Tizdar dağı
Tizdar — Krasnodar diyarında, Azov dənizi sahilində yerləşən dağ. Dəniz səviyyəsindən hündürlüyü 74,7 metr (1979-cu ilin məlumatı) olan dağ Temryuk rayonunun Za Rodinu qəsəbəsindən 1,5 km şimal-qərbdə yerləşir. Dağ Golubitskaya silsiləsinin ən yüksək zirvəsidir. Bölgə sönmüş palçıq vulkanların olduğu ərazi kimi diqqəti cəlb edir.
A.V.Tverdıy dağın adını türk mənşəli hesab edir. Ehtimal ki, ad çoxlu dərələr, uçurumlar mənasını verir. Bu da ərazinin relyefinə uyğundur. Ölkəşünas V.A.Valiyeva görə də söz türk mənşəli olub «rəhbər, başçı» deməkdir. Ümumən dağın əlavə iki adı da var: Sinaya Balka və Azov sopkası. Niyə Azov deyil, Tizdar vulkanı?