Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dalğa
Dalğa (fizika) — fizika elmində dalğalar Dalğa (su) — dənizdə dalğalar.
Dalğa (Buqro)
"Dalğa" (fr. La Vague) — fransız akademik rəssam Vilyam Buqronun 1896-cı ildə yağlı boya ilə kətan üzərində işlədiyi rəsm əsəri. Əsərdə dəniz sahilində qumun üstündə oturmuş qız təsvir edilmişdir. Qızın fonunda böyük mavi dalğa görünməkdədir. Sağ tərəfdən təsvir edilmiş qız başını sağ tərəfə çevirmişdir. Onun üzündə yüngül gülüş sezilməkdədir.
Dalğa (fizika)
Dalğa — rəqslərin mühitdə yayılması prosesidir. Mexaniki dalğa mexaniki rəqslərin elastik mühitdə yayılmasıdır. Mexaniki dalğaların yaranması və yayılması üçün ən vacib şərt elastik mühitin olmasıdır. Ümumi dalğa tənliyi budur: x = a cos ⁡ ω ( t − r v ) {\displaystyle x=a\cos \omega (t-{\frac {r}{v}})} Burada x-nöqtənin tarazlıq vəziyyətindən olan yerdəyişməsi, A-rəqsin amplitududur, t-rəqsin başlanması anından hesablanan zaman, v-dalğanın yayılma sürəti, r-rəqsin koordinat başlanğıcından t müddətinə yayıldığı məsafədir. == Dalğanın növləri == Dalğanın 2 növü vardır: Uzununa dalğa – rəqs istiqamətində yayılan dalğaya deylir. Eninə dalğa – rəqslərə perpendikulyar istiqamətində yayılan dalğaya deyilir.Eninə dalğa zərrəciklərin rəqs istiqamətinə perpendikulyar istiqamətdə yayılan dalğaya deyilir. Eninə dalğa dalğa qabarıqlarının və çökəkliklərinin növbə ilə təkrarlanmasıdır. Eninə dalğalar elə mühitdə yayıla bilər ki, orada mühitün formasının dəyişməsi nəticəsində elastiklik qüvvələri yaransın. Ona görə də eninə elastik dalğalar ancaq bərk cisimlərdə yayılır. Qaytanın bir ucunu divara bərkidib digər ucunu yuxarı-aşağı rəqs etdirməklə eninə dalğaların qaytan boyunca necə yayıdığını görə bilərik.
Dalğa (qrup)
"Dalğa" qrupu — Cənubi Azərbaycanın Təbriz şəhərində fəaliyyət göstərən musiqi qrupu. Repertuarlarında Azərbaycan xalq və aşıq mahnıları xüsusi yer tutur. Qurucusu və rəhbəri aşıq Çingiz Mehdipurdur. == Haqqında == 1990-cı ildə, Təbriz şəhərində aşıq Çingiz Mehdipur tərəfindən təsis edilib. Dünyanın 30-dan artıq ölkəsində Azərbaycan aşıq sənətinin təbliği yönümlü geniş konsert proqramı ilə çıxış edib. Dəfələrlə Bakıda geniş konsertləri olub. Bakıdakı ən son konserti "Qarabağ dərdi" adı ilə Qarabağa həsr olunub.
Dalğa (su)
Dəniz dalğası — suyun səthi üzərindən əsən külək tərəfindən meydana gəlir. Bəzi bölgələrdə buna ləpə yaxud şəpə deyilir. Dalğanın əmələ gəlmə səbəbləri müxtəlifdir: zəlzələ, sualtı vulkan püskürməsi, atmosfer təzyiqinin ciddi dəyişməsi və küləklər. Küləyin sürəti 1 m/s-dən az olduqda sakit səthdə zəif dalğa və ya kapilyar dalğa yaranır. Küləyin sürəti artıqca daha iri və nəzərə çarpacaq qravitasiya dalğası əmələ gəlir. Küləyin sürəti 7–8 m/s-yə çatdıqdan sonra isə dalğanın zirvəsində köpüklü dalğa formalaşır. Güclü külək əsməsi nəticəsində davamlı güclü dalğaların yaranması baş verir. Köpüklü dalğanın əmələ gəlməsində duzluluğun rolu çoxdur. Duzlu suda hava qabarcıqları uzun müddət qalır. Külək enerjisi suya bir tərəfdən küləkdöyən dalğa yalına basqı(normal təzyiq),digər tərəfdən su ilə sürtünmə(tangensial təzyiq)vastəsilə verilir.
Dalğa Arena
Dalğa Arena stadionu — Bakının Mərdəkan qəsəbəsində yerləşir. 6 iyun 2011—ci ildə FIFA prezidenti Yozef Blatter , UEFA prezidenti Mişel Platini və AFFA prezidenti Rövnəq Abdulayevin iştirakı ilə açılış mərasımı olmuşdur. Stadionnun tutumu 6,700 tamaşaçıdır. Rəvan, Kəpəz, Sumqayıt , Bakı, Qəbələ, Neftçi, İnter (Keşlə) , Zirə, Azal kimi yerli klublar həm Premyerliqa həmdə Avroliqa oyunlarnı, bundan əlavə Azərbaycan milli futbol komandaları qonaq komandaları burada qəbul edib. Dalğa Arena stadionunda bu günə kimi 400-dən çox oyun keçirilmişdir. Dalğa Arena stadionununda daxil olduğu AFFA Futbol Mərkəzinin digər məşq meydançaları ilə birlikdə 4200-dən çox oyun keçirilmişdir.
