tarla
tasa
OBASTAN VİKİ
Malakatın-Tas
Malakatın-Tas — Kotelnı adasının cənubunda yerləşir. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ust-Lenski Dövlət Təbiət Qoruğuna daxildir. Anju adaları qrupunun ən hündür zurvəsidir. Adanın zirvəsi Böyük Sovet Elsiklopediyasında 374m olaraq göstərilir. Dağ silsiləsi ilə Orto-Tas dağı (256 m) ilə birləşir.
Tas (hərf)
𐔸 (səslənməsi: /t/; transkripsiyası: T, t) — Alban əlifbasının doqquzuncu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Թաս (T'as) kimi verilmişdir. Tədqiqatçı Aşot Abramyan ətraflı izah təklif etmədən bu hərfin qədim gürcücə Ⴇ hərfinin bir forması olduğunu irəli sürmüşdür. Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərf [t] səsinin qarşılığı idi. Rəqəmsal dəyəri 9 olmuşdur. Sözlərin hər yerində rast gəlinir.
Bastın-Tas adası
Bastın-Tas adası — qayalıqdan ibarət olan ada. Adanın sahillərini Laptevlər dənizinin suları yuyur. Bastın-Tas adası Belkovski adasının şimalında qərarlaşıır. Anju adaları qrupuna daxildir. İnzibati cəhətdən Saxa Respublikası ərazisinə daxildir.
Tas-Arı adası
Tas-Arı adası — Şərqi Sibir dənizində yerləşən Anju adaları qrupuna aid olan elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiyanın Bulunski ulusu ərazisinə daxildir. Faddeevski yarımadası cənub-qərbində, Qedenştrom körfəzində yerləşir. Uzunsov formaya malikdir. Qumla örtülmüşdür. Şimalında elə də böyük olmayan göl vardır. Adada daimi yaşayış yoxdur. Kotelnı adası kimi bu adada Ust-Lena qoruğu ərazisinə daxildir. Bu adanı Lena çayının deltasında yerləşən Tas-Arı aadası ilə səhv salmaq lazım deyil.
Tas-Yuryax çayı
Tas-Yuryax- (устар. Таас-Юрэх)- Lena çayının qolu. Yakutiya çayı. == Əsas xüsusiyyətləri == Yakutiyanın Jiqan rayonunun çayıdır. Çayın uzunluğu 22 km -dir. Velikan kanalına tökülür hansı ki, oda öz növbəsində 534 km yüksəklikdən Lena çayına tökülür. Kurunq-Bısır çayının sağ qoludur.
Abel Tasman
Abel Tasman (ing. Abel Janszoon Tasman) - Avstraliya və Okeaniya ərazilərini tam dövrə vurmuş və Yeni Zelandiyaya gəlmiş ilk avropalı səyyah. Abel Tasman Yeni Zelandiyanı 1642-ci ilin 15 aprel tarixində kəşf etmişdir. Avstraliyanın cənubunda yerləşən Tasmaniya adası, Tasmaniya dənizi, səyyahın şərəfinə adlandırılmışdır.
Alessandro Tassoni
Alessandro Tassoni (it. Alessandro Tassoni; 28 sentyabr 1565, Modena – 25 aprel 1635[…], Modena) — italyan şair. == Həyatı == XVII əsr italyan poeziyasında zamanın qarşıya qoyduğu problemlərə cavab verməyə çalışan istedadlı sənətkarlardan biri də Allessandro Tassoni idi. Bir çox müasirləri kimi İtaliyanın taleyi onu da narahat edirdi. Tassoni öz həmvətənlərini birliyə, birləşib yadelli işğalçılara qarşı vuruşa, döyüşə çağırırdı. O, sözün əsl mənasında vətəndaş şair idi. Tassoni həyatı boyu dövrünün bir çox görkəmli adamlarının kardinal və hersoqlarının yanında xidmət etmişdir. Şairin zəngin ədəbi irsində onun ziddiyyətli, döyüşkən təbiəti əks olunmuşdur. Tassoninin bütün əsərlərində bu və ya başqa bir şəkildə nüfuzlara, ehkamlara qarşı mübarizə ruhu vardır. "İspanlar əleyhinə həcvlər" əsərində İtaliyanın fikir və iradəsini əzən, onu qul, kölə halına salan, yadelli ispanlara etiraz edir, qəzəb və həyəcanını bildirir, həmyerlilərində vətənpərvərlik duyğuları oyatmağa çalışır.
