LTE (telekommunikasiya)
Long-term evolution (LTE, azərb. uzunmüddətli təkamül) — telekommunikasiyada GSM/EDGE və UMTS/HSPA standartlarına əsaslanan mobil cihazlar və məlumat terminalları üçün simsiz genişzolaqlı rabitə standartı. Fərqli radio interfeysi və əsas şəbəkə təkmilləşdirmələrindən istifadə etməklə bu standartların tutum və sürətini yaxşılaşdırır. LTE həm GSM/UMTS şəbəkələri, həm də CDMA2000 şəbəkələri olan operatorlar üçün təkmilləşdirmə yoludur. LTE tezlikləri və diapazonları ölkədən ölkəyə fərqli olduğuna görə onun dəstəkləndiyi bütün ölkələrdə yalnız çoxzolaqlı telefonlar LTE-dən istifadə edə bilər.
Aşağıda 2019-cu ilin fevral və mart aylarında OpenSignal.com tərəfindən ölçülən 4G LTE əhatə dairəsinə görə ilk 10 ölkənin siyahısı verilmişdir.
LTE standartı bir sıra müxtəlif diapazonları əhatə edir, onların hər biri həm tezlik, həm də diapazon nömrəsi ilə təyin olunur:
Şimali Amerika – 600, 700, 850, 1700, 1900, 2300, 2500, 2600, 3500, 5000 MHz (bands 2, 4, 5, 7, 12, 13, 14, 17, 25, 26, 28, 29, 30, 38, 40, 41, 42, 43, 46, 48, 66, 71)
Mərkəzi Amerika, Cənubi Amerika və Karib hövzəsi – 600, 700, 800, 850, 900, 1700, 1800, 1900, 2100, 2300, 2500, 2600, 3500, 5000 MHz (bands 1, 2, 3, 4, 5, 7, 8, 12, 13, 14, 17, 20, 25, 26, 28, 29, 38, 40, 41, 42, 43, 46, 48, 66, 71)
Avropa – 450, 700, 800, 900, 1500, 1800, 2100, 2300, 2600, 3500, 3700 MHz (bands 1, 3, 7, 8, 20, 22, 28, 31, 32, 38, 40, 42, 43)
Asiya – 450, 700, 800, 850, 900, 1500, 1800, 1900, 2100, 2300, 2500, 2600, 3500 MHz (bands 1, 3, 5, 7, 8, 11, 18, 19, 20, 21, 26, 28, 31, 38, 39, 40, 41, 42)
Afrika – 700, 800, 850, 900, 1800, 2100, 2500, 2600 MHz (bands 1, 3, 5, 7, 8, 20, 28, 41)[mənbə göstərin]
Okeaniya (Avstraliya və Yeni Zelandiya) – 700, 850, 900, 1800, 2100, 2300, 2600 MHz (bands 1, 3, 5, 7, 8, 28, 40)
Nəticədə bir ölkənin telefonları digər ölkələrdə işləməyə bilər. İstifadəçilərə beynəlxalq rouminq üçün çox diapazonlu telefon lazımdır.
Avropa Telekommunikasiya Standartları İnstitutunun (ETSI) əqli mülkiyyət hüquqları (IPR) verilənlər bazasına əsasən, 2012-ci ilin mart ayına olan məlumata görə, 50-yə yaxın şirkət LTE standartını əhatə edən əsas patentlərə malik olduğunu bəyan etmişdir. Bununla belə, ETSI bəyannamələrin düzgünlüyünə dair heç bir araşdırma aparmışdır.