tarix-fəlsəfə

tarix-fəlsəfə
tarix-etnoqrafiya
tarixçə
OBASTAN VİKİ
Fəlsəfə
Fəlsəfə (q.yun. φιλοσοφία) — varlığın (yəni təbiət və cəmiyyətin), insan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi qanuna uyğunluqlar haqqında elm. Fəlsəfə ictimai şüurun qədim və özünəməxsus formasıdır. Nəticə etibarı ilə cəmiyyətin iqtisadi münasibətləri ilə müəyyən edilir. == Fəlsəfə sözü == "Filo" və "sofiya" yunan sözləridir. "Sofiya" hikmət, "filo" isə sevmək deməkdir."Filosofiya" — "hikməti sevmək" mənasını verir. "Fəlsəfə" isə orta əsr şərq alimlərinin bu yunan sözünü ərəb dilinə uyğun demələrindən yaranıb. İlk dəfə Pifaqor özünü "filosof" adlandırıb və deyib: "Mən öz yerimi bilirəm. Bilirəm ki, hikmət yalnız Tanrı biliyidir və məndə ola bilməz. Mən ancaq hikməti sevə bilərəm" === Fəlsəfənin predmeti === Fəlsəfə termininə ilk dəfə Pifaqorda təsadüf edilir.
Tarix
Tarix (q.yun. ἱστορία, historia — "sorğu; araşdırma nəticəsində əldə edilən biliklər") — keçmişdə insanı (onun fəaliyyətini, dünyagörüşünü, ictimai münasibətləri və s.) sistemli şəkildə öyrənən elm; keçmişin tədqiqi və sənədləşdirilməsi. Mənbələr üzrə insan meydana gəlməsi və inkişafını, müxtəlif xalqların ən qədim zamanlardan bizim dövrümüzədək necə yaşamaları, onların həyatlarında hansı hadisələrin baş verməsi, insan cəmiyyətlərinin həyatı necə və niyə dəyişib indi mövcud olduğu hala düşməsini öyrənən elmdir. Tarix – hadisələr ardıcıllığını, tarixi prosesi, təsvir olunan faktların obyektivliyini müəyyən etmək və hadisələrin səbəbləri haqqında nəticə çıxarmaq üçün keçmişlə bağlı bütün növ mənbələri öyrənən elmdir. Tarixi bilməyən insanlar keçmişin səhvlərini təkrarlamağa meyllidirlər. Keçmişin səhvlərini təkrarlamamaq üçün keçmişi bilmək lazımdır. Tarix fənnini yaxşı bilmək hər birimizin borcudur. Burada isə tarixi gerçəkliyi dərk etməyə çalışan alimlər – tarixçilər ön plana çıxır. Tarixçinin vəzifəsi hər bir alim kimi həqiqəti axtarmaqdır. Həqiqəti dərk etmək prosesi qeyri-adi dərəcədə mürəkkəb və çətindir, bu yolda alim bəzən uğursuzluqlarla qarşılaşa bilər.
Dəyər (fəlsəfə)
Dəyər bu və ya digər predmetin xassəsi, insanların arzu və tələbatlarının ödənilməsidir. İnsanın dəyərlər sisteminə xeyir və şər, xoşbəxtlik və bədbəxtlik, həyatın məqsədi və mənası haqqındakı təsəvvürləri də daxil ola bilər. Məsələn, "həyat" insanın başlıca dəyəridir. İnsanın dünyaya və özünə münasibəti sayəsində müəyyən dəyərlər ierarxiyası formalaşır ki, onun da zirvəsində bu və ya digər ictimai idealarda əks olunan mütləq dəyərlər durur. Insanın digər insanlarla münasibəti sabit, təkrar-təkrar qiymətləndirilməsi sosial, əxlaqi, dini, hüquqi və.s normalara çevrilir. Həmin normalar isə ayrı-ayrı fərdlərlə yanaşı, bütövlükdə cəmiyyətin gündəlik həyatını nizamlayır.