Alvi Tasuyev
Alvi Tasuyev (15 oktyabr 1974, Oktyabrskoye[d], Çeçen-İnquş MSSR – 24 mart 2005, Berdikel[d], Çeçenistan) — çeçen separatçılarının liderlərindən biri, səhra komandiri, İçkeriya silahlı müqavimətinin Kurçaloyevski camaatının 2-ci əmiri, İkinci Çeçenistan müharibənin fəal iştirakçısı, çeçen İçkeriya Respublikası Şərq Cəbhəsi komandirin müavini - Əhməd Avdorxanov. İçkeriya Prezidenti Aslan Masxadovnin ən yaxın adamı və cangüdəni. Əmir Əsəd, Pirat, Şram təxəllüsü və Qraf zəng işarəsi ilə tanınır. == Bioqrafiya == Alvi Tasuyev 15 oktyabr 1974-cü ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Qroznı rayonunun Oktyabrskoye kəndində (indiki Çeçenistan Respublikasının Baysanqurov rayonu) anadan olmuşdur. Alvi Tasuyevin İkinci Çeçenistan müharibəsinə qədərki fəaliyyəti haqqında heç bir məlumat yoxdur. Çeçen separatçıları arasında Alvi “Əmir Əsəd”, “Pirat”, “Çapıq” ləqəbləri və “Qraf” çağırış nişanı ilə tanınırdı. O, Çeçen İçkeriya Respublikasının Prezidenti Aslan Masxadovun yaxın çevrəsinin üzvü idi. Onun şəxsi mühafizəçisi və ən yaxın köməkçisi idi. 2000-ci illərin əvvəllərindən Tasuyev Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin Şərq Cəbhəsinin tərkibində rus qoşunlarına qarşı döyüşmüş, sonra (Ruslan Manqeriyevin aradan qaldırılmasından sonra) Tasuyev Qafqaz Cəbhəsi tərkibində Şərq Cəbhəsinin Kurçaloy Camaatına rəhbərlik etmiş, Şərq Cəbhəsi komandiri olan Əhməd Avdorxanovun müavini olmuşdur. Rusiya komandanlığının məlumatına görə, Tasuyev Çeçenistan Respublikasında və Şimali Qafqazda federal qoşunlara çoxlu sayda hücumlar həyata keçirib: - 2000-2003-cü illərdə federal qoşunların avtomobillərinin və zirehli maşınlarının partlaması və atəşə tutulması; - Qroznının Lenin rayonunda avtomobilin partladılması (2001); - Çeçenistan Respublikası Çeçenistan Respublikası Prezidentinin Mühafizə Xidmətinin iki əməkdaşının oğurlanması və öldürülməsi (2003); - İnquşetiyaya hücum (iyun 2004); - Şali rayonunun Avturı kəndinə hücum (iyul 2004); - Kürçaloy rayonunun Sotsin-Yurt kəndinə hücum (2004).
Annallar (Tasit)
"Annallar" (lat. Annales) orijinal başlığı – "İlahi Avqustun ölümündən" (lat. Ab excessu divi Augusti) — Roma tarixçisi və senatoru Tasitin Roma imperiyasının b.e. 14–68-ci illərindən, yəni Tiberinin hakimiyyəti dövründən Neronun hakimiyyəti dövrünə qədərki tarixi haqqında yazdığı əsər. "Annallar" b.e. I əsrində Roma imperiyasının tarixinin başa düşülməsi üçün mühüm mənbədir. Bu, Tasitin son əsəridir və müasir tarixçilər ümumiyyətlə onu onun ən böyük yazısı hesab edirlər. Tarixçi Ronald Mellor bunu "Roma tarixi yazısının zirvəsini" təmsil edən "Tasitin pik nailiyyəti" adlandırır. Tasit "Tarix" and "Annallar" birlikdə 30 kitabdan ibarət idi. Bəzi alimlər bəzi kitabların hansı əsərə aid edilməsi ilə bağlı fikir ayrılığına düşsələr də, ənənəvi olaraq 14-ü "Tarix"ə, 16-sı isə "Annallar"a aid edilir.