Dalğa TV
Dalğa TV — Dalga Media Mərkəzi == Haqqında == 14 noyabr 2017-ci ildə Milli Televiziya və Radio Şurasının iclasında "Dalğa TV"-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. İclasda Dalğa TV-yə peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib. 20 noyabr 2017-ci ildə Dalğa TV "Azerspace-1" peyki ilə test yayımına başladı. Həmin test yayımı müddətində yalnız filmlər göstərilirdi. 4 dekabr 2017-ci il saat 17:00-da əsas yayıma başladı. "Dalğa TV"-də dünyanın tanınmış kinostudiyalarının istehsal etdiyi bədii filmlər, eləcə də yerli seriallar yalnız Azərbaycan dilində yayımlanırdı. "Dalğa TV" dünyanın digər kinoşirkətləri ilə əməkdaşlıq edirdi. Həmin şirkətlərin məhsulları olan film və seriallar Azərbaycan dilində dublyaj olunmaqla yayımlanırdı. Telekanalın yayımı "Azerspace-1" peyki, eləcə də Azərbaycanın bütün kabel televiziyaları və Dalğa TV-nin rəsmi saytı olan "dalga.az" üzərindən həyata keçirilirdi.1 avqust 2020-ci ildən etibarən "Dalğa TV"nin yayım keyfiyyətinin artırılması məqsədilə MPEG-4 formatına keçib. 11 dekabr 2020-ci il saat 15:49 radələrində loqosunu sağ yuxarı küncdən sol yuxarı küncə keçirmişdir.
Dalğa energetikası
İstənilən su hövzəsində dalğalar labüd hadisədir. Dünya okeanının dalğa gücü 2,7 mlrd kVt-la qiymətləndirilir, bu dünyada sərf olunan enerjinin 30%-ni təşkil edir. Dalğa elektrik stansiyalarının (DES) yerləşdirilməsi məqsədəuyğunluğu (faydalılığı) regional xüsusiyyətlərlə, hər şeydən öncə dalğa cəbhəsində sıxlığı, yəni vahid uzunluğa düşən dalğa cəbhəsində onun qiyməti ilə təyin olunur. Belə ki, ABŞ və Yaponiyanın sahil zonasının bir sıra sahələrində dalğa cəbhəsinin xüsusi gücü 40 kVt/m təşkil edir. Böyük Britaniyanın qərb sahillərində Hebrid adaları rayonunda daha əlverişli şərait yaranaraq bu rəqəm 80 kVm-ə çatır. DES-lərin işinin funksional prinsipi dalğanın potensial enerjisini pulsasiyanın kinetik enerjisinə, pulsasiyaları isə bir istiqamətli gücə çevirməkdən ibarətdir, bu sonradan elektrik mühərriyinin valını fırlandırır. DES-lər bilavasitə sahildə, sahilin yaxınlığında akvatoriyada və ya sahildən müxtəlif məsafələrdə açıq dənizdə qurula (tikilə) bilər. Təcrübələr göstərir ki, sahilyanı zolağın intensiv formalaşdığı sahilə yaxın akvatoriyada yerləşdirilən qurğular ətraf mühitə daha əlverişli (yaxşı) təsir göstərir. Qeyd etmək lazımdır ki, bütün bərpa olunan enerji resurslarında olduğu kimi dalğa proseslərinin də bir sıra çatışmazlıqları – enerjinin nisbətən aşağı konsentrasiyalığı, dalğa tərəddüdlərinin geniş spektrə malik olması, məkan və zaman daxilində nisbətən dəyişkənliyidir. Lakin bu qurğuların ən üstün cəhəti onun ekoloji təmizliyindədir.
Dalğa enerjisi
Dalğa enerjisi - okeanın səthində dalğaların yarardığı enerji. Elektrik enerjisi istehsal etmək, okean suyunu duzsuzlaşdırmaq və suyun çənlərə vurulması kimi faydalı işləri yerinə yetirə bilər. Dalğa enerjisi tükənməz enerji mənbəyidir. == Yaranması == Əslində dalğa enerjisi də, günəş enerjisinin bir başqa şəklidir. Bu bəlkə qulağa qəribə gələ bilər ancaq; dalğa, günəşin dünyanı istilətməsiylə ortaya çıxan küləklər tərəfindən başladılar. Günəş dünyanın hər nöqtəsini eyni dərəcədə qızdırmır. Dünyanın həndəsi quruluşu səbəbiylə bəzi bölgələr istiliyi daha yaxşı bir bucaqla götürər və digər yerlərdən çox istilənər. Havanın bir hissəsinin istiliyi daha da artar, istiləndikcə sıxlığı azalar, yüngülləşər və yuxarı çıxar. İstilənən havanın tərk edib boşaltdığı yerə daha sıx və soyuq olan hava çökər. Bu hava axını küləyi meydana gətirər.
Dalğa paketi
Dalğa paketi — hər bir zamananında fəzanın məhdud oblastını tutan yayılan dalğa sahəsi. == Təsviri == İstənilən təbiətli dalğalarda (akustik, elektromaqnit və b.) baş verə bilər. Dalğa paketi, tezlikləri (f) və dalğa vektorları (k) bir-birinə yaxın olan (Δf, Δk qiymətlərinin kiçik intervallarında yerləşən) müstəvi monoxromatik dalğaların superpozisiyasıdır (cəmidir). f və k arasındakı əlaqə xəttidirsə, yəni f = υk, burada υ dalğaların yayılma sürətidir, onda Dalğa paketi öz formasını dəyişmədən υ sürəti ilə yayılır və zaman keçdikcə “yayğınlaşır”. == Xüsusiyyətləri == Kvant mexanikasında müəyyən impulslu zərrəciyin halına müstəvi monoxromatik de Broyl dalğası – bütün fəzanı tutan müəyyən tezlikli dalğa uyğundur. Bu onu göstərir ki, həmin zərrəciyin koordinatı məlum deyil. Zərrəcik fəzanın məhdud oblastında olduqda isə, onun impulsunun mümkün qiymətləri bir qədər səpələnmiş olur. Belə zərrəciyin halı impulsun mümkün qiymətlərinin intervalına uyğun tezliklərə malik monoxromatik dalğaların cəmi ilə təsvir edilir. Təxminən eyni yayılma istiqaməti olan və tezlikləri qismən fərqlənən belə dalğaların superpozisiyası Dalğa paketi yaradır: yekun dalğanın amplitudu fəzanın yalnız müəyyən məhdud oblastında sıfırdan fərqli olacaq. Bu oblastda zərrəciyi müşahidə etmək ehtimalı böyük, onun xaricində isə praktiki olaraq sıfra bərabərdir.