Eklektizm (fəlsəfə)
Eklektizm və ya eklektika - Qədim Yunanıstanda meydana gələn fəlsəfi cərəyan. Eklektika sözü "bəlli bir sistemə aid və ya ayrılıqda mənası olan fikirlərin bir araya gəlməsi ilə ortaya çıxan sistem" mənasında işlədilir. Yunanca eklektikos və ya eklegein (seçən) sözündən törəyib... Bunun qərb mədəniyyətindəki əsas hədəfi isə "obyektiv metodları kənara qoyaraqdan inanc, bilgi və sənət mövzularından bir neçə ünsür toplayaraq bunu müstəqil bir düşüncə sistemi olara qəbul edən şəxs"dir.
Feminist fəlsəfə
Feminist fəlsəfə — feminist nəzəriyyəni nəzərə alan və eyni zamanda feminizmin məsələləri və problemləri nəzərdən keçirilərkən fəlsəfi metodları tətbiq edən fəlsəfi bir yanaşma. Feminist fəlsəfə, feminist hərəkatı inkişaf etdirmək üçün fəlsəfi mətnləri və metodları yenidən nəzərdən keçirməklə yanaşı ənənəvi fəlsəfi anlayışları tənqid etmək və ya yenidən qiymətləndirməklə məşğuldur. Feminist fəlsəfə aşağıdakı mövzu sahələrini əhatə edir: Feminist epistemologiya, elmi biliklərin quruluşunu və funksiyalarını şərh edir. Feminist epistemologiya ənənəvi fəlsəfi "bilik" və "rasionallıq" anlayışlarını obyektiv, ümumbəşəri və dəyərdən kənar kateqoriyalar kimi sınayır. Feminist etik, əxlaqı və etikanı araşdıran. Feminist etikaya görə ənənəvi fəlsəfədə obyektivliyə, rasionallığa və ümumbəşəriliyə vurğu etmək qadınların etik həqiqətlərini nəzərə almır . İdrak qabiliyyətinin, təfəkkürün, təfsirin, əzbərləmənin, biliyin və normativliyin insan həqiqətini necə formalaşdırmaq üçün sosial sifarişlər daxilində birləşdiyini araşdıran feminist fenomenologiya. Yaradanın mövzusu, qadın sənəti, normativ estetika kanonları və s. kimi estetik düşüncə suallarını araşdıran feminist estetika. Cinsiyyət, cinsiyyət və sosial quruluşların təbiətinin öyrənilməsinə yönəlmiş feminist metafizika.
Fəlsəfə Ensiklopediyası
Fəlsəfə Ensiklopediyası — 1960—1970-ci illərdə akademik F. V. Konstantinovun redaktorluğu ilə Böyük Rusiya Ensiklopediyası nəşriyyatında çıxan 5 cildli sahəvi sovet ensiklopediyası. == Tarixi == Nəşriyyatın ən əsas məqsədi "fəlsəfə tarixi və sosiologiya, dialektik və tarixi materializm, psixologiya və müasir təbiətşünaslığın fəlsəfi məsələləri, məntiq, etika, estetika, din tarixi və ateizm məsələləri üzrə sistematik billik toplusunun verilməsi" idi. Hər məqalə müəllifinin inisialı, soyadı və yaşadığı şəhərin (və ya ölkənin) adı qeyd olunmuşdur, elmi rütbəsi və dərəcəsi göstərilməmişdir.
Fəlsəfə daşı
Fəlsəfə daşı (ing. Philosopher's stone) - Əlkimya elminə görə toxunduğu hər bir nəsnəni qızıla çevirə bilən daş. Kimya elminə görə isə hər hansısa bir maddəni qızıla çevirmək mümkün deyil. Bunun təməl səbəbi isə qızılın bir kimyəvi birləşmə yox kimyəvi element olmasıdır. Fəlsəfə daşnının əldə edilə bilməsi üçün orta əsrlərdə bir çox formullar hazırlanmış və sınaqlar həyata keçirilmişdir. Keçirilən sınaqların uğursuzluqla nəticələnməsinə baxmayaraq modern kimya elmi həmin araşdırmalar nəticəsində böyük inkişaf mərhələsi keçmişdir. Əlkimyaçılar keçirilən hər yeni sınağın ardından elmə məlum olmayan yeni-yeni elementlər kəşf etmişdilər. Alman əlkimyaçı Henniq Brandın fəlsəfə daşını tapmaq üçün keçirdiyi təcrübələr zamanı fosfor elementini kəşf etməsi buna misal göstərilə bilər. Fəlsəfə daşını Nikolas Flamelin kəşf etdiyi düşünülür.
