torpaq-geoloji

torpaq-geoloji
torpaq-coğrafi
torpaq-iqlim
OBASTAN VİKİ
Torpaq
Torpaq — yer qabığının bitki bitən üst münbit qatı. Torpağa ilk elmi tərif V. V. Dokuçayev tərəfindən verilmişdir: "Dağ süxurlarının (fərqi yoxdur hansı) su, hava və müxtəlif növ canlı və cansız orqanizmlərin birgə fəaliyyəti nəticəsində təbii yolla dəyişdirilmiş "açıq" və ya xarici qatına torpaq deyilir". O müəyyən etmişdir ki, yer səthindəki bütün torpaqlar "yerli iqlimin, bitki və heyvan orqanizmlərinin, ana dağ süxurların tərkib və quruluşunun, ərazinin relyefinin və nəhayət, ölkənin yaşının olduqca mürəkkəb qarşılıqlı təsiri" nəticəsində yaranmışdır. V. V. Dokuçayevin bu ideyaları torpağın ətraf mühitlə daim maddə və enerji mübadiləsi və qismən qapalı bioloji dövran vasitəsilə qarşılıqlı təsirdə olan biomineral ("biokos") dinamik sistem kimi dərk edilməsində böyük əhəmiyyət kəsb etmişdir. Torpağın əsas xassəsi münbitliyidir. Münbitlik torpağın bitkini normal yaşaması və məhsul yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə təmin etmək qabiliyyətidir. V. R. Vilyamsın qeyd etdiyi kimi, torpağı dağ süxurundan fərqləndirən məhz bu əhəmiyyətli keyfiyyəti onu "Yer kürəsinin quru səthinin bitkiyə məhsul verməyə qabil olan üst horizontu kimi təyin edir". Torpaq və torpaq örtüyünün inkişafı, həmçinin münbitliyinin formalaşması, torpaqəmələgəlmənin təbii amillərinin ahəngi və insan cəmiyyətinin müxtəlif təsirləri ilə, onun məhsuldar qüvvələrinin, iqtisadi və sosial şəraitlərinin inkişafı ilə çox sıx bağlıdır (Q. Ş. Məmmədov, 2007). Torpağın ən üst qatının rəngi daha tünddür. Torpağın üst qatında bitkilərin köklərinə, çürümüş bitki qalıqlarına, eləcə də yağış qurdlarına, həşərat və başqa heyvan qalıqlarına təsadüf edilir.
Geoloji kəsiliş
Geoloji kəsiliş — süxurların yatım şəraitinin, müxtəlif yaşlı və tərkibli süxurların qarşılıqlı münasibətinin, geoloji kütlələrin forma və qalınlıqlarının dəyişməsinin, qırışıqlıq və qırılma pozulmalarının xarakterinin, müxtəlif fatsiyaların və onların bir-birinə qarşılıqlı münasibətinin şaquli müstəvidə qrafik təsviri. Geoloji kəsiliş geoloji xəritə ilə birlikdə tərtib edilir və dərinə getdikcə quruluşun dəyişməsini əyani şəkildə göstərir. Geoloji kəsiliş tərtibində təkcə yerüstü müşahidə materialları deyil, həmçinin quyu və geofiziki müşahidə materiallarından da istifadə olunmalıdır. Bəzən Geoloji kəsiliş məfhumu əvəzinə səhvən "Geoloji profil" termini işlədilir. == Azərbaycanda == === Paleontoloji və stratiqrafik nadir geoloji obyektlər === === Geotektonik nadir geoloji obyektlər === === Mineraloji-petroqrafik nadir geoloji obyektlər === === Geomorfoloji nadir geoloji obyektlər === === Hidrosferin nadir geoloji obyektləri === == Həmçinin bax == Geoloji planalma Geoloji tsikl (geoloji inkişaf tsikli) == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Geoloji planalma
