Dağlıq Qarabağ təmas xətti

Dağlıq Qarabağ təmas xətti (1994–2020) qırmızı rəngdədir, şimalda əsasən qorunmayan Murovdağ dağ silsiləsi.

Dağlıq Qarabağ təmas xətti (erm. շփման գիծ) — Dağlıq Qarabağ münaqişəsində Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələrini (yəni Dağlıq Qarabağ Müdafiə Ordusu) bir-birindən ayırır. O, 1994-cü ilin mayında Qarabağ müharibəsinə (1988-94) son verən atəşkəsdən sonra quruldu.[1] Murovdağ dağ silsiləsi təmas xəttinin şimal hissəsi sayılır və mahiyyət etibarilə iki qüvvə arasında təbii sərhəddir.[2][3] Təmas xəttinin uzunluğu 180 kilometrdən (110 mil)[4] 200 kilometrə (120 mil) qədərdir.[5] Təmas xətti 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən yarılmışdır. Prezident İlham Əliyev xalqa müraciəti zamanı da bunu bildirmişdir.[6][7]

"Təmas xətti" ifadəsi rəsmi sənədlərdə və bəyanatlarda, o cümlədən ATƏT-in Minsk qrupu tərəfindən geniş istifadə olunur.[8]

Azərbaycanda Dağlıq Qarabağın işğal olunmuş ərazi olduğunu vurğulamaq üçün "təmas xətti" tez-tez "işğal xətti" adlanır.[9]

Ara Papyan da daxil olmaqla bəzi erməni analitiklər, Ermənistan tərəfini "təmas xətti" ifadəsindən çəkinməyə və oranı Artsax ilə Azərbaycan arasında olan "dövlət sərhədi" adlandırmağa çağırırlar.[10][11]

Tomas de Vaalın sözlərinə görə, atəşkəsdən dərhal sonra təmas xəttini "tikanlı məftillər və səngərlərdə oturan yüngül silahlı əsgərlərdən ibarət nisbətən sakit bir zona" kimi qeyd edir. Atəşkəsdən sonra bəzi yerlərdə bir neçə kilometr enində olan nisbətən böyük neytral zona da mövcud idi. Azərbaycan qoşunlarının keçmiş neytral zonalara yerləşdirilməsi səbəbindən təmas xəttinin əksər hissəsi yüzlərlə metr azaldıldı.[12] Müqayisə üçün, 2016-cı ildə ağır hərbiləşdirilmiş təmas xəttinin hər iki tərəfində təxminən 20.000 nəfər var idi.[13] Atəşkəsdən sonra təmas xətti ağır dərəcədə hərbiləşdirilmiş, möhkəmləndirilmiş və minalanmış neytral xətt və səngərlərin bufer zonasına çevrildi.[1][14][15]. De Vaalın sözlərinə görə, bura "geniş Avropanın ən hərbiləşdirilmiş zonasıdır" və dünyanın ən hərbiləşdirilmiş üç zonasından biridir (Kəşmir və Koreya ilə birlikdə).[5] Təmas xəttinin səngərləri tez-tez Birinci Dünya müharibəsi səngərləri ilə müqayisə edilir.[5][16][17]

Təmas xəttinə mütəmadi olaraq polşalı Andjey Kaspşikin rəhbərlik etdiyi altı nəfər ATƏT müşahidəçisi qrupu nəzarət edir.[18] Atışmalar demək olar ki, hər gün baş verir.[19] Müxtəlif hallarda adətən hərbi əməliyyatlarının aşağı intensivliyi ilə xarakterizə olunan[20] ciddi atəşkəs pozuntuları baş verirdi.[21] Ciddi döyüş əməliyyatları 2016-cı ilin aprelində baş verdi, atəşkəsdən bəri ilk dəfə təmas xətti az da olsa yerini dəyişdi.[22] 2016-cı ildə baş verən qarşıdurmalar ərzində 1994-cü ildə atəşkəsdən sonra ilk dəfə olaraq ağır artilleriya istifadə olundu[23], 2020-ci ildə baş verən döyüşlərdə isə ağır artilleriya, zirehli avtomobillər və pilotsuz uçan apparatları istifadə edildi. Prezident İlham Əliyevin 9 Oktyabr 2020-ci ildə xalqa müraciəti zamanı artıq Təmas Xəttinin olmadığını bildirmişdir.[24]

