TEL

i. 1. fringe; bang; forelock; 2. string; 3. wire; 4. telegram; ~ vurmaq to telegraph, to send* a telegram

TEXNOLOQ
TELEAVTOMATİKA
OBASTAN VİKİ
Tel
Tel — alının üstünə düşən saçlar. Bəzi subkulturaların bildiricisi olar bilər, məsələn, emoların və ya qanuni oğru ideologiyası ilə gedən insanların.
Tel-Tamer
Təll-Təmr (bəzi mənbələrdə Tel-Tamer; ərəb. تل تمر‎‎, kürd. Girê Xurma, klass. süry. ܬܠ ܬܡܪ) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin eyniadlı rayonunda qəsəbə, Təll-Təmr nahiyəsinin inzibati mərkəzi. İlkin olaraq, XX əsrdə aysorların yaşadığı qəsəbənin əhalisinin əksəriyyəti hal-hazırda kürdlərdən təşkil olunmuşdur və son vaxtlarda qəsəbəyə ərəblər köçmüşdür, ancaq aysorlar hələ də qəsəbədə əhəmiyyətli bir icmadır. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 7.285 nəfərdir. Xabur çayının sahilində, Hələb–Mosul magistrial yolu üzərində, eləcə də Əl-Həsəkə və Türkiyənin Diyarbəkir şəhərlərinin birləşdirən əhəmiyyətli bir yol üzərində yerləşən qəsəbə regionda nəqliyyat baxımından yüksək əhəmiyyət daşıyır. Təll-Təmr Suriyanın şimalındakı Cəzirənin Yuxarı Xabur Vadisində, Xabur çayının şərq sahilində yerləşir. Qəsəbə Rəsulayn şəhərindən 35 kilometr (22 mil) cənub-qərbdə, Əl-Həsəkə şəhərindən isə 40 kilometr (25 mil) şimal-qərbdə yerləşir.
Tel-Əviv
Təl-Əviv və ya Tel-Əviv — İsrailin mühüm iqtisadi və mədəniyyət mərkəzi, Aralıq dənizi sahilində liman. Əhalisi 510.000 (2019-cu il) nəfərdir. Yaxınlığında Ben-Qurion beynəlxalq aeroportu var. İqlimi subtropik Aralıq dənizi tiplidir. Orta temperatur yanvarda 12 °C, iyulda 25 °C-dir. Şəhərin əsası 1909-cu ildə qoyulmuş, İsrail dövləti yarandıqdan (1948) sonra onun paytaxtı olmuşdur. 1950-ci ildə paytaxt Qüdsə köçürülmüşdür. Lakin BMT bu qərarı qəbul etmədiyi üçün rəsmi olaraq paytaxt hələ də Tel-Əviv şəhəridir. Təl-Əviv şotland memar P. Geddesin tərtib etdiyi baş plan əsasında tikilmişdir. Bahar təpəsi mənasına gələn Tel-Əviv, 1910-cu ildə şəhərin adı olaraq bir çox variant arasından seçildi.Herzliya adı da digər variantlardan biri olmuşdur.
Tel (kənd)
Tel — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Kənddə Tel kənd məscidi dini icması fəaliyyət göstərir.
Tel Aviv
Təl-Əviv və ya Tel-Əviv — İsrailin mühüm iqtisadi və mədəniyyət mərkəzi, Aralıq dənizi sahilində liman. Əhalisi 510.000 (2019-cu il) nəfərdir. Yaxınlığında Ben-Qurion beynəlxalq aeroportu var. İqlimi subtropik Aralıq dənizi tiplidir. Orta temperatur yanvarda 12 °C, iyulda 25 °C-dir. Şəhərin əsası 1909-cu ildə qoyulmuş, İsrail dövləti yarandıqdan (1948) sonra onun paytaxtı olmuşdur. 1950-ci ildə paytaxt Qüdsə köçürülmüşdür. Lakin BMT bu qərarı qəbul etmədiyi üçün rəsmi olaraq paytaxt hələ də Tel-Əviv şəhəridir. Təl-Əviv şotland memar P. Geddesin tərtib etdiyi baş plan əsasında tikilmişdir. Bahar təpəsi mənasına gələn Tel-Əviv, 1910-cu ildə şəhərin adı olaraq bir çox variant arasından seçildi.Herzliya adı da digər variantlardan biri olmuşdur.
Matis Tel
Matis Tel (27 aprel 2005, Sarsel) — Almaniya Bundesliqası klubu olan Bayern Münhen klubunda hücumçu kimi çıxış edən fransalı peşəkar futbolçudur . Paris FK- nın gənclər akademiyası oyunçusu Tel 2020-ci ildə Renn-ə transfer olunub. Peşəkar debütünü 15 avqust 2021-ci ildə keçirilən "Brest" ilə liqa matçında edib. Matç 1—1 hesablı heç-heçə ilə yekunlaşıb. 16 yaş 110 gündə debütü onu Renn üçün rəsmi matçda meydana çıxan ən gənc oyunçu etdi. Bu rekord əvvəllər Eduardo Kamavinqa'ya məxsus idi. 26 iyul 2022-ci ildə Tel Bundesliqa klubu Bayern Münhen ilə 5 illik müqavilə imzaladı. Renn-ə ödənilən transfer haqqı bonuslar daxil olmaqla 28,5 milyon avro olub. 31 avqust 2022-ci ildə DFB-Pokalda Viktoria Köln üzərində 5-0 hesabı ilə qalib gəldikləri oyunda ilk qolunu vuraraq, 17 yaş 126 gündə olan matçda klub tarixində ən gənc qol vuran oyunçusu oldu. O Bundesliqada ilk qolunu 10 sentyabr 2022-ci ildə Ştutqartla matçda vurdu.