Aspasmogaster tasmaniensis
Aspasmogaster tasmaniensis (lat. Aspasmogaster tasmaniensis) — aspasmogaster cinsinə aid balıq növü.
Erigeron tasmanicus
Erigeron tasmanicus (lat. Erigeron tasmanicus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Eupatorium tashiroi
Eupatorium tashiroi (lat. Eupatorium tashiroi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Kazuaki Tasaka
Kazuaki Tasaka (d. 3 avqust 1971) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Korneli Tasit
Tasit Korneli (təq. 54 və ya ən tezi 54 və ən geci 56 – təq. 120, Roma imperiyası) — Roma tarixçisi. == Həyatı == Qədim Roma tarixçisi Tasit Korneli 58-ci ildə Şimali İtaliyada Roma əyaləti olan Qalliya Narbonda varlı süvari ailəsində anadan olmuş, mükəmməl təhsil almışdır. Müasiri olmuş üç Roma imperatorunun üçü də ona himayədarlıq etmiş, o, ən yüksək dövlət vəzifələrinə təyin edilmişdir. Gənc yaşlarında təhsilini səssizcə davam etdirdiyindən "Səssiz" — "Tasit" ləqəbini almışdır. Ən yaxın dostu Plinus olmuşdur Tasit Korneli 69–96-cı illərdə Romanı idarə edən Flavilərlə dostluq etmiş, bu sülalənin nümayəndəsi, 69–79-cu illərdə Poma imperiyasını idarə edən Vespasian Tasit Kornelini senata üzv təyin etmiş, Dominisian (81–96) isə onu pretor təyin etmişdir. 77-ci ildə general Aqrikolanın qızı ilə evlənmişdir. 89–93 illərində hətta bəzi legionların generalı təyin olunmuşdur Böyük natiqlik qabiliyyəti olan Tasit Korneli 93-cü ildən sonra senatın üzvü kimi imperator Dominisianın repressiyalarından canını güclə qurtarmışdır. Tasit 96-cı ildə Romada baş vermiş dövlət çevrilişini alqışlamış, hakimiyyətə gələn Antonilər sülaləsinin (96–192) əsasını qoyan imperator Nerva (96–98) onu konsul təyin etmiş, Trayanın zamanında (98–117) isə məhkəmə natiqi kimi şöhrətlənmişdir.
Mauro Tassotti
Mauro Tassotti (it. Mauro Tassotti ; 19 yanvar 1960, Roma) — İtalyalı keçmiş futbolçu və məşqçi. Müdafiəçi mövqeyində çıxış edib. Daha çox "Milan" klubundakı çıxışları ilə tanınır. == Karyera == Mauro Tassotti karyerasına "Latsio" klubunda başlayıb, klubda debütünü 5 noyabr 1978-ci ildə "Askoli"yə qarşı oyunda edib. Tassotti 2 mövsüm "Latsio"da keçirdikdən sonra, o zaman İtaliya futbolunda yaranan qalmaqal səbəbindən B Seriyasına düşən "Milan" klubuna keçir. Tassotti 24 avqust 1980-ci ildə "Kataniya" klubu ilə oyunda Milanlıların heyətində debüt edir. "Milan"a gəldikdən dərhal sonra Tassotti Rossonerilərin əsas oyunçusuna çevrilir. Arriqo Sakkinin "Milan" məşqçi korpusuna gəlişi ilə Tassotti özü də klubun ən hörmətli və əvəzolunmaz oyunçularından birinə çevirilir. Bu zaman o, komandanın vitse-kapitanı olur.
