TASMA

I
(Xanlar, Şəki)
çarığa keçirilən bağ. – Çarığa tasma taxılasıdı, o da yoxdu (Şəki)
II
(Bakı)
bərk, tarım. – Şali gör necə tasma bağli:b
TASKÜLA
TASMALAMAX
OBASTAN VİKİ
Abel Tasman
Abel Tasman (ing. Abel Janszoon Tasman) - Avstraliya və Okeaniya ərazilərini tam dövrə vurmuş və Yeni Zelandiyaya gəlmiş ilk avropalı səyyah. Abel Tasman Yeni Zelandiyanı 1642-ci ilin 15 aprel tarixində kəşf etmişdir. Avstraliyanın cənubunda yerləşən Tasmaniya adası, Tasmaniya dənizi, səyyahın şərəfinə adlandırılmışdır.
Aspasmogaster tasmaniensis
Aspasmogaster tasmaniensis (lat. Aspasmogaster tasmaniensis) — aspasmogaster cinsinə aid balıq növü.
Erigeron tasmanicus
Erigeron tasmanicus (lat. Erigeron tasmanicus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Senecio tasmanicus
Senecio tasmanicus (lat. Senecio tasmanicus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Tasmalı
Tasmalı (Qax) — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Tasmalı (Türkman) — Qərbi Azərbaycan ostanının, Urmiya şəhristanının, Mərkəz bəxşinin, Türkman dehestanında kənd.
Tasmalı (Qax)
Tasmalı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Tasmalı kəndi Qarabaldır və Lələpaşa kəndləri ilə birlikdə Tasmalı kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Tasmalı bələdiyyəsi tərəfindən idarə edilir. Tasmalı oyk., diiz. Qax r-nunun eyniadlı i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonim türk mənşəli tasına etnonimindən və mənsub, bildirənli şək.-sindən ibarətdir. Qırğızlarda və qazaxlarda da tasma tayfası vardır. Bəzi mənbələrə əsasən, XI-XII əsrlərdə tasma tayfalarının bir hissəsi Səlcuqi oğuzlarının tərkibində Azərbaycanda məskunlaşmışdır. Kənd əhalisi'nin tamamı etnik Azərbaycan Türklərindən ibarətdir və Azərbaycan Türkcəsində danışır.
Tasmalı (Türkman)
Tasmalı (fars. خضراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərkəz bəxşinin, Türkman dehestanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 322 nəfər yaşayır (91 ailə). Əhalisi etnik azərbaycanlılardır və azərbaycanca danışırlar.
Tasmalı bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tasman Torpağı
Tasman Torpağı (ing. Tasman Peninsula) — Qərbi Avstraliyanın şimal hissəsindəki, Avstraliya materikinin çıxıntı hissəsidir. Tasman Torpağı Kinq və Kembric körfəzləri arasındakı Kimberli yaylaları, Antrim vulkanik yaylası və Fisroy çayı ovalığını özündə birləşdirən sahil zolağını əhatə edir. Ərazinin adı hollandiyalı tədqiqatçı Abel Tasmanın şərəfinə verilmişdir.
Tasman dənizi
Tasman dənizi – Avstraliya və Okeaniyada yerləşir. Sakit okeana çıxışı vardır. Tasmaniya dənizi Avstraliya və Yeni Zelandiyanın arasında yerləşir. Dəniz məşhur holland səyyah Abel Tasmanın şərəfinə adlandırılmışdır.
Tasman yarımadası
Tasman yarımadası ing. Tasman Peninsula - Tasmaniya adasının bir hissəsini təşkil edir. Yarımada Abel Tasmanın şərəfinə adlandırılıb. Tasman yarımadasını adadan iki bərzəx birləşdirir. Qabarma və çəkilmə nəticəsində onlardan biri tədricən boğaza çevrilir. Bərzəxin eni 30 - 40 metr təşkil edir. Ərazidə Port Artur şəhəri yerləşir. Yarımadanın cənub-şərqində Tasman milli parkı vardır. Oradan cənub-şərqdə məşhur Tasman adası yerləşir.
