1. Nişan almaq, nişanlamaq, tuş qarovullamaq, hədəfə yönəltmək.
Yaşar haman saat tüfəngi [qurda] tuşlayıb çaxdı.
2. Yönəltmək, səmtləndirmək.
Kamal gözlənilməz bir sürətlə havada ilmək vurub, …təyyarəsini faşist təyyarəsinə tuşladı.
3. Bir şeyi nişanlayıb ona tərəf getmək; yönəlmək.
Yavaşca özümüzü sol tərəfə verdik və dəryanı tuşlayıb gəldik, çıxdıq bulvara.
Maya birbaşa qaragözlü qızı tuşlayıb getdi.
□ Əlini (barmağını) tuşlamaq – əli (barmağı) ilə bir şeyi və ya bir tərəfi göstərmək, əlini (barmağını) uzatmaq.