Siyasi fəlsəfə
Siyasi fəlsəfə — Fəlsəfə və siyasi elmin qovşağında yerləşən, siyasətə, siyasi dəyərlərə, siyasi gerçəkliyin mahiyyətinə və siyasi analizin ilkin intellektual şərtlərinə dair fikirləri öyrənən elm sahəsidir.
Siyasi fəlsəfənin tədqiq etdiyi mövzulara siyasət, azadlıq, ədalət, mülkiyyət, hüquqlar, qanunlar və səlahiyyət sahibləri tərəfindən hüquqi bazanın gücləndirilməsi aiddir. Onlar nədirlər, onlara nəyə görə (bəzən ümumiyyətlə) ehtiyac var, siyasi gücü legitim edən nədir və o hansı hüquqlar və azadlıqları qorumalıdır və niyə, bu hansı formada olmaldıır və niyə, qanunla nədir, əgər varsa, vətəndaşların legitim hökumət qarşısında öhdəlikləri nədir və əgər mümkünsə, bu öhdəliklərdən nə zaman imtina etmək olar. Sadə dillə desək, "siyasi fəlsəfə" termini dedikdə fəlsəfənin texniki fənlərinə aid olması hökmən olmayan, siyasət haqqında ümumi baxışlara və ya spesifik etikaya, siyasi inanca və ya yanaşmaya istinad edilir.
Başqa sözlə, siyasi fəlsəfə siyasi hadisələrin və proseslərin mahiyyətini, onların qarşılıqlı təsirini araşdırır. Onun predmetinə siyasət ilə hakimiyyətin qarşılıqlı əlaqələri, onun maddi və ideal formaları – dövlət, vətəndaş cəmiyyəti, siyasi şüur və digər məsələlər daxildir.
Yuxarıda qeyd edildiyi kimi bu elm fəlsəfə ilə siyasi elmin qovşağında yaranan sahədir. O, siyasət dünyasının mənəvi və dünyagörüşü səpkilərini öyrənir. Digər tərəfdən siyasət insanların dünyagörüşü, normativ xarakterli dəyərlərinin formalaşdığı fəaliyyət sahəsi olduğundan siyasi fəlsəfə də cəmiyyətin siyasi sistemi və təşkilinin prinsiplərini təhlil edir.
Siyasət fəlsəfəsinin tədqiqat sahəsi – siyasi münasibətlər üzərində qurulan siyasi ideyalar və institutlardır.