Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səransər (Sərab)
Səransər (fars. سرانسر‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 250 nəfər yaşayır (61 ailə).
Searaser
Searaser — Böyük Britaniyada bir elm adamı tərəfindən icad olunan və suda işləyən pedallı hava nasosu dəniz suyu elektrikə çevirə bilir. “Searaser” adı verilən alətlə aparılan testlərdə onun yaxınlığında yerləşdirilən lampanı yandıra bildiyi sübut olundu. Bu nümunənin 13 dəfə daha böyük olması planlaşdırılır. Bu həqiqətən də suda üzən bir velisoped nasosudur. Pedal aşağı yuxarı hərəkət etdikcə, dəniz suyunu çəkib geri qaytarır. Elvin Smit hələ 10 il əvvəl üzgüçülük hovuzunda batmayan bir topla oynayarkən bu fikir ağlına gəlir. “Searaser” adı verdiyimiz bu nasosu suya saldıqda dalğa və axın vasitəsilə hərəkət edə bilir. Yarım metr dərinlik bəs edər ki, qurğu hərəkətə gəlsin. Bunu bir çəllək sovurub bir trubin vasitəsilə elektrik istehsal etmək olur. Dəniz axınıtsı iki barjanı yuxarı və aşağı hərəkət etdirdiyində nasos suyu borulardan çəkib sahildəki çəlləyə doldurur.
Bərəsər
Bərəsər — İranın Gilan ostanında yerləşən şəhər. Bərəsər əhalisinin əksəriyyətini tatlar təşkil edir.
Pərəsər
Pərəsər — İranın Gilan ostanında yerləşən şəhər. == Əhalisi == Pərəsər əhalisinin çoxluğunu Azərbaycanlılar və Talışlar təşkil edir. Burada yaşayan etnik Talışlar əsasən islamın sünni-şafei qoluna etiqad edirlər; Azərbaycanlılar isə əsasən şiə-cəfəri inanclıdır.
Səngsər
Səngsər və ya Mehdişəhr — İranın Simnan ostanının şəhərlərindən və Mehdişəhr şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,581 nəfər və 5,473 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti səngsər elindən ibarətdir və səngsər dilində danışırlar.
Sərvlər
Sərvlər (lat. Cupressoideae) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki yarımfəsiləsi.
Bərabər işarəsi
Bərabər işarəsi — indiki formasına yaxın bir şəkildə ilk dəfə 1557-ci ildə riyaziyyatçı Robert Rekorde (1510–1558) tərəfindən istifadə edilmişdir. == Tarixi == XVI əsrə qədər bütün riyaziyyatçılar özlərinə xas bərabərlik işarəsindən istifadə edirdilər və vahid işarə olmadığından bir-birilərini çətin başa düşürdülər. Emre Robert Rekorde 1557-ci ildə The Whetstone of Witte adlı əsərində : "Bərabərdir sözünü bezdirici bir şəkildə tez-tez istifadə etmək əvəzinə öz işlərimdə də istifadə etdiyim iki paralel xətdən istifadə etmək olar" deyərək ilk dəfə istifadə etmişdir.
Bəradər (uydurma)
Köməkçi, bəradər və ya saydkik (ing. sidekick) — qeyri-mütləq halda adətən uydurmada, birlikdə səyahət etdiyi şəxsin tabeliyində olan və ya elə qiymətləndirilən yaxın yoldaş və ya həmkar. Tanınmış bəradərlərə Don Kixotun Saço Pansası, Şerlok Holmsun Doktor Uatsonu, Harri Potterin Ron Uizlisi, Şrekin Eşşəyi, Marionun Luicisi, Sonikin Teylzi və Betmenin Robini daxildir. == Mənşə == Köməkçi sözünün kökü olan "Kömək" qədim türk dilindən törəmişdir. Əlavə olaraq, bəradər sözü isə fars dilindən törəmişdir (برادر) və "qardaş" deməkdir. "Saydkik" termini əsrin XIX əsrin axırları və XX əsrin əvvəllərində cibgirlik slenqindən törəmişdir. "Kik" şalvar cibinin ön hissəsinə deyilirdi və ən təhlükəsiz hissə hesab edilirdi. Beləliklə, analoqiyaya görə, "sayd-kik" şəxsin ən yaxın yoldaşı olmuşdu.Tarixdə qeydə alınmış ilk köməkçilərdən biri Gilqameşin müttəfiqi olan Enkidudur. Digər erkən nümunələrə İliada dastanındakı Patrokl və Əhdi-Ətiqdəki Harun daxildir. == Müqayisələr == Müsbət xarakterli personajlardan fərqli olaraq, hansısa bir caninin yoldaşına quyruqbulayan (hençman), nökər (lakey) və ya xidmətçi deyilir.
