Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Araqçın
Araxçın və ya tübətəy (başq. түбәтәй, qaz. төбетей, тақия, qırğ. тебетей, çeç. пяс, tatar. түбәтәй, türkm. tahýa) — Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Krımda yayılmış milli baş geyimi. Əsasən əlavə baş geyimi kimi tanınıb. Araxçını əsas baş geyimlərinin (papaq, çalma) altından geyinərdilər. Əsasən dəyirmi formada olan araxçınları bir rəng parçadan hazırlayırdılar.
Araxçın
Araxçın və ya tübətəy (başq. түбәтәй, qaz. төбетей, тақия, qırğ. тебетей, çeç. пяс, tatar. түбәтәй, türkm. tahýa) — Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Krımda yayılmış milli baş geyimi. Əsasən əlavə baş geyimi kimi tanınıb. Araxçını əsas baş geyimlərinin (papaq, çalma) altından geyinərdilər. Əsasən dəyirmi formada olan araxçınları bir rəng parçadan hazırlayırdılar.
Araçın
Araçın -Qərbi Azərbaycanın Talin rayonunda kənd adı. == Tarixi == Araçın -Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Talin rayonunda kənd adı. XX əsrin 30-cu illərində kənd ermənicə Davidaşen adlandırılmışdır. Həmçinin Araçın Ermənistanda Zəngəzur dağ silsiləsində zirvələrdən birinin adıdır. == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.
Alahçın
Alaxçın
Araqorn
Araqorn (ing. Aragorn) — Con Tolkinin əsərlərində uydurma Orta Dünyada yaşayan ədəbi protaqonist personajlardan biri. Araqorn Şimal atlısıdır. Əsərdə ilk olaraq Bridə Uzun Ayaq kimi tanınır və hobbitlər onu belə çağırırlar. Özü bunu gizlətsə də daha sonra ulu babası İsildurun varisi olduğu aşkarlanır. Əsərin digər qəhrəmanı Qandalf ona çox güvənir, Tək üzüyün və Qaranlıq hökmüdarı Sauronun məhv edilməsində adı çəkilən əsas qəhrəmanlardandır. Araqorn 4 hobbiti Bridən Rivendela qədər 9 nazquldan mühafizə edərək gətirir. Moriya dağlarında Qandalfın balroq ilə döyüşündən sonra Üzük Qardaşlığına rəhbərlik edir. Helm Dərəsi uğrunda döyüşündə Rohan tərəfinin qalib gəlməsində Araqornun əsas rolu vardır. Son döyüş, Minas Tiritin qorunmasında əsas qəhrəmandır.
Arançı
Arançı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Arançı (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd.
Araqlı
Araqlı (türk. Araklı) — Trabzon ilinin ilçəsi.
Araqon
Araqon — Şimali İspaniyada avtonom bölgə. Rəsmi adı Comunidad Autónoma də Aragóndur. Sahəsi 47,719 km², əhalisi isə 1,277,471 nəfərdir (2005).
Arançı (Germi)
Arançı (fars. ارانچي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 604 nəfər yaşayır (123 ailə).
Arançı (Üskü)
Arançı (fars. ايرنچي‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 7 nəfər yaşayır (4 ailə).
Araqon dili
Araqon dili — İspaniyanın Araqon Muxtar Bölgəsində təxminən 10.000 nəfər tərəfindən danışılan latın dilidir. Dil Ribaqorça bölgəsində Katalon dili ilə qarşılıqlı təsirə məruz qalmışdır. Araqonca Bölgədə İspan dili təsirində qaldığı üçün yox olma təhlükəsi ilə qarşı-qarşıyadır. İkinci dil olaraq bu dildən istifadə edənlərin sayı 30.000 nəfərdir.
Arazın səsi
Lui Araqon
Lui Araqon (3 oktyabr 1897[…], Parisin 16-cı dairəsi[d] – 24 dekabr 1982[…], VII arondisman, Fransa) — fransız yazıçısı, şair, ictimai xadim. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı (1957). Sorbonna Universitetində tibb elmini öyrənmiş, Birinci Dünya müharibəsinin (1914–18) iştirakçısı olmuşdur. Fransa KP MK-nın üzvü, müqavimət hərəkatının liderlərindən biri idi. 1920-ci illərin əvvəllərində dadaizmə meyil göstərmiş ("Fişəng" şeirlər toplusu, 1920), sonralar Andre Bretonla birlikdə sürrealizm hərəkatına başçılıq etmişdir("Anise…" povesti, 1921). Hərəkatın ilk nəzəri manifestini ("Uyqular dalğası",1924) yazmışdır. "Qırmızı cəbhə" (1931) poemasının, "Ura, Ural" (1934) şeir toplusunun müəllifidir. "Real dünya" (1934–51), "Kommunistlər" (1949–51;1967 ildə yenidən işlənmişdir) romanlarında sosializm ideyalarını təbliğ etmişdir. Stalin dövrünün törətdiyi amansızlıqların ifşa olunmasından sonra ağır mənəvi sarsıntı keçirmişdir. "Tamamlanmamış roman" (1956) Lui Araqon yaradıcılığının zirvəsidir.
