TƏZKİRƏ

[ər.] сущ. шаиррин, художникрин ва мс. таржума-гьал ва абурун эсеррикай чешнеяр ганвай эсер.
TƏZİYƏLİ
TƏZKİRƏÇİ
OBASTAN VİKİ
Təzkirə
Təzkirə – (zikr – ərəbcə yada salma) Şərqdə sufi mürşidlər, ustad ədib və sənətkarlar, onların əsərləri və bioqrafiyası haqda məlumatlar verən əsərlərdir. Bu forma şərqdə ərəb və fars dillərində yazılırdı və müasir ədəbiyyat tarixlərinə uyğun bir forma idi. Təzkirəçi ədibin doğum və vəfat yerini və tarixini göstərir, məzarını nişan verirdi. Həmçinin ədibin əsərləri və onların qısa məzmunu şərh edilir, şeirlərindən misallar verilirdi. Şərq ədəbi təzkirəçiliyi yığcam və ensiklopedik xarakter daşımışdır.
Mirzə Cabbar Təzkirəçi
Hacı Mirzə Cabbar Səfərəli oğlu Təzkirəçi (fars. میرزا جبار تذکرهچی‎) — İranın ilk jurnalistlərindən biri, diplomat. Hacı Mirzə Cabbar Səfərəli oğlu Təzkirəçi 1826-cı ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə Tağı xan Əmir Kəbirin yanında işə düzəlmişdi. Təzkirəçi kimi tanınmışdı. Tehranda ilk mətbələrdən birini Mirzə Cabbar Təzkirəçi açmışdı. Dövrünün savadlı ziyalısı kimi tanınan bu şəxs bir neçə xarici dil bilirdi. Mirzə Cabbar Təzkirəçi xarici ölkələrdə diplomat kimi çalışmışdı.

Значение слова в других словарях