Tel-Əviv Universiteti
Təl-Əviv Universiteti (ivr. ‏אוניברסיטת תל אביב‏‎) — İsrailin ən böyük universitetlərindən biri. Təl-Əvivin Ramat—Əviv rayonunda yerləşir. 1956-cı ildə yaranıb və 9 fakültəsi vardır. Universitetdə 25 000 tələbə təhsil alır.
Hapoel Tel-Əviv FK
Hapoel (Təl-Əviv) - İsrailin futbol klubu
Makkabi Tel-Əviv FK
Makkabi (Təl Əviv) FK — İsrailin futbol klubu 1906-cı ildə yaradılmışdır. 11 dəfə Avropa kuboklarında iştirak edib. "Makkabi" 20 dəfə ölkə çempionluğunu, bir o qədər də ölkə kubokunu qazanıb. Komanda 2 dəfə Asiya kubokunun (1968/69, 1970/71), 3 dəfə İntertoto kubokunun (1992/93, 1998/99, 2008/09) qalibidir. 7 dəfə "qızıl dubl" edən "Makkabi" İsrailin aşağı divizionda oynamayan yeganə komandasıdır. Bundan əlavə, Təl-Əviv komandası ölkəsinin Çempionlar Liqasının qrup mərhələsində oynayan 2 təmsilçisindən biridir.
Bney Yehuda Tel-Əviv FK
Bney Yehuda İsrailin futbol klubudur. Tel-Əviv şəhərini təmsil edir. İsrail Premyer Liqasında iştirak edən klublardan biridir. == Tarixi == 1936-cı ildə yaranmışdır. İsraildə "qızıllar" ləqəbi ilə tanınan kollektivin ölkə tarixində müəyyən uğurları var. Bunlardan ən başlıcası 1989/1990-cı illər mövsümündə əldə edilən çempionluqdur. Bu, Təl-Əvivin "Makkabi" və "Hapoel"dən sonra nüfuz və azarkeş ordusuna görə üçüncü komandasıdır. Qazanılan çempionluğa və iki ölkə kubokuna baxmayaraq, həmin illərdə İsrail Asiya Futbol Konfederasiyasında yer aldığından, klublar isə təbii ki, UEFA bayrağı altında yarışlarda iştirak etmədiyindən "Bney Yehuda" Avropa sərgüzəştlərini 2000-ci illərin sonlarına qədər təxirə salmalı olub. Ümumiyyətlə, klub Natan Sulami adlı şəxs və onun dostları tərəfindən 1936-cı ildə yaradılsa da, İsrailin yüksək liqasında 21 il sonra - 1959-cu ildə debüt edib. İki mövsüm sonra aşağı dəstəyə yuvarlanan "qızıllar" elitaya 1965-ci ildə dönərək, uğurlu seriya əldə ediblər və 3 il sonra İsrail kubokunu qazanıblar.
Cənab Robot (teleserial, 2015)
Mr.Robot - Sam Esmail tərəfindən qələmə alınmış Amerika psixoloji gərginlik-dram televiziya seriyası. USA Network tərəfindən 24 İyun 2015 tarixində yayıma başlayan serialın pilot hissəsi onlayn olaraq VOD xidmətləri 27 May 2015-ci ildə yayıma başlamışdır. İnformasiya dünyası ilə yaxından əlaqədar olan-olmayan hər kəsin marağını kəsb etmişdir. IMDb-dəki xalı 10 üzərindən 8.8'dir. (161.000+ adam) Serial, 2 sentyabr 2015 tarixində mövsüm finalını yayımlamışdır. Serialın 2-ci mövsümü 13 İyul 2016-cı il tarixindən etibarən izləyicilərə təqdim olunmağa başlayıb. Serialda Elliot, gündüz gənc bir kiber təhlükəsizlik mühəndisi, gecələr xakkerlik edən bir kiber hücumçudur. Elliot, yer altı xakker qrupunun (fsociety) onunla əlaqəyə keçmək üçün şirkətinin sisteminə zərər verməsi səbəbi ilə böyük bir mürəkkəbliyin içinə özünü atmışdır.
Cənab kraliça (teleserial, 2020)
Cənab kraliça (kor. 철인왕후; Cheorinwanghu) — Shin Hye-sun və Kim Jung-hyun rol aldığı Cənubi Koreya serialıdır. 12 dekabr 2020-ci ildən 14 fevral 2021-ci ilə qədər tvN-də yayımlandı. Müasir dövrdə Jang Bong-hwan (Choi Jin-hyuk) Mavi Evdə çalışan bir aşbazdır. Sərbəst bir ruhu var, amma bir gün özünü Joseon dövründə Kraliça Cheorin (Shin Hye-sun) bədənində tapır. Kral Cheoljong (Kim Jung-hyun), hökmranlıq edən kral, mülayim və asan bir insandır. Ancaq o, adı ilə yalnız Kraldır, əsl güc isə Cheoljongu bir fiqurlu şəxsə salan mərhum Kral Sunjonun həyat yoldaşı Kraliça Sunwon (Bae Jong-ok) tərəfindən idarə olunur. Kraliça Cheorin tezliklə Kralın göründüyü kimi olmadığını və onun qaranlıq və şübhəli tərəfinin olduğunu öyrənir.