Səngsər dili
Səngsər dili — Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran qrupunun Simnan dilləridəndir ki İranın Simnan ostanında, xüsusilə Səngsər (Mehdişəhr)də danışılır.
Səngsər eli
Səngsər eli - əsasən İranın Simnan ostanında Mehdişəhr(Səngsər) şəhərində yaşayırlar, amma köç ərazilərinə Tehran, Qəzvin, Gülüstan, Mərkəzi, Qum,Rəzavi Xorasan, Şimali Xorasan, Cənubi Xorasan, Gilan, Mazandaran, İsfahan ostanlarıda daxildir. Səngsərlər səngsər dilində danışırlar, müsəlman (şiə) və bəhaidirlər. Onlar dünyanın ən uzun miqrasiya marşrutunu keçirlər. Belə ki, onların ən uzaq yaylaq və qışlaq nöqtəsinin məsafəsi 1500 km-dən çoxdur.
Sərvər Abdinov
Abdinov Sərvər Famil oğlu — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Sərvər Abdinov 1974-cü ildə Zəngilan rayonunun Alıbəyli kəndində anadan olub. 1981-ci ildə Alıbəyli kənd orta məktəbinin birinci sinfinə gedib və 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. Sənədlərini Bakıdakı Ticarət-Kommersiya məktəbinə verib, qəbul olub. Dekabrın 10-da Zəngilanda baş vermiş hadisələri görən Sərvər məktəbin 2-ci kursundan çıxıb doğma torpağı Zəngilana gəlir. O, rayon hərbi komissarlığına müraciət edir. Respublika hərbi komissarlığının çağırış məntəqəsinə göndərilir. Oradan isə Sərvəri Əli Bayramlı şəhər Respublika Daxili Qoşunlarının hərbi hissəsinə üç aylıq kursa göndərirlər. Təlim müddəti başa çatdıqdan sonra o, Zəngilana göndəriş alır. 30 mart 1993-cü ildə döyüşdə qəhrəmancasına şəhid olub.
Sərvər Ceparov
Sərvər Ceparov — Özbəkistan futbolçusu. == Nailiyyətləri == Asiyanın ən yaxşı futbolçusu (2) — 2008; 2011 == Xarici keçidlər == Bahodir Nasimovun komanda yoldaşı ilin futbolçusu seçildi.
Sərvər Mehrəliyev
Sərvər Həşdər oğlu Mehrəliyev (6 fevral 1957, Zəngilan rayonu – 4 may 2017, Bakı) — polis general-mayor. == Həyatı == Sərvər Həşdər oğlu Mehrəliyev 1957-ci il fevralın 6-da Zəngilan rayonunun Şayıflı kəndində doğulmuşdu. 1976–1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdı. == Fəaliyyəti == Sərvər Mehrəliyev 1981-ci ilin fevralında müstəntiq kimi Naxçıvanda xidmət etmişdir. Sonrakı fəaliyyəti Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi ilə bağlı olmuşdu. Müxtəlif illərdə İstintaq Hissəsində müstəntiq, mühüm işlər üzrə baş müstəntiq vəzifələrində çalışmış, 2000-ci ildən DİN-in İstintaq İdarəsinin, 2001-ci ildən Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdi.