İraqın suverenliyi
İraqın suverenliyi — beynəlxalq münasibətlərdə məsələ. Ölkənin suverenliyi 2003-cü ildə İraqa müdaxilə zamanı Səddam Hüseyni devirən çoxmillətli qüvvələr tərəfindən pozulmuşdur. 8 iyun 2004-cü ildə BMT Təhlükəsizlik Şurasının 1546 saylı qətnaməsi yekdilliklə qəbul edilmiş, bu qətnamədə "30 iyun 2004-cü ilə qədər işğala son qoymağa və İraqın tam suveren və müstəqil Müvəqqəti Hökumətinin tam məsuliyyət və səlahiyyəti öz üzərinə götürməsi"nə çağırış edilmişdir. Suverenliyin verilməsi faktiki olaraq vaxtından bir-iki gün əvvəl baş vermişdir. Bu, İraqın rəhbərlik etdiyi hakim qüvvələrə suverenliyin qanuni şəkildə qaytarılması və işğalın formal olaraq sona çatması ilə nəticələnsə də, praktiki məsuliyyətlər hələ də İraqdakı çoxmillətli qüvvələrə həvalə edilir. == Tənqidi == İraqda müharibənin tərəfdarları İraqın 2003-cü ilin iyununda öz suverenliyini bərpa etməsi və bununla da işğala son qoyulması fikri ilə razılaşırlar. Bu tərəfdarlar qiyamçıları İraq hakimiyyətinə qarşı üsyançılar kimi görürlər. Müharibənin bəzi əleyhdarları çoxmillətli qüvvələrin İraqda fəaliyyətinə davam etməsini işğal hesab edirlər. Müvafiq olaraq, onlar qiyamçıları əsas məqsədi xarici qüvvələri qovmaq olan "müqavimət" döyüşçüləri kimi müsbət müstəvidə xarakterizə edirlər. Tənqidçilər Fransadakı Vişi rejimini və 1980-ci illərdə SSRİ tərəfindən işğal olunmuş Əfqanıstanda Kremlin dəstəklədiyi rejimlə müqayisə edirlər.
Araqon krallığı
Araqon krallığı (araq. Reino d'Aragón; kat. Regne d'Aragó; lat. Regnum Aragoniae; isp. Reino de Aragón) — 1035–1707-ci illərdə müasir İspaniya və Fransa ərazisində mövcud olmuş dövlət. Müxtəlif dövrlərdə onun tərkibinə Araqon, Kataloniya, Valensiya və Russilyon tarixi vilayətləri daxil olmuşdur. O, daha bir neçə dövlət qurumunun Araqon krallarının hakimiyyəti altında birləşdirilmiş federal monarxiyadan – Araqon taxt-tacından fərqlənir. 1479-cu ildə Araqon kralı II Xuanın ölümündən sonra Araqon və Kastiliya tacları birləşərək müasir İspaniyanın nüvəsini təşkil etdi. Araqon torpaqları muxtar parlament və inzibati qurumları saxladı. Bu tənzimləmə, İspaniyada mərkəzləşdirilmiş hakimiyyətin İspaniya mirası uğrunda müharibədən sonra ispaniyalı V Filip tərəfindən 1707-1715-ci illər arasında elan edilmiş Nueva-Planta dekretlərinə qədər qaldı.
Arazın sahillərində
Arazın sahillərində tammetrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1953-cü ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Araz çayının hər iki sahillərində yaşayan bir xalqın-azərbaycanlıların taleyi haqqındadır. == Məzmun == Film Araz çayının hər iki sahillərində yaşayan bir xalqın-azərbaycanlıların taleyi haqqındadır.
Arqın (Xudabəndə)
Arqın (fars. ارقين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 936 nəfər yaşayır (209 ailə).