Cənnət Məhəlləsi (teleserial)
Cənnət məhəlləsi — 11 iyun 2004–9 iyun 2007-ci illər arasında Show TV-də yayımlanan komediya növündə Türkiyə serialı.
Cənnət məhəlləsi (teleserial, 2004)
Cənnət məhəlləsi — 11 iyun 2004–9 iyun 2007-ci illər arasında Show TV-də yayımlanan komediya növündə Türkiyə serialı.
Cənub Televiziyası
ARB Cənub — 2007-ci ildə Lənkəran şəhərində "Cənub TV" adıyla yayıma başlayan televiziya kanalı. “Cənub TV” Məhdud Məsuliyyətli Cəmiyyəti 2007-cı il tarixdə yaradılmışdır. Həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir. Ümumi efir vaxtının 70 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar təşkil edir. Azərbaycanın cənub bölgəsində yayımlanan Lənkəran TV, 2007-ci ilin iyununda yayımını dayandırdıqdan sonra, yaranan efir tezliyinə Milli Televiziya və Radio Şurası tərəfindən elan edilən müsabiqədə qalib gələn “CTV”, 6 il müddətinə lisenziya aldı. Azərbaycan teleməkanına 29-cu tezlikdən 14-cü televiziya olaraq vəsiqə qazanan CTV, 31 dekabrı Cənublular üçün üçqat bayrama çevirdi. İlk ərəfələrdə “CTV” Azərbaycanın Cənub rayonları olan Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı və Biləsuvarda yayımlanmağa başladı. Hazırda “ARB Cənub” səhər saat 08:00-dan gecə saat 02:00-yə qədər 18 saat ərzində müxtəlif səpkili veriliş və filmlərlə efirə çıxır. Müxtəlif analitik-informasiya proqramları, musiqili-əyləncəli verlişlər, müəllif telelalayihələr, ictimai-siyasi verlişlər hazırlayan CTV ailəsi, tezliklə daha da genişlənmək və inkişaf etməyi qarşısına məqsəd qoyub. Fəaliyyətə başladığı ilk 2 ay ərzində 10-a yaxın müxtəlif proqram və verlişləri, həmçinin sənədli, bədii filmləri bölgə tamaşaçısına təqdim edən “CTV”- də hal-hazırda 30-dan çox telelayihə ekranlaşdırılıb.
Cəsur ürək (teleserial, 2016)
Prodüserliyini Fark Film boynuna götürdüyü serialın baş rollarını; Onur Tuna, usta oyunçu Hüseyn Avni Danyal və gözəlliyi qədər aktyorluğuyla da səs gətirən Rüveyda Öksüz iştirak edir. Cəsur Yürek'te ürəyindən və biləyindən başqa güvənəcək heç bir şeyi olmayan Ömər Qorxmaz xarakterinə can verəcək olan Onur Tuna, ailəsi, məhəlləsi və yoldaşları üçün böyük bir mübarizə içinə girəcək. Rüveyda Öksüzün canlandırdığı Berrin xarakterinin həyatdakı ən böyük dilema isə, idealist bir hüquqşünas olmasına baxmayaraq, aşiq olduğu adamın ədaləti öz əlləriylə paylamağa qərar vermiş bir kabadayı olmasıdır ... Bölgələr problemləri və beynəlxalq siyasət və strategiyaları də mövzu əldə edən "Cəsur Ürək" in rejissorluğunu Qüdrət Sabancı edərkən, ssenarisini Cüneyt Aysan və Ozan Aksungur qələmə alır.
Da Vinci (telekanal)
Da Vinci (2018-ci ilə qədər Da Vinci Learning) — yayım mərkəzi Berlində olan uşaqlar və böyüklər üçün tədqiqat və təhsil telekanalı. 15 sentyabr 2007-ci ildə saat 9:00-da Polşada efirə buraxıldı. Telekanal, təbiət, yer, texnologiya, insan və mədəniyyət haqqında elmi verilişləri efirə verir. Hazırda Da Vinci Learning TV telekanalı Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Qazaxıstan, Latviya, Litva, Makedoniya, Malayziya, Moldova, Polşa, Rusiya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Tayland, Türkiyə, Ukrayna, Xorvatiya, Çexiya, Estoniya və Cənubi Afrikada yayımlanır. 2017-ci il sentyabr ayından etibarən, Da Vinci Learning Yaponiyada, 1 yanvar 2018-ci ildən Yunanıstan, Gürcüstan və İsraildə yayımlanır. Rusiyada yayımlanma Viasat tərəfindən dəstəklənir. Rus dilinə köçürmə və off-screen tərcümələr studiyalar tərəfindən həyata keçirilir: "Leksikon" (Rusiya) və "Tak Treba Production" (Ukrayna). 18 noyabr 2010-cu ildə telekanal Raduqa TV peyk televiziya paketinin bir hissəsi kimi ABS-1 peykində yayıma başladı. 9 yanvar 2018-ci ildə telekanal rebrendinq edildi və adını müvafiq olaraq "Da Vinci" adına dəyişdirdi. Bundan əlavə telekanalın yayım strategiyası da dəyişdi: Da Vinci Kids loqosu səhərdən axşam 20:00-a qədər, Da Vinci Learning loqosu isə axşam 20:00-dan sonra göstərilməyə başladı.