Geoloji planalma - Yer qabığının hər hansı bir sahəsinin geoloji quruluşunun və perspektiv mineral-xammal ehtiyatlarının müəyyən edilməsinin əsas üsullarından biri; sahənin birbaşa naturadan geoloji xəritəsini qurmaq üçün aparılan işlərin məcmusu. İki mərhələdən ibarətdir: çöl tədqiqatları və toplanmış faktiki materialın kameral işlənilməsi. Çöl işləri zamanı çöl geoloji xəritəsi tərtib edilir. Bunun üçün təbii çıxışlar, qazıma quyuları, layların yatım elementlərini göstərməklə dağ-mədən qazımaları planlı surətdə öyrənilərək topoqrafik əsasa köçürülür. Geoloji sərhədlər, tektonik strukturlar, qırılma pozulmaları izlənilir, süxurların litoloji tərkibi, mənşəyi, yatma şəraiti və təxmini yaşı müəyyən edilir. Eyni zamanda, kontakt zonaları, faydalı qazıntıların, xüsusilə qaz və neftin təzahürləri qeydə alınır. Süxur, faydalı qazıntı, fauna və flora nümunələri götürülür. Bütün müşahidələr geoloji gündəlikdə qeyd edilir. Kameral işləmə prosesində çöl tədqiqatlarının nəticələri dəqiqləşdirilir: çöldə yığılmış süxur və faydalı qazıntı nümunələri xüsusi laboratoriya tədqiqat üsulları (mikroskopik, kimyəvi, spektroskopik, lüminssent və b.) öyrənilir. Fossil fauna və flora qalıqları təyin edilir, qrafiklər (stratiqrafik sütunlar, geoloji kəsilişlər, xəritələr və b.) çəkilir və geoloji hesabat tərtib edilir.
Geoloji proseslər
Geoloji proseslər — Yerin daxilində və yer qabığında strukturların, yer səthi relyefin dəyişilməsinə, süxurların və mineralların parçalanmasına, onların əmələ gəlməsinə, yatım şəraitinin dəyişilməsinə səbəb olan proseslər.
Geoloji xəritə
Geoloji xəritə - hər hansı bir sahənin geoloji quruluşunun topoqrafik xəritədə qrafik təsviri. Belə xəritələrdə şərti işarələrlə Yer səthinə çıxan müxtəlif geoloji yaşlı çökmə, püskürmə və metamorfik süxurlar, qırılma pozulmaları göstərilir. Maqmatik süxurlar tərkib və yaşına görə ayrılır. Geoloji xəritə miqyaslarına görə icmal (1:1000000-dan kiçik), kiçik (1:1000000 və 1:500000), orta (1:200000 və 1:100000), böyükmiqyaslı və ya mükəmməl (1:50000) və daha böyükmiqyaslı olur. İcmal geoloji xəritələr böyük əraziləri, qitə və bütün Yer kürəsi, digər xəritələr isə ayrı-ayrı region və rayonlar üçün tərtib edilir. == Həmçinin bax == Topoqrafik xəritə == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Çöküntülər (geoloji)
Çöküntülər (geoloji) — fiziki, kimyəvi və bioloji proseslər nəticəsində çökən, hələ sonrakı dəyişilmələrə məruz qalmamış və müasir çöküntü toplanma zonasının səthində yatan məhsullar (qum, lil, sapropel) Subakval çöküntülərdən başqa bunlara küləyin, buzun və başqa amillərin fəaliyyəti və aşınma prosesləri nəticəsində bilavasitə qurunun səthində toplanan məhsullar da aiddir. Dəyişilməyə məruz qalmamış, lakin qədim çöküntü qatlarının tərkibində olan çöküntülərə (məsələn, qumlar, gillər) süxur kimi baxılmalıdır. Süxurları (o cümlədən sementləşməmiş süxurlar) "çöküntü" adlandırmaq olmaz. Qədim çöküntü süxurlar arasında bir sıra çöküntü analoqları məlumdur. Bu isə müasir çöküntülərə aid olan məlumatlardan litoloji və fatsial tədqiqatlar üçün müqayisəli şəkildə istifadə etməyə əsas verir. Çöküntülərin sıxlaşması — diagenez və katagenezdə çöküntülərin qalınlığının azalması. Çöküntülərin sıxlaşması prosesi çöküntülərin həcm çəkisinin artması ilə müşayiət olunur. Gilli, gilli-alevritli və qumlu-gilli çöküntülərin sıxlaşma qabiliyyəti daha yüksəkdir və molluska qabıqlarının və lilyeyənlərin hərəkət izlərinin basılıb yastılaşması və sıxlaşması kimi əlamətlərə görə asanlıqla aşkar edilir. Silisiumlu çöküntülərin sıxlaşması sinerezis nəticəsində yaranır və bu da bəzən çöküntülərdə olan iri qabıqların deformasiyaya uğramasına səbəb olur. Karbonat süxurlarda, yenidən kristallaşma ilə müşayiət edilən sürətli daşlaşma prosesi getdiyinə görə sıxlaşma qabiliyyəti ən aşağı olur.
