TAVİZ
TAVLAMAK
OBASTAN VİKİ
Podlesnaya Tavla
Podlesnaya Tavla (erz. Вирь Тавла) — Mordoviya Respublikasının Koçkurovski rayonunda yerləşən kənd. Kənd Podlesno-Tavlinski kənd məskunlaşmasının inzibatı mərkəzidir. Podlesnaya Tavla meşə massivinin yaxınlığında olan Tavla çayının sahilində yerləşir. Rayon mərkəzinə (Koçkurova kəndi) olan məsafə 7 km, Voevodskoe dəmiryol stansiyasına qədər ki, məsafə isə 19 km-dir. Toponimin əsasında türk dillərinə məxsus leksik element var: Тау/tav — «dağ» (türk.). Dmitri Vladimiroviçə görə finn-uqor dillərindən rus dilinə hərfi tərcümədə Tavla «dağlıq» mənasını verir. İlk dəfə olaraq «Saransk gömrük kitabında» xatırlanır (1692). 1706-cı ilin sənədlərinə əsasən Podlesnaya Tavlada 57 həyət var idi. 1867-ci ildə Tavla kəndində "İsa Məsih" məbədi inşa edilmiş.

Значение слова в других словарях