SƏRƏFRAZ

sif.zərf [ fars. ] klas. Başı uca.
Sərəfraz gəzirsən büllur otaqda; Uzaqda oduna yananı gözlə! Aşıq İman.

□ Sərəfraz buyurmaq tənt. – bax sərəfraz etmək.
Mən özümü borclu hesab edirəm, sizdən razılıq eləməyə ki, bu uzun yolu zəhmət ilə buraya gəlib, məni sərəfraz buyurubsunuz. C.Məmmədquluzadə.
Xeyli sərəfraz buyurmuşsunuz, biz ata-babadan xalqın məsləhəti ilə hökumət sürmüşük… M.S.Ordubadi.

Sərəfraz etmək (eyləmək, qılmaq) – gəlməyi və ya başqa bir hərəkəti ilə birinin başını uca etmək, hörmətini qaldırmaq, hörmətə mindirmək, adamların gözündə yüksəltmək; şərəfləndirmək.
Məcnun dedi: Ey açan mənə raz; Lütfilə qılan məni sərəfraz! Füzuli.
[Ağa Kərim xan:] Əziz qonaq bizi sərəfraz edib, xoş gəlib… N.Vəzirov.

Sərəfraz olmaq – başı uca olmaq, yüksəlmək.
Nazənin-nazənin edərsiz avaz; Ruh tazələnir, olur sərəfraz. M.P.Vaqif.

SƏRDARI
SƏRƏK

Значение слова в других словарях