Asiyanın geoloji quruluşu
Asiya müəyyən hissəsi əvvəllər Qondvana superkontinentinin tərkibində olmuş kembriyəqədərki qabıq bloklardan ibarətdir. == Ümumi məlumat == Fanerozoyda blokların Qondvananın kənarından qopması, onların litosfer plitələri ilə birlik də şimala doğru dreyfi və toqquşma (kolliziya) prosesində əvvəlcə Lavrasiyaya, Mezozoyun ortalarından isə Avrasiyaya birləşməsi (tektonik akkresiya) baş vermişdir. Bu zaman qədim okeanlar (Paleoasiya, Paleotetis, Mezotetis və Neotetis) dövri olaraq açılmış və qapanmışdır. Asiyada şimal (Lavrasiya) blokları sırasına qədim Sibir platforması, kembriyəqədərki kiçik massivlər, cənubda (Qondvana) blokları sırasına isə Hindistan, Ərəbistan, Çin-Koreya, Tarim, Cənubi Çin platformaları, Hind-Çin, Şimali və Cənubi Tibet və s. qədim massivlər aid edilir. Blokları bir-birindən ayıran Son Proterozoy və Fanerozoy qırışıqlıq sahələri və sistemləri 3 mütəhərrik qurşaq əmələ gətirir: qədim okeanların qapanması zamanı əmələ gəlmiş Ural-Oxot və Aralıq dənizi qurşaqları, həmçinin Asiya ilə Sakit okean sərhədində inkişaf edən Qərbi Sakit okean qurşağı. Mütəhərrik qurşaqların qırışıqlıq strukturlarının bir hissəsi cavan platformaların (Qərbi Sibir, Turan və s.) çöküntü qatı ilə örtülmüşdür. Platformaların və qırışıqlıq sahələrinin ayrı-ayrı hissələri Kaynozoyda orogenezə məruz qalmış və törəmə dağ qurşaqları (Mərkəzi Asiya və s.) formalaşmışdır. Müasir rift əmələ gəlmə prosesi Baykal gölü rayonunda və Şimali Çində fəal təzahür edir. Qırmızı dənizin yaranmağa başlayan okean rifti Ərəbistan platformasını Afrika platformasından ayırır.
Azərbaycanın geoloji quruluşu
Blok (geoloji termin)
Blok (geoloji termin) - tektonikada Yer qabığının stabil və ya bütöv kütləsilə hərəkət edən, yarıqlarla hududlanmış, iri ölçülü (yuzlərlə km2-dən min km2-dək) sahəsi. Blok planda üçbucaqlı, dördbucaqlı, poliqonal, habelə pazvari, prizmatik şəkildə olur. Daha böyük ölçülü bloklar mozaik quruluşlu qırışıqlıq vilayətlərində və plaformaların özülündə müşahidə edilir. Çox vaxt blok hüdudlayan yarıqlar, adətən, anomal fiziki sahələr (qravitasion pillələr, xətti maqnit anomaliyaları) şəklində izlənilir. Bloklar arası qovuşma zonası tektonik tikiş və ya pozulma zonası olub bəzən maqmatik cismlərlə zəngin olur. == Həmçinin bax == Tektonika == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Dializ (geoloji termin)
Dializ (geoloji termin) -' kolloid məhlulları həqiqi məhlul halında olan maddə qarışıqlardan təmizləmək üçün diffuziya qanunlarına əsaslanmış üsul. Molekulyar-həll olmuş maddələri (elektrolit) keçirən, lakin kolloid hissəcikləri buraxmayan məsaməli membranadan istifadə edilir. Gillərin tədqiqində, əsasən, davamlı suspenziyalar almaq məqsədilə həll olan duzların su suspenziyalarını kənar etmək üçün tətbiq edilir. Dializ sabit elektrik cərəyanı sahəsində daha da tezləşir və bu halda elektrodializ adlanır. == Həmçinin bax == Kolloidlər Diffuziya Elektrolit Gillər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Naxçıvanın geoloji quruluşu
