Sərək
Sərək — Azərbaycan Respublikasının Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsində kənd.
== Etimologiyası ==
Coğrafi ad fars dilindəki bərk ağac növü olan zərəng bitki (dəmir ağacı növü) adı və kənd topokomponentlərinin birləşməsindən yaranmışdır.
== Əhalisi ==
Bu kənddə ləhcələri və adətləri ilə əsas əhalidən seçilən ayrıca bir tayfa yaşayır.
Miller çorojlar barədə isə bunları qeyd edir: "Çorojların nümayəndələrindən biri ilə Astaranın Sərək kəndi yaxınlığında görüşdüm. Onlar da özlərini talış hesab edirlər. Çorojlar köçəri tayfa olub bu regiona əsasən İranın Talışdolab mahalından gəliblər. Onların hamısı sünni məzhəbinə malikdirlər. Bu tayfanın üzvləri türk (azərbaycanca) danışa bilmirlər. Onların qışlaqları Təngərud kəndi ətrafında, yaylaqları isə Toradi kəndi yaxınlığındadır. Onlar haqqında mənə digər talışlardan fərqli adət-ənənələrinin olduğu barədə məlumat verilmişdi, lakin özləri bunu inkar edir" (Miller, 1926:9).