Raycin
Raycin (雷神) — ilk növbədə buddizmdə, sonra isə Yaponiya şintoizmində şimşək tanrısı. Bir əfsanədə Raycin Yaponiyanı işğalçı monqollara qarşı müdafiə etdiyi göstərilir. Burada monqollar şiddətli fırtına nəticəsində geri çəkilməli olur, bu zaman Raycin buludların arasında dayanaraq işğalçılara şimşək və oxlar atır. Raycin kabuki pyesi "Narukami"də obrazlardan biridir. Burada o, su hövzəsinin altında həbs edilir və bununla da quraqlığa səbəb olur.
Araqvi
Araqvi (qədim adı Araqva; gürc. არაგვი) — Gürcüstanın şərqindən axan, Kazbek, Duşeti və Msxeta bələdiyyələrinin ərazisindən keçən çay, Kürün sol qolu. Çayın uzunluğu 112 km-dir. Drenaj hövzəsinin sahəsi 2740 km²-dir. İllik su axınının həcmi isə 1,8 km³-dir. Çayın yatağı əsasən qumdaşı, şist və əhəngdaşıdır. Jinvali su anbarı və onun 130 MVt gücündəki su-elektrik stansiyası Gürcüstanın enerjisinin çox hissəsini istehsal edir. Su anbarı 1986-cı ildə tikilib. == Adı == Çayın qədim adı Araqvadır. Gürcü dilindən "sürətli", "təxminən" kimi tərcümə olunur.
Afaqın məhəbbəti (film)
Afaqın məhəbbəti qısametrajlı televiziya tamaşası rejissor Ağakişi Kazımov tərəfindən ekranlaşdırılmışdır. Televiziya tamaşası Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşasının əsasında Nizami Gəncəviyə kəniz olaraq hədiyyə edilən Afaqın (Səidə Quliyeva) taleyi durur. Televiziya tamaşasında əsas rolları Məhluqə Sadıqova, Mirvari Novruzova, Muxtar Avşarov, İlham Əsgərovvə Səidə Quliyeva ifa edirlər. == Məzmun == Televiziya tamaşasının əsasında Nizami Gəncəviyə kəniz olaraq hədiyyə edilən Afaqın (Səidə Quliyeva) taleyi durur. Tamaşa Afaqın İlyasın evinə gətirilməsi ilə başlayır. İlk gündən İlyas (İlham Əsgərov) Afaqa kəniz gözüylə baxmadığını qeyd edir. O, Afaqın mərdliyinə, gözəlliyinə valeh olur. Afaq İlyasa gün keçdikcə daha da bağlanır və eşqini ilk dəfə İlyasın anasına (Məhluqə Sadıqova) etiraf edir. İlyas Afaqın taleyilə maraqlanır və Afaq ona başına gələnləri nəql edir.
Arazın o tayında
Arazın o tayında (vokal-simfonik poema)
Arazın səsi (qəzet)
İraqın dövlət quruluşu
İraqın dövlət quruluşu - 2005-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == 2005-ci ildən qüvvədə olan ölkə Konstitusiyasına görə İraq parlament formasında idarəetmə üsuluna malik federativ respublikadır. Milli bayram günü olan müstəqillik günü (1932) 3 oktyabrda qeyd olunur. == İnzibati ərazi bölgüsü == 18 bölgədən (mühafazatdan) ibarətdir (Əl-Anbar, Əl-Bəsrə, Əl-Müthənnə, Əl-Qədisiyyə, Ən-Nəcəf, Ərbil, Əs-Süleyməniyyə, Ət-Təmim, Bəbil, Bağdad, Dahuk, Di Qar, Diyala, Kərbəla, Meysən, Ninava, Sələhəddin, Vəsit). == Dövlət başçısı == Mövcud Konstitusiyaya görə İraqın müstəqilliyinin və suverenliyinin, habelə ölkədə milli birliyin qarantı olan Prezident - Nümayəndələr Məclisi (Parlament) tərəfindən 2/3 səs çoxluğu ilə, iki dəfədən artıq olmamaq şərti ilə, 4 il müddətinə seçilir. İraq Prezidenti Nümayəndələr Məclisi tərəfindən qəbul olunan müqavilələri və qanunları ratifikasiya edir, Baş nazirin təqdimatına əsasən əfv fərmanı imzalayır, “təntənəli və fəxri” məqsədlər üçün silahlı qüvvələrinin Ali Baş Komandanı vəzifəsini həyata keçirir. == Qanunverici hakimiyyət == 5 ildən bir seçki əsasında formalaşan Nümayəndələr Məclisidir. Qanunvericilik məsələləri ilə məşğul olan 325 üzvdən ibarət Nümayəndələr Məclisi aşağı palata sayılır . Nəzərdə tutulan Yuxarı Palata (İttifaq Şurası) hələ formalaşmamışdır. Qanunvericilik hakimiyyəti ilə yanaşı İraq Prezidentinin seçilməsi, Federal Kasasiya Məhkəməsi üzvlərinin, Baş Prokurorun, Ali Məhkəmə Şurasının təklifi ilə Məhkəmə Nəzarət Komissiyasının Prezidentinin, Ordu və qərargah rəisinin təyin və təsdiq edilməsi Parlamentin səlahiyyətlərinə aiddir.