Dalğa uzunluğu
Dalğa uzunluğu (yun. λάμδα, işarəsi: λ) – dalğanın bir period müddətində yayıldığı məsafəyə deyilir, ölçü vahidi metrdir. Eninə dalğalar üçün dalğa uzunluğu dalğanın eyni fazalı istənilən iki nöqtələri arasındakı məsafədir.Dalğanın yayılma sürəti aşağıdakı düsturla hesablanır: v = λ T = λ ν {\displaystyle v={\lambda \over T}=\lambda \nu } Bircins mühitdə v = c o n s t {\displaystyle v=const} olduğu üçün dalğa uzunluğu periodla düz, tezliklə tərs mütənasib olur. "De Broylun Dalğaları" dalğanın müvafiq uzunluğuna uyğun gəlir.
Tropik dalğa
Tropik dalğalar, şərq dalğaları və ya Atlantik bölgəsində Afrika şərq dalğaları kimi tanınan tropik şərq dalğaları atmosfer çöküntüsüdür - şimaldan cənuba yönəldilmiş nisbətən aşağı hava təzyiqinin uzanmış bir növüdür və tropiklərin şərqdən qərbinə bulud və göy gurultulu leysan hərəkət edir. Qərbdə hərəkət edən dalğalar subtropik və tropiklərdə frontal bölgələrin quyruq ucundan meydana gələ bilər və şərq dalğaları kimi istinad edilə bilər, lakin bu dalğalar yanlış tropik dalğalar adlanır; onlar tamamilə tropik dalğalar ilə bir çox xüsusiyyətləri bölüşür, lakin müxtəlif bir formasıdır. Bütün tropik dalğalar subtropik yamacın ekvatorial tərəfi boyunca və ya intertropik yaxınlaşma zonasının şimal və cənubunda yerləşən yüksək təzyiqli kəmər boyunca şərq axınında yaranır. Tropik dalğalar, adətən, ekvatorun yaxınlığında tropik və subtropiklər boyunca şərq küləkləri ilə qərbi istiqamətdə aparılır. Sakit okeanın şimal-şərq və Atlantik okeanın şimal hissələrində tropik siklonun meydana gəlməsinə səbəb ola bilər. Tropik dalğaların öyrənilməsi meteoroloji məlumatların bir xətti olan Hovmöller diaqramına əsaslanır. == Xüsusiyyətlər == Tropik dalğa şimal-şərqdən axan çox quru havadır. Çayın xəttindən keçdikdən sonra külək cənub-şərqə dönür, rütubət kəskinləşir və atmosfer sabitləşir. Bəzən şiddətli yağış və göy gurultulu leysan yağışlar yağır. Dalğa qərbə doğru hərəkət edərkən dəhşətli dərəcədə azalır.
Yeni Dalğa
Yeni Dalğa (rus. Новая волна, latış. Jaunais Vilnis‎) — 2002-ci ildə rus bəstəkarı İqor Krutoy və Latviyalı pianoçu və bəstəkar Raymonds Pauls tərəfindən yaradılan daha sonra isə rus superstarı Alla Puqaçova tərəfindən inkişaf etdirilən populyar musiqinin gənc ifaçıları üçün nəzərdə tutulmuş beynəlxalq bir yarışmadır.Müsabiqə ümumilikdə altı gün davam edir: 3 müsabiqə günü, 2 xüsusi tədbir günü və sonunda yarışmanın nəticələrinin açıqlandığı gün konsertlə bitir. == Keçirildiyi yer == İlk 14 il ərzində Yeni Dalğa Latviyanın sahil şəhəri olan Yurmalada keçirildi lakin 2015-ci ildə Soçiyə(Rusiya Federasiyası) köçürüldü (digər potensial yerlərə Bakı, Kalininqrad, Kazan və Krım daxil idi). Təşkilatçı İqor Krutoyun dediyinə görə, köçürülmənin əsas səbəbi Rusiyanın müğənniləri Valeriya, İosif Kobzon və Oleq Qazmanovun Xarici İşlər Naziri Edqars Rinkeviçs tərəfindən Krımın ilhaq edilməsinə səsləndirdikləri dəstəkdən ötəri Latviyaya girişinə icazə verilməməsi idi. == İştirakçılar == Yarışmanın məqsədi Avropanın hər yerindən, keçmiş SSRİ-dən və ABŞ-dən yeni ulduzları populyarlaşdırmaq məqsədi daşısa da, bir çox indiki və keçmiş super ulduzlar burada iştirak edir. Yeni Dalğada ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Jamala (Ukrayna), DoReDos (Moldova) və Demy (Yunanıstan) iştirak ediblər.
