TAPIŞMAQ

qarş.
1. Bir-birini tapmaq, birbiri ilə görüşmək.
Gün gələr, yenə də biz tapışarıq; Qucaqlar hər ana qalib oğlunu. R.Rza.
Elə bil ki, iki həsrət, iki nisgil tapışdı; Qız əlilə şinelimin düyməsindən yapışdı. Ə.Cəmil.

2. Dostlaşmaq, yaxınlaşmaq, bir-birini tapmaq, bir məqsəd üçün birləşmək (adətən xasiyyətcə, meyil və niyyətləri bir-birinə uyğun olan adamlar haqqında). Həriflər tapışdılar.
– Piri kişi həmişə [Qaraca qızla qara köpəyi] bir yerdə görəndə gülüb deyirdi: – İki qara yaxşı tapışmısınız. S.S.Axundov.

TAPIŞMA
TAPQI

Значение слова в других словарях