  1. 1 2 Smolnik, Franziska. Secessionist Rule: Protracted Conflict and Configurations of Non-state Authority. Campus Verlag. 2016. səh. 12. ISBN 9783593506296.
  2. "David Simonyan: Surrender of territories to Azerbaijan: Consequences for Armenia and Nagorno-Karabakh". Noravank Foundation. 21 April 2009. 28 November 2019 tarixində arxivləşdirilib. the northern flank – by the hard-to-access Mrav mountain range
  3. Elbakyan, Edgar. "Արցախի տարածքն անբաժանելի է". Hayastani Hanrapetutyun (erməni). 16 May 2014. 28 November 2019 tarixində arxivləşdirilib. բնական սահմաններ հասցնելու համար, որը հյուսիսում Մռավի լեռնաշղթան է, իսկ հարավում՝ Արաքս գետը
  4. Freizer, Sabine. "Twenty years after the Nagorny Karabakh ceasefire: an opportunity to move towards more inclusive conflict resolution". Caucasus Survey. 1 (2). 2014: 2. doi:10.1080/23761199.2014.11417295.
  5. 1 2 3 de Waal, Thomas. "The Two NKs". Carnegie Moscow Center. 24 July 2013. 28 November 2019 tarixində arxivləşdirilib.
  6. https://ordu.az/az/news/173851/azerbaycan-prezidenti---status-kvo-yoxdur,-temas-xetti-yoxdur-[ölü keçid]
  7. "Arxivlənmiş surət". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-27.
  8. "Statement by the Co-Chairs of the OSCE Minsk Group on the Twentieth Anniversary of the Ceasefire Agreement". osce.org. 11 May 2014. 27 March 2017 tarixində arxivləşdirilib. ...the perpetual threat of escalating violence along the international border and the Line of Contact...
  9. "Results of the Armenian aggression". ccla.lu. Chamber Of Commerce Luxembourg-Azerbaijan. 26 August 2019 tarixində arxivləşdirilib.
  10. "Ոչ թե շփման գիծ, այլ սահման". a1plus (erməni). 9 March 2011. 13 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2020.
  11. Jamalyan, Davit. "Ոչ թե շփման գիծ, այլ՝ պետական սահման". Hayastani Hanrapetutyun (erməni). 26 July 2012. 1 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2020.
  12. Hakobyan, Tatul. "Emil Sanamyan: Nakhichevan Remains the Quietest Stretch of Armenian-Azerbaijani Frontline". civilnet.am. 24 March 2018. 28 November 2019 tarixində arxivləşdirilib.
  13. de Waal, Thomas. "Dangerous Days in Karabakh". Carnegie Moscow Center. 2 April 2016. 28 November 2019 tarixində arxivləşdirilib.
  14. Bagirova, Nailia; Mkrtchyan, Hasmik. "Armenia warns Nagorno-Karabakh clashes could turn into all-out war". Reuters. 4 April 2016. 28 March 2019 tarixində arxivləşdirilib.
  15. Kao, Lauren. "Eight Things You Need to Know About Nagorno-Karabakh Conflict". Eurasian Research and Analysis (ERA) Institute. 11 May 2016. 28 February 2019 tarixində arxivləşdirilib.
  16. Toal, Gerard; O'Loughlin, John. "Here are the 5 things you need to know about the deadly fighting in Nagorno Karabakh". The Washington Post. 6 April 2016. 16 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2020.
  17. Lynch, Dov. "Frozen Conflicts". The World Today. 57 (8/9). 2001: 36–38. JSTOR 40476575. The 'line of contact' between Azeri and Armenian forces is a trench system reminiscent of World War One.
  18. Kucera, Joshua. "Nagorno-Karabakh: Trying to Separate Fact from Fiction". EurasiaNet. 8 April 2016. 8 February 2019 tarixində arxivləşdirilib.
  19. Cristescu, Roxana; Paul, Amanda. "EU and Nagorno-Karabakh: a 'better than nothing' approach". EUobserver. 15 March 2011. 12 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2020.
  20. "The conflict in Nagorno-Karabakh". The Economist. 15 April 2016. 20 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2020. But despite the ceasefire, low-scale fighting continued along the line of contact.
  21. Lynch, Dov. Engaging Eurasia's Separatist States: Unresolved Conflicts and de Facto States. United States Institute of Peace. 2004. ISBN 9781929223541. The line of contact between Azerbaijani and Armenian forces is a well-defined trench system, which experiences only occasional violations of the cease-fire regime.
  22. "Nagorno-Karabakh violence: Worst clashes in decades kill dozens". BBC News. 3 April 2016. 25 October 2019 tarixində arxivləşdirilib.
  23. Kramer, Andrew E. "Fighting Between Azerbaijan and Armenia Flares Up in Nagorno-Karabakh". The New York Times. 2 April 2016. 19 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2020. The separatist government of Nagorno-Karabakh, whose principal backers are Armenia and Armenian diaspora groups in Southern California and elsewhere, characterized the fighting as the first time since 1994 that all types of heavy weaponry were being used along the front line.
  24. https://report.az/dagliq-qarabag-munaqishesi/azerbaycan-prezidenti-status-kvo-yoxdur-temas-xetti-yoxdur/