Dalğa (veriliş, 1987)
"Dalğa" — 1987-ci ildən 1991-ci ilə qədər Azərbaycanın AzTV kanalında yayımlanan tok-şou. Verilişin aparıcıları müxtəlif illərdə İlqar Əlfioğlu, Osman Mirzəyev, Nadejda İsmayılova, Yusif Bağırov, Çingiz Kərimov, Nüsrət Kəsəmənli, Məti Osmanoğlu və İlqar Qasımov olub. == Tarixi == Verilişin təqdimat proqramı 1987-ci il dekabrın 28-də olub. Proqram 1991-ci ilin noyabr ayında, AzTV-nin sədri Məmməd Muradın əmri ilə bağlanıb.
Doqquzuncu dalğa adası
Devyatı Val adası (azərb. Doqquzuncu dalğa‎) — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur. Şikotan adasının cənubunda Ayvazovski buxtasında qərarlaşır. Şikotan adasından 100 metrlik boğaz ayırır. Ayvazovski butasında, adadan cənub-qərbdə Ayvazovski adası yerləşir.
Kanaqavada böyük dalğa
Kanaqavada böyük dalğa (yap. 神奈川沖浪裏), Böyük dalğa və ya sadəcə Dalğa — yapon ukiyo-e rəssamı olam Katsuşika Hokusayın taxta blokunda qravür. O, gec Edo dövründə 1830-1833 illərin arasında Hokusayın Fucinin otuz altı görüntüsü (富嶽三十六景, Fugaku sanjūrokkei) seriyasının ilk qravüru nəşr olundu. Bu Yaponiya incəsənətinin ən tanınmış əsəri kimi sayılır. O, Fuci dağının fonunda Kanaqavanın sahilindəki böyük dalğanın içində gəmiləri təsvir edir. Bəzilərin fikirinə görə, o sunamini təsvir edir, lakin adına əsasən bu sadəcə böyük bir dalğadır. == Təsiri == Apple-ın OS X və iOS sistemlərində Böyük dalğanın kiçik versiyası su dalğası emocisi kimi istifadə edilir.
Milli Dalğa mükafatı
Milli Dalğa — ATV və 106.3 FM tərəfindən 2012-ci ildə təsis olunan və 106.3 FM tərəfindən təqdim edilən musiqi mükafatı. == Haqqında == Mükafat mütəmadi olaraq, hər il musiqi sahəsindəki sənətçilərin nailiyyətlərini dəyərləndirmək üçün təqdim edilir. Mükafatı ilk olaraq, 2012-ci ildə Röya Ayxanın "Gizli Sevgi" mahnısı qazanmışdır. Daha sonra mükafatı 2013-cü ildə Zülfiyyə Xanbabayeva və Miri Yusifin "İki Doğma İnsan (Dostum)" mahnısı, 2014-cü ildə Namiq Qaraçuxurlu və "Natiq" ritm qrupunun birlikdə təqdim etdikləri "Vətən" mahnısı, 2015-ci ildə Brilliant Dadaşova nın öz bəstəsi olan "Bu dünya belədir" mahnısı qazanmışdır. Mükafat adətən Azərbaycan sənətçilərinə verilir. Amma 2016-cı ildə türkiyəli müğənni və bəstəkar Ayla Çəliyin "Bağdad" mahnısı bu mükafatı qazanmışdır. Mükafat 2017 və 2018-ci illərdə Bakıda hər il ənənəvi olaraq, keçirilən "Soyuq əllər — isti ürəklər" yarmarkasında təqdim olunmuşdur. 2017-ci ildə mükafatı Aygün Kazımovanın "S.U.S", 2018-ci ildə Eyyub Yaqubovun "Əzizim" mahnısı qazanmışdır. 2019-cu ildə mükafatı Eurovision 2008 mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Samir Cavadzadənin "Sev məni" mahnısı qazanmışdır. 2020-ci ildə mükafatı bəstəkar Faiq Sücəddinovun "Qarabağ bizimdir" kompozisiyası qazanmışdır.
Pilot-dalğa nəzəriyyəsi
Pilot-dalğa nəzəriyyəsi — Kvant mexanikasının fərqli bir təfsiri; bu nəzəriyyəyə görə, parçacıqlar müşahidə edilsə də müşahidə edilməsədə dalğa funksiyası tərəfindən istiqamətləndirilən bəlli pozisiyalara sahibdir. Kvant fizikasındakı ölçmə problemini həll etmək üçün ilk dəfə Fransız fizik prins Louis de Broglie tərəfindən ortaya atılan bu nəzəriyyə daha sonra İngilis-Amerikan fizik David Bohm tərəfindən ölçmələri ehtiva edəcək şəkildə genişləndirildi. De Broglie-Bohm nəzəriyyəsi olaraqda anılan, gizli dəyişən nəzəriyyəsinin bilinən ilk örnəyi olan bu nəzəriyyəyə görə, pilot dalğası, cazibə kimi sahəsi içindəki bütün parçacıqları təsir edən adi güc sahələrinin əksinə, sadəcə bir parçacığa təsir edər. Hər parçacığın, kainatdakı bütün digər parçacıqların mövqeyini qavrayan sadəcə özünə aid xüsusi bir pilot dalğası var. Pilot dalğası xüsusi parçacığını güc tətbiq edərək yox, bir radar şüalanması kimi məlumat təmin edərək istiqamətləndirir. Bu nəzəriyyə, yalnız bir fəza-zaman içində yer alır, lokal deyil, realistik və deterministikdir. Eyni anda bir parçacığın mövqe və sürətinin təsbiti hər vaxtkı müəyyənsizlik prinsipi çərçivələnməsinə tabedir. Şredinger dalğa tənliyinə görə gəlişən dalğa funksiyası əsla çökməz. Qeyri lokallığa uyan bir gizli dəyişənlər nəzəriyyəsi olan bu nəzəriyyə, Bell bərabərsizliyini təmin edər. Parçacıqların hər vaxt dəqiq pozisiyaları olduğundan ölçmə problemini həll etmişdir.
