TİŞRİN
TİZAB
OBASTAN VİKİ
Dita fon Tiz
Dita fon Tiz (ing. Dita von Teese; 28 sentyabr 1972) doğum adı Hizer Rene Suit ing. Heather Reene Sweet) — amerikalı aktrisa, müğənni və fotomodel. === Burlesk === Dita fon Tiz dünyada ən çox burlesk səhnə ifasına görə tanınır, pressada onu tez-tez "Burlesk kraliçası" da adlandırırlar. Dita burlesk üslubunu 1992-ci ildən rəqqasələr qrupu ilə başlamışdı, bu da burlesk janrının dirçəlişinə səbəb olmuşdu. O özünün unikal üslubunu Anna Pyacci, Luiza Kazati və İzabella Blou kimi eksentrik qadınlardan ilham almışdı. == Şəxsi həyatı == Dita iki şəhərdə — Los-Anceles və Parisdə yaşayır. Dita çini qabların kolleksiyası ilə məşğuldur. Dita açıq olaraq öz əməliyyatları haqqında danışır: belə ki, o döş cərrahiyəsi və üzündə tatuaj edib.
Tizbon
Ktesifon (yun. Κτησιφῶν (Ktēsiphōn), pəhl. Tyspwn, fars. تیسفون‎ (Tisfun), ərəb. قطسيفون‎ (Qaṭaysfūn), erm. Տիզբոն (Tizbon)) — Parfiyanın, sonra Sasanilərin paytaxtı. Azərbaycan tarixi ədəbiyyatında Mədain kimi xatırlanır. == Tarixi == Mədain-digər adı ilə Ktesifon şəhəri əvvəlcə Parfiyanın, sonra Sasanilər imperiyasının paytaxtı idi. İndi xarabalıqları İraqın şərqində yerləşir. Ərəblər Mədaini Səvad adlandırırdılar.
Tizdar dağı
Tizdar — Krasnodar diyarında, Azov dənizi sahilində yerləşən dağ. Dəniz səviyyəsindən hündürlüyü 74,7 metr (1979-cu ilin məlumatı) olan dağ Temryuk rayonunun Za Rodinu qəsəbəsindən 1,5 km şimal-qərbdə yerləşir. Dağ Golubitskaya silsiləsinin ən yüksək zirvəsidir. Bölgə sönmüş palçıq vulkanların olduğu ərazi kimi diqqəti cəlb edir. == Etimologiyası == A.V.Tverdıy dağın adını türk mənşəli hesab edir. Ehtimal ki, ad çoxlu dərələr, uçurumlar mənasını verir. Bu da ərazinin relyefinə uyğundur. Ölkəşünas V.A.Valiyeva görə də söz türk mənşəli olub «rəhbər, başçı» deməkdir. Ümumən dağın əlavə iki adı da var: Sinaya Balka və Azov sopkası. Niyə Azov deyil, Tizdar vulkanı?
Tizer
Tizer (ing. teaser "cəlb edən") — tapmaca kimi qurulmuş bir reklam mesajı. Məhsul haqqında bir hissə məlumat verilir, amma məhsulun özü göstərilmir, və beləcə alıcılarda maraq hissi oyadaraq, özünə cəlb edir. Tizerlər adətən məhsulun irəliləyişinin ən erkən mərhələrində göstərilir. Tizer istifadəsinə əsaslanan marketinq üsulu tizer reklaması adlanır. Tizerlərdə ikimənalı və təxribat xarakterli ifadələr və təsvirlər tətbiq edilə bilər. Hesab edilir ki, ilk tizer "MJB Coffee" brendinin irəlilədilmə kampaniyası üçün istifadə olunmuşdu. 1906 ildə San-Fransisko şəhərin yolları boyunca intriqa xarakterli elanlar peyda olunurdu, əlanların üstündə "Niyə?" ("Why?") sualı var idi.. == Texnologiya == Adətən tizerlər seriyalarla gəlir. Tizer reklam kampaniyası 2 mərhələdən keçir.
Tizi-Uzu vilayəti
Tizi-Uzu vilayəti (ərəb. تيزي وزو‎) — Əlcəzairin 48 vilayətindən biri. Özündə 21 rayonu birləşdirən Tizi-Uzu vilayətinin ərazisi 2 956 Km2-dır. == Ərazisi == Tizi-Uzu vilayətinin ərazisi 2 956 Km2-dır. Tizi-Uzu vilayətinə 21 rayon daxilidir. Vilayətin paytaxtı Tizi-Uzu şəhəridir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Tizi-Uzu vilayətinin əhalisi 1 127 608 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Tiziano Ferro
Vabr-Tizak
Vabr-Tizak (fr. Vabre-Tizac, oks. Vabre e Tisac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Ryopeyru kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12285. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 35 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 433 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 251 nəfərin (15-64 yaş arasında) 182 nəfəri iqtisadi cəhətdən fəal, 69 nəfər hərəkətsiz (fəaliyyət göstərici 72.5%, 1999-cu ildə 67.2%) idi.
Vladimir Tizenhauzen
Vladimir Qustavoviç Tizenhauzen (alm. Ernst Woldemar Baron v. Tiesenhausen‎; 25 fevral, 1825, Nаrvа - 2 fevral, 1902, Sankt-Peterburq)—tarixçi-şərqşünas, numizmat. == Həyatı == Vladimir Qustavoviç Tizenhauzen 25 fevral, 1825-ci ildə Nаrvа şəhərində anadan olmuşdu. Orta təhsilini Sankt-Peterburq gimnaziyasında almışdı. Sankt-Peterburq Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdi (1848). X. F. Frenin tələbəsi olmuşdu. Maddi təminatı olmadığından 12 kiçik məmur kimi çalışmışdı.1861-ci ildə İmperator Arxeoloji komissiyasında xidmətə daxil olmuşdu. Vladimir Tizenhauzen Ukrayna ərazisində bir çox yunan şəhərlərinin və Şimali Qafqazda skif kurqanlarının qazıntısında iştirak etmişdi. 1878-ci ildə Sind-Meot şəhərciyinin qazılmasına başçılıq etmişdi.