tapmaca-bağlama

tapmaca-bağlama
tapmaca
tapmacalama 2021
OBASTAN VİKİ
Tapmaca
Tapmaca — insanın zehni qabiliyyətini, ağlının çevikliyini yoxlamaq məqsədilə yaradılan ədəbi janr. Tapmacada hər hansı bir əşyanın əlaməti üstüörtülü şəkildə verilir və ya başqa bir əşyaya bənzədilir, onun tapılması qarşı tərəfdən tələb olunur. Anonim tapmacalar şifahi xalq ədəbiyyatının məhsuludur. Fərdi tapmacalar isə yazılı ədəbiyyat nümunəsi olub yazıçı və şairlər tərəfindən yaradılır. Qədimdən bəri insanların zəka və biliyinin ölçülməsi, eyni zamanda əylənmək üçün istifadə olunur. İnkişaf eden texnologiya ilə birlikdə artan əyləncə üsullarının təsiriylə tapmacalar öz funksiyası itirmişdir. Buna baxmayaraq, müxtəlif tədbir və mərasimlərdə rast gəlmək mümkündür. Tapmacalar daha çox nəzmlə olur. Məsələn: O yanı çəpər,Bu yanı çəpərİçində atlı çapar. (göz) Bir balaca mil başı,Yandırdı dağı-daşı (kibrit) Dəyirmana dən gəldi,Durun görün kim gəldi.Toxunmamış çuvaldaÜyünməmiş un gəldi.
Bağlama
Tapmaca gecələri
Zəngilan rayonunun bir çox kəndlərində payızdan başlayaraq yaza qədər evlərdə tapmaca gecələri təşkil olunurdu. Söyləyicilərin dediyinə görə, tapmaca gecələri olduqca maraqlı keçirdi. Kimsə tapmacanın cavabını tapa bilmirdisə, o, borclu qalırdı. Onda tap-macanı söyləyən deyirdi: “Satıram”. Yerdən biri deyirdi: “Alıram”. Soruşurdular: “Hansı cəzanı çəksin?” Tapmaca deyən dillənirdi: “Qab götürsün, getsin filan bulaqdan bir qab su gətirsin, camaat su içsin”. Tapmacanın cavabını tapa bilməyən gedib su gətirdikdə ona əziyyət vermək üçün deyirdilər ki, sənin şahidin yoxdu, bəlkə, suyu başqa yerdən doldurub gətirmisən. Onun yanına birini şahid qoşub təkrar su gətirməyə göndərirdilər. Tapmacanı tapmayan şəxsə digər cəzalar da verilirdi. Məsələn, səhərə qədər dik ayaq üstə durmaq və s.
Bağlama (ədəbiyyat)
Bağlama — Azərbaycan aşıq şeir şəkillərindən olub, deyişmənin bir qoludur. Deyişmə iki aşığın üzbəüz, sazın müşayiəti ilə sual-cavab şəklində çalıb oxumalarıdır. Deyişmədə aşıq şeirinin bütün şəkillərindən istifadə edilə bilər. Bu aşığın bilik, bacarığından asılıdır. Aşıq deyişmələrinin ən maraqlı mərhələsi, eyni zamanda kulminasiya nöqtəsi qıfılbənd adlanır. Bu şeir şəklinə qıfılbənd, bəzən isə bağlama da deyilir. Elmi araşdırmalarda hər iki addan istifadə edilib. 3, 4, 5 bəndlik şeirdir. Bağlama çox vaxt aşıq deyişmələrində oxunur və ustad aşıqlar özlərinin dərin fəlsəfi məzmunlu bağlaması ilə müqabil tərəfə üstün gəlir, onu "bağlayır". Azərbaycan şifahi xalq ədəbiyyatında Aşıq Ələsgərin bağlamaları məşhurdur.
Qurd ağzı bağlama
Qurd ağzı bağlama — türk xalqlarında mövcud olan inanc. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır. Türk dünyasının bir çox yerində olduğu kimi Azərbaycanda da qurd ağzı bıçaqla bağlanır. Həm Bayır-bucaq türkmənləri, həm də Zaqafqaziya və İran azərbaycanlıları itmiş heyvanı qorumaq üçün qurdun ağzını mərasim və dualar ilə bağlıyarlar. İtmiş heyvan tapıldıqda qurd acından ölməsin deyə ağzı açılar. Şimali Qafqazda tabasaranlıların inəkləri itəndə molla tərəfindən qurdun ağzı bağlanar. Bu adət Azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlarda da var.