Yeni dalğa (musiqi)
Yeni dalğa (ing. New Wave) — 1970-ci illərdə yaranan musiqi janrıdır. Musiqi sahəsində bir çox inkişafı təyin etməkdə istifadə edilsə də, ən geniş şəkildə 1970-ci illərin sonlarında və 1980-ci illərin əvvəllərində Qərbin məşhur musiqisi janrı Rokdan ortaya çıxan musiqi axınının adıdır. Bu musiqi növü 1980-ci illər boyunca məşhurluğunu davam etdirmiş və 2000-ci illərin ilk illərində bu məşhurluğu az əldə etmişdir. Amma 2004-cü ildən başlayaraq daha da məşhurlaşmış və digər musiqi janrlarına təsir göstərmişdir. Başlanğıcda Pank-Rokdan ilhamlanan Yeni dalğa janrı Fank, Disko, Reqqe və Ska növlərinin də bir qarışığıdır. == İstinadlar == == Xarici keçidlər == About.com Profile of the New Wave Genre Encyclopædia Britannica Definition St.
Korpuskulyar dalğa dualizmi
Korpuskulyar-dalğa dualizmi — mikroskopik maddi obyektlərin müəyyən şərtlər altında klassik dalğaların xüsusiyyətlərini, digər şərtlərdə isə klassik hissəciklərin xüsusiyyətlərini nümayiş etdirə bilməsindən ibarət təbiət xassəsidir.İkili korpuskulyar dalğa davranışı nümayiş etdirən obyektlərin tipik nümunələri elektronlar və işıqdır; bu prinsip daha böyük obyektlər üçün də keçərlidir, lakin, bir qayda olaraq, obyekt nə qədər böyük olarsa, onun dalğa xassələri bir o qədər də az özünü göstərir (burada bir çox hissəciklərin, məsələn, mayenin səthindəki dalğaların kollektiv dalğa davranışından söhbət getmir). Dalğa-hissəcik dualizmi ideyası mikrokosmosda müşahidə olunan hadisələri klassik anlayışlar baxımından şərh etmək üçün kvant mexanikasının inkişafında istifadə edilmişdir. Reallıqda kvant obyektləri nə klassik dalğalar, nə də klassik hissəciklərdir, yalnız onların üzərində aparılan təcrübələrin şərtlərindən asılı olaraq birincinin və ya sonuncunun xüsusiyyətlərini nümayiş etdirirlər. Korpuskulyar-dalğa dualizmi klassik fizika çərçivəsində izaholunmazdır və yalnız kvant mexanikasında şərh edilə bilər.Kvant sahəsi nəzəriyyəsində kvantlaşdırılmış sahələr konsepsiyası dalğa-hissəcik ikiliyi haqqında fikirlərin sonrakı inkişafı olmuşdur.
"Dalğa" Elmi-İstehsalat Müəssisəsi
Dalğa Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == "Dalğa" Elmi-İstehsalat Müəssisəsinin (EİM) təməli 1936-cı ildə qoyulmuşdur. 1939-cu ildə "Dalğa" EİM-in ərazisində SSRİ Gəmiqayırma Nazirliyinin Qorki şəhərində (indiki Nijni Novqorod) yerləşən "Krasnoye Sormovo" zavodunun yığma-sazlama sahəsi yaradılmışdır. 1956-cı ildə həmin sahə əsasında Elmi-Tədqiqat İnstitutu, 1966-cı ildə Bakı Elektromexanika İnstitutu, 1979-cu ildə "NORD" Elmi-Tədqiqat İnstitutu və həmin institutun bazasında 1982-ci ildə "NORD" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1993-cü ildən "NORD" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur. 2006-cı ilin sentyabr ayından "Naviqasiya Sistemləri" Elmi-İstehsalat Birliyi, daha sonra "Dalğa" EİM adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. "Dalğa" EİM-də yaradılmış gəmi naviqasiya sistemləri sualtı obyektlərin layihələndirilməsi üçün "Malaxit" MKB, "Rubin" MKB, suüstu gəmilərin layihələndirilməsi üçün "Severnoye" MKB və digər layihə institutları və konstruktor bürolarının layihələrində geniş istifadə edilmişdir. "Dalğa" EİM-də layihələndirilərək istehsal edilmiş gəmi naviqasiya sistemləri "More", "Admiralteyskiye verfi", "Sevmaş", "Yantar", "Zvezda", "Zvyozdoçka", "Nikolayev" gəmiqayırma zavodlarında və Kaspiyski dəqiq mexanika zavodunda istifadə edilmişdir. "Dalğa" EİM-də yaradılmış naviqasiya sistemləri bütün növ gəmilərdə dünya okeanlarında öz etibarlılığını sübut etmişdir.
