titullu
tox
OBASTAN VİKİ
Toğluca silsiləsi
Toğluca silsiləsi — Culfa rayonu ərazisində alçaqdağ silsiləsi. Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun qurtaracağına cavab verir sıldırınlı tirədir. Qaradərəçayın orta axınının sağ sahilindən başlayaraq şimal-qərb istiqamətində 5 km-dək uzanır. Ən yüksək zirvəsinin hünd. 1200,2 m-dir. Suayırıcısı və şimal-şərq yamacları Orta Eosenin Lütet mərtəbəsinin terrigen-çökmə, çənub-qərb yamacları isə Alt Eosenin terrigen və vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikinci dərəcəli eyniadlı maili antiklinalının şimal-şərq qanadında yerləşir.
Toğlugötürən
Toğlugötürən (lat. Gypaetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Toğlugədik aşırımı
Toğlugədik aşırımı - Ordubad rayonu ərazisində dağ aşırımı (hünd. 2684,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun suayırıcısında gəzdək. Parağaçay qəsəbəsindən 3 km şərqdədir. Mehri-Ordubad batolitinin Üst Eosen yaşlı qabbro, qabbro-diorit, mansodiorit, qranosiyenit və monsoqranodioritlərindən təşkil olunmuş massivin denudasiyası nəticəsində əmələ gəlmişdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında, Kilit-Ağrıdağ antiklinalının şimal-şərq qanadında yerləşir.
Toğluqaya
Toğluqaya dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2905,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyinidən (3204,3 m) qərb istiqamətdə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Nursuçayın mənbə hissəsində, Nursu kəndindən 7 km şərq-cənub-şərqdədir. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş, yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
Toğluqaya dağı
Toğluqaya dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2905,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyinidən (3204,3 m) qərb istiqamətdə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Nursuçayın mənbə hissəsində, Nursu kəndindən 7 km şərq-cənub-şərqdədir. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş, yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
Adi toğlugötürən
Adi toğlugötürən (lat. Gypaetus barbatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin toğlugötürən cinsinə aid heyvan növü. == Təsviri == Qartal boyda iri yırtıcıdır (5-6 kq). Qanadları ensiz uzundur. Quyruğu uzun və pazvaridir. Çənəsinin altında sərt qıl lələklərdən ibarət "saqqal" var. Ona görə də ona saqqallı qartal da deyirlər. Bel tərəfi göyümtül-boz, qarın tərəfi isə kürən, başı və boynu açıq rənglidir. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda dağların alp və nival qurşaqlarında nəsil verir.
Toğlugötürənlər
Toğlugötürənlər (lat. Gypaetinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarınfəsiləsi.
Toğluca
Toxluca — əvvəllər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Göyçə mahalında Çəmbərək rayonunda kənd (Çəmbərək rayonundan Göyçə mahalına aid olan 5 kənddən biri). Hal-hazırda Geğarkunik mərzində kənd. Ermənistan SSR AS RH-nin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Draxtik (Cənnət dərəsi) qoyulmuşdur. Toponim Azərbaycan dilində dağlıq yer mənasını ifadə edən "dağlıqca" sözünün fonetik forması əsasında əmələ gəlmişdir. Toponimin birinci komponenti tox türk dillərində "dağ" mənasında işlənən to, toğ sözlərinin fonetik formasıdır. Eyni zamanda qədim türk dilində toğ (tuğ) sözü "bənd", "sədd", "çəpər" mənalarında işlənir. Toponim ikinci komponenti -lu (əsli -luq) və -ca şəkilçilərindən ibarətdir. "Dağlıq ərazi" mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Значение слова в других словарях