Publi Korneli Tasit
Tasit Korneli (təq. 54 və ya ən tezi 54 və ən geci 56 – təq. 120, Roma imperiyası) — Roma tarixçisi. == Həyatı == Qədim Roma tarixçisi Tasit Korneli 58-ci ildə Şimali İtaliyada Roma əyaləti olan Qalliya Narbonda varlı süvari ailəsində anadan olmuş, mükəmməl təhsil almışdır. Müasiri olmuş üç Roma imperatorunun üçü də ona himayədarlıq etmiş, o, ən yüksək dövlət vəzifələrinə təyin edilmişdir. Gənc yaşlarında təhsilini səssizcə davam etdirdiyindən "Səssiz" — "Tasit" ləqəbini almışdır. Ən yaxın dostu Plinus olmuşdur Tasit Korneli 69–96-cı illərdə Romanı idarə edən Flavilərlə dostluq etmiş, bu sülalənin nümayəndəsi, 69–79-cu illərdə Poma imperiyasını idarə edən Vespasian Tasit Kornelini senata üzv təyin etmiş, Dominisian (81–96) isə onu pretor təyin etmişdir. 77-ci ildə general Aqrikolanın qızı ilə evlənmişdir. 89–93 illərində hətta bəzi legionların generalı təyin olunmuşdur Böyük natiqlik qabiliyyəti olan Tasit Korneli 93-cü ildən sonra senatın üzvü kimi imperator Dominisianın repressiyalarından canını güclə qurtarmışdır. Tasit 96-cı ildə Romada baş vermiş dövlət çevrilişini alqışlamış, hakimiyyətə gələn Antonilər sülaləsinin (96–192) əsasını qoyan imperator Nerva (96–98) onu konsul təyin etmiş, Trayanın zamanında (98–117) isə məhkəmə natiqi kimi şöhrətlənmişdir.
Qala-i Tasiyan (Sərdəşt)
Qala-i Tasiyan (fars. قلعه تاسيان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 180 nəfər yaşayır (23 ailə).
Radio Tashkent International
Daşkənd beynəlxalq radiosu (ing. Radio Tashkent International), həmçinin (özb. Toshkent xalqaro radiosi / Toşkent xalkaro radiosi) və ya Radio Taşkent (ing. Radio Tashkent; özb. Toshkent radiosi / Toşkent radiosi) kimi tanınan radiostansiya 1947-ci ildə, əsasən, xarici dinləyicilər üçün yayımlanırdı. 31 mart 2006-cı ildə radiostansiyanın yayımı dayandırıldı. Bağlandığı dövrə qədər SSRİ-də, Asiyada və Mərkəzi Asiyada ən böyük beynəlxalq radiostansiyalardan biri idi. "Daşkənd beynəlxalq radiosu" 1947-ci ildən xarici auditoriyaya 70 dildə yayımlanan "Moskva radiosu"nun əlavəsi olaraq efirə buraxılıb. Daşkənd SSRİ-də ( Moskva, Leninqrad və Kiyevdən sonra) sayca dördüncü böyük şəhər, Sovet Orta Asiyasında və SSRİ-nin bütün Asiya hissəsində isə ən böyük şəhər hesab olunurdu. "Daşkənd radiosu" Asiya bölgələrinə xidmət etdiyi üçün, əsasən, burada danışılan dillərdə yayımlanırdı.
Senecio tasmanicus
Senecio tasmanicus (lat. Senecio tasmanicus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
TASS
İTAR-TASS — Rusiya İnformasiya Teleqraf Agentliyi. 1992-ci ildə SİTA-nın bazası əsasında yaradılmışdır.
TASİS
TACIS (Technical Assistance for the Commonwealth of Independent States, Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım) — Avropa İttifaqının MDB ölkələrində iqtisadi islahatların sürətləndirilməsinə yardım məqsədilə həyata keçirdiyi proqramdır. Proqram nou-hauların MDB ölkələrinə ötürülməsi üçün qrantlar verir. 1991-2007 illər arasında TACIS çərçivəsində Aİ tərəfindən 7,3 milliard avro ayırılıb. 2006-ci ildə təftiş komissiyası tərəfindən keçirilən araşdırma göstərib ki, proqram çərçivəsində 5 milliard avro qeyri-effektiv şəkildə xərclənilib. Məsələn, Rusiyadaki 29 layihədən ancaq 5-in nəzərəçarpacaq nəticəsi olmuşdu. Avropa Parlamentinin üzvləri proqramın dayandırılmasını tələb etmişlər. 2007-ci ildə TACIS ləğv olunmuşdu. Onu Avropa Qonuşuluq və Tərəfdaşlıq Proqramı (ing. European Neighbourhood and Partnership Instrument/ENPI) əvəzləndirib.
