trans-Adriatik
trans-Alp
OBASTAN VİKİ
Trans yağlar
Trans yağlar (trans yağ turşusu izomerləri) — trans-konfiqurasiyasında olan, yəni "karbon-karbon" kovalent əlaqəsinin əks tərəflərində yerləşən karbohidrogen əvəzedicilərinə malik olan doymamış yağ növü. Trans yağlar təbii ət və süd məhsullarında, eləcə də yüksək temperatura məruz qalan bitki yağlarında, xüsusən dezodorasiya olunmuş yağlarda az miqdarda olur. Onlar doymamış yağların hidrogenləşməsi prosesinin yan təsiri kimi böyük miqdarda əmələ gəlir, məsələn, marqarin istehsalında. Burada qeyd etmək lazımdır ki, tərkibində doymamış yağ turşuları olmayan sərt marqarin inək (kərə yağı) yağından fərqli olaraq 7 % ə qədər trans yağları ehtiva edə bilər. Trans yağların istehlakının ürək-damar xəstəlikləri və ölüm ehtimalının artması ilə əlaqəli olduğu göstərilmişdir. Bu baxımdan ÜST və digər səhiyyə təşkilatları trans yağların istehlakından çəkinməyi tövsiyə edir .
Afrika
Afrika — böyüklüyünə görə Avrasiyadan sonra ikinci böyük materik. Sahəsi 29,2 milyon km², adalarla birlikdə 30,3 milyon km²-dir. Ekvator onu şərti olaraq iki hissəyə bölür. Afrika adı latın dilində olan "afrikus", yəni soyuq bilməyən sözündən əmələ gəlmişdir. Digər bir ehtimala görə isə Afrika adı materikin şimal-şərqində yaşamış "afrigi" tayfasının adından götürülmüşdür. Avrasiyadan sonra ən böyük və ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir. Afrika Atlantik və Hind okeanları ilə əhatə olunub.
Narva Trans FK
Narva-Trans — Estoniyanın futbol klubu. 2 dəfə Avropa kubok yarışlarında iştirak edib.
Trans milli korporasiyalar
Təsiredici nüfuzları, çoxmilyardlıq investisiyon qüdrətləri ilə qloballaşma prosesini stimullaşdırırlar. Hərtərəfli mühafizə sistemləri, yüksək maddi-texniki baza ilə təhciz edilmiş elmi-tədqiqat institutları, laboratoriyaları, konstruktor büroları TMK-nın artan potensialını, rəqabət qüdrətini təmin edir. Belə strateji istiqamət milli kapitalın fəaliyyətinin beynəlmiləlləşdirilməsi, transmilli kapitalın maraqlarının qloballaşması ilə və əvəzlənməsini gerçəkləşdirir. Hazırda dünya təsərrüfatının mühüm mexanizmi kimi onlar ÜDM-in 20–25%-nə malik olmaqla beynəlmilləşmənin əsas hərəkətverici qüvvəsinin özəyində dayanırlar. TMK-lar əsasən XIX əsrin sonlarından başlayaraq geniş inkişaf etməyə başladı. Ancaq TMK-ların tarixi daha qədimdir. İlk beynəlxalq iqtisadi fəaliyyətlə məşğul olmağa başlamış təşkilat "Tamplier ordeni" sayılır. Onlar 1135-cil ildə hələ beynəlxalq səviyyədə bank işiylə məşğul idilər. Ancaq rəsmi şəkildə yaradılmış ilk TMK-a İngiltərənin "East İndia Company" TMK-dır. Bu kompaniya 1600-cü ildə İngiltərənin Hindistanda iqtisadi fəaliyyət göstərməsi üçun kraliça I Yelizavetanın əmriylə yaradılır.