Dahi (teleserial, 2017)
Dahi (ing. Genius) — National Geographic telekanalında yayımlanan ABŞ istehsalı antologiya və tarixi dram teleserialı. Serialın hər mövsümündə müxtəlif məşhur dahilərin həyatları mövzunu təşkil edir. Serialın 4-cü mövsümü Disney+ platformasında yayımlanmışdır. İlk mövsüm Eynşteynin həyatının ilk dövrü haqdadır. Mövsüm Eynşteynin ilk təhsili, doktrantura təhsili və nisbilik nəzəriyyəsi dövrüdür. İkinci mövsümdə Pablo Pikassonun həyatındakı iki dövr yer alır: birincisi gənclik illərində bacarığını kəşf edilməsi, ikincisi faşizmin yüksəlişi və Pikassonun məşhur sənətçi olduğu dövr. Üçüncü mövsümdə Areta Franklinin həyatındakı iki dövr yer alır: on iki yaşında həmilə qalan gənc müğənni və "Ruhun kraliçası" ləqəbini qazanan ulduz olduğu dövr. Ceffri Raş — Albert Eynşteyn Conni Flinn — Gənc Albert Eynşteyn Samanta Kolli — Mileva Mariç Nikki Hen — Gənc Mileva Mariç Riçard Tapol — Friz Haber Mişel Makelhetton — Filipp Lenard Emili Vatson — Elza Eynşteyn Qvindolin Ellis — Gənc Elza Eynşteyn Ralf Braun — Maks Plank Antonio Banderas — Pablo Pikasso Aleks Riç — Gənc Pablo Pikasso Alessio Skalzatto — 14 yaşlı Pablo Pikasso Timoti Lions — 9 yaşlı Pablo Pikasso Françoiz Qilot — Klemesi Poezi Samanta Kolli — Dora Maar Kintia Erivo — Areta Franklin Şeyan Cordan — Gənc Areta Franklin Kourtni Vens — Klerensi Franklin David Kross — Cerri Veksler Malkolm Berett — Ted Uayt Patrik Kovinqton — Erma Franklin Kimberli Hebert Qriqori — Rat Boven Rebekka Naomi Cons — Karolin Franklin Dahi — "Disney+" platformasında.
Delta Telekom
Delta Telekom — Azərbaycanda telekommunikasiya şirkəti. XXI əsrin astanasında dünya üzrə peyk rabitəsi istiqamətində kifayət qədər bahalı kanallardan qənaətlə istifadə edən peyk rabitə vasitələri tətbiq olunurdu. Odur ki, Azərbaycanda da analoji texnologiyanın istifadəsinə ehtiyac duyulurdu. Mövcud təlabatı nəzərə alaraq, Delta Telecom korporativ şəbəkənin yaradılması üzrə layihələr işləməyə başladı. İlk layihədə Zaqafqaziyada yeganə olan Mərkəzi Peyk Rabitə Stansiyası tikilib istifadəyə verildi. Başlanğıcda bu stansiya vasitəsilə Azərbaycan Beynəlxalq Bankının bir neçə məntəqələri ilə baş ofisi arasında rabitə yaradıldı. Rabitənin keyfiyyəti sınaqdan keçirildikdən sonra Azərbaycan Beynəlxalq Bankının, Dövlət Gömrük Komitəsinin bölgələrdəki məntəqələrini baş ofisləri ilə birləşdirən korporativ peyk rabitə şəbəkəsi quruldu. Hal-hazırda Azərbaycan Beynəlxalq Bankı, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, AzərCot, MKT-Cotton, AMEA Seysmoloji Ölçmələr Mərkəzi, AP Moller Mayersk kimi təşkilatlar Delta Telekomun müştəriləridir.
Dostlar (teleserial, 1994)
Dostlar (ing. Friends) - NBCdə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 22 sentyabr 1994-ci ildə yayımlanmışdır. 10 mövsüm davam etmişdir. Manhettendə yaşayan bir qrup dostun həyatı ətrafı haqqında danışılan serial Warner Bros. Televiziya şirkəti ilə əlaqəli Bright/Kauffman/Crane Productions-ın istehsalıdır. Onun icraçı prodüserləri Kevin S. Bright, Marta Kauffman və David Crane-dir. Kauffman və Crane 1993-cü ilin noyabr-dekabr aylarında Insomnia Cafe adı altında Dostlar üçün ilk dizaynları hazırladılar. Onlar ideyanı Brighta göstərdilər və üçü birlikdə yeddi səhifəlik layihəni NBC-yə təqdim etdilər. Bir çox ssenari dəyişikliyindən və adının bizim kimi Dostlar olaraq dəyişdirilməsi kimi yenidən yazılmasından sonra serial nəhayət Dostlar adlandırıldı.
Dostluq Telləri (1971)
Dostluq telləri (film, 1971)
Drakula (teleserial, 2013)
Drakula — 2013-cü ildə Sky Living və NBC telekanallarında yayımlanması gözlənilən Britaniya-ABŞ birgə istehsalı olan limitli serialdır. Serialın premyerası 25 oktyabr 2013-cü il tarixdə, Qrimm serialının yeni seriyasının yayımlanmasından sonra, NBC telekanalında həyata keçiriləcək. Serial Brem Stokerin məşhur Drakula romanının mövzu və obrazları əsasında Kol Heddon tərəfindən yaradılır. HBO telekanalında yayımlanan Karnaval serialının yaradıcısı olan Denyel Nauf isə baş yazar kimi Heddonla birgə çalışır. Pilot seriyanın rejissoru Stiv Şilldir. 2012-ci ilin yanvar ayında telekompaniya serialın çəkilməsi öhdəliklərini üzərinə götürdüyünü açıqlamış, 2012-ci ilin iyul ayında isə 10 seriyanın planlaşdırıldığını bildirmişdi. 10 may 2014-cü ildə NBC telekanalı "Drakula" serialının yarımçıq dayandırıldığını elan etdi. Filmdə XIX əsr, Viktoriya dövrünün London həyatı və Londonda peyda olan Drakulanın macəralarından bəhs ediləcək. Drakula burada müasir elmləri öyrənməyə və viktorian cəmiyyətinə inteqrasiya olunmağa çalışır. Xüsusilə işıqdan gizlənənlərin qaranlıq gecələrini aydınladan elektrik enerjisi onun çox diqqətini çəkir.
