TƏKƏR

is. [ ər. ]
1. Ox ətrafında fırlanıb təkərli nəqliyyat vasitələrini hərəkətə gətirən dəndəli və ya bütöv dairə; çarx. Faytonçu muşqurdu.
Təkərlərin yeknəsəq səsi at ayaqlarının tappıltısına qarışdı. M.Hüseyn.
Göy otlar yatardı təkərlər altda; Beləcə düşərdi bağa ilk cığır. N.Xəzri.

2. məc. Təkərə oxşayan hər cür şey; qövs, dairə.
Əjdər öz-özünə gümüldənirdi; Günəşin təkəri daha enirdi. H.K.Sanılı.

3. məc. Obrazlı ifadələrdə: tale, qismət, bəxt.
Dünyanın təkəri gerimi döndü; Yoxsa üfüqlərdə günəşmi söndü? S.Vurğun.

◊ Tarixin təkərini döndərməyə çalışmaq – tarixi inkişafın qanunauyğun gedişinin qabağını saxlamağa, geriyə qaytarmağa çalışmaq.

Синонимы

  • TƏKƏR TƏKƏR (tex.) Muncuqlanır, düzülür; soldatın alnında tor; Yerdən qopmayır təkər (R.Rza); ÇARX Qatar Biləcəri stansiyasından Bakıya hərəkət etdiyi zaman