Tasmaniya
Tasmaniya (ing. Tasmania) — Avstraliya İttifaqında əyalət, Avstraliya materikindən 240 km cənubda, Bass körfəzi ilə materikdən ayrılan eyni adlı adada yerləşir. İnzibati ərazi bölgüsünə yaxın adalar (Kinq, Flinders və s.) və ayrıca Makkuori adaları daxildir. Əhalisi 495 354 nəfərdir (2011). Mərkəzi və ən böyük şəhəri Xobart şəhəridir. Digər iri şəhərləri Lonseston, Devonport və Berni şəhərləridir. Tasmaniya adası 1642-ci ildə Abel Tasman tərəfindən kəşf olunmuş, yeni torpaqlar axtarışı məqsədilə ekspedisiya təşkil edən Vest-Hind Hollandiya müstəmləkəsinin general-qubernatoru Antoni van Dimenin şərəfinə Vandimen torpağı adlandırılmışdır. XIX əsrin ortalarında (1 yanvar 1856-cı ildə) hollandiya dəniz səyyahının şərəfinə Tasmaniya adlandırılmışdır. Тасмания // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Tasmaniya adası
Tasmaniya canavarı
Kisəli və ya Tasmaniya canavarı, və ya Tilasin (Thylacinus cynocephalus) — nəsli kəsilmiş heyvan, kisəli canavarların yeganə növü. İlk dəfə London Linnev cəmiyyətinin elmi əsərlərində 1808-ci ildə həvəskar naturalist harrison tərəfindən təsvir edilib. Elmi adının tərcüməsi «it başlı kisəli» deməkdir. Биологи оживили в мышах ДНК сумчатых волков!
Tasmaniya dənizi
Tasman dənizi – Avstraliya və Okeaniyada yerləşir. Sakit okeana çıxışı vardır. Tasmaniya dənizi Avstraliya və Yeni Zelandiyanın arasında yerləşir. Dəniz məşhur holland səyyah Abel Tasmanın şərəfinə adlandırılmışdır.
Tasmaniya iblisi
Kisəli iblis və ya Tasmaniya iblisi (yun. Sarcophilus harrisii) — Yırtıcı kisəlilər dəstəsinə, Sarcophilus cinsinə aid olan yeganə məməli növü. Qara rəngi, iri ağızlı iti dişləri, dəhşətli gecə qışqırtıları və şiddətli aqressiv xarakteri onui görən ilk avropalıların onu "iblis" adlanmdırmışlar. Daxil olduğu cinsin adı "Sarcophilus", q.yun. σάρξ — ət və q.yun. φιλέω — sevmək sözlərinin birləşməsindən əmələ gəlir. Filogenetik analizlə müəyyən etmişdir ki, Tasmaniya iblislərinin ən yaxın qohumu Kvolldur. Nisbətən uzaq qohumu isə Tasmaniya canavarıdır. Tasmaniya iblisi müasir dünyanın kisəli ən böyük yırtıcı məməlisidir. Ölçülərinə görə elə də böyük olmayan köpəyi xatırlatsa da, çəki və bədən quruluşundan kiçik ayını xatırladır.
İmanqali Tasmaqambetov
İmanğali Nurğali oğlu Tasmağambetov (qaz. Иманғали Нұрғалиұлы Тасмағамбетов (d. 9 dekabr 1956-cı il, Maxambet rayonu, Quryev vilayəti, Qazaxıstan SSR) — Qazaxıstan siyasi xadimi, Qazaxıstanın baş naziri (2002-2003) və müdafiə naziri (2014-2016) vəzifələrində və bir sıra digər dövlət vəzifələrində çalışmışdır.
Tasmaniya alabayquşu
Tasmaniya alabayquşu (lat. Tyto castanops) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Baqdad (Tasmaniya)
Baqdad (ing. Bagdad) — Avstraliyada, Tasmaniya adasındakı Hobartın 37 kilometr (23 mil) şimalında qəsəbə. Baqdad Konstitusiya təpəsində səyahətlərini davam etdirənlər üçün vacib bir istirahət yeri və at dəyişdirmə yeri idi. İndi bura meyvə bağları və kiçik qarışıq təsərrüfatlar sahəsi və şəhərətrafı qəsəbədir. == Tarixi == Şəhərin adını Kral Dəniz Qüvvələrində sıravi kəşfiyyatçı Hyu Cermeyn vermişdir. O, Ceyms Bekhausa, 1901-ci ildə nəşr etdirdiyi "Avstraliya koloniyalarına ziyarətin narrativi" kitabında qeyd edildiyi kimi, səyahət edərkən çantasında iki kitabı daşıdığını söyləmişdir: "Bibliya" və "Min bir gecə". Bağdad Poçt şöbəsi 1 dekabr 1878-ci ildə açılmışdır. 1891-ci ildən 1947-ci ilə qədər şəhəri Hobartla bir dəmir yolu xətti birləşdirmişdir. 2003-cü ilin aprelində, İraq müharibəsinin başlanğıcında, şəhərin veb-saytı iraqlılarla əlaqə saxlamağa çalışan dünyanın hər yerindən internet istifadəçiləri tərəfindən bombardman edilmişdir. == Əhalisi == Avstraliya Statistika Bürosu tərəfindən keçirilən 2006-cı il siyahıyaalınmasına görə, Baqdadda 996 nəfər yaşayırdı.

Значение слова в других словарях