Azərbaycanın milli telekommunikasiya peyki

Azerspace/Africasat-1A Rabitə Peyki (ing. Azerspace/Africasat-1A Satellite) — Azərbaycanın ilk rabitə peyki, Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunmuşdur.

Azerspace-1/Africasat-1A
Xüsusiyyətləri
Buraxılma tarixi 8 fevral 2013, 01:37 (Bakı vaxtı ilə)
Status aktiv
Başlanğıc çəkisi 3726[1]
İstehsalçı Orbital Sciences Corporation
Daşıyıcı raket GEOStar-2
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azerspace-1 peyki orbitə 2013-cü il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılmışdır.[2]

Peyk[redaktə | mənbəni redaktə et]

Çəkisi: 6521 kq.

Ölçüləri: Tam açılmış halda peykin ölçüləri: 23,6 m x 8,9 m x 5,6 m-dir.

"Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. Peyk üzərindən 100-ə yaxın televiziyaradio kanalı yayımlanır.[3]

"Azerspace-1"-in istismar müddəti isə azı 15 ildir.

Telekommunikasiya peyki olan Azerspace-1-dən səs, məlumat bazası, internet, TV və radio yayım xidmətləri məqsədilə istifadə edilə bilər. Peykin verəcəyi bir neçə qiqabitlik İnternet alternativ kimi fors-major situasiyalarda faydalı ola bilər. Peykin ərsəyə gəlməsi üçün 230 milyon manat xərc çəkildiyi deyilir. Bu məbləğin 15 faizi dövlət büdcəsindən, qalanı kreditlərlə ödənilib. Fransanın COFACE İxrac Kredit Agentliyindən 98 milyon ABŞ dolları və ABŞ İxrac-İdxal (US Ex-İm) Bankının zəmanəti ilə BNP Paribas bankından 116.6 milyon ABŞ dolları məbləğində kreditlər götürülüb. Kreditlər müddəti on ildir. Kredit ödənildikdən sonra peykin istismarı xalis gəlir gətirməyə başlayacaq[4]

Buraxılış və idarə etmə[redaktə | mənbəni redaktə et]

Azərkosmos ASC idarəsində olan peyk 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşib.[5]

Əsas idarə mərkəzi Bakının Qaradağ rayonu Güzdək kəndində yerləşdirilir. İkinci idarə mərkəzi isə Naxçıvan Muxtar Respublikasındadır.

Telekanalların siyahısı[redaktə | mənbəni redaktə et]

11.04.2020-ci il tarixinə peykdə yayımlanan telekanallar aşağıdakılardır:[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azerspace/Africasat 1a". Gunter's Space Page (ingilis). 30 oktyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2021.
  2. ""Azerspace-1" peykinin Azərbaycan və region üçün vəd etdiyi üstünlüklər barədə". 2018-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
  3. "Azərbaycanın ilk telekommunikasiya peyki – "Azerspace-1" peykinin orbitə buraxılmasından beş il keçir". 2018-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-13.
  4. "Azərbaycanın peyki barədə suallar". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-27.
  5. ""Azerspace" peyki vasitəsilə Azərbaycan TV paketinə baxmaq üçün istifadəçi tənzimləmələri açıqlanıb". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-13.
  6. Telekommunikasiya

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]