Fəlsəfə doktoru
Fəlsəfə doktoru (PhD; lat. philosophiae doctor və ya doctor philosophiae; ing. Doctor of Philosophy) — elm sahələri üzrə doktoranturada verilən yüksək elmi dərəcə. == Haqqında == Fəlsəfə doktoru elmi dərəcəsi müvafiq ali məktəbin magistratura pilləsini bitirmiş, müəyyən edilmiş imtahanları müvəffəqiyyətlə vermiş, alimlik dərəcələrinin və elmi adların verilməsi haqqında Əsasnamə ilə müəyyən edilmiş qaydada dissertasiya müdafiə etmiş şəxslərə verilir. Bu dərəcə ali məktəblərin (fakültələrin), yaxud elmi-tədqiqat müəssisələrinin ixtisaslaşdırılmış elmi şuralarının təqdimatı əsasında Ali Attestasiya Komissiyasında təsdiq olunur. Fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya aktual elmi məsələnin yeni həllini verən və müəyyən bilik sahəsi üçün mühüm əhəmiyyət kəsb edən yetkin elmi tədqiqat işi olmalıdır.
Fəlsəfə tarixi
Fəlsəfə tarixi antik dövrdən bu günə qədər fəlsəfənin inkişaf yolunu, strategiyasını, filosofların fəlsəfi nəzəriyyələrini, sistemlərini, baxışlarını öyrənir. Fəlsəfə tarixinin subyekti fəlsəfə tarixçisidir. Fəlsəfə tarixi tarixi inkişaf müddətində müəyyən mərhələlərdən keçmiş, çoxsaylı müstəqil düşüncələr, ideyalar, nəzəriyyələrlə zənginləşmişdir. Fəlsəfə tarixçisi tarixşünaslıq elminin də məsələyə yanaşma üslub və metodlarından, kriteriyalarından çıxış edərək Fəlsəfə tarixini öyrənir. Antik dövrdən bu yana Fəlsəfə tarixi fəlsəfəni dövrlərə və yerlərə bölərək mərhələli şəkildə tədqiq edir. İlk fəlsəfi fikirlərin yaranıb inkişaf etdiyi qədim Şərq dünyası olmuşdur. Bu baxımdan fəlsəfə tarixçisi Şərq düşüncələrinə dövr və məkan prizmalarından yanaşaraq mövzunu Qədim Şərq fəlsəfəsi adı altında tədqiq edir. Lakin fəlsəfənin beşiyi hesab olunan Şərq dünyası ilə bərabər fəlsəfi düşüncələrin sistemləşdirilməsində və zənginləşdirilməsində əhəməiyyətli yerə və rola malik Antik fəlsəfənin (Qədim yunan - roma fəlsəfəsi)də adını çəkmək mümkündür. Qədim dövrdən etibarən fəlsəfə müəyyən dövrlərə və bölgələrə ayrılaraq araşdırılmış, tədqiq olunmuşdur. Qədim dünya fəlsəfəsi Qədim Şərq fəlsəfəsi Yunan-roma fəlsəfəsi Orta əsrlər fəlsəfəsi Avropa fəlsəfəsi Şərq fəlsəfəsi Yeni dövr fəlsəfəsi Şərq fəlsəfi düşüncə tərzi Qərb fəlsəfi düşüncə təzi Yeni dünya (Amerika) fəlsəfi düşüncə tərzi Müasir fəlsəfə == Ədəbiyyat == Adil Əsədov.
Fərd (fəlsəfə)
Fərd, fəlsəfədə əsasən bir tək adamı təsvir etmək üçün istifadə edilən sözdür. Fəlsəfə tarixində fərd məsələsini, əvvəl Sofistlər, sonra Sokrat və Platon, daha sonra Aristotel ələ almış, müəyyən bir qaydaya görə şərh etməyə çalışmışdırlar.
