TOK

сущ. разг. ток (движение электрического заряда в проводнике). Elektrik toku (cərəyanı) электрический ток, tok vurmaq бить, ударять током ( безл. ), tok qəbulçusu ж.-д. токоприемник, токосъемник (устройство для снимания тока с контактного провода или рельса при движении электрического подвижного состава, подъемного крана и т.д.)
TOXUTMAQ
TOKAR
OBASTAN VİKİ
Tik-Tok
TikTok (çin. 抖音; Dǒuyīn) — Çinin ByteDance şirkətinə məxsus olan video paylaşma platforması. TikTok İstifadəçilərinə müddəti 3 saniyədən 10 dəqiqəyə qədər olan videoları dərc etmək imkanı verir. TikTok istifadəyə verildiyi gündən dünyanın ən çox istifadə edilən veb-saytlarından birinə çevrilib. 2020-ci ilin oktyabr ayına kimi bütün dünyada mobil cihazlara 2 milyard dəfədən çox endirilib. Cloudflare, TikTok-un 2021-ci ilin ən çox istifadə olunan veb saytı olduğunu və Google-u geridə qoyduğunu bildirib. Z nəsli TikTok istifadəçilərinin əhəmiyyətli bir hissəsini təşkil edir. TikTok buraxıldığı vaxtdan bəri məxfilik problemləri, asılılıq, dezinformasiya və qeyri-etik məzmuna görə tənqidlərlə üzləşib. Bəzi ölkələr milli təhlükəsizliklərini qorumaq üçün öz sərhədləri daxilində TikTok-un istifadəsini məhdudlaşdırmalı olub. Douyin 2016-cı ilin sentyabrında ByteDance şirkəti tərəfindən yaradılmışdır.
Tok-şou
Tok-şou (ing. Talk show) — Televiziya və ya radio kanallarında təbii söhbət üzərində qurulmuş janr. Tok-şou digər televiziya proqramlarından müəyyən ümumi tərzi ilə seçilir. Tok-şouda bir nəfər (və ya bir qrup insan və ya qonaq) bir aparıcının irəli sürdüyü müxtəlif mövzuları müzakirə edir. Bu müzakirə mühüm ictimai, siyasi və ya dini mövzular və hadisələr haqqında bir reportaj və ya sadə bir söhbət şəklində ola bilər.
Tok (Alyaska)
Tok (Tanakrosça ?) — ABŞa bağlı Alyaska ştatının Southeast Fairbanks Census Area sayım bölgəsində Alyaska atabasklarından Tanakroslar tərəfindən məskun olan bir məbtəqə. Toplam sahəsi 342.6 km² olan əhali sayı 2010-cu ilə görə əhalisi 1.258 nəfərdir. Ana yerli xalq Tanakrosçanın Mansfeld-Kechumstuk şivəsini danışan hindli Alyaska Atabasklarıdır. Yerlilərin faizi % 12.85, ağlar isə % 78.03 dir.
Tik Tok
TikTok (çin. 抖音; Dǒuyīn) — Çinin ByteDance şirkətinə məxsus olan video paylaşma platforması. TikTok İstifadəçilərinə müddəti 3 saniyədən 10 dəqiqəyə qədər olan videoları dərc etmək imkanı verir. TikTok istifadəyə verildiyi gündən dünyanın ən çox istifadə edilən veb-saytlarından birinə çevrilib. 2020-ci ilin oktyabr ayına kimi bütün dünyada mobil cihazlara 2 milyard dəfədən çox endirilib. Cloudflare, TikTok-un 2021-ci ilin ən çox istifadə olunan veb saytı olduğunu və Google-u geridə qoyduğunu bildirib. Z nəsli TikTok istifadəçilərinin əhəmiyyətli bir hissəsini təşkil edir. TikTok buraxıldığı vaxtdan bəri məxfilik problemləri, asılılıq, dezinformasiya və qeyri-etik məzmuna görə tənqidlərlə üzləşib. Bəzi ölkələr milli təhlükəsizliklərini qorumaq üçün öz sərhədləri daxilində TikTok-un istifadəsini məhdudlaşdırmalı olub. == Tarixi == Douyin 2016-cı ilin sentyabrında ByteDance şirkəti tərəfindən yaradılmışdır.
Tik-Tok (personaj)
Tik-Tok (ing. Tik-Tok) — Laymen Frenk Baumun "Oz ölkəsindən olan sehrbaz" nağıllar kitabının mexaniki insan olan personajı. Ədəbiyyatşünaslar onu "robotun prototipləri" siyahısına aid edirlər və ədəbiyyatda robotun ilk nümunələrindən (Edvard Ellisin 1868-ci ildə yazdığı "Preriyalarda buxar adamı" əsərinin personajı "buxar insanla" birlikdə) hesab edilir. Lakin robot termini ilk dəfə ancaq 1920-ci ildə Karl Çapekin "Rossum universal robotları" pyesində işlənmişdir. == F. Baumun personajı == Tik-Tok – dairəvə formada olan, tuncdan hazırlanan mexaniki insandır. O, zavod yaylarının (prujinlərinin) fəaliyyəti sayəsində hərəkət eləyir. Həmin prujinləri mexaniki saat və ya mexaniki oyuncaq kimi mütəmadi olaraq qurmaq lazımdır. Onun dizləri və ovucu cəngavər zirehini xatırladır. Tik-Tokun düşünmək, nitq və hərəkətləri üçün ayrıca mexanizmlər vardır. Lakin o bunlardan hər hansı birini sərbəst işlədə bilmək qabiliyyətində deyildir.
Kim Tok-hun
Kim Tok-hun ( Koreya 1961 ) Şimali Koreyanın Baş naziridir. 13 avqust 2020-ci ildən bu vəzifədə çalışır. O, həmçinin Koreya işçi Partiyasının Siyasi Bürosunun həqiqi üzvüdür və parlamentin büdcə komitəsinin sədri vəzifəsində çalışıb. Ali Xalq Konqres tərəfindən Baş nazirin müavini təyin edilməzdən əvvəl o, Şimali Koreya-Cənubi Koreya əməkdaşlığının nümayəndəsi olub. Kim Tok-hun 2016-cı ilin mayında keçirilən 7-ci qurultaydan bəri Koreya İşçi Partiyasının Mərkəzi Komitəsinin üzvüdür. 2020-ci ilin aprelində o, həm də Ali Xalq Konqresinin Büdcə Komitəsinin sədri olub. Avqustun 13-də, Şimali Koreyada COVID-19 pandemiyasının yayılmasından və ölkənin cənub bölgəsini vuran daşqınlardan sonra o, Kim Çen In tərəfindən kabinetin baş naziri təyin edildi və Siyasi Büronun yüksək vəzifəli sədri vəzifəsinə yüksəldi.
Qoy danışsınlar (tok-şou)
Edvard Bikkerstet (Cənubi Tokio yepiskopu)
Edvard Bikkerstet (ing. Edward Bickersteth; 27 iyun 1850, Banningem[d], Norfolk qraflığı – 5 avqust 1897, Çiseldon[d], Uiltşir[d]) – Cənubi Tokio yepiskopu olmuş missioner. == Həyatı == Edvard Bikkerstet 26 iyun 1850-ci ildə Norfolkun Banningem kəndində doğulmuşdur. Atası Edvard Henri Bikkerstet Ekseter yepiskopu olmuşdur. Anası Roza isə Samuel Biqnoldun qızı idi. Bikkerstet Haygeyt məktəbində təhsil almış, 1869-cu ildə Pembrok kollecində təhsil almaq üçün təqaüd qazanmışdır. 1873-cü ildə bakalavr, 1876-cı ildə magistr dərəcəsi ilə məzun olmuşdur. 1874-cü ildə Şolefild və Evans mükafatlarını qazanmışdır. O, London yepiskopluğundan 1873-cü ildə diakon, 1874-cü ildə isə keşiş titulu almışdır. 1873–1875-ci illərdə Hempsteddə Müqəddəs Üçlüyün kuratoru olmuşdur.
Forsaj 3: Tokio Drifti
Forsaj 3: Tokio Drifti (ing. The Fast and the Furious: Tokyo Drift) — 16 iyun 2006-cı ildə yayımlanmış, rejissoru Justin Lin, ssenaristi Kris Morqan tərəfindən edilmiş Forsaj filmlər seriyasının üçüncü filmidir. == Mövzu == 17 yaşlı Şon Bosvell, qanunsuz küçə yarışları ilə maraqlanan bir yeniyetmədir. İştirak etdiyi yarışlar həmişə qəzalarla nəticələndiyindən polislə problemlər yaşayır və anası oğlunun həbsxanaya getməsindən qorxduğu üçün, onu Tokioda yaşayan hərbçi atasının yanına göndərir. Özünü tamamilə fərqli bir mədəniyyətin içində görən Şonun Tokiodakı cansıxıcı həyatı, Tvinki ilə tanış olduqdan sonra dəyişməyə başlayır. Tvinki sayəsində o, qəfildən Tokionun drift yarışlarında iştirak etməyə başlayır. Bu yarışlar onun əvvəllər alışdığı küçə yarışlarından çox fərqlidir. Əlavə: Serianın bu filmi digər filmlərdən fərqlidir və vaxt etibarilə də onlardan qabaqdadır. Təxminlərə görə bu filmdə baş verən hadisələr zaman etibarilə Forsaj 6 filmindən sonrakı hadisələri əhatə edir. Bəzi epizodları ilə isə 6-cı bölümü 7-ci bölümə bağlayır.
Göbələk mənşəli toksinlər
Mikotoksinlər (yun. μύκης, mykes, mukos — "göbələk"; τοξικόν, toxikon — "zəhər") — kiflər (kif göbələkləri) tərəfindən sintez olunan və zərərli təsirlərə malik olan ikincili metabolitlər. Mikotoksinlərin təsiri ilə yaranan zəhərlənmələrə mikotoksikozislər deyilir. Mikotoksinlər bir çox əlamətlərinə görə antibiotiklərə oxşayırlar. Bu baxımdan onları ayırd etmək çox çətindir. Məs: bəzi mikotoksinlər də antibiotiklər kimi mikroorqanizmlərin inkişafının qarşısını alır. Ümumi götürdükdə isə mikroorqanizmlərə qarşı təsirli olanlar antibiotiklər, yüksək orqanizmlərə qarşı təsirli olanlar isə mikotoksinlər adlanırlar. Mikotoksinləri sintez edən göbələkləri növlərinə və cinslərinə görə ayırd etmək çox çətindir. Beləki, bir mikotoksin müxtəlif göbələk növləri tərəfindən sintez oluna bilər. Eyni zamanda bir göbələk növü də müxtəlif mikotoksinlər sintez edə bilər.
Hamiləlik toksikozu
== Hamiləlik toksikozu(hestozu) == Hamiləlik toksikozu mayalanmış yumurta hüceyrənin inkşafı ilə əlaqədar meydana çıxan və çoxlu simtomlarla xarakterizə olunan xəstəlik sayılır. Bu simptomlardan tez –tez və qabarıq şəkildə meydana çıxanlar:MSS-i pozğunluqları, qan-damar və maddələr mübadiləsi pozğunluqlarıdır. Baş vermə vaxtına və klinik əlamətlərinə görə toksikoz iki qrupa bölünür:erkən toksikoz (qusma, hipersalivasiya(və ya ptializm), dermatoz) və gecikmiş toksikoz(hidrops, nefropatiya, preeklampsiya və Eklampsiya) Xüsusi qrupa nadir forma toksikozlar-hepatopatiya(toksiki),sarılıq, qaraciyərin kəskin distrofiyası, hamiləlik tetaniyası, xoreya, osteomalasiya, atropatiya aiddir. Erkən hestoz adətən bədənin susuzlaşması, gecikmiş hestoz isə toxumalarda həddən artıq mayenin toplanması ilə xarakterizə olunur. Erkən toksikozlar. Buna bəzən"hamiləliyin I yarısının toksikozu" da deyilir. Hamiləliyin 1–3 aylarında meydana çıxır. Bu qrup patalogiyalara hamiləliyin ilk aylarında baş verən qusmalar və hipersalivasiya(ptializm) aiddir. Erkən hestozların baş vermə səbəbini həcmcə böyüməkdə olan uşaqlığın reseptorlarından gələn həddən artıq çox saylı impulslarla vegetativ sinr sisteminin(qabıqaltı nüvələrin , xüsusilə də retikulyar formasiya)qıcıqlanması ilə izah edilir.("neyro-reflektor nəzəriyyə")Sinir sistemində meydana çıxan bu dəyişiliklərə görə hamiləliklə əlaqədar orqanizmdə adaptasiya (uyğunlaşma)prossesləri baş verə bilmir, bütun bunlar isə erkən hestozların inkşaf etməsinə gətirib çıxarır. Həmçinin hamiləlik toksikozunun yaranmasına səbəb olan faktorlara mədə-bağırsaq traktının xroniki xəstəlikləri, genital hipoplaziya, astenik sindrom, uşaqlığın reseptor funksiyasının pozulması və.s.
Hie məbədi (Tokio)
Hie məbədi (日枝神社, Hie-cinca) – Yaponiyanın Tokio şəhərinin Çiyoda rayonunda yerləşən şintoist məbədi. Məbəd kami Oyamakuiyə həsr olunmuşdur. == Tarixi == 1457-ci ildə Edo qəsrini tikdirən Ota Dokan Kavaqoe şəhərinin yaxınlığında yerləşən və Oyamakuiyə həsr olunan məbədin Edo qəsrinin yanına köçürülməsini əmr etmişdir. Daha sonra məbəd qəsrin xarici hissəsinə köçürülmüşdür. Tokuqava şoqunları Hie məbədinə böyük diqqət ayırmışdırlar. Belə ki, Tokuqava şoqunluğu məbədi Edo şəhərinin qoruyucusu hesab etmişdir. Bundan əlavə, məbəd şəhərin ən məşğul bölgəsində yerləşdiyi üçün Edo şəhərinin ən populyar məbədlərindən birinə çevrilmişdir. 1868-ci ildə şintoizmlə buddizmin rəsmi olaraq ayrılmasına qədər məbəd Sanno Qonqen (山王権現) adı ilə də tanınmışdır. == Xüsusiyyətlər == Hər ilin 10–16 iyun tarixlərində məbəddə Sanno festivalı baş tutur. Bu festival Kanda məbədinin festivalı ilə birlikdə Tokio şəhərinin iki əsas məbəd festivalından biridir.
Kasım-Jomart Tokayev
Qasım-Comərd Tokayev (bəzi Azərbaycandilli mənbələrdə Qasım-Jomart Tokayev; və ya Kasım-Jomart Tokayev qaz. Қасым-Жомарт Кемелұлы Тоқаев; 17 may 1953, Almatı) — Qazaxıstanlı siyasətçi və diplomat. 16 oktyabr 2013-cü ildən 19 mart 2019-cu ilədək Qazaxıstan Respublikası Senatının Sədri vəzifəsini icra edib. 19 mart 2019-cu il tarixindən etibarən Qazaxıstan Respublikasının 2-ci Prezidentidir. 11 yanvar 2007-ci ildən 15 aprel 2011-ci ilədək və 16 oktyabr 2013-cü ildən 19 mart 2019-cu ilə qədər ilədək Qazaxıstan Respublikası Senatının Sədri olmuşdur. Tokayev 1 oktyabr 1999-cu ildən 28 yanvar 2002-ci ilədək Qazaxıstan Respublikasının Baş Naziri, 12 mart 2011-ci il tarixdən 16 oktyabr 2013-cü il tarixində isə Cenevrədəki Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahının direktoru vəzifəsini icra etmişdir. == Karyerası == === SSRİ === Atası Kemel Tokayev, İkinci Dünya müharibəsi veteranı və tanınmış bir Qazaxıstan yazıçısı idi. Anası Turar Şabarbayeva, Almatı Xarici Dillər İnstitutunda işləmişdir. 1970-ci ildə Tokayev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Beşinci ilində o, altı aylıq Çin–Sovet səfirliyində təlim kurslarına göndərildi.
Kasım-Jomərt Tokayev

Kiçik Tokioda mübahisə (film, 1991)
Kiçik Tokioda hesablaşma (ing. Showdown in Little Tokyo) – 1991-ci ildə istehsal olunmuş ABŞ bədii filmidir. Filmin orijinal davam etmə müddəti 79 dəqiqə, qısaldımış variantı isə 76 dəqiqədir. == Məzmun == Filmdəki hadisələr 1980-cı illərdə Los-Anceles şəhərində təsadüf edir. Polis işçisi Kris Kenner Los Ancelesin Yapon rayonu Tokio şəhərciyində işləyir. Krisin valideynləri yapon əsilli olmuşlar. Onlar Yapon Yakudza bandası tərəfindən qətlə yetirilmişlər. Kris həmişə valideynləri öldürən qatilin daxili xüsusiyyətlərini yadında saxlamağa çalışır. Polis xidməti onun yanına Conni Muratu adlı yapon yoldaşı göndərir. Conni də yapon əsilli polisdir, kiçik yaşlarında ABŞ-yə köçüb, buranın mədəniyyəti ilə yaşayır.
Ktheju tokës
Ktheju tokës (azərb. Vətəninə dön‎) — Albaniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Yonida Maliçi "Ktheju tokës" mahnısı ilə Albaniyada keçirilən sayca 57-ci Festivali i Këngës mahnı festivalında qələbə qazanmış və ölkəsini həmin mahnı ilə İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi və sözləri alban bəstəkarı Eriona Ruşitiyə aiddir. Maliçi Wiwibloggs saytına verdiyi müsahibədə mahnının həm albanlar üçün, həm immiqrantlar üçün və həm də bütün dünya insanları üçün yazıldığını söyləmişdir. Mahnının sözlərində Kosovo müharibəsinin ardınca yaşanan alban immiqrasiyası mövzusuna toxunulur.
Kyuiti Tokuda
Kyuiti Tokuda Yapon dili:|Kyuichi Tokuda|徳田 球一|Tokuda Kyūichi, 12 sentyabr, 1894 - 14 oktyabr, 1953— yapon kommunisti, YKP-nin baş katibi. == Həyatı == 1948-ci ilin on doqquz iyulunda ən cənubi yapon adası Kyusyudakı kiçik şaxtaçı şəhəri olan Saqada qeyri-adi bir canlanma hökm sürürdü. Hələ səhərdən hər yerdə elanlar asılmışdı ki, bələddiyə idarəsinin konfrans zalında məxfi şəraitdən çıxmış Yaponiya Kommunist Partiyası tərəfindən təşkil edilən mitinq olacaqdır. Axşam saat 6-ya yaxın zal ağzına kimi dolu idi, mitinqə üç minə qədər adam toplaşmışdı. YKP Mərkəzi Komitəsinin Baş katibi–parlamentin deputatı Kyuiti Tokuda «Yaponiya Kommunist Partiyası və müasir vəziyyət» barədə məruzə ilə çıxış etdi. Şaxtaçılar yapon xalqının mənafeyi uğrunda, sülh uğrunda qəhrəman mübarizi hərarətlə qarşıladılar. O, həyatının on səkkiz ilini ən dəhşətli yapon həbsxanalarının zindanlarında keçirmiş, lakin heç bir işgəncə və məhrumiyyətlər onu marksizm-leninizmin böyük ideyalarından əl çəkməyə məcbur edə bilməmişdi. Tokuda öz məruzəsində müharibədən sonrakı dövrdə yapon iqtisadiyyatının fəlakətli vəziyyətinin və zəhmətkeşlərin həyatının dözülməz ağır şəraitinin səbəblərini açıb göstərdi. Hərbçilərin törətdikləri təcavüzkar müharibələr üçün bütün xərclərin fəhlə və kəndlilərin həyatı hesabına ödənilməsindən, daxili irticanın fitnəkarlığından, ölkənin bütün demokratik qüvvələrinin birliyi uğrunda kommunist partiyasının apardığı mübarizədən danışdı. Kyuiti Tokuda dedi: –Yaponiya iflas ərəfəsindədir, biz buna qarşı mübarizə aparmasaq, çox güman ki, Yaponiya asılı ölkəyə çevriləcəkdir.
Kyuiçi Tokuda

Masanori Tokita
Masanori Tokita (24 iyun 1925 – 5 mart 2004) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 2 qol vurub.
Müqəddəs Mariya Kafedralı (Tokio)
Müqəddəs Mariya Kafedralı (yap. カトリック関口教会) - Tokio şəhərində yerləşən Roma-Katolik kilsəsinə mənsub kilsə. Kilsə kompleksi 1964-cü ildə yapon memarı Kenzo Tanqe tərəfindən inşa edilmişdir. Kilsənin yerləşdiyi ərazidə 1899-cu ildə taxta konstruksiyadan inşa edilən qotik üslublu məbəd II Dünya müharibəsi zamanı müttəfiq dövlətlərin bombardımanı zamanı dağıldılmışdır. Müasir kilsəni isə 1987-ci ildə Pritsker mükafatı qazanmış Kenzo Tanqe lahiyələndirmişdir. 1964-cü ildə tamamlanan kilsə ən modern Roma-Katolik kilsələrindən biri hesab olunur.
Müqəddəs Məryəm kafedralı (Tokio)

Necat Toksoy
Necat Toksoy (22 fevral 1946, İstanbul - 9 iyul 2019, İstanbul), — Türk müğənnisi və musiqiçisi. Müğənni və musiqiçi Necat Toksoy 22 fevral 1946-cı ildə İstanbulda anadan olub. İstanbul kişi orta məktəbini bitirmişdir. 1964-cü ildə öz musiqiçi dostları, Çetin Yavuzdoğan, Metin Yavuzdoğan, Cihat Günaydın və Zamir Manisalı ilə birlikdə onların yaratdıqları "mavi işıqlar" musiqi qrupunun solisti oldu. 1965-ci ildə "Qızıl Mikrofon" musiqi müsabiqəsində onlar ilk dəfə qrup kimi iştirak etmiş, Tvist üslubunda ifa etdikləri "Halva Halva" treki ilə ikinci yeri tutmuşlar. Bir il sonra, eyni müsabiqədə, 1966-cı ildə, onlar yenidən qrup kimi rok-stil "Çəmən Çəmən Ot Geze" track ikinci sırada iştirak etdi. Toksoy karyerasını 1960-cı və 1970-ci illərdə qrupla davam etdirərək, müxtəlif təşkilatlarda səhnəyə çıxır və albom üzərində işləyir. Dekadent musiqi işinin dekindən sonra onlar 1990-cı ildən qrupun keçmiş üzvləri ilə yenidən birləşərək musiqi işi ilə məşğul oldular. Toksoy'un səsindən "Yaxşı düşün", "Halva Halva" və "Çəmən Çəmən Ot Geze" parçaları səs gətirdi. Toksoy 1969-cu ildə evləndiyi həyat yoldaşı Leyla Balabandan iki qızı doğurdu.
Neo Tokyo
Neo Tokyo (azərb. Yeni Tokio‎), Yaponiyada tanınan adı ilə Meikyū Monogatari (迷宮物語, azərb. Labirint hekayələri‎) və ya bəzən Manie-Manie — 1987-ci ildə çəkilən elmi fantastika anime filmi. Neo Tokyo (film) Anime News Network Ensiklopediyasında Neo Tokyo — Internet Movie Database saytında.
Olimpiya Stadionu (Tokio)
Tokio Olimpiya Stadionu (yap. 国立競技場, Kokuritsu kyōgijō) — Yaponiyanın Tokio şəhərində yerləşən çox məqsədli bir stadion. Açılış və bağlanış mərasimləri üçün əsas stadion, eləcə də 1964 Yay Olimpiya Oyunlarında yüngül atletika yarışlarının keçirilmə yeri kimi xidmət etmişdir. Stadionda Yaponiya milli futbol komandasının ev matçları və ən iri futbol klublarının kubokfinalları keçirildi. Stadionun rəsmi tutumu 57 363 nəfərdir, lakin oturacaq tutumu yalnız 48 000 yerdir. 2015-ci ilin may ayında sökülmə başa çatdırılmış və yerində daha böyük tutumlu yeni Olimpiya Stadionu yenidən qurulmuşdur. Yeni stadion 2020 Yay Olimpiya Oyunları və 2020 Yay Paralimpiya Oyunlarının əsas məkanıdır. Yeni stadionun orijinal planları, 2015-ci ilin iyul ayında Yaponiya Baş naziri Şinzo Abe tərəfindən ləğv edildi, lakin bina xərclərinin artması səbəbiylə və xalqın etirazından sonra yenidən qurma elan edildi. Nəticə olaraq, yeni dizayn 2019 Reqbi Dünya Kuboku üçün əvvəlcədən nəzərdə tutulduğu kimi hazır deyildi. Memar Kengo Kuma tərəfindən yaradılan yeni dizayn, orijinal dizaynı əvəz etmək üçün 2015-ci ilin dekabrında seçilmiş və 2019-cu ilin noyabr ayında tamamlanmışdır.
Olqa Tokarçuk
Olqa Tokarçuk (pol. Olga Nawoja Tokarczuk; 29 yanvar 1962[…], Sulexuv[d], Lyubuş voyevodluğu[d]) — Polşa yazıçısı; Ədəbiyyat üzrə Nobel mükafatı laureatı.
Qasım-Comərd Tokayev
Qasım-Comərd Tokayev (bəzi Azərbaycandilli mənbələrdə Qasım-Jomart Tokayev; və ya Kasım-Jomart Tokayev qaz. Қасым-Жомарт Кемелұлы Тоқаев; 17 may 1953, Almatı) — Qazaxıstanlı siyasətçi və diplomat. 16 oktyabr 2013-cü ildən 19 mart 2019-cu ilədək Qazaxıstan Respublikası Senatının Sədri vəzifəsini icra edib. 19 mart 2019-cu il tarixindən etibarən Qazaxıstan Respublikasının 2-ci Prezidentidir. 11 yanvar 2007-ci ildən 15 aprel 2011-ci ilədək və 16 oktyabr 2013-cü ildən 19 mart 2019-cu ilə qədər ilədək Qazaxıstan Respublikası Senatının Sədri olmuşdur. Tokayev 1 oktyabr 1999-cu ildən 28 yanvar 2002-ci ilədək Qazaxıstan Respublikasının Baş Naziri, 12 mart 2011-ci il tarixdən 16 oktyabr 2013-cü il tarixində isə Cenevrədəki Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahının direktoru vəzifəsini icra etmişdir. Atası Kemel Tokayev, İkinci Dünya müharibəsi veteranı və tanınmış bir Qazaxıstan yazıçısı idi. Anası Turar Şabarbayeva, Almatı Xarici Dillər İnstitutunda işləmişdir. 1970-ci ildə Tokayev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Beşinci ilində o, altı aylıq Çin–Sovet səfirliyində təlim kurslarına göndərildi.
Salçak Toka
Salçak Toka və ya Salçak Kalbak-Herekoğlu TOKA (15 dekabr 1901 – 11 may 1973 və ya 1973, Kızıl, SSRİ) — tuvalı yazıçı, dövlət xadimi, general, Sosialist Əməyi Qəhrəmanı. Tuva Xalq Respublikasının respublika müfakatı laureatı. Müstəqil Tuva Xalq Respublikasını SSRİ ilə birləşdirmişdir. 15 dekabr 1901-ci ildə Mergendə anadan olmuşdurTuva Xalq Respublikasını SSRİ-ə birləşdirdikdən sonra Tuva xalqı ona TOKA demişdir. Toka Tuvanı ruslara birləşdirən uşaq sözlərinin tuvaca baş hərflərinin abreviaturasıdır. Xalq bununla onu ələ salmışdır. 1932-ci ildə Donduk Kuuların edamından sonra Salçak Toka Tannu Tuvanın hökmdarı oldu. Sovet modelindən sonra kommunist bir ideologiya təqdim etdi, köçəri kənd təsərrüfatı kollektivləşdirildi və ənənəvi dinlər (Tibet Buddizmi və Şamanizm) sıxışdırıldı. Ətrafında fərdi bir mədəniyyət inkişaf etdi və ədəbi əsərlərinə görə çoxsaylı Sovet mükafatlarına layiq görüldü. 1944-cü ildə Tannu Tuvanın Sovet İttifaqı tərəfindən ilhaq edilməsini istədi.
Soqen-ci (Tokio)
Soqen məbədi (曹源寺, Soqen-ci) və ya Kappa məbədi (かっぱ寺, Kappa-dera) – Yaponiyanın Tokio şəhərinin Kappabaşi bölgəsində yerləşən buddist məbədi. Məbəd kappalarla olan əlaqəsinə görə tanınır. Soqen məbədi XVII əsrdə qurulmuşdur. Məbəd və məbədin yerləşdiyi bölgənin adı Kappa Kavataro adlı yerli plaş tacirinin adından gəlir. O, daşqınların qarşısını almaq üçün kanal tikintisinə pul ayırmışdır. Əfsanəyə görə kanalın tikintisi zamanı yüzlərlə kappa Sumida çayından gələrək Kavataroya kömək etmişdir. Kavataro 1814-cü ildə öləndə Soqen məbədində dəfn olunmuş və məbəd bundan sonra Kappa məbədi kimi tanınmağa başlamışdır. Soqen məbədi Tokionun Tayto xüsusi rayonunun Asakusa rayonunun qərbində, Kappabaşi bölgəsində yerləşir. Məbəddə bir çox kappa heykəlciyinə rast gəlmək mümkündür. Kappaların sevimli yeməyi xiyar hesab olunduğu üçün məbədin səcdəgahına tez-tez xiyarlar qoyurlar.
Soqen məbədi (Tokio)

Forsaj 3: Tokio drifti (film, 2006)
Forsaj 3: Tokio Drifti (ing. The Fast and the Furious: Tokyo Drift) — 16 iyun 2006-cı ildə yayımlanmış, rejissoru Justin Lin, ssenaristi Kris Morqan tərəfindən edilmiş Forsaj filmlər seriyasının üçüncü filmidir. == Mövzu == 17 yaşlı Şon Bosvell, qanunsuz küçə yarışları ilə maraqlanan bir yeniyetmədir. İştirak etdiyi yarışlar həmişə qəzalarla nəticələndiyindən polislə problemlər yaşayır və anası oğlunun həbsxanaya getməsindən qorxduğu üçün, onu Tokioda yaşayan hərbçi atasının yanına göndərir. Özünü tamamilə fərqli bir mədəniyyətin içində görən Şonun Tokiodakı cansıxıcı həyatı, Tvinki ilə tanış olduqdan sonra dəyişməyə başlayır. Tvinki sayəsində o, qəfildən Tokionun drift yarışlarında iştirak etməyə başlayır. Bu yarışlar onun əvvəllər alışdığı küçə yarışlarından çox fərqlidir. Əlavə: Serianın bu filmi digər filmlərdən fərqlidir və vaxt etibarilə də onlardan qabaqdadır. Təxminlərə görə bu filmdə baş verən hadisələr zaman etibarilə Forsaj 6 filmindən sonrakı hadisələri əhatə edir. Bəzi epizodları ilə isə 6-cı bölümü 7-ci bölümə bağlayır.
Kita (Tokio)
Kita — Tokionun xüsusi rayonlarından biri.
Tokenizm
Tokenizm — iş məkanında və ya təhsil kontekstində irqi və ya gender bərabərliyi görüntüsünü vermək məqsədilə, xüsusilə dəaz təmsil olunan qruplardan insanları işə cəlb etməklə azlıq qruplarının üzvlərini əhatə etmək üçün yalnız səthi və ya simvolik səy göstərmək təcrübəsi. Bu, iş yerinə və ya təhsil müəssisəsinə əlamətdar bir şəxsin daxil edilməsi cəhdi adətən sosial inklüzivlik və rəngarənglik (irqi, dini, cinsi və s.) təəssüratı yaratmaq məqsədi daşıyır. Kanter, Rosabeth Moss. Men and Women of the Corporation. New York: Basic Books. 1993. ISBN 978-0-465-04454-2.

Значение слова в других словарях