Toğlugədik aşırımı

Toğlugədik aşırımı - Ordubad rayonu ərazisində dağ aşırımı (hünd. 2684,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun suayırıcısında gəzdək. Parağaçay qəsəbəsindən 3 km şərqdədir. Mehri-Ordubad batolitinin Üst Eosen yaşlı qabbro, qabbro-diorit, mansodiorit, qranosiyenit və monsoqranodioritlərindən təşkil olunmuş massivin denudasiyası nəticəsində əmələ gəlmişdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında, Kilit-Ağrıdağ antiklinalının şimal-şərq qanadında yerləşir. [1]

Toğlugədik aşırımı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2684,0 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.