Araqon taxt-tacı
Araqon taxt-tacı (araq. Corona d'Aragón; kat. Corona d'Aragó, Katalanca tələffüz: [kuˈɾonə ðəɾəˈɣo]; isp. Corona de Aragón, [koˈɾona ðe aɾaˈɣon]; lat. Corona Aragonum, [kɔˈroːna araˈɡoːnũː]) — Araqon krallarının hakimiyyəti altında bir neçə dövlət qurumunun birliyi. XIV–XV əsrlərdə, gücünün zirvəsində, Araqon taxt-tacı müasir İspaniyanın şərqinin, Fransanın cənub-şərqinin, eləcə də Balear adalarının, Siciliyanın, Korsikanın, Sardiniyanın, İtaliyanın cənubunun (1442-ci ildən) və Yunanıstanın bir hissəsini (1388-ci ilə qədər) idarə edən ən əhəmiyyətli dəniz gücü idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Bisson, T. N. The medieval Crown of Aragon. A short history. Oxford: Clarendon Press. 1986.
ARGİN
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı. == Tarixi == Müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. Nazirlik bu adla 2-ci dəfə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır.
Ariqiin çayı
Ariqiin çayı (monq. Аригийн гол) — Monqolustanın Xuvsqel aymakında axan çay. Çay Alaq-Erdene və Çandman-Under sumlarının sərhədlərinin yaxınlığındakı iki kiçik çayın birləşməsi nəticəsində Döm dağından başlayır və davam edir. Ariqiin çayı Tsaaqan-Üür sumunun mərkəzinin yaxınlığında Üür çayına qarışır.
Karaqin körfəzi
Karaqin körfəzi — Berinq dənizində, Kamçatka yarımadasının şimal-şərqində yerləşir. Ozernoy yarımadası ilə İlpinski yarımadası arasında yerləşir. Materikin daxilinə 117 km məsafədə uzanır. Eni girişdə 239 km, maksimal dərinliyi 60 metrdir. Körfəzin mərkəzində Karaqinski adası vardır. Ada materikdən Litke boğazı ilə ayrılır. Şimalında Verxoturov adası qərarlaşır. Körfəzə tökülən çaylar:Makarov, Kayum, İvaşka, İstık, Naçiki, Uka. Sahillərində yerləşən iri körfəzlər: Anapka körfəzi, Uala körfəzi, Karaqa körfəzi, Kiçiqinski körfəzi, Tımlat buxtası, Ossora buxtası, Kaqara buxtası, Ukinskaya körfəzi. Qabarmanın hündürlüyü 2,4 metrdir.
Karaqin rayonu
Karaqin rayonu (rus. Карагинский район) — Rusiya Federasiyası, Kamçatka diyarı tərkibindəki inzibati ərazi vahidi. Rayon Koryak dairəsi daxilində yerləşir. İnzibati mərkəzi Ossora qəsəbəsidir. == Coğrafiya == Karaqin inzibati rayonu, Kamçatka yarımadasının şimal hissəsində yerləşir. Şimal-qərbdən Oxot dənizinin suları ilə, şərqdə Berinq dənizi ilə yuyulur. Üç ərazi zonasından ibarətdir: şimal, cənub və Karaqinski adası. Rayonun sahəsi 40,6 min km² -dir. == Relyefi == Ərazinin böyük hissəsi Sredinnı silsiləsinin şimal hissəsini tutur. Şimal-qərbdə Parapol vadisi, şimal-şərqdə Koryak dağının ətəkləri geniş ərazini əhatə edir.
II Con (Araqon kralı)
II Con və ya Dinsiz Con (isp. Juan II) (d. 29 iyun 1398 - ö. 20 yanvar 1479) – Araqon və Navarra kralı (de-yure). Araqon kralı I Ferdinand və xanımı Alburkerkeli Eleonoranın ikinci oğlu idi. 1425-ci ildə Navarra kraliçası Blanşla evləndi və Navarranın de-yure kralı oldu. Daha sonra qardaşının geridə rəsmi varis buraxmadan vəfatının ardından, 1458-ci ildə Araqon kralı oldu. == Mənbə == Earenfight, Theresa (2015). "Trastamara Kings, Queens, and the Gender Dynamics of Monarchy". In Todesca, James (ed.).
