TAYQA

[yakutcadan] тайга (Европа, Азия ва Америкадин кефер пата авай, цацар хьтин пешер жедай гзаф къалин ттарар авай тамарин зона).
TAYKEŞ
TAYQILÇA(LI),
OBASTAN VİKİ
Tayqa
Tayqa (c.alt. tayγa, rus. тайга) — Yerin təbii zonası. Avrasiya və Şimali Amerikanın şimalında yayılmış iynəyarpaqlı meşə zolağıdır. Ərazidə üstünlük təşkil edən bitki tipi tayqa mamırlı, mamırlı-kolluqlu və otlu-kolluqlu meşələrdir ki, cənubda onları yarpaqlı və enliyarpaq meşələr əvəz edir. Burada subasar çəmənliklərdə və ağacların altında çəmən ot bitkiləri də geniş yayılmışdır. Böyük sahələr, xüsusən də Qərbi Sibirdə bataqlıq assosiasiyaları ilə örtülmüşdür. Zonanın Avropa və Qərbi Sibir hissəsi iqlim şəraitinə, bitki və torpaq örtüyünə görə şimaldan cənuba üç yarım zonaya bölünür: şimali, orta və cənubi tayqa. Bu yarımzonalarda tünd iynəyarpaq meşələr hakimdir. Burada əsas meşəəmələgətirən ağaclar küknar, şam, ağ şam və sidrdir.
Monqun-Tayqa
Monqun-Tayqa (tıva Мөңгүн-Тайга — Gümüşü dağlar) — Tıvanın Monqun-Tayqa kojuunun ərazisinə daxil olan dağ silsiləsi. Silsilə Muqur (şimaldan), Şara-Xaraqai (şərqdən və cənub-şərqdən) və Tolayta (qərbdən), Altay ilə (şərqindən) əhatələnir. Altay dağlarının Rusiya hissəsi Qərbi Sibirin bir bölgəsi hesab olunur, lakin Monqun-Tayqa 1932-ci ildə (Ubsu-Nur çökəkliyinin şimalı ilə birlikdə) Monqolustandan Tuva Xalq Respublikasına verilir. 1944-cü ildə (respublika RSFSR-in tərkibinə daxil olandan sonra) Tıva Şərqi Sibirin bir hissəsi hesab olunur. Dağın zirvəsi Şərqi Sibirin ən yüksək nöqtəsidir. Parıldayan buz günbəzi ilə fərqlənir. Aydın havada Monqun Tayqa, adını təsdiqləyən kəskin bir gümüş işığı ilə bərq vurur. Burada daim güclü külək əsir. Massivin şərq ətəyində Hindiktiq-Xol gölü ("göbəkli göl") yüksək və dik sahilləri olan, buzlaq mənşəli təmiz suyu olan böyük bir su tutarı yerləşir. Göl dəniz səviyyəsindən 2.305 m hündürlükdə yerləşir, mərkəzində gölə ad verən iki dağ adası var.
Qızıl-Tayqa
Qızıl-Tayqa — Tuvada müqəddəs dağ. Qərbi Sayanın ən yüksək dağ zirvəsi. Hündürlüyü 3121 m təşkil edir. Dağın adı tuvaca Qızıl - “qırmızı” və tayqa - “meşə ilə örtülmüş dağ” mənasını verir. Qızıl-Tayqa dağı Baş silsilədən cənubda, Ak-Suq çayının başlanğıxında yerləşir. Dağ metamorflaşmış qum daşlarından, çınqıl daşlarından və konqlomeratlardan ibarətdir ibarətdir. Qızıl-Tayqanın yamacındakı bitki örtüyünə aşağıdakılar daxildir: Sibir qara şamı və Yalançı boz lalə.
