TURŞULU

sif. Turşusu olan, turşu ilə bişirilən, turşu ilə yeyilən.
[Məşədi Səməd:] Hələ bunun turşulu dolması var. S.S.Axundov.

Синонимы

  • TURŞULU acı — qıcqırmalı

Антонимы

  • TURŞULU TURŞULU – ŞİRİN Hələ bunun turşulu dolması var (S.S.Axundov); Nə şirindir xoş nəfəsin; Pərdə-pərdə axan səsin (R
TURŞUQOVURMALI
TURŞULUQ
OBASTAN VİKİ
Turşulu kabab
Turşulu kabab – Azərbaycan mətbəxində hazırlanan kabab növü. Lənkəran bölgəsinə aid yemək növüdür. Plovun yanında yeyilir. Turşulu kababın hazırlanmasında mal və qoyun ətlərinin qıymalarından, cəfəridən, badımcandan, kərə yağından, soğandan, duzdan, istiotdan və limon suyundan istifadə olunur. Turşulu kabab hazırlamaq üçün mal əti ilə qoyun əti soğanla birlikdə çəkilir və bəzən duz, istiot vurulur. Ayrıca qoyun əti quşbaşı şəklində kiçik tikələrə bölünür və bu tikələr qazana tokulub qaynamağa qoyulur. Ayrınca qazanda cəfəri qızardılır. Qaynadılmış ət tikələri kərə yağında cəfəri ilə qızardılır və üzərinə cəfəri suyu əlavə olunur. Çəkilmiş ətdən hazırlanan kiçik kündələr və badımcan kütlənin üzərinə əlavə olunur. İstəyə görə istiot, duz, limon suyu kimi ərzaqlar da əlavə oluna bilər.
Turşulu yağışlar
Turşulu yağışlar - terminini 1872-ci ildə ingilis kimyəgəri Robert Smit özünün "hava və yağmur" əsərində irəli sürmüşdür. Turşulu yağışın əsas komponentləri azot və kükürd oksidlərinin aerozolları sayılır. Onlar atmosfer, hidrosfer və ya torpaq rütubətliyi ilə qarşılıqlı əlaqədar olduqda sulfat, nitrat və digər turşular əmələ gəlir. Amonyak (NH) da turşulu yağmurların əsas komponentlərin-dən biri hesab olunur. Turşulu yağışlar həm təbii, həm də antropogen mənşəli olur. Turşulu yağışın əmələ gəlməsinə səbəb olan təbii mənbələrə vulkan püskürmələri, şimşək çaxması və ildırım, meşə yanğınları,biogen ifrazatı,torpağın defilyasiyası və s. aiddir. Alimlərin məlumatlarına görə dünyada yalnız vulkan fəaliyyəti nəticəsində hər il 4-16 mln. ton kükürd birləşmələri ayrılır. Hər il atmosferə kükürd - 2 oksid və azot oksidləri daxil olur.
Turşulu ət
Torpağın turşuluğu
Torpağın mübadilə turşuluğu – neytral duzların yəni qüvvətli turşularla qüvvətli əsasların birləşmələrindən əmələgələn duzların (NaCl, KCl) məhlullarının təsiri ilə uducu kompleksdən hidrogenin çıxarılması nəticəsində əmələ gələn turşuluqdur. Uducu kompleksdə hidrogen olan torpaqlara neytral duzlarla təsir etdikdə, onların kationlarda hidrogen mübadilə olur. Sonradan hidrogen KCl-un anion hissəsi ilə (xlorla) birləşib, turşu (HCl-u) əmələ gətirir. Bu turşuluq mübadilə reaksiyası nəticəsində əmələ gəldiyinə görə, bu növ turşuluğa mübadilə turşuluğu deyilir.

Значение слова в других словарях