1. Toza bulamaq, tozlu etmək. Pencəyi tozlamaq. Paltarını tozlamaq.
2. Toz qaldırmaq, tozlu etmək.
// Toz kimi sovurmaq.
Maşın tərpəndi, dolama yollarla qarı eşə-eşə tozladı.
3. bot. Tozlama aparmaq (bax tozlama 2-ci mənada). Çiçəyi süni tozlamaq.
4. Bitkiləri zəhərli tozla dərmanlamaq (bax tozlama 3-cü mənada). Pambıq sahəsini tozlamaq. Ağacları tozlamaq.