılması, istirahət bəhanəsi altında gizlənə bilər. Bu istək nəticəsində insan öz ailəsini, qanunları və sosial davranış normalarını unudur. Üçüncü əlamət isə orqanizmin spirtli içkiyə asanlıqla "dözməsi"dir. Əgər insan üç şüşə araq içsə və sərxoş olmaması ilə öyünürsə, bu, təhlükəli sindromdur. Məsələ burasındadır ki, orqanizm son gücünə qədər qana daxil olan etil spirtini emal etməyə çalışır, amma gec və ya tez son mərhələ çatır və mexanizm pozulur. Nəticədə alkoqol əqli zəifliyə səbəb olur.

Значение слова в других словарях