Tayqa gənəsi
Tayqa gənəsi (lat. Ixodes persulcatus) lat. İxodes cinsinə aid olan geniş yayılmış növdür. Tayqa gənəsi tayqanın cənub meşələrində, Kamçatkada, Saxalindən tutmuş Karelfinə qədər, cənubda isə Moskva, Bryansk, Orlov və Altay vilayətlərində yayılmışdır. Tayqa gənəsi morfoloji cəhətdən it gənəsinə oxşasa da, bəzi bioloji xüsusiyyətləri ilə ondan fərqlənir. Bu parazit yaz-yay ensefaliti virusunun keçiricisi və təbii rezervuarıdır. Tayqa gənəsi də, it gənəsi kimi üç sahiblidir. Mayalanmış dişi fərd iribuynuzlu heyvanlardan - sığırdan, maraldan qan sorduqdan sonra yerə düşüb, bitki qırıntıları altına minlərlə yumurta qoyaraq məhv olur. Yumurtadan 20-30 gündən sonra üç cüt ətraflı, tənəffüs və cinsiyyət orqanları yaxşı inkişaf etməmiş sürfə çıxır. Bu sürfələr gəmiricilərə, kirpiyə, müxtəlif quşlara yapışıb qan sorduqdan sonra yerə düşür, qabıq dəyişir və dörd cüt ətrafı olan nimfaya çevrilir.
Tayqa-meşə landşaftının torpaqları
Tayqa-meşə landşaftı Avrasiya və Şimali Amerika materiklərinin şimal hissələrini əhatə edir və bareal, subbareal iqlim vilayətləri daxilində formalaşmışdır. Şimalda o meşətundra, cənubda materikdaxili bölgədə 57-58° am endə meşə-çöl, okean sahili bölgədə isə enliyarpaq v\ qarışıq meşələr ilə birlikdə subbareal qurşaqla sərhədlənir. Rusiya Federasiyası ərazisində bu meşəlr geniş sahəni əhatə etməklə, Avropa, Qərbi Sibir, Şərqi Sibir və Uzaq Şərq regionlarını tutur. Şimali Amerikada bu qurşaq 38° şimal enliyinə qədər çatır. Tayqa zonasının iqlim şəraiti Avrasiya materikində nəinki şimaldan cənuba, həm də qərbdən şərqə doğru dəyişir. Şərqi Sibir kəskin kontinental, Uzaq Şərq isə musson tiplidir. Orta illik temperatur Avropa hissəsində +4°C-dən Şərqi Sibirdə -7-16°C və Uzaq Şərqdə +7,5°C arasında tərəddüd edir. Yağıntıların miqdarı qərbdən şərqə və şimaldan cənuba doğru dəyişir. Korelya tayqalarında illik yağıntıların miqdarı 500 mm-ə yaxındırsa, onunla eyni enlikdə olan Yeniseydə yağıntıların illik miqdarı 150-200 mm-ə qədər azalır. Tayqanın çoxillik donuşluq inkişaf etmişdir.
Tayqa qəhrəmanı (film, 1968)
Film Azərbaycan xalqının ləyaqətli oğlu, görkəmli neftçi, Sosialist Əməyi Qəhrəmanı, Tümen neftini ilk kəşf edənlərdən biri, Tümen neft mədənlərində Qorno-Pravdinsk ekspedisiyasının rəisi Fərman Salmanova həsr edilmişdir. Artıq neçə illərdir ki, o, Sibir tayqasını özünün Vətəni hesab edir. Onu buranın nə sərt şaxtası, nə də hər addımbaşı qarşısına çıxan çətinliklər qorxutmuşdur. Onu bütün ölkə tanıyır, neftçilər onunla fəxr edirlər. Neft kəşfiyyatçısının həyatı dramatik hadisələrlə doludur. Biz filmdə onu iş başında, evində, ailə üzvləri arasında görürük. Rejissor: Vladimir Konyagin Ssenari müəllifi: Vladimir Sinitsın, Vladimir Konyagin Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".

Значение слова в других словарях