Dalğa Beach-Aqua Park
"Dalğa Beach-Aqua Park" — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən ailəvi istirahət mərkəzi. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. “Dalğa Beach-Aqua Park” xidmətin müxtəlifliyi və quruluşunun cazibədarlığı ilə fərqlənir.“Dalğa Beach-Aqua Park”ın ümumi sahəsi 68 min kvadratmetrdir. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, orijinal üslubda inşa olunub. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz yaradılıb. Bu hovuzlarda qonaqlar süni dalğalar vasitəsilə sörfinqlə məşğul ola bilərlər.Hovuzlarda 7 su attraksionu quraşdırılıb. Burada balacaların mənalı istirahəti üçün 700 kvadratmetr sahəsi olan hovuz və digər əyləncə qurğuları yaradılıb. İstirahət edənlərə xidmətin ən müasir səviyyədə təşkili üçün kompleksdə çoxlu sayda restoran və xidmət obyektləri inşa edilib. “Dalğa Beach-Aqua Park”ın Disco Klubunda dünyanın məşhur şirkətlərinin səs və işıq effektləri avadanlığı quraşdırılıb. Bu isə Disco Klubda müxtəlif səpkili əyləncəli şou və proqramları təşkil etməyə imkan verir.Qonaqların istirahətinin mənalı təşkili üçün ərazidə hər şey yüksək zövqlə tərtib olunub.
Dalğa Elmi-İstehsalat Müəssisəsi
Dalğa Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == "Dalğa" Elmi-İstehsalat Müəssisəsinin (EİM) təməli 1936-cı ildə qoyulmuşdur. 1939-cu ildə "Dalğa" EİM-in ərazisində SSRİ Gəmiqayırma Nazirliyinin Qorki şəhərində (indiki Nijni Novqorod) yerləşən "Krasnoye Sormovo" zavodunun yığma-sazlama sahəsi yaradılmışdır. 1956-cı ildə həmin sahə əsasında Elmi-Tədqiqat İnstitutu, 1966-cı ildə Bakı Elektromexanika İnstitutu, 1979-cu ildə "NORD" Elmi-Tədqiqat İnstitutu və həmin institutun bazasında 1982-ci ildə "NORD" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1993-cü ildən "NORD" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur. 2006-cı ilin sentyabr ayından "Naviqasiya Sistemləri" Elmi-İstehsalat Birliyi, daha sonra "Dalğa" EİM adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. "Dalğa" EİM-də yaradılmış gəmi naviqasiya sistemləri sualtı obyektlərin layihələndirilməsi üçün "Malaxit" MKB, "Rubin" MKB, suüstu gəmilərin layihələndirilməsi üçün "Severnoye" MKB və digər layihə institutları və konstruktor bürolarının layihələrində geniş istifadə edilmişdir. "Dalğa" EİM-də layihələndirilərək istehsal edilmiş gəmi naviqasiya sistemləri "More", "Admiralteyskiye verfi", "Sevmaş", "Yantar", "Zvezda", "Zvyozdoçka", "Nikolayev" gəmiqayırma zavodlarında və Kaspiyski dəqiq mexanika zavodunda istifadə edilmişdir. "Dalğa" EİM-də yaradılmış naviqasiya sistemləri bütün növ gəmilərdə dünya okeanlarında öz etibarlılığını sübut etmişdir.
Dalğa uzunluğuna bölünən multipleksasiya
Dalğa uzunluğuna bölünən multipleksasiya (ing. wavelength-division multiplexing; WDM) — lazer işığının müxtəlif dalğa uzunluqlarından (yəni rənglərdən) istifadə etməklə optik daşıyıcı siqnalları bir optik lifə multipleksləşdirən texnologiya. Bu texnika dalğa uzunluğuna bölünən dupleksləmə adlanan tək bir fiber üzərində iki istiqamətli kommunikasiyaya, həmçinin tutumun çoxalmasına imkan verir.Bu termin adətən dalğa uzunluğu ilə təsvir edilən optik daşıyıcıya tətbiq edilir, lakin tezlik bölgüsü multipleksasiyası tezliklə daha tez-tez təsvir edilən radio daşıyıcısına aiddir. Bu şərtidir, çünki dalğa uzunluğu və tezlik eyni məlumatı ötürür. Xüsusilə dalğa uzunluğuna vurulan tezlik daşıyıcı dalğanın sürətinə bərabərdir. Vakuumda bu işığın sürətidir və "c" hərfi ilə göstərilir. Şüşə fiberdə əhəmiyyətli dərəcədə, təxminən 0,7 c yavaşdır. Praktik sistemlərdə məlumat sürəti daşıyıcı tezliyinin bir hissəsidir. == Həmçinin bax == Optik nəqliyyat şəbəkəsi Fotodiod Spektrometr Vaxt bölgüsü multipleksasiyası == İstinadlar == === Əlavə ədəbiyyat === Siva Ram Murthy C.; Guruswamy M., "WDM Optical Networks, Concepts, Design, and Algorithms", Prentice Hall India, ISBN 81-203-2129-4. Tomlinson, W. J.; Lin, C., "Optical wavelength-division multiplexer for the 1–1.4-micron spectral region", Electronics Letters, vol.
Damğa
Damğalar və ya Tamğalar — türk və monqol tarixi baxımından son dərəcə önəmli bəlgələrdir. == Tarixi == Damgalar hələ türklərdə yazının olmadığı zamanlarda meydana gəlib. O gündən bu günə qədər türk qrupları tərəfındən bir simvol olaraq işlədilib.Ayrıca bu damgaların bəziləri türklərin ilk əlifbası olan Runik əlifbanın bəzi hərflərini meydana gətirib. Türk adının yazılı olduğu günümüzdəki ən qədim bəlgə olan orxon abidələri də Runik əlifbayla yazılıb. Qədim türklərin xalı, kilim, məzar daşı kimi əsərlərdə vurduqları damgalar, bəzən hərf, bəzən simvol, bəzən ornament, bəzən də bir sirr olaraq bizə gəlib çatıb. Damğa qədim türk dilində "tamka", qumuq dilində "tamğa", tatarca "tamqa" Azərbaycan türkcəsində "damğa" , monqolca "tamaqa", rus dilində isə "tamqa" şəklində keçir.Elmə məlum olan ən qədim damğaların təqribən 5000 il yaşı vardır. Qədim ornamentlərin ilk nümunələrinə Poleolit dövrünə aid qayaüstü təsvirlərdə, arxeoloji tədqiqatlar zamanı aşkar olunan saxsı qab, daş və sümük bəzək əşyaları və s. üzərində rast gəlinir. Neolit dövrünün mədəniyyətlərində onlar yeni formalar, fərqli işlənmə texnikası və tətbiq sahələri ilə təkmilləşmiş, rəmzi mahiyyətini, ibtidai dini inanclarla bağlılıqlarını daha da möhkəmləndirmişlər.Türk xalqlarında damğa işarələrinin təyinatı və funksiyaları kifayət qədər geniş olmuşdur. Onlara xalq, tayfa və ya nəsillərin dövlətçilik ənənələri, həyat tərzi, təsərrüfat fəaliyyəti, hərb sənəti, inancları ilə bağlı müxtəlif yerlərdə rast gəlmək mümkündür.