Dronqo (teleserial, 2002)
"Dronqo" (rus. Дронго) — rejissor Zinovi Royzmanın 13 seriyalı filmi. Serial boyu məşhur ekspert Dronqo "qırmızı siyahı"nın axtarışına çıxır. Film Çingiz Abdullayevin romanlarının motivləri əsasında çəkilmişdir. 13 seriyadan ibarətdir. Əsərin müəllifi : Çingiz Abdullayev Ssenari müəllifləri : Çingiz Abdullayev, Ramil Yamaleyev, Zinovi Royzman Quruluşçu rejissor : Zinovi Royzman Quruluşçu operatorlar : Dilşad Fatxulin, Vladimir Dmitriyevski Quruluşçu rəssamlar : Aleksandr Tolkaçyov, Nikolay Terexov Bəstəkar : Yevgeni Şiryayev Səs rejissoru : Oleq Zilberşteyn Baş prodüser : Vladilen Arsenyev Redaktorlar : Andrey İvanov, Vladimir Şmakov Musiqi redaktoru : Yelena Ulyanova Vokalist : Lyubov Kazarnovskaya İcraçı prodüser : Yuri Masyuk Prodüser-koordinatorlar : Aleksandr Malıgin, Nadejda Lukyanova, İqor Porşnyev Çəkiliş qrupunun direktoru : Aleksandr Nahimson Geyim rəssamı : Svetlana Luzanova Qrim rəssamı : Zahidə Şərəfütdinova Rejissorlar : İqor Royzman, Aleksandr Boqun Məsləhətçi : Aleksandr Mixaylov (general-leytenant) Trüklərin quruluşçusu : Sergey Vorobyov Montaj edən : Qalina Dyakonova Operatorlar : Y. Lebedev, S. Lojnikov Rəssam-dekoratorlar : A. Bessolisin, A. Vlasov Rejissor assistentləri : M. Qamulin, P. Qudkov, Y. Qoryainova, O. Loginova, A. Maksimova, E. Sitnik, O. Yurasova Rejissor köməkçisi : N. Şimbiryeva Geyim rəssamı assistenti : Y. Dorojkina Səsləndirmə üzrə səs rejissoru : V. Şuster Səs operatoru assistentləri : A. Kupriyanov, T. Platonov, V. Novikov Səs tərtibatı : F. Yanpolskaya, D. Zuyev, N. Jarova, M. Kalaşnikova, A. Yaroşenko Musiqi yazılışı : "Sound Time" studiyası Rəqəmsal montaj : S. Xiçay Montaj üzrə assistentlər : M. Çanayax, Y. Platonova Rəng tənzimləyicisi : A. Polevoy İnzibatçılar : N. Vlasovskaya, L. Brızqalina, D. Stroyev, A. Rudenski, D. Torçinski, V. Şişkin, D. Narımov Mühasiblər : N. Klimova, A. Testova Qrim : O. Akimova Geyim ustası : O. Ananyeva İşıq ustaları : A. Məmmədov, O. Buzinov, A. Burdo, S. Kalıgin, P. Borisoviç Rekvizit ustaları : N. Nazarkina, F. Burdo Pirotexnik : Y. Şulenin Sürücülər : M. Burdakov, K. Çopuşkin, S. Orlov, M. Sorokin, F. Dubinski Quruluşçu rəssamlar : Rafiz İsmayılov, Rafiq Nəsirov Direktor : Nadir Əliyev Geyim rəssamı : Tatyana Əmirova Rejissor assistenti : Ötkəm İsgəndərov Operator : A. Salayev Səs texniki : Bəkir Bəkirzadə Pirotexniklər : A. Məmmədov, R. Kərimov Rekvizitçi : İ. Səfərov Kaskadyor : A. Məmmədov Elektrik : F. Həsənov Quruluşçular : V. Mirski, E. Hüseynova, M. Markov, Ş. Əhmədov, F. Ağayev, B. Sarkasov, K. Hüseynov, D. Cabbarov, R. Mirzəyev Sürücülər : K. Əliyev, E. Bayramov, T. Xanəliyev, Z. Əhmədov, İ. Səfərov, N. Qasımov, S. Tağıyev İşçilər : Q. Heybətov, İ. Rəsulov İnzibatçılar : Ə. Səmədov, A. Kərimov Təşkilatçılar : K. Dvroski, S. Konenkov, D. Velet Təşkilatçı : Mişel Lobko (Maratier, SVL) İvar Kalnınş – Dronqo Zurab Kipşidze – Xotivari Yaroslav Boyko – Çijov Mixail Jiqalov – Mixeyev Andrey Rostoski – Vağ Sergey Qazarov – Bağırov Boris Ximiçyov – Ryaboy Olesya Sudzilovskaya – Marta Rüstəm Saqdullayev – Cəfərov Fəxrəddin Manafov – Sadıqov Viktor Verjbiski – Nikitin Aleksandr Nazarov – Nilaşi Gennadi Sayfullin – Vladimir Vladimiroviç Aleksandr Yasko – İonidis Jan Daniel – Sarkisyan Murad Rəcəbov – Paşayev Vladimir Dolinski – Qoldberq Rasim Balayev – Kazımov Qalina Şevyakova – Elen