Sərvər Qəniyev
Sərvər Soltan oğlu Qəniyev (5 avqust 1937, Bakı – 5 sentyabr 2010, Ankara) — Azərbaycan skripkaçısı və dirijoru, "Şöhrət" ordeni laureatı, Prezident təqaüdçüsü, Azərbaycan SSR xalq artisti (1982). == Həyatı == Sərvər Qəniyev 1937-ci il avqustun 5-də Bakı şəhərində anadan olmuşdur. O, ilk musiqi təhsilini Azərbaycan Konservatoriyasının nəzdindəki musiqi məktəbində skripka aləti üzrə almışdır. Hələ gənc ikən Sərvər Qəniyev Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə birlikdə çıxış edərək, musiqi ictimaiyyətinin rəğbətini qazanmışdır. Azərbaycan Dövlət Konservatoriyasına daxil olan musiqiçi ikinci kursdan etibarən peşəkar musiqi təhsilini Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirmişdir. 1960-cı ildə konservatoriyanı bitirdikdən sonra o, həmin ali təhsil ocağının aspiranturasında öz peşə kamilliyini artırmışdır. == Yaradıcılığı == 1963-cü ildə Bakıya qayıdan musiqiçi Azərbaycan Dövlət Konservatoriyasında müəllim və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çalışmağa başlamışdır. 1965-ci ildə Sərvər Qəniyevin təşəbbüsü ilə konservatoriyanın nəzdində simli kvartet yaradılmış və 1979-cu ildən bu kvartet filarmoniyanın nəzdində uğurla fəaliyyət göstərmişdir. Sərvər Qəniyev 1971-1979- cu illərdə Qahirə konservatoriyasında simli alətlər kafedrasının müdiri vəzifəsində işləmiş və eyni zamanda Qahirə simfonik orkestri ilə müxtəlif Avropa ölkələrində qastrol səfərlərində olmuşdur. Onun Misirdə yetişdirdiyi tələbələr bu ölkənin müxtəlif musiqi kollektivlərində müvəffəqiyyətlə çalışırlar.
Sərvər İbrahimov
Sərvər Rza oğlu İbrahimov (13 fevral 1930, Şuşa, DQMV – 7 may 2002, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının əməkdar artisti (2000). == Həyatı == Sərvər Rza oğlu İbrahimov 13 fevral 1930-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1944–1950-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. Əhməd Bakıxanov, Mirzə Mansurdan dərs almışdır.Sərvər İbrahimov 1946–1955-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1955–1964-cü illərdə isə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1978–1988-ci illərdə "Azkonsert" Qastrol-Konsert Birliyində çalışmışdır. Bir çox xanəndələri, o cümlədən Xan Şuşinskini müşayiət etmişdir.1985–2002-ci illərdə Sərvər İbrahimov Bülbül adına Orta İxtisas Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərmişdir. 28 oktyabr 2000-ci ildə ona "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı verilmişdir.Sərvər İbrahimov 7 may 2002-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Sərvər Şahbəyli
Sərvər Şahbəyli — Azərbaycan aktyoru, ssenaristi, nəğməkar şairi. == Həyatı == Sərvər Şahbəyli 15 aprel 1962-ci ildə Ağsu şəhərində anadan olub. 1979-cu ildə Ağsuda 1 saylı orta məktəbi, 1984-ci ildə Bakıda Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuşdur. 1987-ci ildə 3-cü kursda oxuyarkən, Bakı Meydan Teatrında aktyor kimi fəaliyyət göstərib. 1988-ci ildə institutu bitirib Dövlət Filarmoniyasında aparıcı-artist (konfransye) vəzifəsində çalışmışdır. 1989-cu ildə Dövlət Gənclər teatrının yaranmasında yaxından iştirak etmişdir. 2005-ci ilə qədər müəyyən fasilələrlə həmin teatrda fəaliyyət göstərmişdir. 1991-ci ildə İstiqlal teatrının da yaranmasında yaxından iştirak etmiş, həmin teatrda bir il fəaliyyət göstərmişdir. Orta məktəb illərindən poeziyaya-ədəbiyyata maraq göstərmiş, elə o illərdə Ağsu "Birlik" qəzetində şeirləri çap olunmuşdur. 1987-ci ildən şeirlərinə yazılan mahnılar efirdə səslənməyə başlamışdır.
