TOTALİTAR
TOTALİTARLIQ
OBASTAN VİKİ
Totalitarizm
Totalitarizm (lat. totalis — tam, bütöv; mənaca "hər şeyi əhatə etmək" deməkdir) — antidemokratik dövlət formasıdır. Birinci dünya müharibəsinin geosiyasi nəticələrindən biri də liberal-demokratizmə alternativ sistemlərin meydana gəlməsi idi. Müharibədən bir müddət sonra bəzi ölkələrdə yeni siyasi hakimiyyət formalaşdı. Bu sonradan totalitarizm adını aldı. O ictimai həyatın bütün sahələrinin sərt dövlət nəzarətinə tabe edilməsi ilə səciyyələnir. Bu rejim XX əsrin despotizmi adlanır. Totalitar siyasi rejim şəraitində kütləvi informasiya vasitələri də ancaq dövlətin xəttini yeridir. Totalitarizmə dörd element daxildir. hər bir cəmiyyət üzvünün riayət etməli olduğu ümumi siyasi doktrinaların cəmi; həmin ideologiyanı həyata keçirən bir lider, diktator tərəfindən idarə edilən tək partiya; iqtisadiyyat, kütləvi informasiya vasitələri və silahlı qüvvələr üzərində vahid nəzarət; kütləvi represiyalar.
Totalitarizm qurbanlarına memorial abidə
Totalitarizm qurbanlarına memorial abidə — 17 iyun 2000-ci ildə Ukrayna və Polşa prezidentlərinin təşəbbüsü ilə Xarkov meşə parkında açılmış memorial abidə. Abidə Stalinin 22 mart 1940-cı ildə imzaladığı "USSR və BSSR ərazisindəki XDİK həbsxanalarının boşaldılması haqqında" sənədindən sonra güllələnmiş əsir polyak zabitlərinə və yerli dinc sakinlərə həsr olunub. Abidə XDİK tərəfindən 1938-1940-cı illərdə güllələnmiş və meşənin ərazisində qardaşlıq məzarlığında dəfn edilmiş, polşalı hərbiçilərin adları əks olunmuş lövhələrdən və onların qarşısında yerləşən Virtuti militari xaçından ibarətdir. Stalinin 22 mart 1940-cı ildə imzaladığı "USSR və BSSR ərazisindəki XDİK həbsxanalarının boşaldılması haqqında" sənədindən sonra bu meşədə 3809 polşalı zabit və 500 polşalı dinc sakin güllələnmişdir. 2010-cu ildə abidənin açılışının 10 illiyi münasibətilə Polşanın prezidenti Bronislav Komorovski Xarkova gəlmiş və abidəni ziyarət etmişdir. Doqquz qüllə Kədər maskası Qolodomor və siyasi repressiyalar qurbanlarına abidə İ.Aleksandrova - Nə qədər ki sağıq xatırlayacağıq (ukr. Покуда живы — будем помнить) // Слобода. — 2000. — 23 iyun. Y. Soldatenko - Ümumi tarixin, ümumi talenin simvolu (ukr.

Значение слова в других словарях