Этимология

  • TƏKƏR Mənası “ox ətrafında fırlanan” deməkdir. Dəyirmi sözü ilə qohumdur. Dəyir­man kəlməsi də təkər (dəyirmi) sözü ilə bağlıdır
TƏKƏMSEYRƏK
TƏKƏRCİK
OBASTAN VİKİ
Təkər
Təkər (və ya çarx) — çevrəvi formaya malik olub mərkəzində deşik olan oxda bərkidilimiş lövhədir. Təkəri yalnız hər hansı bir oxa keçirdikdən sonra ondan hərəkətli bir hissə alınır. Təkərlərin uzunmüddətliyi onların yağlanması, oxda oturtma dəqiqliyi və sürtünməsindən asılıdır. Maşınlarda təkərlər əsasən nəqliyyat üçün tətbiq olunurlar. Müxtəlif mexanizmlərdə, qurğularda hərəkəti ötürən və nizama salan çarxşəkilli hissə. Dəzgahın çarxı. Dişli çarx. – Çarxlar hərlənir, xam pambığın çiyidini bir tərəfə çıxarır, mahlıcını bir tərəfə qalaqlayırdı. Ə. Vəliyev. 3.
Cırıltılı Təkər
Squeaky Wheel, Rusiyada rus dilində yayımlanan hərbi radiostansiyadır. Radiostansiyanın 2000-ci ildə yayıma başlayan stansiya olduğu təxmin edilir.
Təkər bazası
Təkər bazası, təkər məsafəsi, təkər bucağı, təkər aralığı, təkər boşluğu, ox boşluğu, ox aralığı ox bazası, ox bucağı, ox məsafəsi kimi adlarla da adlandırılan ön təkər mərkəzi və arxa təkər mərkəzi arasındakı məsafəyə verilən addır. Təkər bazası sürətlənmə ilə təcillənmə və yavaşlama ilə əyləcləmə zamanı nəqliyyat vasitəsinin aktiv güc ötürülməsinə təsir edən əsas dəyişənlərdən biridir. Təkər bazası nəqliyyat vasitəsinin gövdə formasına və quruluşuna görə seçilir. Böyük (uzun) təkər bazası (ox) məsafəsi nəqliyyat vasitəsinin sabitliyinə və sürücülük xüsusiyyətlərinə müsbət təsir edən bir amildir. Böyük (uzun) təkər bazası (ox) məsafəsi sürücünün yüksək rahatlığını təmin edir. Böyük (uzun) ox (ox) məsafəsi nəqliyyat vasitəsinin sərnişin kabinəsinin geniş olmasına görə oxlara düşən yükün təsirini minimallaşdırır. Kiçik (qısa) təkər bazası (ox) məsafəsi, nəqliyyat vasitəsinin sallanma meylini azaldır və yumşaq nəmləndirmə ilə asqı quraşdırmağı daha asanlaşdırır. Kiçik dönmə diametrləri olan nəqliyyat vasitələrinin təkərləri daha asan dönə bilir. 1-ci sinif nəqliyyat vasitələri: təkər bazası 3.20 metrdən aşağı (təkər bazası) olan nəqliyyat vasitələri. (motosiklet, avtomobil, pikap yük maşını, mikroavtobus, torpaq yollarda hərəkət etmək üçün xüsusi olaraq nəzərdə tutulan nəqliyyat vasitəsi və s.) 2-ci sinif nəqliyyat vasitələri: təkər bazası (ox bazası) 3.20 metr və daha çox olan istənilən 2 oxlu nəqliyyat vasitəsi.
Təkər üstündə qəlyanaltı (film, 1984)
Təkərlər üzərində qəlyanaltı (ing. Wheels on Meals, kantonca: Kwai tsan tseh, 快餐車) — Ceki Çanın iştirakı ilə Honqkonqda çəkilən filmlərindən biridir. Film 1988-ci ildə döyüş-komediya janrında çəkilmişdir. Filmdə məşhur kikboksçu Benni Urkides çəkilmişdir. Filmdəki hadisələr İspaniyada XX əsrin 1980-cı illərində baş verir. Tomas və Devid adlı əmioğlular Barselonada şəxsi mikroavtobuslarında çayxanada işləyirlər. Onlar bir gün Silviya adında qızı xilas edirlər və evlərinə gətirirlər. Sabahısı gün qız evdəki pulları götürərək qaçır. Mobi adında bəxtigətirməyən detektiv onlara Silviyanı tapmaq üçün müraciət edir. Lakin qardaşlar ondan imtina edirlər.
Baş barmaq təkərciyi
Baş barmaq təkərciyi (ing. thumbwheel) — korpusa bərkidilmiş elə təkərcikdir ki, onun yalnız bayırda qalan çənbəri açıq olur və təkərciyin fırladılması nəticəsində ekranda göstəricinin, yaxud kursorun hərəkəti idarə olunur. "Baş barmaq təkərciyi"ndən coystiklərdə, trekbollarda göstəricini dərinlik boyunca idarə etmək üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Təkərli
Təkərli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə, Alagöz dağının ətəyində, Abaran çayının sağ qolu üzərində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim təkəli türk etnonimi əsasında əmələ gəlmişdir. Təkəli qızılbaşlar tayfasından birinin adıdır. F. Sümər təkəli tayfasım oğuzların dülqədirli elindən olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nın 19.
Təkərləmələr
Təkərləmələr — türk folklor janrı. Bizim nağıllarımızın başlanğıcında söylənilən «pişrov» və ya «müqəddimə» adlanan məzəli ifadələrə, yanıllmaclara və uşaq folklorundakı sanamalara, düzgülərə Türkiyənin xalq ədəbiyyatında «təkərləmə» deyilir. Təkərləmələr təkcə lirik şifahi xalq ədəbiyyatının deyil, eyni zamanda, epik növün də bir şəklidir. Nağıllarda, xalq teatrlarının tamaşalarında çox işlənir. Saz şairləri-aşıqların da çoxlu təkərləmələri vardır. Aşıqlar bəzən bir-birləri ilə təkərləmələrlə deyişirlər. İpə-sapa yatmayan, mənalı-mənasız söz yığınından ibarət olan təkərləmələr dinləyiciləri əyləndirmək, onların diqqətini cəlb etmək məqsədi daşıyır. Təkərləmələri söyləyənlər yerinə görə əl-qol hərəkətləri, mimikaları ilə danışdıqlarını daha təsirli çatdırmağa çalışırlar.Təkərləmələrə Güney Anadoluda «sayıştırma», Şərqi Anadoluda «döşeme» deyənler də vardır. Xalqın şifahi biçimdə meydana gətirib yaşatdığı bu folklor örnəkləri uşaqların tərbiyə olunmasında da, şübhəsiz, əhəmiyyətli rol oynamışdır. Uşaqların nitq inkişafı, söz ehtiyatının artırılması üçün bu folklor janrının mühüm önəmi onların belə söz və ifadələri layiqincə tələffüz etməyi bacarmaları, qüsursuz danışmaq vərdişlərinə yiyələnmələri ilə bağlıdır.
Təkərlər üzərində qəlyanaltı (film, 1984)
Təkərlər üzərində qəlyanaltı (ing. Wheels on Meals, kantonca: Kwai tsan tseh, 快餐車) — Ceki Çanın iştirakı ilə Honqkonqda çəkilən filmlərindən biridir. Film 1988-ci ildə döyüş-komediya janrında çəkilmişdir. Filmdə məşhur kikboksçu Benni Urkides çəkilmişdir. Filmdəki hadisələr İspaniyada XX əsrin 1980-cı illərində baş verir. Tomas və Devid adlı əmioğlular Barselonada şəxsi mikroavtobuslarında çayxanada işləyirlər. Onlar bir gün Silviya adında qızı xilas edirlər və evlərinə gətirirlər. Sabahısı gün qız evdəki pulları götürərək qaçır. Mobi adında bəxtigətirməyən detektiv onlara Silviyanı tapmaq üçün müraciət edir. Lakin qardaşlar ondan imtina edirlər.
Üç təkərli eniş dəsti
Üç təkərli eniş dəsti sistemi, üç təkərli velosiped formasında yaradılmış bir təyyarə eniş dəsti sistemidir. Üç təkərli eniş dəsti sistemi tənzimləməsində ön tərəfdə bir burun təkəri və ağırlıq mərkəzindən bir qədər arxada iki və ya daha çox əsas təkər mövcud olur. Üç təkərli eniş dəsti enmə, qalxma və taksi üçün ən asan bir konfiqurasiya sayılır, buna görə təyyarələrdə ən çox görülən tənzimləmədir. Bir neçə erkən dövr təyyarələrində üç təkərli velosiped avadanlığı mövcud olmuşdur.
İnsanlar, atlar, təkərlər (film, 1979)

Значение слова в других словарях