Sərvər Əliyev
Sərvər Bəhlul oğlu Əliyev (d. 22 yanvar 1966) — Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015), İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru (2017-ci ildən). == Həyatı == Sərvər Bəhlul oğlu Əliyev 22 yanvar 1966-cı ildə Naxçıvanın Sədərək rayonunun Sədərək kəndində anadan olub. 1972-ci ildə Sədərək kənd orta məktəbinə gedib. 1980-1982-ci illərdə təhsilini Ordubad internat məktəbində davam etdirərək tamamlayıb. İnternat məktəbində təhsil aldığı illərdə məktəbin nəzdindəki dram dərnəyində fəal çıxış edib. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsinə daxil olub. Görkəmli rejissor və pedaqoq Nəsir Sadıqzadənin kursunda təhsil alıb. İnstitutun 1-ci kursunda oxuyarkən kurs rəhbəri ona heç bir rol vermir. 2-ci kursun ortasında kurs tamaşasındakı əsas rolu ifa edən tələbə xəstələndiyindən Nəsir Sadıqzadə Nazim Hikmətin "Qəribə adam" tamaşasındakı Nəcəf bəy obrazını Sərvər Əliyevə həvalə edir.
Sərsəri oğulun qayıdışı
Sərsəri oğulun qayıdışı (nid. Terugkeer van de Verloren Zoon) - holland rəssamı Rembrandt Harmens van Reyn tərəfindən 1666-1669-cu illərdə çəkildiyi ehtimal olunan rəsm əsəri. Əsər Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən məşhur Ermitaj muzeyində saxlanılır. Əsərdə Əhdi-Cədid hədislərinin süjeti təsvir olunmuşdur. Bu, Rembrandtın dini mövzuda ən böyük əsəridir. Əsərdə sərsəri oğulun evə qayıdışı barədə hədisin son epizodu təsvir edilmişdir.
Ağası xan Sərkər
Ağası xan Xançobanlı-Sərkər (1731, Şamaxı – 1788, Bakı) — Şirvanın ilk xanı. Dövləti qardaşı Məhəmmədsəid xan ilə birlikdə idarə etmişdir. == Gəncliyi == 1731-ci ildə Şamaxıda, Allahverdi bəy Sərkər və Ümmügülsüm xanımın ikinci övladı olaraq dünyaya gəlmişdir. Abbasqulu ağa Bakıxanov Ağası xanın atasını səhvən "Əsgər bəy" yazsa da, Nailə Bayramlının fikrincə bu ad Allahverdi bəy olmalıdır. Mənbələrdə 1748-ci ildən Ağası xan və Məhəmmədsəid xan birlikdə Şirvan xanı kimi hesab olunurlar. 1761-ci ildə Ağası xan qardaşı ilə Hacı Məhəmmədəli xanı devirərək Ağsunu ondan almışdıdı. == Hakimiyyəti == Fətəli xanın Məhəmmədsəid xan və Ağası xandan 10000 rubl xərac tələb etməsi, yayılmış taun xəstəliyinə görə bu pulu yığa bilməyən xanın rədd cavabı verməsi Şirvanın Quba tərəfindən işğalı üçün şərait yaratdı. Şirvan xanlığı əvvəl xərac verməyə razı olsa da, sonra Şəki xanı Hüseyn xana arxalanan Məhəmmədsəid xərac verməkdən imtina etdi. Lakin Şəki ilə də vəziyyət pisləşməsi Qubalı Fətəli xanın Hüseyn xanın Şamaxı xanlığına qarşı birləşməsinə səbəb olur. Xanlar 1764-cü ildə bir daha xərac verəcəyinə söz versə də, yenə sözündən dönür.