Trans-Xəzər dəmiryolu
Trans-Xəzər dəmiryolu (rus. Среднеазиатская железная дорога) — Qərbi Mərkəzi Asiyanın böyük hissəsindən keçən böyük ipək yolunu izləyən dəmir yolu. XIX əsrdə Orta Asiyanı işğal edən Rusiya İmperiyası tərəfindən tikilmişdir. Dəmiryolunun inşaatı 1879-cu ildə rusların Kokand üzərində qələbəsindən sonra başlamışdır. Yol əvvəlcə İmperator Rusiya Ordusunun yerli müqavimətə qarşı hərəkətlərini asanlaşdırmaq üçün hərbi məqsədə xidmət edirdi. Lakin lord Kerzon dəmir yoluna baş çəkərkən qeyd etdi ki, onun əhəmiyyəti yerli hərbi nəzarətdən kənara çıxır və Britaniyanın Asiyadakı maraqlarını təhdid edir.
Afrika Bambaataa
Kevin Donovan (17 aprel 1957, Nyu-York, Nyu-York ştatı) ya da bilinən səhnə adıyla Afrika Bambaataa — Cənubi Bronks çıxışlı amerikalı DJ. O, 1980-ci illərdə çıxardığı elektro parçaları ilə Hip-hop mədəniyyətinin inkişafına təsir göstərmişdir. Afrika Bambaataa break-beat DJ-liyin yaradıcılarından birincisi, Hip-hop mədəniyyətinin atası və Amen Ra-sı, həmçinin, Elektro Funk-ın atası olaraq bilinir.
Afrika Birliyi
Afrika İttifaqı — 55 Afrika ölkəsini birləşdirən beynəlxalq təşkilat, Afrika Birliyi Təşkilatının hüquqi varisi. 9 iyul 2002-ci il tarixində yaradılmışdır. 2011-ci ilin yanvar ayında Azərbaycan Aİ-də müşahidəçi statusu əldə etmişdir.
Afrika Oyunları
Afrika Oyunları — Afrika qitəsi üçün təşkil olunan çoxnövlü idman yarışları. Bu oyunlarda ancaq Afrika ölkələrinin iştirakı mütləqdir. Afrika oyunları Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir. 1965–2003-cü illərdə Afrika oyunları 8 dəfə keçirilmişdir: 1965 (Brazzavil, Konqo), 1973 (Laaqos (Nigeriya), 1978 (Əlcəzair şəhəri, Əlcəzair), 1987 (Nayribi, Keniya), 1989 (Yohannesburq, CAR), 1991 (Qahirə, Misir), 1995 (Harare, Zimbabve), 2003 (Abuca, Nigeriya). Əsas idman növləri futbol, basketbol, voleybol, həndbol, boks, yüngül atletika, tennis, velosiped idmanı, güləş və üzgüçülükdür. İndiyədək 10 dəfə təşkil edilən Afrika Oyunlarında 48 ölkə medal qazanmışdır. Onların içində ən yaxşı nəticəni böyük fərqlə Misir olimpiyaçıları göstərmişdilər. 1145 medal qazanan bu ölkənin 463 qızıl, 342 gümüş, 340 ədəd də bürünc medalı vardır. Onların ən yaxın izləyiciləri isə Nigeriyadır. Nigeriyanın aktivində 334 qızıl, 305 gümüş, 295 bürünc medal olmaqla 934 medalı var.
Afrika abxazlar
Zənci abxazlar (gürc. შავკანიანი აფხაზები) — Abxaziyada yaşayan Afrika mənşəli az saylı etnik qrup.
Afrika burnu
Afrika burnu — Kamçatski yarımadasında yerləşən burun. Kamçatka yarımadasının ən ucqar şərq qutaracağı. Afrika burnunda mayak fəaliyyət göstərir. Ətrafında isə elə də böyük olmayan yaşayış məskəni vardır ki, onunda 10 nəfər əhalisi vardır. Burnu ilk dəfə 1882-ci ildə «Afrika» kreyserinin zabitləri kəşf etmişlər. Gəminin şərəfinə isə buruna bu cür ad vermişlər. Siz Kamçatka Afrikasında olmusunuz?