Sergey Petrov – Lauton Valentin Smirnitski – Lazarev Aleksandr Tyutin – Şarov Sergey Varçuk – təmizləyən David-Defi Qogibedaşvili – Nestor Vyaçeslav Nevinnı – Morozov Marina Kaxiani – Tamara Otar Koberidze – D. Qogiya Oleq Korçikov – matros Kaxi Kavsadze – general Lev Prıqunov – Köpək dişi Anna Leqçilova – Rita İqor Klass – Cəllad Pərviz Məmmədrzayev – Pərviz Acalov Həmidə Ömərova – Elmira Anar Heybətov – Ramazan Ötkəm İsgəndərov Sadıq Əhmədov Firdovsi Atakişiyev Kamran Yunis Məbud Məhərrəmov Aleksandr Klükvin – Dronqo (İvar Kalnınş) (titrlərdə yoxdur) Vladislav Qalkin – Vağ (Andrey Rostoski) (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi Azərbaycan Respublikası Prokurorluğu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Beynəlxalq Ticarət Limanı "Azal" Avia Şirkəti Gürcüstanın Azərbaycan səfirliyi Azərbaycan Beynəlxalq Bankı İmair Hava Yolları "Azərbaycanfilm" kinostudiyası Cinealliance "Xarı bülbül" restoranı "Anadolu" restoranlar şəbəkəsi "Xlestakov" restoranı (Moskva) "Yekaterina" xəz firması (Moskva) "Panço Vilya" restoranı (Moskva) "Doug & Marty, s" restoranı (Moskva) "Yunilüks" zərgərlik salonu (Moskva) Rusiya Federal Müdafiə Xidməti "Ovako" (texniki dəstək) "Özəl arxiv" (Moskva) "Central Production International" (Moskva) "Mosfilm" kinostudiyası "Dr. Loder" sağlamlıq mərkəzi Domodedovo hava limanı "Sobi" turist firması Amerika Tibb Mərkəzi Polad Bülbüloğlu (Azərbaycan Mədəniyyət Naziri) Elçin Quliyev (general-mayor) Akif Rəfibəyli (Ədliyyə general-mayoru) Aydın Qasımov (general-mayor) Akif Rüstəmov (polkovnik-leytenant) Ömər Eldarov (akademik) Sənan Əlizadə (professor) Cəbrayıl Əliyev (polkovnik-leytenant) Bəhmən Hüseynikov Rəşad İbrahimov Vladimir Yurşov E. Akxuzin Y. Anisimov S. Devyatov V. Ruzin M. Ruzin D. Şufutinski Mariya Permyakova S. Polşkov Olqa Vasilyeva Yelena Maslova Дронго (2002) Mükərrəmoğlu, M. "ORT televiziyası 13 seriyalı "Dronqo" filminin nümayişini başa çatdırdı" //Xalq.- 2002.- 24 oktyabr.
DuMont Television Network
DuMont Television Network — keçmiş Amerika televiziya şəbəkəsidir. Ticarət yayımının qabaqcıllarından biri olan DuMont 1946-cı ildə başlamışdır və NBC və CBS ilə yarışmışdır. DuMont-un mövcudluğu, Federal Rabitə Komissiyasının qaydalarına uyğun olaraq, yayımın həddən artıq yüksək qiyməti ilə yanaşı, rəqiblərinin proqramları qazandıqları radioda tarixin çatışmazlığına da mane oldu. 1948-ci ildə başlanan radio, NBC, CBS və ABC kimi 1950-ci illərin əvvəllərində televiziya qazanc əldə edərkən bir neçə yeniliyə baxmayaraq DuMont-u təsirli bir şəkildə məhv etdi. Şəbəkə 1956-cı ilin avqustunda yayımını dayandırdı. Televiziya tarixçisi David Uenşteyn, DuMont adlı "The Forgotten Network" adını çəkərək eyni adlı kitabda ağın tarixini izah edir. 1970-ci illərdə demək olar ki, bütün DuMont istehsal proqramları itirildiyinə baxmayaraq, ABŞ-nin tarixi və retrospektivləri haqqında bir sıra kanal proqramları dövri olaraq qeyd olunur. DuMont, on il ərzində 20.000-dən çox epizod istehsal etdi, amma 1970-ci illərin əvvəllərində bütün kitabxana ABC tərəfindən məhv edildi, məhsulun hüquqları isə anbarda yeni bantlar üçün yer açdı. Yarım əsr boyunca, DuMont yayımı dayandırmaq üçün yeganə əsas televiziya şəbəkəsi olaraq qaldı. CBS Corporation və Time Warner, WB və UPN-ni yeni bir televiziya şəbəkəsinə, CW-yə birləşdirmək üçün 2006-cı ilə qədər bağladı.