I Ferdinand (Araqon kralı)
I Ferdinand (isp. Fernando I) (d. 27 noyabr 1380 - ö. 2 aprel 1416) – Araqon kralı. Qardaşının kiçik oğlu II Conun ilk səltənət illərində Kastiliya taxtının naibi oldu. Kastiliya kralı I Con və ilk xanımı Araqonlu Eleonoranın ikinci oğlu idi. Dayısı olan Araqon kralı I Martinin geridə varis buraxmadan ölümünün ardından, 1412-ci ildə Araqon kralı seçildi. Taxtın digər namizədi isə Araqon krallarının şəcərəsindən olan Urgel qrafı buna etriaz edərək üsyan başlatdı. Nəticədə I Ferdinand bölgəni işağl edərək krallığın ərazisinə birləşdirdi. == İstinadlar == == Mənbə == Hillgarth, J.N. (1976).
Aracan (Vərziqan)
Aracan (fars. اره جان‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 449 nəfər yaşayır (84 ailə).
Ayağın bağlanması
Ayağın bağlanması inkişafını dayandırmaq üçün gənc qızların ayağının ağrı verici şəkildə sıx bağlanmasıdır. Bu ənənə Çin imperiyasının beş sülalə və on krallıq dövründə (X və ya XI əsrdə) yuxarı sinif saray rəqqasları arasında əmələ gəlmiş ola bilər, ancaq Sun sülaləsi dövründə yayılıb və axırda ən aşağı sinif istisna olmaqla hər kəs arasında adi hala çevrilib. Ayağın bağlanması statusu göstərmək vasitəsi kimi populyar oldu (varlı ailələrin qadınlarının işləməsinə ehtiyac yox idi və bu qadınlar öz ayaqlarını bağlanmış vəziyyətə sala bilərdilər) və Çin mədəniyyətində gözəlliyin simvolu kimi mənimsənildi. Tzin sülaləsinin imperatoru Qanqxi 1664-cü ildə ayağın bağlanması adətini qadağan etməyə çalışdı, ancaq uğursuzluğa düçar oldu. 1800-cü illərdə çinli islahatçılar bu ənənəyə qarşı mübarizə apardılar, ancaq ənənənin yavaş-yavaş aktuallığını itirməsi XX əsrin əvvələrində başladı. Bunun səbəbi bir az sosial vəziyyətin dəyişməsi, bir az da ayağın bağlanması əleyhinə edilən kompaniyalar idi. Ayağın bağlanması subyektlərinin çoxunda həyatları boyu davam edən əlilliyə səbəb olur və müasir dövrdə hələ də bəzi yaşlı çinli qadınlar bağlanmış ayaqları ilə əlaqədar əlilliklərlə yaşayır.
Ayağın sarınması
Ayağın bağlanması inkişafını dayandırmaq üçün gənc qızların ayağının ağrı verici şəkildə sıx bağlanmasıdır. Bu ənənə Çin imperiyasının beş sülalə və on krallıq dövründə (X və ya XI əsrdə) yuxarı sinif saray rəqqasları arasında əmələ gəlmiş ola bilər, ancaq Sun sülaləsi dövründə yayılıb və axırda ən aşağı sinif istisna olmaqla hər kəs arasında adi hala çevrilib. Ayağın bağlanması statusu göstərmək vasitəsi kimi populyar oldu (varlı ailələrin qadınlarının işləməsinə ehtiyac yox idi və bu qadınlar öz ayaqlarını bağlanmış vəziyyətə sala bilərdilər) və Çin mədəniyyətində gözəlliyin simvolu kimi mənimsənildi. Tzin sülaləsinin imperatoru Qanqxi 1664-cü ildə ayağın bağlanması adətini qadağan etməyə çalışdı, ancaq uğursuzluğa düçar oldu. 1800-cü illərdə çinli islahatçılar bu ənənəyə qarşı mübarizə apardılar, ancaq ənənənin yavaş-yavaş aktuallığını itirməsi XX əsrin əvvələrində başladı. Bunun səbəbi bir az sosial vəziyyətin dəyişməsi, bir az da ayağın bağlanması əleyhinə edilən kompaniyalar idi. Ayağın bağlanması subyektlərinin çoxunda həyatları boyu davam edən əlilliyə səbəb olur və müasir dövrdə hələ də bəzi yaşlı çinli qadınlar bağlanmış ayaqları ilə əlaqədar əlilliklərlə yaşayır.