Afrika buynuzu
Somalí və ya Afrika Buynuzu — Afrika materikinin şərqində yarımada. Şimaldan Ədən körfəzi, şərqdən Hind okeanının suları yuyulur. Şimal-şərq qutaracağında Qvardafuy burnu yerləşir. Yarımadanın ərazisinin böyük qismi Somalinin, az hissəsi isə Efiopiyanın tərkibinə daxildir. Sahəsi 750 000 km² yaxındır. Yarımada həm Ekvatordan həmdə Şimal Tropik xətdindən eyni məsafədə yerləşir. Ərazidə ən hündür dağ Efiopiyanın şimal-qərbində Simiem dağıdır. Nə zamansa Simiem və Beyl dağlarının zirvəsi buzla örtülü olur. Dağlar Qırmızı dəniz istiqamətində birdən-birə enir. Hind okeanına doğru isə hüdürlük tədricən enir.
Afrika bəbiri
Afrika bəbiri (lat. Panthera pardus pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Afrika darısı
Afrika darısı — xüsusi qida məhsulu kimi yetişdirilən bitki növü 2000 ildən çox tarixə malik olan bu darı növü ilk dəfə Afrika qitəsində yetişdirilmişdir. Digər dənli bitkilərdən fərqli olaraq bu növün özünün spesifik xüsusiyyətləri vardır. Əsas xüsusiyyətlərindən biri odur ki, məhsul götürüldükdən sonra əkinə hazırlanan yerdə hər hansı gübrəyə ehtiyac olmur. Afrika darısı bitki növü dünyanın bir çox yerində becərilir. Hindistan, Pakistan, Avstraliya və bəzi Avropa və Amerika ölkələrində 10 milyonlarla hektar ərazidə əkilir. Azərbaycan təbiəti üçün xarakterik hesab olunmayan bu bitki növü ilk dəfə 2011-ci ildə Bərdədə yetişdirilib. Afrika darısı "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı çərçivəsində Azərbaycana gətirilmiş və sınaq əkini uğurlu nəticələnmişdir. Bu məqsədlə toxum dövlət hesabına Hindistandan alınmışdır.
Afrika eşşəyi
Afrika eşşəyi və ya Afrika ulağı (lat. Equus asinus, bəzən Equus africanus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid heyvan növü. Afrika eşşəyinin vətəni Afrika qitəsidir və bu heyvanların əhliləşdirilməsi insanların təsərrüfat və mədəni həyatında mühüm tarixi əhəmiyyət kəsb etmişdir. Atdan fərqli olaraq eşşək dırnaqlarının üstünün kələkötür olması və möhkəmliyi ilə fərqlənir. Baxmayaraq ki, sürətli qaçmaq üçün o qədər də əlverişli deyil, onlar daha təhlükəsiz hərəkətə köməklik edir. Bəzən eşşəklərin sürəti 70 km/saat-a çatır. Eşşəklər quru iqlimi olan yerlərdə yaşamağa uyğunlaşıblar. Onların dırnaqları rütübətli Avropa iqliminə pis uyğunlaşır. Ona görə də belə yerlərdə eşşəklərin dırnaqlarına xüsusi qayğı tələb olunur. Eşşəklərin tüklərinin rəngi boz, qəhvəyi və ya qara olur.
Afrika fili
Afrika fili (lat. Loxodonta) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinə aid heyvan cinsi.