Daloa
Daloa Kot-d'İvuar Respublikasının paytaxtı Yamusukronun qərbində yerləşir. Kot-d'İvuar Respublikasının ən böyük 3-cü şəhəridir. Daloa özəlliklə kakao ticarəti üçün önəmli mərkəzdir. == Haqqında == Daloa Kot-d'İvuarın qərbində yerləşən bir şəhərdir. Həm Sassandra-Marahoué bölgəsinin həm də Haut-Sassandra bölgəsinin mərkəzidir. Eyni zamanda Daloa departmanının mərkəzi və bir alt vilayətidir. Daloa eyni zamanda bir kommunadır. 2014-cü il əhalinin siyahıya alınmasına görə 245.360 əhalisi ilə ölkənin 3-cü böyük şəhəridir. Şəhərə Daloa hava limanı xidmət edir və Cathédrale du Christ-Roi'dəki katedralla Roma Katolik yepiskopluğuna ev sahibliyi edir. == Tarixi == Şəhər 2002-dən 2004-ə qədər davam edən Kot-d'İvuar vətəndaş müharibəsində dəfələrlə əl dəyişdirib.16 oktyabr 2002-ci ildə hökumət qüvvələrinin şəhəri ələ keçirməsindən sonra şimaldan 50 sivilin hökumət qüvvələri tərəfindən öldürüldüyü iddia edildi.Beynəlxalq Amnistisya Təşkilatı bu hadisəni bir qətliam olaraq adlandırdı və hərbi üniformalı şəxslərin Kot-d'İvuar Yurtsevər hərəkatını dəstəklədiyindən şüphələnilən insanları öldürdüyünü bəyan etti.Qurbanların müsəlman adlarına dayandırıldığı və ya Mali,Burkina-Faso və Qvineya mənşəli olduğu iddia edildi.
Dalya Qribauskayte
Dalya Qribauskayte(Dalia Grybauskaitė) - Siyasətçi və iyul 2009-cu ildən 2019-cu ilədək Litva Respublikasının 9-cu Prezidenti olmuşdur. Litva Respublikasının ilk qadın prezidenti olan Qribauskayte, daha əvvəl xarici işlər nazirinin müavini, maliyyə nazirliyi və maliyyə proqramlaşdırma və Avropa Birliyi komissiyasının üzvü vəzifələrində çalışıb. == Həyatı == Dalya Qribauskayte 1 mart, 1956-cı ildə Litva Respublikasının Vilnüs şəhərində anadan olmuşdur. Leninqrad Dövlət Universitetinin ekonomika fakültəsində oxuyub. Universiteti 1983-cü ildə bitirən Qribauskayte elə o il də Vilnüsə qayıdıb. Qayıtcağın da o, Litva Elmlər Akademiyasında çox ilginc bir işə düzəlib. Bununla yanaşı, o, 1983-1990-cı illərdə Vilnüs Ali Partiya Məktəbində müəllim işləyib. Qribauskayte 1988-ci ildə Moskvada Sov.Kommunist Partiyası MK yanındakı İctimai Elmlər Akademiyasında namizədlik dissertasiyasına yiyələnib. 1990-1091-ci illərdə Vilnüs Ekonomika İnstitutunda elmi katib işləyib. 1991-1993-cü illərdə Litva Respublikasının Beynəlxalq İqtisadi Əlaqələr Nazirliyi Avropa Departamentinin müdiri işləmişdir.
Dalya kərtənkələsi
Dalya kərtənkələsi (lat. Darevskia dahli) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Xariçi görünüşü == Partenoqen olan və uzunluğu 64 mm olan, quyruğu isə iki dəfə uzun olan kərtənkələdir. Boğaz naahiyyəsində 23–30 pulcuq olur. Pulcuqları hamardır. Bədəninin mərkəz hissəsində isə 47–54 pulcuq olur. Yuxarı nahiyəsi qəhvəyinin müxtəlif çalarlarında olur. Boğazın aşağı hissəsi ağımtıl olur. == Yayılması == Onlar geniş arealda daha çox Gürcüstan və Ermənistan ərazilərində yayılmışlar. Gürcüstanın cənubunda Kür çayı hövzəsində, Ermənistanda isə ölkənin şimalında yayılıb.