Güc (Fəlsəfə)
Qüdrət — güclü, nüfuzlu, ədalətli olmaq. Ümumiyyətlə təsəvvür ediləcək hər bir hərəkətə qüdrət deyilir. Qüdrət, nüfuz ya bir insanın üzərində ola bilər, ya da qruplar və dövlətlər üzərində. Qüdrətin siyasi mənası isə fərdin dövlətin qanunları və orqanları qarşısında təslimiyyətidir. Bəzi sosioloqlar qüdrəti bu cür də məna edirlər: "Qüdrət bir fərdin və cəmin başqaları üzərində olan iqtidarı və gücüdür". Burdan belə bir nəticə çıxarmaq olar ki, qüdrət diktatoraluq, zalım olmaq demək deyil, qüdrət yəni güclü, nüfuzlu, ədalətli olmaqdır. Qüdrət vasitəsilə insanlar cəmiyyətin idarəçiliyini tənzimləyə bilirlər.
Hərəkət (fəlsəfə)
Hərəkət - fəlsəfədə mühüm problemlərdən biri. == Ümumi xarakteristika == Dünyada hər şey daimi hərəkətdədir. Müxtəlif predmetlərdə molekulların hərəkəti baş verir. Canlı orqanizmlərdə fasiləsiz surətdə maddələr mübadiləsi gedir. Bundan əlavə, onlarda digər fizioloji proseslər də özünü göstərir. İlk nəzərdə hərəkətsiz kimi görünən ürək bir an dayanmır, damarlara qan vurur, hərəkət edir. Cəmiyyət həyatından da hərəkətə dair çoxlu misallar gətirmək olar. Belə ki, insanların əmək fəaliyyətində, siyasi həyatda və mədəniyyətdə daim müəyyən dəyişikliklər yaranır. Hətta insanın təfəkkürü də bir yerdə dayanmır. O fikirlərin hərəkəti deməkdir.
Kosmos (fəlsəfə)
Kosmos (yun. κόσμος) — Qədim Roma fəlsəfəsinə və mədəniyyətinə görə xaosa əks olan dünya haqqında vahid, harmonik təsəvvür. Yunanlar üçün "kosmos" anlayışı iki funksiyada idi — tənzimlənən və estetika.
Materiya (fəlsəfə)
Materiya — insan şüurundan kənarda və ondan asılı olmayaraq mövcud olan və həmin şüurla inikas etdirilən obyektiv reallıqdır. Bu istiqamətdə XVII əsr fransız filosofu Pol Anri Holbax ilk uğurlu cəhd etmişdir. O göstərmişdir ki, materiya insan şüurundan kənarda, şüura qədər, şüur ilə yanaşı və şüurdan asılı olmayaraq mövcud olan obyektiv reallıqdır. XX əsrin əvvəllərində Vladimir İliç Lenin bu tərifə materiyanın hiss üzvləri vasitəsi ilə bizə "bəlli olması" və "dərkedilən olması" keyfiyyətini əlavə etmişdir. Materiya real mövcud obyektlərin və dünya sistemlərinin sonsuz çoxluğunu əhatə edir, hər cür xassələrin və hərəkət formalarının substansial əsasıdır. Materiya yaradılmır və məhv edilmir, zamanca əbədi, özünün struktur təzahürləri etibarilə məkanca sonsuzdur, hərəkətlə qırılmaz bağlıdır. Şüur materiyaya xas inikasın ən yüksək forması kimi çıxış edir. Materiyanın substansiallığı, ümumiliyi və mütləqliyi dünyanın maddi vəhdətini səciyyələndirir. Dünyada elə bir şey yoxdur ki, o, materiyanın müəyyən növü və vəziyyəti, xassəsi və ya hərəkətinin forması, tarixi inkişafının məhsulu olmasın. Dünyanın maddi vəhdətinin etiraf edilməsi bütün ideal konsepsiyaların əksinə fəlsəfi materializmin əsas başlanğıc prinsipidir.
Metafizik fəlsəfə
Metafizik fəlsəfə, fəlsəfənin bir hissəsidir. İlk dəfə fəlsəfəçilər tərəfindən fəlsəfəyə "metafizik" sözü gətirilmişdir ki, bu "təbiətdən sonra", "təbiətdən sonra gələn" mənasını verir. Onun tədqiqat sahəsi mövcudluq, varlıq, var olmaq, ümumbəşəri, əlaqələr, səbəb, məkan, zaman, tanrı, hadisə kimi anlayışlara yönəlir.