Naxçıvan MR geoloji quruluşu Ş. Əzizbəyov, A. Antonov, B. Budaqov, və b. tərəfindən öyrənilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisi geoloji baxımdan Kiçik Qafqazın Naxçıvan qırışıqtektonik zonasında yerləşir. Ərazinin geoloji quruluşunun qalınlığı 14 km-dir. (Kaynazoy, Mezazoy və Paleozoy eraları). Ərazidəki yer qabığının qalınlığı 48–54 km olaraq "qranit" qatı 15–20 km, "bazalt" qatı isə 20–25 km-dir. Geoloji quruluşuna görə Naxçıvan Muxtar Respublikası ərazisi Birinci dərəcəli üç qarışıqlı strukturu əhatə edir: Şərur-Culfa antiklinorisi, Ordubad sinklinorisi və Zəngəzur antiklinorisi. Bu strukturlar Ümumqafqaz istiqamətlidir. Şərur – Culfa antiklinorisində təbaşirə qədər, Ordubad sinklinorisində isə oliqosendən sonrakı və miosendən əvvəlki xətti qırışıqlıqla əlaqədar əmələ gəlmişdir. Göründüyü kimi, Naxçıvan MR-in Arazboyu maili düzənlik zonası ayrıca bir geoloji struktur təşkil etməyib, dağlıq ərazi ilə eyni struktura malikdir.
Qalxan (geoloji termin)
Qalxan və ya Sipər –platformanın kristallik, iri müsbət strukturu. Q. daxilində kristallik süxurlardan təşkil olunmuş, qırışıq əsas səthə çıxır. Q. adətən yer qabığının qalxmış hissəsinə uyğun gəlir. Termin birinci dəfə Avstriya geoloqu E. Züss (1885) tərəfindən təklif edilmişdir.
Federal torpaq
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Odlu Torpaq
Odlu Torpaq arxipelaqı (isp. Tierra del Fuego [ˈtjera ðel ˈfweɣo]) — Arxipelaq Cənubi Amerikanın cənubunda yerləşir və 40 min adadan ibarətdir. Ümumi sahəsi 73 753 km², ən böyük adası isə Odlu Torpaq adasının 47 992 km² sahəsi vardır. Arxipelaqa daxil adaların böyük hissəsi Çiliyə məxsus olan Maqalyanes-i-la-Argentina-Çilena vilayətinə daxildir. Odlu Torpaq adası isə iki ölkə arasında bölünüb. Argentinaya məxsus hissədə ərazi Odlu Torpaq, Antarktida və Cənubi Atlantika adaları vilayətinə daxildir. Arxipelaq Cənubi Amerika materikindən Magellan boğazı, Antarktika ilə isə Dreyk boğazı ilə ayrılır. Arxipelaqın ən iri adası Odlu Torpaqdır. Cənub hissədə yerləşən Oste və Navarino adaları bir-birindən Biql boğazı vastəsi ilə ayrılır. Ən hündür zirvəsi Darvin dağıdır (2488 m), əvvəllər isə Şipton zirvəsi (2469 m) hesab edilirdi.
Qum (torpaq)
Qum — xırda qırıntılı kövrək çökmə süxur. Fiziki aşınma nəticəsində əmələ gəlir. Ölçüsü 0,1 mm-dən 1 mm-ə qədər olan müxtəlif mineral (əsasən, kvars, çöl şpatı və s.) və süxur qırıntılarından ibarətdir. Qum əmələgəlmə şəraitinə görə çay, göl, buzlaq, dəniz, eol mənşəli olur. Qitələrin iç tərəflərində və tropik olmayan sahillərdə qum kvars şəklində silis (silikon dioksit və ya SiO2) olur. Ən yayılmış ikinci qum növü isə kalsium karbonatdır. Qumda qiymətli minerallar – qızıl, platin, almaz, yaqut, rutil, titanit və s. ola bilər. Bütün qumlar I dərəcə radioaktivliyə malidirlər (təbii radionuklidlər 370 Bk/kq, radiasiya təhlükəsi yoxdur və tikintidə məhdudiyyətsiz istifadə edilə bilərlər.
