1. Bir işin, hadisənin və s.-nin ən kiçik, ən cüzi təfərrüatı. Məsələnin təfsilatı.
– [Fərman] … qızla olan ilk görüşünün təfsilatını xəyalında canlandırdı.
Verdiyev [Gəldiyevi] yaxşı başa düşür, söhbətinin təfsilatını da bilirdi.
2. Təfsilatla şəklində zərf – müfəssəl surətdə, təfsilən.
Mürsəl kişi olub-keçənləri təfsilatla yazmışdı.