Müasir fəlsəfə
Müasir fəlsəfə — XIX əsrin sonlarından bu günə qədər olan fəlsəfi fikirlərdir. Bu dövrün filosofları indiyə qədər var olan bir çox fəlsəfi fikirləri qəbul etməklə yanaşı bir çox yeni fəlsəfi fikir də yaratmışdır. Bu dövrdə Ziqmund Freydin "freydizmi" , Ogüst Kontun " pozitivizmi" , Ralf Uold Emersonun "Transsendentalizmi" kimi fikirlərlə yanaşı "Postanarxizm" və "SSRİ fəlsəfəsi" kimi bir çox fəlsəfi fikirlər meydana gəlmişşdir. Psixologiyada nəzəriyyədir. Fəlsəfi konsepsiya kimi psixoanalizin əsaslandırılması Ziqmund Freydin adı ilə bağlıdır. Avstriyalı həkim– psixiatr Z. Freyd (1856–1939) psixoanalizi fəlsəfi antropoloji prinsip səviyyəsinə qaldırdı. Freydə görə, şüurlu "mən" iki obyektiv qüvvənin– "o" ilə cəmiyyət qaydalarının mübarizəsi meydanına dönür. "Kütlə psixologiyası və insan "mən"inin analizi" əsərində isə Freyd sosial əlaqələrin təbiətindən söz açır. Kütlə psixologiyasının spesifik cəhətini onun qeyri– şüuru, təhtəlşüur olaraq lider və başçıya pərəstiş etməsində görür. "Moisey və monoteizm" əsərində dinə qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji əsaslarını şərh edir.
Neorealizm (fəlsəfə)
Anglo-American fəlsəfə istiqaməti, əsas fikir ABŞ və Böyük Britaniya filosofların XX əsrin qrupun başında müəyyən edilmişdir. Neo-realizm əsas xüsusiyyəti John Locke və realizm sonra formalarının qnoseoloji dualizm imtina etdi. Neorealizmi idrak prosesində mövzuya obyektlərin müstəqil mövcudluğunu və onların dərhal reallıq tanınmışdır. Neorealizmi əsas nümayəndələri: George Moore, Bertrand Russell, Samuel Aleksandr, AN Whitehead, RB Perry, William P. Montague (Eng.) Russian. Percy Nunn. Davranış reaksiyalar ilə bağlı insan bədəninin idrak şüur əmlak hesab Neorealists; onların fikrincə, onun rolu təcrübə obyektlərin seçilməsi və sifariş ilə məhdudlaşır Yeni fəlsəfi hərəkət kimi neo-realizm mütləq idealizm və Amerika praqmatizm idealist empiricism-Hegelianism neo bir reaksiya idi. Neo-realizm fəlsəfəsi əhəmiyyətli qatqı F. Brentano, A. Meinong ideyası, eləcə də ümumi mənada Scottish məktəb etdik. Şüurun qəsdən xarakterli Brentano və Meinong təhlili aparılmış iş olan əslində neo-realizm prinsiplərinə biri əqli aktları ayırmaq və sonra ki, bu aktları yönəldilir İngiltərədə, real hərəkət çıxması jurnalında "Mind" (ing. Idealizm təkzib, 1903) Corc Moore "idealizm təkzib" tərəfindən maddənin görünüşü ilə başladı [6]. Nəhayət, "fəlsəfi vəziyyəti XX əsrin ayrılmaz ana erkən 30-cu illərində oldu" neopositivist fəlsəfə Advent ilə ölkədə English realizm populyarlıq itirdi.