Dənizlər imperatoru (teleserial)
Dənizlər imperatoru və ya Dəniz tanrısı (해신 Hae-sin, ing. Sea God və ya ing. Emperor of The Sea) - 2004-2005-ci illərdə yayımlanan Bədii Televiziya Teleserialıdır. Serial real tarixdə baş verən hadisələr əsasında yaradılmışdır. Serial Cənubi Koreyanın yazıçılarından biri olan 1945-2013-cü illər ərzində yaşamış Çoy İn Honun (Choi In Ho) yazdığı eyniadlı romanın əsasında hazırlanmışdır. Serialda Cənubi Koreyada Şila krallığı (e.ə. 57-935) dövründə baş vermiş hadisələrdən danışılır. Serialda, əsasən, "Dənizlər imperatoru" ləqəbli Çanq Boqonun həyatından danışılır. Çanq Boqo əvvəllər qul olmasına baxmayaraq bir müddət sonra dəniz komandanlığı vəzifəsinə qalxır. Bu zaman çətinliklə qarşılaşır.
Dənizlər imperatoru (teleserial, 2004)
Dənizlər imperatoru və ya Dəniz tanrısı (해신 Hae-sin, ing. Sea God və ya ing. Emperor of The Sea) - 2004-2005-ci illərdə yayımlanan Bədii Televiziya Teleserialıdır. Serial real tarixdə baş verən hadisələr əsasında yaradılmışdır. Serial Cənubi Koreyanın yazıçılarından biri olan 1945-2013-cü illər ərzində yaşamış Çoy İn Honun (Choi In Ho) yazdığı eyniadlı romanın əsasında hazırlanmışdır. Serialda Cənubi Koreyada Şila krallığı (e.ə. 57-935) dövründə baş vermiş hadisələrdən danışılır. Serialda, əsasən, "Dənizlər imperatoru" ləqəbli Çanq Boqonun həyatından danışılır. Çanq Boqo əvvəllər qul olmasına baxmayaraq bir müddət sonra dəniz komandanlığı vəzifəsinə qalxır. Bu zaman çətinliklə qarşılaşır.
Dəyişdirilmiş karbon (teleserial, 2018)
Dəyişdirilmiş karbon (ing. Altered Carbon) – Con Lenikin prodüserliyi ilə istehsal olunmuş ABŞ elmi fantastika teleserialı. İngilis yazıçı Riçard Morqanın 2002-ci ildə yazdığı eyniadlı romana əsaslanır. Serial 2 fevral 2018-ci ildə Netflix vasitəsilə buraxılmış və 10 seriya davam etmişdir. İkinci mövsümünün yayımlanmasından sonra Netflix tərəfindən ləğv edilmişdir. Hekayə XXIV əsrdə Kaliforniyada yerləşən uydurma Bey Siti şəhərində baş verir. İnsanlar boyunlarının arxasında quraşdırılmış xüsusi cihaza şüurlarını və yaddaşlarını yükləyə bilir, bədənləri məhv olduqda başqa bədənə keçə bilirlər. Baş qəhrəman Takeşi Kovaç istəmədən də olsa, müəmmalı bir cinayət üstünü açmaqla vəzifləndirilir. Teleserialın baş rol ifaçısı Yuel Kinnamandır. Bundan əlavə, polis departamentindən Kristin Orteqanı Marta İqareda, Kovaçı vəzifləndirən milyarder Lorens Benkroftu Ceyms Pürfoy, süni intellekt Ponu Kris Konner, Kovaçın bacısı Reylin Kavaharanı Diçen Lakmen, Kovaçın köməkçisi Vernon Elliotu Ato Essando, Lorensin arvadı Miriamı Kristin Leman canlandırmışdır.
Eant Telamonid
Ayaks (Ayant, Eant) Telamonid (q.yun. Αἴᾱς Τελαμώνιος) və ya Böyük Ayaks (q.yun. Αἴᾱς Μέγας) — qədim yunan mifologiyasında, Troya mühasirəsində iştirak edən yunan qəhrəmanı. Ona qarşı pərəstiş ilk öncə Saronikos körfəzinin Egina və Salamin adalarında yaranmışdır, burdan da Elladanın digər bölgələrinə yayıldı. Homer onu müharibə tanrısı Ares ilə müqayisə edir və yunanların ən güclüsü adlandırır. "İliada" əsərində əsas Troya qəhrəmanı Hektor və Ayaks bir-biri ilə 8 dəfə qarşı-qarşıya gəlirlər. Döyüşlərin heç birində Hektor qalib gələ bilmir. Hətta döyüşlərin ikisində Hektor az qala ölümlə üzləşir ki, Appolon və Troya ordusu onun köməyinə yetirlər. Döyüşlərdən birində Axilles öldürülür. Ayaks canını təhlükəyə ataraq, onun bədənini döyüş meydanından çıxardır.
Elman Telmanoğlu
Elman Telmanoğlu Cəfərov (25 yanvar 1980, Sumqayıt) — Politoloq, Telejurnalist. Elman Telmanoğlu Cəfərov 25 yanvar 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. "Azərbaycan Jurnalistlət Birliyi"nin üzvüdür. 1997–2001-ci illərdə Azərbaycan Texniki Universitetinin, Telekommunikasiya fakültəsində Bakalavr təhsili almışdır, 2021–2023-cü illərdə Ukrayna respublikasında İ. İ. Meçnikov adına Odessa Dövlət Universitetində Politologiya ixtisası üzrə Magistr dərəcəsinə yiyələnmişdir.
