TİMSAL

is. [ ər. ]
1. Nümunə, örnək, misal.
2. Məsəl, zərbi-məsəl.
Məşədi Həsən əmi əlavə olaraq… tat şivəsi ilə bir timsal da söylədi. S.Hüseyn.
[Hacı:] Nə qədər timsal və zərbi-məsəllər eşitsəniz, uşaqlarınıza deyin, dəftərlərinə yazsınlar. Qantəmir.

3. klas. Şəkil, rəsm, surət, təsvir.
Üçüncü otağın divarlarında İranın sair silsilədən olan padşahlarının timsalı nəqş olunmuşdu. M.F.Axundzadə.

4. köhn. bax təmsil 2-ci mənada.
Rusların məşhur ədibi… Krılov “Ağacın yarpaqları və kökləri” adlanan bir timsalında yazır. F.Köçərli.

Синонимы

  • TİMSAL timsal bax 1. nümunə; 2. məsəl
  • TİMSAL nümunə — misal
TİMSAH
TİMSİNMƏ

Значение слова в других словарях

бой-ба́ба зашвы́ривание Люцифе́р мо́зель пово́льник скатёрка сове́тник колупа́ть позама́сленный сатани́ться сотрясе́ние стенопи́сный фуру́нкул мга репаки ahum between-maid clinometer emanant finger-stone heavenlike mandarine sleeve scissoring self-defensive two-minute