Obyekt (fəlsəfə)
Оbyekt (latınca: objectum) — fəlsəfi kateqoriya, predmet. Təfəkkürdən asılı olmayaraq real şəkildə mövcud olan predmet, hal və ya proses. Ona daima müşahidəçinin praktiki marağı yönəlir. Şəxs, sosial qrup və cəmiyyət həm obyekt, həm də subyekt şəklində iştirak edə bilər. Obyekt – [lat. objectum – alət, əşya] 1)sintaksisin forma və məzmun kateqoriyası, obyekt, məzmunca, feldə ifadə olunan hərəkətin yönəldiyi əşya və ya şəxsin adı olub subyektə qarşı qoyulur. Obyektin – formal və funksional səciyyələri bir-birinə uyğun gəlməyə bilər; 2)fəlsəfədə: xarici aləm, maddi varlıq; 3)mövzu, öyrənilən, nəzərdən keçirilən fakt, əşya, hadisə; 4)müəssisə, zavod, təşkilat. Obyekt dərk edilən reallıqdır və dəqiq formalaşmış davranışı var. Obyekt kimi aşağıdakılar ola bilər: dərk edilən ya görülən predmet; təfəkkürlə qəbul edilən nəsə; fikir və hərəkət yönələn nəsə. A.Smitə görə obyekt — konkret dərk edilən predmet, vahidlik və ya mövcudluqdur.
Plüralizm (fəlsəfə)
Plüralizm - materialist monizmə zidd olaraq, kainatın və onun hadisələrinin əsasını bir çox müstəqil mənəvi əsaslar təşkil etdiyini iddia edən idealist fəlsəfi cərəyanı.
Realizm (fəlsəfə)
Realizm, fəlsəfədə — daimi və ya ümumi mənası olmayan ortaq bir Avropa fəlsəfi termini. Avropa fəlsəfəsinin istiqamətlərini təyin etmək üçün, konsepsiyaların bu və ya digər əlaqələrini gerçəkliyə postulyasiya etmək üçün istifadə edilmişdir. Fərqli dövrlərdə tamamilə fərqli (və hətta əks) istiqamətlərə mənsub idi: sxolastikizmdəki realizm (Avropa orta əsr fəlsəfəsi): bu konsepsiyaya daxil olan fərdi nümayəndələrdən ayrı (ümumbəşəri problem) ümumi anlayışların (insan, ağcaqayın, ... kimi) real mövcudluğunu postulat edir. Əks istiqamət nominalizmdir. Realizmin yumşaldılmış bir versiyası var idi - konseptualizm (mülayim realizm); realizm, mistisizmə və daha geniş şəkildə idealizmə qarşı çıxan müasir dövrün fəlsəfi istiqamətini təyin etməyə xidmət edir. Bu cür realizmin nümayəndəsi Herbart və onun tərəfdarları idi; XX əsrin əvvəllərində Oxbridge ingilis fəlsəfəsindəki realizm. Bu realistlər həqiqi anlayışların birbaşa həqiqətə uyğun olduğuna inanırdılar. Qalan hər şey (bütün metafizika) “idealizm” adlanan yalan və artıq hesab olunurdu. Bu istiqamət öz missiyasını "idealizmə" qarşı çıxdı.
Siyasi fəlsəfə
Siyasi fəlsəfə — Fəlsəfə və siyasi elmin qovşağında yerləşən, siyasətə, siyasi dəyərlərə, siyasi gerçəkliyin mahiyyətinə və siyasi analizin ilkin intellektual şərtlərinə dair fikirləri öyrənən elm sahəsidir. Siyasi fəlsəfənin tədqiq etdiyi mövzulara siyasət, azadlıq, ədalət, mülkiyyət, hüquqlar, qanunlar və səlahiyyət sahibləri tərəfindən hüquqi bazanın gücləndirilməsi aiddir. Onlar nədirlər, onlara nəyə görə (bəzən ümumiyyətlə) ehtiyac var, siyasi gücü legitim edən nədir və o hansı hüquqlar və azadlıqları qorumalıdır və niyə, bu hansı formada olmaldıır və niyə, qanunla nədir, əgər varsa, vətəndaşların legitim hökumət qarşısında öhdəlikləri nədir və əgər mümkünsə, bu öhdəliklərdən nə zaman imtina etmək olar. Sadə dillə desək, "siyasi fəlsəfə" termini dedikdə fəlsəfənin texniki fənlərinə aid olması hökmən olmayan, siyasət haqqında ümumi baxışlara və ya spesifik etikaya, siyasi inanca və ya yanaşmaya istinad edilir. Başqa sözlə, siyasi fəlsəfə siyasi hadisələrin və proseslərin mahiyyətini, onların qarşılıqlı təsirini araşdırır. Onun predmetinə siyasət ilə hakimiyyətin qarşılıqlı əlaqələri, onun maddi və ideal formaları – dövlət, vətəndaş cəmiyyəti, siyasi şüur və digər məsələlər daxildir. Yuxarıda qeyd edildiyi kimi bu elm fəlsəfə ilə siyasi elmin qovşağında yaranan sahədir. O, siyasət dünyasının mənəvi və dünyagörüşü səpkilərini öyrənir. Digər tərəfdən siyasət insanların dünyagörüşü, normativ xarakterli dəyərlərinin formalaşdığı fəaliyyət sahəsi olduğundan siyasi fəlsəfə də cəmiyyətin siyasi sistemi və təşkilinin prinsiplərini təhlil edir. Siyasət fəlsəfəsinin tədqiqat sahəsi – siyasi münasibətlər üzərində qurulan siyasi ideyalar və institutlardır.
