Qruzuqol trestinin binası
Qruzuqol trestinin binası – Tbilisi şəhərində 1953-cü ildə memarlar Konstantin Çxeidze və Mixail Çxikvadzenin layihəsi əsasında inşa edilmiş inzibati binasıdır. Rustaveli prospekti 52 ünvanında yerləşən bina, prospektin ən son ünvanlarından biridir. Hazırda bina Gürcüstan Elmlər Akademiyasına məxsusdur. Həmçinin binada Gürcüstan Kinematoqrafçılar İttifaqının ofisi yerləşir. Binanın Rustaveli prospektinə baxan əsas fasadındakı kollonadanın altında yerli sakinlər hər gün suvenir ticarəti ilə məşğul olurlar.
1955-ci ildə məşhur “Layihələndirmə və inşaatda artıqlıqların aradan qaldırılması haqqında” qaydanın qüvvəyə minməsindən sonra, bina, (Stalin amprinin digər nümunələri kimi) ciddi tənqidlərə məruz qalmışdır:
Binanın memarlığı eklektika üslubunda həll edilmişdir. Binanın əsas fasadında yerləşən eyvanların memarlığında mavritan memarlığının təsiri aydın hiss olunur.
SSRİ yazıçısı Leonid Volınski “Gecənin içindən” (rus. Сквозь ночь, 1974) adlı kitabında, binanın memarlığının 1923-cü ildə Stokholm ratuşasını inşa etmiş İsveç memarı Raqnar Estberqin işlərindən götürüldüyünü qeyd edir. Stokholm ratuşası və Qruquqol trestinin binası küncdə qüllə ilə birləşdirilən oxşar fasad strukturuna malikdir.