Elviyə-yi Səlasə
Elviyə-yi Səlasə — Osmanlı dövründə Batum, Qars və Ərdahan livalarının ortaq adı. "Üç liva" deməkdir.Bu ifadə xüsusilə 1878-ci ildən sonra istifadə olunmağa başlanmışdır. Bu üç vilayət 1877–1878-ci il Rusiya–Osmanlı müharibəsindən sonra bağlanmış müqavilə ilə Rusiya imperiyasına verilmişdi. 3 mart 1918-ci ildə imzalanan Brest-Litovsk müqaviləsi ilə yenidən Osmanlı nəzarətinə keçmişdir, lakin 30 oktyabr 1918-ci ildə imzalanan Mudros müqaviləsinə uyğun olaraq Osmanlı ordusu bu regionu tərk etmək məcburiyyətində qalmışdır.Bir müddət Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin nəzarətində qalan Batum, Qars və Ərdəhan daha sonra Gürcüstan və Ermənistanın nəzarətinə keçmişdir. 16 mart 1921-ci il tarixli Moskva müqaviləsinin və 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinin müddəalarına uyğun olaraq Batumi Gürcüstana, Qars və Ərdahan Türkiyəyə verilmişdir.
Serblər
Serblər — Avropada xalq.
Səfaşəhr
Səfaşəhr- İranın Fars ostanının şəhərlərindən və Xürrəmbid şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,254 nəfər və 5,556 ailədən ibarət idi.
Gün var əsrə bərabər
Gün var əsrə bərabər (rus. И дольше века длится день) — Çingiz Aytmatovun yazdığı kitab. == Haqqında == Baş qəhrəman Yedigey vicdanlı, yorulmaq bilməyən zəhmətkeş, öz yüksək mənəvi borcuna sadiq bir insandır. Müəllif qəhrəmanın taleyini müasir dövrün bir sıra problemləri və bütün bəşəriyyətin sabahkı günü ilə müqayisə edib, dünyada əmin-amanlığın, xeyirxahlığın və humanizmin təntənəsini ən böyük qələbə kimi səciyyələndirir.
Serber
Kerber, Serber' (yun. Κέρβερος) — yunan mifologiyasında Tifon və Exidna (yaxud Tartar və Geya) tərəfindən törənmiş. Kerber Aidin axirət dünyasının girəcəyinin gözətçisi, dirilərin içəri girməsini, ölülərin isə geriyə həyata qayıtmasını əngəlləyən mifik üçbaşlı, ilan quyruqlu köpək. Digər mənbələrdə 50 və 100, bəzi incəsənət əsərlərində 2 başlı köpək kimi təsvir olunur.Persefona onu qardaş kimi qəbul etmişdir. Herakl Hermes və Afinanın köməyi ilə ona qalib gəlmişdir. Kerber gün işığından qusub, öyüdüyü üçün ondan gizlənərmiş. Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən zəhərli akonit. otu göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
Server
Server (en. server ~ ru. сервер ~ tr. sunucu) — kompüter şəbəkəsində öz disklərini, eləcə də periferiya qurğularını, məsələn, printerləri və modemləri birgə istifadəyə verən kompüter. Server şəbəkədə başlıca kompüterdir və şəbəkədəki bütün kompüterlər ona birləşir ki, onun sərt disklərinə və şəbəkə printerinə müraciət edə bilsin. Serverlər "servislər" adlanan müxtəlif funksiyaları, məsələn, çoxsaylı müştərilər arasında məlumat və ya resursların paylaşılmasını, yaxud hesablamaların aparılmasını həyata keçirir. Bir server birdən çox müştəriyə xidmət edə və ya bir müştəri birdən çox serverdən istifadə edə bilər. Müştəri prosesi eyni cihazda və ya şəbəkə üzərindən başqa bir cihazdakı serverə qoşularaq işləyə bilər. Tipik serverlərə verilənlər bazası serverləri, fayl serverləri, poçt serverləri, çap serverləri, veb serverləri, oyun serverləri və proqram serverləri aiddir. Müştəri-server sistemləri adətən sorğu-cavab modeli ilə həyata keçirilir (və tez-tez onunla eyniləşdirilir): müştəri serverə sorğu göndərir, bu sorğu hansısa prosesləri yerinə yetirir və adətən nəticə ilə birlikdə müştəriyə cavab göndərir.