Tasaday tayfaları
Tasaday (tɑsɑdɑj) — Filippinin Mindanao adasında yaşayan yerli bir xalqıdır. Onlar adanın digər xalqları ilə birlikdə Lumad qrupuna aid edilirlər.Tasadaylar qonşu tayfaların dilindən fərqli bir dildə danışırlar ki dilçilər tərəfindən , 200 il bundan əvvəl ehtimal ki qonşu Manobo dillərdən parçalanması təsvir edilibdir.
Tasat
Tatsat (yun. Τατζάτης), Tasat (erm. Տաճատ, translit. Tasat), və ya Tatsati (yun. Τατζάτιος) — erməni əsilli Bizans və Abbasi sərkərdəsi. O, 782-ci ildə dönəklik edərək Abbasilər xilafətinin tərəfinə keçmiş və Ərməniyyənin əmiri təyin olunmuşdur. == Həyatı == Tatsat erməni əsilli Andzevatsi zadəgan ailəsindən idi. Onun 750-ci illərdə Bizans imperiyasına gələrək imperator V Konstantinə (hak. 741–775) xidmət etməyə başladığı güman olunur. O, V Konstantinin hakimiyyəti dövründə türk əsilli bulqarlarla vuruşmuş, təqribən 760-cı ildə strateq vəzifəsinə yüksəlmişdir.
Tassilin Accer
Tassilin Accer (Bərbər: Tassili n Ajjer, ərəb. طاسيلي ناجر‎; "Çaylar yaylası") — Əlcəzairin cənub-şərqindəki geniş yaylada, Böyük səhrada yerləşən milli parkdır. İbtidai icma quruluşuna aid mağara sənətinin ən vacib qruplarından birinə sahib olan və 72000 kvadrat kilometrdən çox ərazini əhatə edən Tassilin Accer 1982-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Qədim sənət == Buradakı ilk dəfə 1910-cu ildə bildirilən süxur formalaşması qaya sənətinin ibtidai icma dövründəki parietal əsərləri ilə qeyd olunan bir arxeoloji ərazidir və şəhərin indiki səhradan daha çox yaşana bilən bir savanna olduğu dövrdəki son buzlaq dövrünün sonuna, erkən neolit ​​dövrünə aiddir. Mənbələr xeyli dərəcədə fərqlənsə də, ən qədim sənət əsərlərinin 12 min il əvvələ aid olduğu güman edilir. Böyük əksəriyyəti əlaqəli çöküntülərin tanışlığına görə, eramızdan əvvəl doqquzuncu və onuncu minilliklərə aiddir. İndiyə qədər müəyyən edilmiş 15.000 oyma arasında təsvir edilən fiqurlar əsasən antiloplar və timsahlar, mal-qara sürüləri və ov və rəqs kimi fəaliyyət göstərən insanlar da daxil olmaqla böyük vəhşi heyvanlardır. UNESCO-ya görə, " Rəsm və oymaların müstəsna sıxlığı…Tassilini dünyaca məşhur etdi." == Coğrafiya == Tassilin Accer Əlcəzairin cənub-şərqində, Liviya, Niger və Mali sərhədlərində, 72.000 km2 sahəni əhatə edən geniş yayladır. Ən yüksək nöqtəsi olan Adrar Afao dəniz səviyyəsindən 2,158 metr (7,080 ft) hündürlükdə yerləşir. Arxeoloji sahə milli park, biosfer qoruğu olaraq təyin edilmiş və Tassili n'Ajjer Milli Parkı kimi UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Tasua
Tasua(doqquzuncu gün)-İslami təqviminin ilk ayı olan Məhərrəmin 9-cu günü. Bu gün çünki İmam Hüseyn (s.ə) ordusunun böyük Generalı kimi qəhrəmanlıq edən Abbas ibn Əliyə həsr olunmuş.Abbas şiə mədəniyyətində qeyrət, cəngavərlik və sədaqət göstərən şəxsiyyətinin simvoludur. == Ədəbiyyatı == Litvak, Meir (1998). Shi'i Scholars of Nineteenth-Century Iraq: The Ulama of Najaf and Karbala. Cambridge University Press. ISBN 0-521-89296-1 al Musawi, Muhsin (2006). Reading Iraq: Culture and Power and Conflict. I.B.Tauris. ISBN 1-84511-070-6 al Mufid, al-Shaykh Muhammad (Dec 1982(1st ed.)). Kitab Al-Irshad.

Значение слова в других словарях