Transmissiya yağları
Transmissiya yağlarının minik avtomobilinin, yük avtomobilinin, avtobusların, traktorların, lokomotivlərin, yol-tikinti və digər maşınların aqreqatlarının sürtünmə qovşağında, həmçinin müxtəlif dişli reduktorların və sənaye avadanlığının qurdvari ötürücülərində istifadəsi nəzərdə tutur.
Transmissiya yağları — müxtəlif funksional aşqarlar əlavə edilmiş baza yağlarıdır.
Transmissiya – fırlanma hərəkətini mühərrikdən nəqliyyat vasitəsinin təkərlərinə, işlək maşınlara ötürən və eyni zamanda gücün sürətinin dəyişdirilməsi üçün istifadə olunan qurğu və ya sistemdir.
Transmissiyanın tərkibinə aşağıdakılar daxildir:
Mufta
Kardan valı
Differensial oynaqlı birləşmə
Ötürücü qutu
Transmissiya yağları – ötürücü və paylayıcı qutuların, aparıcı əsas körpülərin, sükan mexanizmlərin hər cür dişli və zəncirvari reduktorların yağlanmasında istifadə olunur.
Transmissiya yağları — əsasən qalıq neft məhsullarının selektiv təmizlənməsindən alınan ekstraktlara distillə yağları və aşqarlar (tərkibində yeyilməyə, siyrilməyə qarşı əsasən fosfor, kükürd, xlor, molibden, disulfid saxlayan) əlavə etməklə alınır.
Yüksək yüklü transmissiyalı avtomobillər tətbiq olunana qədər niqroldan istifadə olunub. 1000C-də özlülük 6 – 20 mm2/san.
Açıq dişli ötürücüləri yağlamaq üçün xüsusi özlülüklü, (1000C də 50 – 500 mm2/san).
neftdən alınan qalıq yağlara aşqarlar əlavə olunmaqla istifadə edilir. Hipoid ötürücülərdə əsas körpülərin yağlanması üçün hipoid yağlardan istifadə olunur (tərkibində materialın səthi ilə kimyəvi reaksiyaya girərək siyrilməyə qarşı örtük əmələ gətirə bilən aşqarlar olmalı).