Torpaq (1988)
Filmin mövzusu humanist prinsiplər üzrə yaşayan hər bir kəsi düşündürür. Kinolentdə söhbət yaxın vaxtlara qədər Ermənistanda yaşamış, indi isə öz doğma ev-eşiyindən qovulmuş iki yüz min azərbaycanlının acı taleyindən gedir. Bu adamlar öz ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar. Filmdə Alim Qasımovun ifasında M.Ə. Sabirin "Bizdə bu soyuq qanları neylərdin, İlahi" şeri zəminxarə muğamı üstündə səslənir. Rejissor-Debütant: Vaqif Azəryar Ssenari müəllifi: Toğrul Cuvarlı, Qismət Babayev Operator: Amin Novruzov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Torpaq (2002)
Filmdə deyilir ki, Vətənin hər bir daşı millət üçün qiymətlidir, əzizdir. Filmin ssenarisi qədim türk əfsanəsinin motivləri əsasında yazılmışdır. Rejissor: Rafiz İsmayılov Ssenari müəllifi: Aydın Dadaşov Quruluşçu rəssam: Rafiz İsmayılov Operator: Fərhad Rzayev, Vyaçeslav Jestkov Cizgi rəssamı: Arifə Hatəmi, Rauf Dadaşov, Firəngiz Quliyeva Fon rəssamı: Hüseyn Cavid İsmayılov Musiqi tərtibatı: İsmayıl Dadaşov Səs operatoru: Marat İsgəndərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 380.
Torpaq (Almaniya)
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Torpaq (dəqiqləşdirmə)
Torpaq — Yer qabığının bitki bitən üst münbit qatı. Torpaq (film, 1989) — Film. Torpaq (film, 2002) — Film. Torpaq (ərazi vahidi) — Almaniya və Avstriyanın federativ dövlət quruluşunun əsasını təşkil edən inzibati-ərazi vahidi.
Torpaq Ana
Torpaq Kadastrı
Torpaq kadastrı — torpaq istifadəçiliyinin (torpaq üzərində hüquqların) dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı dövlət torpaq kadastrının hüquqi tərəfidir.O, Azərbaycan Respublikasının sərhədləri daxilində mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq üzərində hüquqlarının qorunması prinsipini təmin edir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilən hüquqi akt olub, torpaq mülkiyytəçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsində yardım edir. Bu tədbir torpaq münasibətlərinin iştirakçılarının – dövlət orqanlarının, bələdiyyələrin, Azərbaycan respublikası vətəndaşlarının və hüquqi şəxslərin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin, beynəlxalq birliklərin və təşkilatların Azərbaycanın vahid torpaq fondundan istifadəsinin qanuniliyinin gözlənilməsinə xidmət edir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını müxtəlif qanun pozuntularıdan qorumaqla yanaşı, onlar tərəfindən törədilə biləcək istənilən qanuna zidd hərəkətin qarşısını alır. Bu tədbir torpaq sahələrindən onların hüququ rejiminə və təyinatına uyğun olaraq istifadəsinə dövlətin nəzarəti hesab edilir. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının uçot-qeydiyyat vahidi kimi torpaq sahəsi götürülür. Torpaq sahəsinin uçot-qeydiyyat vahidi kimi götürülməsi onun torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün həm torpaqdan istifadə hüququnun obyekti, həm də təsərrüfat və digər fəaliyyət növünün obyekti kimi çıxış etməsi ilə əlaqədardır. Torpaq sahələri üzərində hüquqlar o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınması məcburi hesab edilir.
Torpaq Krallığı
Yer Krallığı — Avatar: Aanq haqqında əfsanə cizgi serialın dünyadan bir dövlət. Bu (xəritəyə görə) Avatar dünyasın şərqinin böyük hissədə yerləşən kontinentdə yerləşən, Kral tərəfdən idarə edilən konfederativ monarxiyadır. Paytaxtı - Ba Sinq Se. Əraziyə görə Avatar dünyanın ən böyük dövlətdir. Hava köçəriləri və Su tayfasıdan fərqli olaraq o gədər də magiyanı istifadə edə bilən bilən adamların azlıqdan görə əziyyət çəkmir. Millətin görünüşü qədim Çindən yaradılmışdır (Tzin sülaləsin dövrü). Yer Krallığda yaşayan camaatın mədəniyyəti regeonlara görə çoxşaxəlidir.