Lukas Lerager
Lukas Lerager (12 iyul 1993-cü ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Bordo klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Danimarka futbolçusudur. == Klub karyerası == Lerager AB, Viborq və Zulte Varegem klublarında bir müddət çıxış etmişdir. O, 2017-ci ilin iyun ayında Bordo klubu ilə dörd illik müqavilə imzalamışdır. == Milli karyerası == O, bir müddət Danimarkanın gənclər millilərində çıxış etmişdir. Lerager 2017-ci ildə Danimarka milli futbol komandasında debüt etmişdir.
Tembot Keraşev
Tembot Məhəmmədoviç Keraşev (rus. Тембот Магометович Кера́шев; 16 avqust 1902 – 8 fevral 1988, Maykop, Krasnodar diyarı) — adıge-sovet yazıçısı, "Stalin" mükafatı laureatı (1948), 1928-ci ildən Sov. İKP(b) üzvü. == Həyatı == Tembot Keraşev 16 avqust 1902-ci ildə Koşehabl kəndində (indiki Adıgeya) kəndli ailəsində anadan olmuşdur. O, özəl tatar məktəbini bitirmiş, 1913–1914-cü illərdə Ufada müəllim seminariyasında, 1918–1920-ci illərdə Abinskaya kəndində realnıy məktəbində, daha sonra Krasnodar Politexnik İnstitutunda (indiki Kuban Dövlət Texnologiya Universiteti) oxumuş, 1929-cu ildə Moskva Sənaye-İqtisad İnstitutunu (indiki Dövlət Menecment Universiteti) bitirmişdir. Bundan sonra Keraşev Adıge Muxtar Vilayətinə qayıtmış və burada regional qəzetin redaktoru, adıgey milli nəşriyyatının müdiri olaraq çalışmışdır. O, 1931-ci ildə Adıgey Elmi-Tədqiqat Yerli Tarix İnstitutunun direktoru təyin edilmiş, 1934–1936-cı illərdə Krasnodar İnstitutunda dosent vəzifəsində çalışmış, ardınca Elmi-Tədqiqat Diyarşünaslıq İnstitutuna elmi işçi kimi qayıtmışdır. Keraşev çərkəzlərin şifahi poeziyasından nümunələr toplamış, folklor əsərləri topluları tərtib etmiş və ədəbiyyat üzrə dərsliklər hazırlamışdır. O, 8 fevral 1988-ci ildə vəfat etmiş, Maykopdakı Yeni qəbiristanlıqda dəfn edilmişdir. == Şəxsi həaytı == Keraşevin oğlu Aslanbəy tanınmış jurnalistdir.
FTP-server
Free-to-play, Free2play, F2P və ya FtP (ing. free – pulsuz və ing. play – oynamaq; hərfi tər. oynamaq pulsuzdu və ya pulsuz oynamaq) — məzmununlarının əhəmiyyətli bir hissəsini oyunçulara pulsuz verən videooyunlarına verilən ad. Free-to-play oyunlarının bir neçə növü var, lakin ən çox yayılmış fremium (ing. Freemium) proqram təminatı modelinə əsaslanır. Fremium videooyunlarında təqdim edilən məzmun tamamilə pulsuz olmur. Bu cür videooyunlarında, oyunçulara tam funksional bir videooyun verilir, ancaq əlavə məzmun üçün oyunçular mikroödənişlər ödəməlidirlər. Free-to-play oyunlarının əksi pay to play oyunlarıdır. Burada ödəniş oyun xidmətlərindən istifadə etməzdən əvvəl tələb olunur.
