TƏMAS

\[ər.\] сущ. 1. гвя хьун, хкӀун; хкӀурун, гвягъун, кягъун; 2. пер. мукьвавал, алакъа.
TƏM
TƏMAYÜL
OBASTAN VİKİ
Təmas öncəsi profilaktika
Təmas öncəsi profilaktika (ing. Pre-exposure prophylaxis) - Tibb ədəbiyyatlarında ekspozisiyadan əvvəl profilaktika (PrEP) kimi də əks olunmuşdur. TÖP İnsanın immunçatışmazlığı virusuna yoluxmaq ehtimalı olan şəxslərin cinsi əlaqədən öncə qəbul etdikləri dərman vasitəsidir. Bu dərmanı qəbul etmiş şəxslərin HİV daşıyıçısı olan şəxslərlə mümkün cinsi əlaqələri zamanı virusa yoluxmaq ehtimallarını sıfıra endirir. Termin adətən QİÇS-in qarşısının alınması strategiyası kimi antiviral dərmanların istifadəsinə də şamil edilməkdədir. Təmas öncəsi profilaktika dünyada səhiyyəsi tərəfindən qısaca PrEP olaraq tanınmışdır. Profilaktika tədbirinin yaradılmasındakı əsas strategiya İİV-ə yoluxma riski yüksək olan cinsi aktiv yetkinlər, venadaxili narkotik istifadəsi ilə məşğul olan insanlar və HİV virusuna sahib partnoyrları olan şəxsləri mümkün yoluxma risklərindən qorumaqdan ibarətdir. Serodiskordant cinsi əlaqələr zamanı yüksək yoluxma hallarının qeydə alıması cinsi əlaqə öncəsi mümkün profilaktika proseslərinin inkişaf etdirilməsi zərurətini yaratmışdır. Serodiskordant cütlərdə tərəflərdən biri HİV+ digəri isə negativ olur və belədə virusa sahib olmayan şəxsin cinsi əlaqədən öncə qorunması zərurəti yaranır. Təlimatlara uyğun istifadə edildikdə, PrEP-in yüksək effektivlik göstəricisinə malik olduğu, HİV-ə yoluxma riskini 99%-ə qədər azaltdığı göstərilmişdir.
Dağlıq Qarabağ təmas xətti
Dağlıq Qarabağ təmas xətti (erm. շփման գիծ) — Dağlıq Qarabağ münaqişəsində Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələrini (yəni Dağlıq Qarabağ Müdafiə Ordusu) bir-birindən ayırır. O, 1994-cü ilin mayında Qarabağ müharibəsinə (1988-94) son verən atəşkəsdən sonra quruldu. Murovdağ dağ silsiləsi təmas xəttinin şimal hissəsi sayılır və mahiyyət etibarilə iki qüvvə arasında təbii sərhəddir. Təmas xəttinin uzunluğu 180 kilometrdən (110 mil) 200 kilometrə (120 mil) qədərdir. Təmas xətti 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən yarılmışdır. Prezident İlham Əliyev xalqa müraciəti zamanı da bunu bildirmişdir. == Terminologiya == "Təmas xətti" ifadəsi rəsmi sənədlərdə və bəyanatlarda, o cümlədən ATƏT-in Minsk qrupu tərəfindən geniş istifadə olunur. Azərbaycanda Dağlıq Qarabağın işğal olunmuş ərazi olduğunu vurğulamaq üçün "təmas xətti" tez-tez "işğal xətti" adlanır. Ara Papyan da daxil olmaqla bəzi erməni analitiklər, Ermənistan tərəfini "təmas xətti" ifadəsindən çəkinməyə və oranı Artsax ilə Azərbaycan arasında olan "dövlət sərhədi" adlandırmağa çağırırlar.
Azərbaycan–Ermənistan arasında təmas xəttində toqquşma (2016)
Aprel döyüşləri, Aprel müharibəsi və ya Dördgünlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. 5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir, ancaq Ermənistan tərəfi bu ərazinin ölçüsünün sadəcə 800 hektar olduğunu və heç bir strateji əhəmiyyətə malik olmadığını iddia edir. Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin hesablamalarına görə, dörd gün davam edən döyüşlər zamanı həm hərbi, həm də mülki olmaqla təxminən 350 nəfərin həyatını itirdiyini açıqlamışdır. == Zəmin == Aprel döyüşləri özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi. Aprel döyüşlərinin başlanması barədə müxtəlif fikirlər vardır. Bəzi siyasi şərhçilərə görə, döyüşlərin əsl təşəbbüskarı Rusiya və ya Türkiyə idi.
Odla Təmasda (1972)
== Məzmunu == Film Azərbaycan xalqının bir çox ölkələrlə siyasi, iqtisadi və mədəni əlaqəsinə həsr olunmuşdur. Kinolentin ilk kadrlarından bəlli olur ki, Bakının yaşı min ildən çoxdur. Abşeron nefti hələ Makedoniyalı İsgəndərin zəmanəsində "odlu yağ" adı ilə məşhurmuş. Filmdən bu da məlum olur ki, Azərbaycanın xarici ölkələrlə əlaqəsi ta qədimdən bu günədək ardıcıl olaraq mövcud imiş. Və bu mövcudluq Azərbaycan, Hindistan neftçilərinin dostluğunda, Bakıda keçirilən Asiya, Afrika və Latın Amerikası yazıçılarının beynəlxalq konfransında, görkəmli balet ustası, SSRİ Xalq artisti Qəmər Almaszadənin Bağdad milli balet məktəbinə rəhbərliyini əks etdirən kinokadrlarda təzahür olunur. Eyni zamanda göstərilir ki, Azərbaycanın xarici ölkələrlə mədəni-iqtisadi əlaqəsi gündən-günə inkişaf edir.
Odla təmasda (film, 1972)
== Məzmunu == Film Azərbaycan xalqının bir çox ölkələrlə siyasi, iqtisadi və mədəni əlaqəsinə həsr olunmuşdur. Kinolentin ilk kadrlarından bəlli olur ki, Bakının yaşı min ildən çoxdur. Abşeron nefti hələ Makedoniyalı İsgəndərin zəmanəsində "odlu yağ" adı ilə məşhurmuş. Filmdən bu da məlum olur ki, Azərbaycanın xarici ölkələrlə əlaqəsi ta qədimdən bu günədək ardıcıl olaraq mövcud imiş. Və bu mövcudluq Azərbaycan, Hindistan neftçilərinin dostluğunda, Bakıda keçirilən Asiya, Afrika və Latın Amerikası yazıçılarının beynəlxalq konfransında, görkəmli balet ustası, SSRİ Xalq artisti Qəmər Almaszadənin Bağdad milli balet məktəbinə rəhbərliyini əks etdirən kinokadrlarda təzahür olunur. Eyni zamanda göstərilir ki, Azərbaycanın xarici ölkələrlə mədəni-iqtisadi əlaqəsi gündən-günə inkişaf edir.

Значение слова в других словарях