Yeni Torpaq
Yeni Torpaq — Şimal Buzlu okeanda yerləşən arxipelaq. Kara dənizi və Barens dənizləri arasında qərar tutur. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti «Novaya Zemlya» rayonuna daxildir. Arxipelaq iki iri adadadan və bir sıra xırda adalardan ibarətdir. Şimal adası və Cənub adası ən iriləri olub aralarında ən ensiz yeri 2 km olan Matoçkin Şar boğazı yerləşir. Kiçik adalar arasında ən irisi Mejduşarski adasıdır. Şimal adasının şərq qutaracağında Avropanın adada yerləşən ən ucqar nöqtəsi olan Flissinqski burnu yerləşir. Arxipelaq cənub-qərbdən şimal-şərq qutaracağına qədər 925 km məsafədə uzanır. Arxipelaqın ucqar şimalı Böyük Oranski adalarıdır. Cənub qutaracağı Petuxov arxipelaqı, şərq qutracağı Qusinaya Zemlya yarımadasında yerləşən adsız burun, şərq qutaracağı isə Şimal adasında yerləşən Flissinqski burnunda yerləşir.
Torpaq sürüşmələri
Torpaq sürüşməsi — ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsi. Sürüşmə ən çox suyadavamlı süxur qatları ilə sulu süxur qatları üst- üstə yerləşdiyi yamaclarda baş verir. Yağış sularının hopub keçirməyən qatın üzərində yığılması Sürüşmə əmələ gətirir. Sürüşmə abraziya, eroziya, aşınma, seysmik hadisələr və b. təbii proseslər, həmçinin yerin geoloji şəraitini nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində yaranır. Sürüşmə əkin sahələrinə, sənaye müəssislərinə, yaşayış məntəqələrinə, yollara və s. böyük zərər vurur. Onlarla mübarizə etmək üçün sahilbərkitmə və drenaj qurğularından istifadə olunur, yamaclar yerə dirək vurulması və ağac əkilməsi yolu ilə bərkidilir və digər işlər görülür. Azərbaycan Respublikasında Sürüşmələr Bakı şəhəri rayonunda, Böyük Qafqazın cənub və şimali-şərq makroyamaclarında, Lerik və Yardımlı rayonlarında yayılmışdır. Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir.
Torpaq icarəsi
Torpaq icarəsi — icarə haqqı növü, məhdud miqdarda torpaqdan və digər təbii sərvətlərdən istifadəyə görə ödənilən qiymət. Torpaq icarəsi torpaq sahibinin torpaq sahələrini icarəyə götürənlərdən əldə etdiyi gəlirdir. Torpaq rentası mütləq renta, diferensial renta və inhisar rentası formasında meydana çıxır. Mütləq torpaq icarəsi — torpaq mülkiyyətindən əldə edilən gəlir növlərindən biridir, torpağa kapital tətbiq etmək icazəsi üçün mülkiyyətçiyə ödəniş; münbitliyindən asılı olmayaraq, tamamilə bütün torpaq sahələrində icarəçi tərəfindən ödənilir. Diferensial icarəsi — daha çox torpaq məhsuldarlığından və daha yüksək əmək məhsuldarlığından istifadə etməklə əldə edilən əlavə gəlirdir. Diferensial renta iki formada mövcuddur: diferensial renta I və diferensial renta II. Diferensial renta I mənbələri nisbətən daha yaxşı və orta münbit torpaqlarda daha məhsuldar əmək, eləcə də satış bazarları, nəqliyyat marşrutları və s. ilə əlaqədar torpaq sahələrinin yerləşdiyi yerdəki fərqlərdir. Diferensial renta II əlavə kapital qoyuluşları ilə bağlıdır. əlavə qazanc təmin edən eyni süjet. Diferensial renta məhdud torpaq nəticəsində yaranmışdır: kənd təsərrüfatı məhsulunun istehsalının qiyməti orta və ən yaxşı sahələr üzrə deyil, ən pis sahələr üzrə istehsal şərtləri ilə müəyyən edilir, çünki yalnız ən yaxşı və orta sahələrin məhsulu müəyyən edilir.