Sosial fəlsəfə
Sosial fəlsəfə — cəmiyyətdə baş verən hadisələri öyrənən elm. Sosial fəlsəfə cəmiyyətdə baş verən proseslərin məntiqi gedişini öyrənərkən aşağıdakı prinsiplərə əsaslanır: birinci — sosial determinizm (sosial hadisələr arasında səbəb-nəticə və qanunauyğun əlaqələrin hərtərəfli nəzərə alınmasıdır), ikinci – tarixilik prinsipi (ictimai həyatı dəyişilmə və dinamikada götürmək), üçüncü – varislik prinsipi (mühavizəkar və novator tərəflərin ayırd edilməsi), 4-cü – sosial ziddiyyətlərin aşkarı və onlara ictimai hadisə və proseslərin inkişaf mənbəyi kimi yanaşılması. Sosial fəlsəfə ilə cəmiyyəti öyrənən digər elmlər bir-birilə sıx qarşılıqlı təsirdə fəaliyyət göstərirlər. Belə ki, sosial fəlsəfə ən yüksək səviyyədə ümumiləşdirmələr aparır və öz müddəalarını daha mücərrəd formada ifadə edir. O, cəmiyyətin ən ümumi inkişaf qanunauyğunluqlarını və meyllərini öyrənir. Buna görə də o, konkret ictimai elmlərə (iqtisadiyyat, sosialogiya. Politalogiya, tarix, hüquq, statiskia və s.) münasibətdə ümumi metodologiya rolunu oynayır. Sonra, sosial fəlsəfə cəmiyyətin inkişafının, bütövlükdə tarixi prosesin ümumi nəzəriyyəsi olduğu üçün ayrı-ayrı ictimai elmlər öz konkret tədqiqat obyektlərinə dair konsepsiyalar işləyib hazırlayarkən ona arxalanırlar. Deyilənlər sübut edir ki, sosial fəlsəfə konkret ictimai elmlər üçün mühüm əhəmiyyətə malikdir. Lakin nəzərdə tutulmalıdır ki, sosial fəlsəfə ilə həmin elmlərin əlaqələri birtərəfli dyeildir.