Afrika futbolu
Afrika fəlsəfəsi
Afrikanın ən qədim filosoflarından biri Ptahhotep idi.Onun şagirdləri uzun illər boyu siyasi fəlsəfə üzərində çalışmışlar.Misir filosoflarının fəlsəfəsi Helenestik və Xristian fəlsəfəsinə təsir göstərmişdir.Şimali Afrikada "maat" fəlsəfəsi aktual olmuşdur.Maat-ın tərcüməsi "doğru olan" və ya "ədalət","düzgünlük" olmuşdur.3-cü əsrdə Plotin antik idealist-filosof, Neoplatonizmin yaradıcılarından biri olmuşdur. O həmdə Neoplatonizmin nəzəri əsaslarını yaratmışdır. Ona görə də ona "İkinci Platon" deyirdilər Qərbi Afrikada müasir dövrdən əvvəl ən diqqət cəlb edən fəlsəfə Yoruba fəlsəfəsi idi.Diğər fəlsəfələrdən fərqlənən Yoruba fəlsəfəsi bir çox dinə və fəlsəfələrə zəmin hazırlamışdır.Bunlardan biridə Omoluabi idi.Yoruba fəlsəfə və mifologiyasından Itan dini yaranmışdır.Bunlardan başqa Akan,Doqon,Serer və Dahomeyada önəmli rola malik idi. Müstəmləkə dövründən əvvəl Seneqambiyada (Seneqal və Qambiya) Kocc Barma Fall 17-ci əsrdə yaşamış filosof idi.Onun atalar sözləri Seneqal və Qambiyada geniş istifadə olunur. Afrika buynuzu ərazisində,xüsusilə Efiopiyada çox qədimdən fəlsəfi fikirlər geniş yayılmışdır.Bunların ən məşhuru 17-ci əsr filosofu Zera Yacob olmuşdur.Zera Yacob öz təlimlərində bütün inancların doğru olduğunu və bütün insanların bərabər olduğunu müdafiə edirdi.Onun əsərlərində din,əxlaq, və s.. kimi fəlsəfi mövzular öz əksini tapır. Cənubi və Cənub-Şərqi Afrikada Bantu fəlsəfəsi Bantuların köçüilə regiondan getmiş amma digər fəlsəfələrə böyük təsir göstərmişdir.Bantu fəlsəfəsi kosmos və insanı birləşdirirdi.Bantu fəlsəfəsindən sonra isə Ubuntu regionun fəlsəfəsini şəkilləndirmiş və böyük kütləyə çatmışdır.Ubuntu humanizmi,etikanı və insanların bağlılığını öyrədən təlim idi.Şüarları "Sən sən olduğun üçün mən mənəm"-dir Bantuların bura gəlişi ilə Bantu fəlsəfəsi ilə Nitolik və Sudan xalqlarının fəlsəfəi birləşmişdir.Zamanın və dünyanın yaradılışı,insanın təbiət ilə əlaqəsi və digər fəlsəfi mövzular Mərkəzi Afrika fəlsəfəsinin əsas mövzuları olmuşlar. Müasir dövrdə Afroamerikanlar və Avropada yaşayan afrikalıların ideologiyaları və fəlsəfələri ilə meydana çıxmışdır.Daha çox birlik,bərabərlik və irqçiliyə qarşı olmaq əsas məsələlər idi. Müasir Afrika fəlsəfəsi Dörd fəlsəfə sistemi üzərində qurulmuşdur.Afrika diasporasının ideologiyaları və digər alimlərin Afrika mədəni-fəlsəfi araşdırmaları müasir Afrika fəlsəfəsinə təsir göstərən amillərdir. Müasir Afrika fəlsəfəsi Dörd fəlsəfə sistemi üzərində qurulmuşdur.Bunlar Etnik fəlsəfə,Müdriklik təlimləri,milliyyətçi fəlsəfə və akademik fəlsəfədir.Etnik fəlsəfə Afrika fəlsəfəsini günümüzə daşıyarkən, milliyyətçi fəlsəfə afrikalılarında fəlsəfə edə biləcəyini göstərməyi özünə məqsəd təyin etmiş və onu təməlləndirmişdir.Akademik fəlsəfə Avropa fəlsəfəsinə meyl edən afrikalı filosofları özündə cəmləyərkən, Müdriklik təlimləri qədim afrika fəlsəfəsi üzərindən fəlsəfə etməyə çağırır.
Cənubi Afrika
Cənubi Afrika — Afrika qitəsinin cənub hissəsini əhatə edən region. BMT təsnifatlandırılmasına görə regionun tərkibinə aşağıdakı ölkələr daxildir: Botsvana Lesoto Namibiya Esvatini CAR Bu 5 ölkə eləcə də Cənub Afrika Gömrük İttifaqına daxildirlər. Coğrafi cəhətdən Cənubi Afrika regionuna eləcə də aşağıdakı ölkələr daxıldir.
FİBA Afrika
FİBA Afrika FİBA üzvləri olan 54 Afrika basketbol federasiyasının birləşdiyi konfederasiyadır.
