TANTAL

[lat.] сущ. тантал (химиядин элемент).
TANRIÇI
TAP
OBASTAN VİKİ
Tantal
Tantal - "Ta" -(Tantalum) – Mendeleyevin elementlərin dövri sistemində 73-cü element. V qrupun əlavə yarımqrupunun 3-cü elementidir. Sərbəst halda ilk dəfə 1802-ci ildə İsveç alimi Andres Eksberq və ingilis alimi Çarlz Xatçet (1765-1847) tərəfindən Skandinaviyada tapılan minerallardan birində kəşf olunmuşdur. Onlar kəşf etdikləri tantal və kolumbiumu kimyəvi xassələri çox yaxın olduğundan bir element kimi qəbul etdilər və onu tantal adlandırdılar. 1844-cü ildə alman kimyaçısı Henrix Roze (1795-1864) Bavariyada tapılan mineralları araşdırarkən sübut etdi ki, çox oxşar xassəli iki müxtəlif element mövcuddur. O bu elementlərin "qohumluğunu" nəzərə çapdırmaq" üçün ikinci elementi mifik yunan qəhrəmanı Tantalın qızı Niobanın şərəfinə Niobium adlandırdı. Maraqlıdır ki, Amerikada hələ uzun müddət niobiumu, köhnə adı ilə Kolumbium (CB) adlandırırdılar. Bu elementə tantal adı elementin sərbəst halda çətin ayrılmasına və onun kimyası ilə məşğul olan tədqiqatçılara əzab verməsinə görə qədim yunan mifologiyasından götürülmüş "Tantal əzabı" məfhumuna əsasən verilmişdir. Mifik ad daşıyan 3 elementdən (vanadium, tantal, niobium) biridir. Tantal metalı ilk dəfə xloridli birləşməsinin hidrogenlə reduksiyasından alınmışdır.
Tantal (mifologiya)
Tantal (yun. Τάντᾰλος) yunan mifologiyasında Zevs və okeanida Plutonun oğlu, Friqiyada yerləşən Sipilin çarı. Zevslə Friqiya çariçası Plutonun oğlu, Lidiyalı Ksanfa görə isə Himeneyin oğludur), onun arvadı Diona və ya Steropa və ya Evrianassadır. Pelop, Nioba və Broteyin atasıdır. İlahların sevimlisi kimi Tantal onların şuralarına və yemək məclislərinə çağrılırdı. Belə yüksək vəziyyət onun qürurlanmasına səbəb oldu və ilahları təhqir etdiksən sonra onu cəza olaraq Aidə, cəhənnəmə atdılar. Əfsanənin bir versiyasına görə, o Zevsin gizli qərarlarını açıqlamış və ya insanlara ilahların sirrlərini açmışdı, digər versiyaya görə, o dostlarını qonaq etmək üçün ilahların stolundan nektar və ambroziya oğurlamışdı. Üçüncü versiyaya görə, Tantal onun üçün Zevsin məbədindən oğurlanmış qızıl itə sahib olmaq məqsədilə yalandan and içərək söyləmişdi ki, o Pandareydən Zevsin qızıl itini götürməmişdir və buna görə də, Zevs onu ildırımla vurmuş və Sipil dağını Tantalın başına uçurmuşdu. Nəhayət, başqa bir mifə görə, Tantal ilahların hər şeyi görüb görmədiklərini sınamaq üçün öz oğlu Pelopu öldürmüş, onun ətindən yemək hazırlamış və ilahları bu yeməyə qonaq etmişdi. Lakin onlar hər şeyi başa düşmüş və Pelopu diriltmişdilər.
Kolumbit-tantalit
Kolumbit-tantalit — minerallar, kolumbit (Fe, Mn)Nb2O6 - tantalit (Fe, Mn)Ta2O6 izomorf sırası. Rombik. Habitus prizmatik və ya lövhəvari. Ayrılması {010} üzrə orta, {100} üzrə qeyri-mü­kəm­məl. Rəngi dəmiri-qaradan qonuru-qara­yadək, manqanlı növləri daha açıq rənglidir. Sərtliyi 6-6,5. Xüsusi çəkisi 5,2-7,9 (tantalitə doğru artır). Peqmatitlərdə. Ta və Nb filizi. Sinonim: Niobit-tantalitlər.

Значение слова в других словарях