Ermənistan televiziya kanalları
Ermənistanda mövcud olan televiziya kanallarının siyahısı
Ermənistan İctimai Televiziyası
Ermənistanın İctimai Televiziyası (erm. Հայաստանի հանրային հեռուստաընկերություն) ya da Ermənistanın birinci kanalı — 1956-ci ildə qurulmuş Ermənistanın ilk dövlət kanalı. 2004-ci ildən Avropa Yayım İttifaqının üzvü olub, Eurovision-a qatılmaq hüququ qazanmışdır. 1926-cı il sentyabrın 1-də Xəbərlər və Teleqraflar üzrə Xalq Komissarlığı Soveti Ermənistanın Radio stansiyasını işə saldı. 1933-cü ildə Ermənistan SSR Xalq Komissarlığı Soveti Radio Yayım Komitəsinə qayıtdı və 1953-cü ildə Ermənistan SSR Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsi yaradıldı. 5 sentyabr 1955-ci ildə SSRİ Nazirlər Soveti Sovet İttifaqı respublikalarında 27 kanal yaratmağı qərara aldı. Ermənistanın İctimai Televiziyasının ilk evi və mənzili olan İrəvan televiziya studiyası ilk dəfə 29 noyabr 1956-cı ildə yayıma başladı. İlk verilişdə teleaparıcı Narı Şlepyan "Göstərir İrəvan!" sözü ilə tamaşaçıları salamlayır. 9 fevral 1957-ci il Ermənistan SSR-in radiokanalına 1 ədəd Mərkəzi Televiziya proqramının təkrar ötürülməsi başladı və "Ermənistan Televiziyası" kanalını buraxdı. İlk xəbər proqramı 6 avqust 1957-ci ildə xəbər verilişləri yayımlandı və "Həftə Xəbərləri" adlandırıldı.
Ermənistanın İctimai Televiziyası
Ermənistanın İctimai Televiziyası (erm. Հայաստանի հանրային հեռուստաընկերություն) ya da Ermənistanın birinci kanalı — 1956-ci ildə qurulmuş Ermənistanın ilk dövlət kanalı. 2004-ci ildən Avropa Yayım İttifaqının üzvü olub, Eurovision-a qatılmaq hüququ qazanmışdır. 1926-cı il sentyabrın 1-də Xəbərlər və Teleqraflar üzrə Xalq Komissarlığı Soveti Ermənistanın Radio stansiyasını işə saldı. 1933-cü ildə Ermənistan SSR Xalq Komissarlığı Soveti Radio Yayım Komitəsinə qayıtdı və 1953-cü ildə Ermənistan SSR Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsi yaradıldı. 5 sentyabr 1955-ci ildə SSRİ Nazirlər Soveti Sovet İttifaqı respublikalarında 27 kanal yaratmağı qərara aldı. Ermənistanın İctimai Televiziyasının ilk evi və mənzili olan İrəvan televiziya studiyası ilk dəfə 29 noyabr 1956-cı ildə yayıma başladı. İlk verilişdə teleaparıcı Narı Şlepyan "Göstərir İrəvan!" sözü ilə tamaşaçıları salamlayır. 9 fevral 1957-ci il Ermənistan SSR-in radiokanalına 1 ədəd Mərkəzi Televiziya proqramının təkrar ötürülməsi başladı və "Ermənistan Televiziyası" kanalını buraxdı. İlk xəbər proqramı 6 avqust 1957-ci ildə xəbər verilişləri yayımlandı və "Həftə Xəbərləri" adlandırıldı.
Ernest Telman
Ernest Telman (alm. Ernst Thälmann‎; 16 aprel 1886[…], Hamburq – 18 avqust 1944[…], Buhenvald həbs düşərgəsi, Türingiya[d]) — Almaniya komunistlərinin lideri. Errnst Telman 1886-cı il aprel ayının on altısında Hamburqda İohann Telmanın ailəsində anadan olmuşdur. Ernst gənc yaşlarından işləməyə başlamışdır. O əvvəlcə günəmuzd fəhlə, sonra mebel daşıyan, yük daşıyan arabaçı, liman fəhləsi, dənizçi işləmişdir. Proletar şüuru getdikcə artan Ernst 1902-ci ildə Almaniya Sosial-demokrat Partiyasının (ASDP) sıralarına, iki ildən sonra isə Hamburq nəqliyyat işçiləri həmkarlar ittifaqına daxil oldu. Hamburqun fəhlə kütlələrinin kapitalist zülmkarlara qarşı apardıqları amansız mübarizə ona daim inqilabiləşdirici təsir göstərirdi. Axı Avqust Bebelin reyxstaqda Hamburqun nümayəndəsi olması nahaq deyildi. Telman nəqliyyatçı fəhlələri müdafiə etmək üçün tez-tez həmkarlar ittifaqlarının yığıncaqlarında çıxış edir, həmkarlar ittifaqlarındakı bürokratlara kəskin hücum edirdi. Bürokratlar hələ o zaman Telmana barışmaz üsyançı və inqilabçı kimi baxırdılar.
Etimad Telefonu (2001)
Etimad telefonu (rus. Телефон Доверия) — Azərbaycan filmi. Filmdə gender probleminə toxunulmuşdur. Filmin qəhrəmanı Rəna (Fatimə İbrahimbəyova) gənckən zorlama qurbanı olur. Bu travma onun ömürlük faciəsinə çevrilir. İllər keçəndən sonra onun başına bu oyunu gətirən adamla (Fəxrəddin Manafov) rastlaşdıqda Rəna başına gələn hadisələri yalnız etimad telefonuna danışa bilir. Film YUNESKO-nun sifarişi ilə çəkilmişdir. Filmin büdcəsi 12000 dollardır.

Значение слова в других словарях