TƏDARÜK

I. i. laying in, stocking up; (dövlət) State purchasing / purveyance; dövlət taxıl ~ü State grain purchase / procurements pl.; yem ~ü laying-in of fodder; ~ etmək (taxıl, odun və s.) to lay* in (d.), to store up (d.); to stock (d.); qışa odun ~ etmək to lay* in firewood for the winter

II. s. ~ məntəqəsi purveying centre, procurement station; ~ təşkilatı official body in charge of (state) purchases; ~ qiyməti siya.-iq. State purchase price, procurement price

TƏCRÜBİ
TƏDARÜKCÜL
OBASTAN VİKİ
Aqrar Tədarük və Təchizat
"Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli 400 nömrəli fərmanı əsasında, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılıb. Cəmiyyət 22 iyul 2019-cu il tarixində isə Azərbaycan Respublikasının Vergilər Nazirliyində dövlət qeydiyyatına alınıb. == Cəmiyyətin İdarə Heyəti == "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədr və iki üzvdən ibarətdir. İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri tərəfindən təyin olunur. == Cəmiyyətin vəzifələri == "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalının operatoru funksiyasının həyata keçirilməsi; Elektron portalda qeydiyyatdan keçmiş istehsalçıların və satıcıların monitorinqinin aparılması; Fiziki və hüquqi şəxslərlə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq ərzaq məhsullarının saxlanılması (anbar) və daşınması xidmətlərinin həyata keçirilməsi; Kənd təsərrüfatı və ərzaq məhsullarının yerli bazarda satışının təşkili məqsədilə satış obyektlərinin (yarmarkaların) təşkil edilməsi; Layihələr çərçivəsində fermerlərin maarifləndirilməsi və onlara dəstək göstərilməsi üçün tədbirlərin görülməsi; Dövlət proqramlarında nəzərdə tutulmuş Cəmiyyətə aid vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi; == Fermerlər və satınalan təşkilatlarla əməkdaşlıq == "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyəti "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" tedaruk.az elektron portalının operatoru funksiyasını həyata keçirir. Elektron portal dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır. Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir. Portal həm istehsalçıların, həm də satınalan təşkilatların istifadəsi üçün açıqdır. === “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı === “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına satın alınması ilə bağlı tələb və təkliflərin yerləşdirildiyi, alqı-satqı əməliyyatlarının təşkil edildiyi “Elektron kənd təsərrüfatı” informasiya sisteminin altsistemidir. Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseduru aşağıdakı qaydada həyata keçirilir: Satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formaya uyğun məlumatları hər il iyulun 1-dək elektron portalda yerləşdirirlər.

Значение слова в других словарях