Bax: teyy.
Qasid mənzilbəmənzil, teyyi-mənazil gecəni gündüzə qatıb, gündüzü gecəyə, özünü yetirdi Abdal Gülablıya, Valehi soruşdu, dedilər ki, səhər tezdən Lənbərənə gedib. (“Valeh və Zərnigar”)
*
Günə bir mənzil, teyyi-mənazil, çox getdilər, az getdilər, bir neçə gündən sonra gedib bir meşəyə çatdılar. (“Alı xan”)
*
Günə bir mənzil, teyyi-mənazil, taki yetişdi Qaraman vilayətinə. (“Tahir və Zöhrə”)
*
Qoca kişi Məhəmməd ilə birlikdə günə bir mənzil, teyyi-mənazil getməyə başladılar. (“Məhəmməd və Güləndəm”)
*
Bu söz anasına çox təsir eləməkdə olsun, Müğüm şahla Məhəmməd az gedib, çox gedib, günə bir mənzil, teyyi-mənazil getməkdə olsunlar, sizə xəbəri Gülşaddan deyim. (“Müğüm şah”)