Gopher-server
Gopher-server – Usenet kompüter şəbəkəsində 1991-ci ildə Minnesota Universitetində işlənib hazırlanmış xəbər qruplarından biri. Bir versiyaya görə, adını Minnesota ştatının sakinlərinin zarafatla işlədilən ayamasından götürüb (“gopher” – “sünbülqıran”). Başqa bir versiyaya görə isə, “gopher” adı “go for it” (“bunu axtar”) ifadəsindən yaranıb. Gopher-serverlərdə mətnlərlə yanaşı, audio və qrafika da olur ki, onları başqalarına göndərmək və çalışdırmaq olur. Başqa sözlə, onlar Dünya hörümçək torunun (WWW) birbaşa sələfləridir. 1993-cü ildə dünyada 1700 Gopher-server var idi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hüma Sərşar
Hüma Sərşar-İran yəhudilərindən olan və 1979-cu il İran İslam İnqilabından sonra ABŞ da sakin olan yazıçı və jurnalist.
Proksi server
Proksi server kompüter şəbəkələrində elə bir serverə deyilir ki, aralıq xidmət kimi fəaliyyət göstərərək istifadəçilərin başqa serverlərdən axtardığı resursları onlara çatdırır. İstifadəçi proksi serverə müxtəlif məqsədlərlə qoşula bilər: xidmətə çıxış, fayl endirmək, bağlantı, internet səhifəsinə baxmaq və s. Proksi server ona göndərilən siqnali filtrasiya qaydalarına əsasən nəzərdən keçirir, məsələn İP ünvan və ya protokola görə filtrasiya edə bilir. Əgər göndərilən siqnal filter vasitəsilə dəstəklənirsə, onda proksi server müvafiq serverə bağlantını yaradır və xidməti istifadəçiyə çatdırır. Proksi server seçim üzrə istifadəçinin siqnalını və serverin cavabını dəyişə bilər və bəzən müəyyən serverlə əlaqə qurmadan xidməti reallaşdıra bilər. Bu halda o keşdən olan cavabları istifadəçiyə çatdırır.
Serder Serderov
Serder Mukayloviç Serderov — Rusiya futbolçusu, yarımmüdafiyəçi. Xorvatiyanın «İstra 1961 » klubunun oyunçusu. 10 mart 1994-cü ildə Mahaçqala şəhərində anadan olub. == Klub karyerası == Serder ilk dəfə futbolla Mahçaqalanın doğma RSDYŞOR-2 komandasında məşğul olmağa başlamış. Onun ilk məşqçisi Qamal Babayev olmuşdur. Daha sonra "Anji"nin uşaq komandasında oynamışdır. Pyatiqorskidə keçirilən yeniyetmələrin turnirində Serderova MOİK nümayəndələri diqqət yetirmiş və daha sonra komandaya dəvət etmişlər. 15 yaşında komandanın əvəzedici heyətində məşqlərə dəvət olunur. 2010-cu ildə isə Rusiyanın gənclər çempionatında debüt edir. 11 martda Serder «Amkar»la olan oyunun 74-cü dəqiqəsində oyuna çıxımış, ancaq bu komandanın məğlubiyyətdən qurtarmasına kömək ola bilməmişdir.
Serdse-Kamen
Serdse-Kamen (çuk. Пыттэлгыянраквын) — Çukot yarımadasının şimal-şərqində yerləşir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çukot rayonu ərazisində yerləşir. Burundan 11 km qərbdə Enurmino kəndi yerləşir. Çukot dilində — Pıttelqıyanrakvın olaraq «Burun sonunda ayrılmış daş» mənasını verir. == Tarixi == Burun 1728 ildə Vitus Berinq tərəfindən Herxard Millerin ekspedisiyası nəticəsində Serdse-Kamen bunu olaraq xəritəyə salmışdır. Bu burnun insan ürəyi ilə heç bir əlaqəsi yoxdur (bənzərlik). 1 sentyabr 1778-ci ildə Ceyms Kuk bu adı xəritədində qeyd edərkən ismin uğursuzluğunu vurğulamışdır. == Fauna == 2009-cu ildə dünyanın ən böyük Morj yerləşim yerləri aşkarlanmışdır. Burada 97 min baş morj aşkarlanmışdır.
Suzie Fraser
Suzie Fraser (27 avqust 1983, Brisben) — Avstraliyanı təmsil edən su poloçusu. Suzie Fraser, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb və bürünc medal qazanıb. == Karyerası == Suzie Fraser, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu.