TOPDAĞITMAZ

sif.
1. Gücçatmaz, məğlubedilməz, yenilməz, alınmaz.
El gücü, el köməyi; Topdağıtmaz qaladır. M.Rahim.

2. məc. Çox zəngin, çox varlı, avadanlıqla, qiymətli şeylərlə dolu.
[Rüstəm bəy:] Mən haman Rüstəməm ki, topdağıtmaz Cümşüd bəyin evini xaraba qoydum. N.Vəzirov.
Dörd otaqdan ibarət, ağzınacan dolu, topdağıtmaz ev-eşik təkcə [Ağcaya] qalmışdı. Mir Cəlal.

TOPÇULUQ
TOPDAN

Значение слова в других словарях