Sokrataqədərki fəlsəfə
Sokrataqədərki fəlsəfə (e.ə. VII-V əsrlər) — Sokratdan əvvəlki qədim yunan filosofları, eləcə də e.ə.IV əsrdə Attikada Sokratçı və Sofist ənənələrinin əsas axınından kənarda fəaliyyət göstərən onların davamçıları üçün müasir dövrdə qəbul edilmiş şərti ad. O, həm də yalnız xronoloji mənada istifadə oluna bilər (bu, tam düzgün deyil, çünki onlara daxil olanların bəziləri Sokratın müasirləri idi). Sokrataqədərki filosofların əsərləri yalnız sonrakı antik müəlliflərdən sitatlar şəklində qorunan fraqmentlərdən məlumdur. “Sokrataqədərki” termini 1903-cü ildə alman alimi Hermann Dils “Sokrataqədərki filosofların fraqmentləri” (“ Die Fragmente der Vorsokratiker”) əsərində Sokratdan əvvəl yaşamış filosofların mətnlərini toplayanda yaranıb. Kitaba Orfist və digər fəlsəfidən əvvəlki teokosmoqoniyaların fraqmentləri ilə birlikdə 400-dən çox ad daxil edilmişdir . "Sokrataqədərki" termini alman filosofu, filoloqu və ilahiyyatçısı İohann Avqust Eberhardın (1739-1809) təqdim etdiyi "Sokratdan əvvəlki fəlsəfə" termininə qayıdır, o, 1788-ci ildə yazdığı "Ümumi fəlsəfə tarixi" kitabında bütün filosofları iki yerə bölür. Beləliklə antik fəlsəfə tarixini iki əsas dövrə - “Sokratdaqədərki fəlsəfə” və “Sokratik fəlsəfə”yə ayırmışdır . XIX əsrin ortalarında Eduard Zellerin “Yunanların fəlsəfəsi tarixi inkişafda” adlı klassik əsərində onun əsasını qoyduğu qədim yunan fəlsəfəsinin dövrləşdirilməsində onun ilk mərhələsi qədim ioniyalılardan Sokrata qədər fərqlənir . Zellerdən əvvəl Hegel öz fəlsəfə tarixində qədim yunan fəlsəfəsinin Falesdən Aristotelə qədər ilk dövrünü müəyyən etmişdir .
Analiz (fəlsəfə)
Analiz (analizis, fr. analyse və ya lat. analysis, q.yun. ἀνάλυσις — «parçalanma, ərimə» sözündən) — fəlsəfədə sintezdən fərqli olaraq, təhlil bir anlayışın müəyyənləşdirilməsinin məntiqi üsuludur, o zaman verilmiş anlayışı xüsusiyyətlərinə görə onun tərkib hissələrinə parçalayır və bununla da öz biliklərini tam həcmdə aydınlaşdırmaq üçün. “Analitik anlayış” birincini ehtiva edən başqa bir anlayışın təhlili nəticəsində əldə edilən anlayışdır. Eyni şəkildə, məfhumun tərkib hissələrinə parçalanaraq izahı “analitik şərh”, “nəticə” adlanır. Mühakimələr və ya nəticələr də oxşar şəkildə parçalana bilər. Analitik mühakimə subyektin özü anlayışına xas olan müəyyən keyfiyyəti nəzərdə tutur, başqa sözlə desək, predikat subyektin özünün konsepsiyasında yatır, sintetik mühakimədə isə subyektə elə bir keyfiyyət aid edilir ki, o, onun özündə mövcud ola bilməz. subyekt anlayışı, başqa sözlə, subyekt anlayışı ilə istər-istəməz əlaqələndirilmir. Bir sıra nəticələrə əsaslanan sübutlarla, xüsusən də hər hansı bir elmi nəzəriyyənin işlənib hazırlanmasında və ya formalaşdırılmasında “təhlil” ifadəsi bir qədər fərqli məna kəsb edir, bu o deməkdir ki, sübutlar şərtidən şərtiyə doğru reqressiv şəkildə irəliləyir, sintetik üsulla.
İmperativ (fəlsəfə)
İmperativ (lat. imperativus, lat. impero — əmr edirəm) — tələb, əmr, qanun. Kantın "Praktik zəkanın tənqidi" əsərinin meydana çıxması ilə imperativ şəxsi prinsipdən (maksima) fərqli olaraq universal etibarlı reseptdir; öhdəliyi ifadə edən qayda (bu və ya başqa cür hərəkət etməyə obyektiv məcburiyyət). Hipotetik imperativ yalnız müəyyən şərtlər daxilində etibarlıdır; Kateqorik imperativ qeyd-şərtsiz, sarsılmaz öhdəliyi ifadə edir, davranışda əməl edilməli olan forma və prinsipi müəyyən edir. Kateqorik imperativ və ya əxlaqi imperativ Kant tərəfindən belə formalaşdırılır: "Elə hərəkət edin ki, istənilən vaxt iradənizin maksimumu universal qanunvericilik prinsipinə çevrilsin". Başqa bir mənbədə isə qeyd olunur ki, Kateqorik imperativ İ. Kantın terminologiyasında qeyd-şərtsiz imperativ formada mənəvi borcdur .