Mərkəzi Afrika
Mərkəzi Afrika — ekvatorial və subekvatorial zolaqda Afrikanın qərb hissəsi boyu uzanan coğrafi sahə. Konqonun geniş çökəklikləri, qərbdə Atlantik okeanı və Qvineya körfəzi, şimalda Azandeni yaylası, cənubda Lunda platosu və Anqolanın yaylaları boyu uzanır. Regionun şərq hissəsi Şərqi Afrika rift sisteminin Qərbi rift qolu ilə məhdudlaşmışdır. Subregionun ümumi ərazisi 6613 min km²-dir. Mərkəzi Afrikaya aşağıdakı ölkələr daxildir: Qabon Kamerun (paytaxt Yaunde) Konqo Demokratik Respublikası (paytaxt Kinşasa) Konqo Respublikası (paytaxt Brazzavil) San-Tome və Prinsipi (paytaxtı San-Tome_(şəhər)) Mərkəzi Afrika Respublikası (paytaxt Bangi) Çad (paytaxt Ncamena) Ekvatorial Qvineya (paytaxt Malabo) Həmçinin, bəzi hallarda Böyük Britaniyanın xarici ərazisi (Müqəddəs Yelena adası) və Anqolada daxil edilir. Mərkəzi Afrika ölkələri ekvatorun hər iki tərəfində yerləşir. Məşhur "mis qurşağı" (KDR-nin şimal şərqi) bu regionda yerləşir. Region manqan, uran, dəmir, neft, meşə, hidroresurslarla zəngindir. KDR istisna olmaqla, bütün ölkələr geri qalmış iqtisadiyyata malikdirlər. İxracat əhəmiyyətli bitkilər qəhvə və kakaodur.
Qara Afrika
Qara Afrika və ya Böyük Səhradan cənubdakı Afrika — Afrika qitəsinin Böyük Səhranın cənubunda yerləşən hissəsinə verilən ad. Afrikanın bu qisminə Şimali Afrikadan fərqli olaraq, əsasən qaradərililər məskən salmışdır. Buna görə də Afrikanın bu hissəsi Qara Afrika adlanır. Afrika qitəsinin bü cür bölünməsi e.ə. III minilliyin ortalarına təsadüf edir. bu dövrdə Böyük Səhra formalaşmağa başlayır. Böyük Səhra sivilizasiyaların qarşılıqlı əlaqəyə girməsinə böyük maneə olmuşdur. Afrika qitəsinin bu iki hissəsi arasındakı yeganə keçid Nil çayıdır. Burada yaranmış sivilizasiyaların Qədim Misirlə yaxından əlaqələri var idi. E.ə.
Qərbi Afrika
Qərbi Afrika — Afrika qitəsinin Mərkəzi Saxaranın cənubundan Atlantik okeanı sahillərinə qədər olan hissəsi. Şərqi Afrika ilə təbii sərhəddi Kamerun dağlarıdır.
Şimali Afrika
Şimali Afrika (ərəb. شمال أفريقيا‎, ( kabil dili — Tafriqt ugafa) — 10 milyon kvadrat kilometr ərazini əhatə edən, Afrika qitəsinin şimal hissəsində yerləşən sahə. Çox hissəsini Saxara səhrası tutur. Ərazidə aşağıdakı ölkələr yerləşir: Misir Liviya Əlcəzair Tunis Mərakeş Mavritaniya Qərbi Saxara Sudan Bunların əksəriyyətinin ərazisi 1 milyon км²-dən çoxdur. Sudan və Əlcəzairin isə əraziləri 2 milyon км²-dən çoxdur. Kanar adaları, Eritreya, Həbəşistan və Madeyra da bəzən bu bölgəyə aid edilir.
Şərqi Afrika
Şərqi Afrika — Afrikanın Nil çayından şərqə olan ərazisi (Misir ora daxil edilmir). Bölgəyə aid edilir: Burundi Cibuti Keniya Qəmər adaları Madaqaskar Mavriki Mozambik Malavi Reyunyon Ruanda Seyşel adaları Somali Sudan Tanzaniya Uqanda Eritreya Efiopiya Cənubi Sudan Şərqi Afrika Ali Komissiyası Şərqi Afrika Valyuta Şurası Şərqi Afrika.
Afrika qızılquşu
Afrika qızılquşu (lat. Falco cuvierii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Afrikada Saxaranın cənubunda yaşayır. Ölçülərinə və rəng çalarlarına görə qarağöz qızılquşa bənzəyir.