Damğa (roman)
Damğa — Rəşad Nuri Güntəkinin ilk dəfə 1924-cü ildə nəşr olunmuş romanı. == Məzmun == Digər romanlardakı kimi bu əsərin də dili və anlatımı olduqca aydın və canlıdır. Əsər ilk sətirlərdən sonuncu cümləsinədək oxucusunu gərginlikdə saxlayır. Hadisələr, süjet xətti sanki muncuq kimi ardı-ardına düzülür... Romanı acı bir eşq macərası da adlandırmaq olardı, lakin yazıçı əsərini cəmiyyətdə çox tez-tez rast gəli­nən bir problemə – insana təsadüf və ya qeyri-təsadüf hadisə­dən sonra cəmiyyətin vurduğu «damğa»ya həsr edib... Əsərdə paşa oğlu İffət adlı gənc elə uşaqlıqdan olmazın çətinliklər, həbs, həbsdənsonrakı aclıq, səfalət, «damğa»lı və təhqir dolu həyat yaşayır. Amma, hətta ən yaxın adamlarının belə ona etibar etməməsi onu dürüst olmaqdan çəkindirə bilmir... Roman isə heç kimin gözləmədiyi sonluqla bitir... == Nəşr və tərcümə == Əsər Əsgər Ağayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib Bakıda 1989-cu ildə Dodaqdan qəlbə romanı ilə birlikdə Azərnəşrdə 375 səhifədə, Bakı Kitab Klubu tərəfindən 2014-cü ildə 168 səhifədə və 100 tirajla çap edilmişdir. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Bakı Kitab Klubu.
Dalaq
Dalaq (lat. Lien, yun. Splen) qanyaradıcı üzvlərin ən böyüyüdür; uzunluğu 10–12 sm, eni sm, qalınlığı 4 sm, çəkisi 150–200 q-dır. Zahiri şəkli qəhvə toxumuna bənzəyir, özü yumşaq və rəngi tünd qırmızıdır. Dalağın əhəmiyyəti olduqca çoxdur, burada limfositlər törəyir və qırmızı qan cisimcikləri pozulur. Bundan başqa dalaq artıq dərəcədə şişərək qanın təzyiqini azaldır və onu nizama salır. İti sürətlə axan çay gölə töküldükdə öz sürətini azaltdığı kimi, dalaqda qan 8–10 mikron diametrli arterial kapillyarlardan 80–150 mikron diametrli venoz kapillyarlara keçdikdə yavaş axır; nəticədə ağ qan çisimciklərinin fəaliyyəti artır və onlar faqositoz vəzifəsini ifa edirlər. == Dalağın inkişafı və anomaliyaları == Dalaq mezenximdən inkişaf edir; bunun mayası mədənin arxa müsariqəsinin (lat. mesogastrium dorsale) səfhələrin arasında orta xəttə yerləşir. Sonradan mədənin hərlənməsilə əlaqədar olaraq yerini sol qabırğaaltı nahiyəyə dəyişir və intraperitoneal vəziyyətdə qalır.
Daqqa
Daqqa— çəki ölçü vahidi. == Ümumi məlumat == Daqqa silindrə oxşayan təkqulplu dəmir qabdır. Məişətdə ondan başlıca olaraq dən ölçmək üçün istifadə edilmişdir. Ağzının kənarı və dibi çöldən ensiz dəmir köbə ilə haşiyələnmişdir. Ağzının diametri təxminən 22 sm, dərinliyi 21 sm olur. Daqqa 10 girvənkə (4 kq) arpa, 15 girvənkə (6 kq) buğda tutur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh.
Daşqa
Daşqa – qədim nəqliyyat vasitəsidir. == Ümumi məlumat == Daşqa (daşka) - iki təkərli, dayaq təkərləri olmayan eşşək arabası - nəqliyyаt və dаşımа vаsitəsi kimi xüsusi ilə kəndlilərin gündəlik həyatında və kənd təsərrüfatı işlərinin görülməsində əvəzsiz rоl оynamışdır.
Valqa
Valqa (est. Valga, alm. Walk‎, 1920-ci ilə gədər Valk -rus. Валк, keçmiş adı rus. Vleh) — Estoniyanın cənubundakı Vаlqаmаа bölgəsinin inzibati mərkəzi. Pedeli çayının sahilində yerləşir. Şəhərin sahəsi 16,5 km² təşkil edir. Tartuya qədər məsafə 89 km, Pyarnuya gədər 144 km, Tallinə gədər 245 km, 175 km Riqaya və Pskova 170 km-ə bərabərdir. Valqa dəmir və avtomobil yollarının kəsişməsində yerləşir. Estoniyanın və Latviyanın Şengen birliyinə daxil olması ilə Valqa və Valka şəhərləri arasında ümumi ictimai avtobus nəqliyyatının işə düşdüyü elan olunmuşdur.
Alqa
Alqa (qaz. Алға — irəli) — şəhər, Qazaxıstanın Aqtöbe vilayətinin Alqa rayonunun inzibati mərkəzi. == Tarixi == 1930-cu ildə S.M. Kirov adına Aqtöbe kimya zavodunun inşası zamanı ortaya çıxdı (Aqtöbe fosforit hövzəsindəki filiz əsasında fosfor gübrələri, mikroelement gübrələri və s. istehsalı). 10 fevral 1934-cü ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti “2. Kazak Muxtar Sovet Sosialist Respublikasının aşağıdakı yaşayış məntəqələrini, onlara yeni adların verilməsi ilə, fəhlə qəsəbələrinə çevirmək: a) Aktubey vilayətinin Klyuçevoy rayonunda, Aktyubximstroyun inşaat sahəsində yeni yaranmış yaşayış məntəqəsi - işlək əraziyə. Alqa qəsəbəsi ”. Alqa kəndi 1961-ci ildə bir şəhərə çevrildi. == Coğrafiyası == Son beş ildə şəhərin rifahının inkişafı və yaxşılaşdırılması nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır. 2016-2018-ci illərdə bir neçə çoxmərtəbəli bina tikilib istifadəyə verilmişdir.