TUTUŞMAK
TUZ
OBASTAN VİKİ
Toju tuvalıları
Toju tuvalıları və ya Toju tuvalar (tuvaca: Тугалар Tugalar ya da Тухалар Tuhalar) – Rusiya Federasiyasının Tuva Respublikasının şimal-şərq bölgəsindəki Toju kojuununda yaşayan türk xalqlarından tuvalıların bir boyu. == Əhali == Tuvada ortalama 4000-dən çox saya sahibdirlər: Kunqurtuq beldesi – 1785 nəfər Adırkejik kəndi – 1096 nəfər İy beldesi – 1077 nəfər Sıstıq-Hem beldesi – 155 nəfər Çazılar beldesi – 119 nəfər == Tarix == Hal-hazırda Toju tuvalılarının yaşadığı Tovu kojuununda qədimdə Samoyed xalqları ilə Yenisey dillərini danışan xalqlar yaşayırdı və bunları bir qismi Tuva adı altında türkləşmişdir. == Dil == Toju tyvalılarının dili Sayan dil qrupunun Tayqa alt qrupuna aid Tuva dilinin şərq ləhcələri qrupuna aiddir. Onların dilləri İrkutsk oblastındakı tofalar ilə Monqolustandakı duxalar və Buryatiyadakı soyotların dillərinə yaxındır. == Ədəbiyyat == Toju tuvalıları ədəbiyyatının şifahi nümunələri arasında dastanlar, nağıllar, mahnılar, atalar sözləri və məsəllər vardır. Şerləri dəyişik növlərdədir. Tuva musiqisi epikdir. == İqtisadiyyat == Tovu tuvalıları digər qərb və mərkəzi tuvalıların əksinə tayqada yaşayırlar və burada şimal maralı təsərrüfatı ilə məşğul olurlar. Bununla yanaşı, ovçuluq, balıqçılıq və yabani bitki toplayıcılığı da edirlər. Toju tuvalılarının qadınları sarana adı verilən Türk zambağı soğanlarını da toplayırlar və bu toplama ailə başına 100 kq və ya da daha çox olur.
Tuvalar
Tuvalar/Tıvalar və ya Tuvalılar/Tıvalılar (tıvaca: Тывалар, Tıvalar) — Cənubi Sibirdə yaşayan türk xalqlarından biri. Tuvalılar türk xalqlarının uyğur qrupuna daxildirlər. Tubalar, tocinlər və urianxaylar tuvaların etnik qruplarıdır. Əsasən Rusiya Federasiyasının bir hissəsi olan Tıva Respublikasında, qismən Monqolustanın şimal-qərb oymaqlarında (Rusiya və Tıvayla olan sərhəd bölgələrində), və az sayda Çinin Şincan Uyğur Muxtar Rayonunun şimal qismində yaşayırlar.
Tuvalu
Tuvalu — Sakit okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsi. Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir. Tuvalu ada dövləti olduğundan heç bir dövlət ilə quru sərhəddinə malik deyil, ancaq ölkənin yaxınlığında Kiribati, Fici və Samoa adaları yerləşir. Tuvalu dünyada Vatikan, Monako və Naurudan sonra dünyanın ən kiçik ölkəsidir. Ölkənin cəmi 25,9 kv km ərazisi vardır. Vatikandan sonra isə ən az əhalisi olan ikinci müstəqil dövlətdir. Eyni zamanda Tuvalu BMT-nin üzvüləri arasında ən az əhaliyə malikdir. 1978-ci ilin 1 yanvar tarixində Böyük Britaniyadan öz müstəqilliyi qazandıqdan sonra Tuvalu əsasən turizm sahəsini inkişaf etdirməyə başlamışdır. Qlobal istiləşmə son illər ölkənin su altında qalma ehtimalını artırmışdır. Paytaxt Funafuti dəniz səviyyəsindən cəmi 5 metr yüksəkdə yerləşməsi vəziyyəti daha da gərginləşdirmişdir.
Tuvalu 2012 Yay Olimpiya Oyunlarında
Tuvalu — 2012-cı ildə Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında. 27 iyul və 12 avqust tarixləri arasında Böyük Britaniyanın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında Tuvalu yığması, üç yüngül atlet ilə təmsil olundu. Onlardan ikisi, 100 metr məsafəyə qaçış yarışlarında çıxış etmiş Tavevele Noa, qapanış mərasimində Tuvalu yığmasının bayraqdarı olan Asenate Manoa və ağırlıqqaldıran Tuau Lapua Lapua idi. Qəbul edilən standartlara cavab vermədikləri üçün, hər üç atlet turnir kartı yerlərində iştirak etmişdir. Lapua açılış mərasimində Tuvalu yığmasının bayraqdarı idi. Tuvalu yığmasının qapanış mərasimindəki bayraqdarı isə, Asenate Manoa idi. Noa və Manoa qadınlar üzrə 100 metrlik qaçışda yeni bir milli rekord yaratdıqlarına baxmayaraq, turnirin ilkin mərhələlərindən keçə bilməmiş, Lapua isə kişilər üzrə yarımyüngül çəkidə (62 kiloqram) ağırlıqqaldırma yarışında 12-ci yeri tutdu. == Ümumi məlumat == 2008 Pekin Olimpiadasında debüt edən Tuvalu üçün London Olimpiadası, sayca qatıldıqı ikinci Olimpiya Oyunları oldu. Tuvalunun Olimpia Oyunlarına göndərdiyi ən çox atlet sayı 3-dür. Əvvəlki yarışda olduğu kimi bu Olimpiya Oyunlarında da, heç bir Tuvalu idmançısı, Olimpiya medalına sahib ola bilmədi.
Tuvalu 2016 Yay Olimpiya Oyunlarında
Tuvalu — 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında. 5-21 avqust tarixləri arasında Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Tuvalu yığması, bir yüngül atlet ilə təmsil olundu. Tuvalu yığmasının bayraqdarı olan Etimoni Timuani, 100 metr məsafəyə qaçış yarışlarında çıxış etdi və təsnifat mərhələsindəcə mübarizəni dayandırdı. == Ümumi məlumat == 2008 Pekin Olimpiadasında debüt edən Tuvalu üçün Rio-de-Janeyro Olimpiadası, sayca qatıldıqı üçüncü Olimpiya Oyunları oldu. Bundan əvvəl, Pekində və Londonda baş tutan yarışlarda üç idmançı ilə təmsil olunan Tuvalu, bu səfər yalnızca bir idmançı ilə təmsil olundu. Digər yarışlarda olduğu kimi bu Olimpiya Oyunlarında da, heç bir Tuvalu idmançısı, Olimpiya medalına sahib ola bilmədi. Tuvalunu təmsil edən yeganə idmançı olan 24 yaşlı sprinter Etimoni Timuani, Rio-de-Janeyro Olimpiadasının təntənəli açılış mərasimində Tuvalu bayrağını apardı. Etimoni Timuaniyə Olimpiya Oyunlarına qatılmaq hüququnu, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) wild-cardı icazə verdi. == Nəticələri == === Yüngül atletika === Q = Növbəti mərhələyə vəsiqə qazandı DNF = Kənarlaşdırıldı DNS = YarışmadıXXXI Yay Paralimpiya Oyunlarında yüngül atletika idman növü üzrə yarışlar 12-21 avqust tarixləri arasında Joao Avelanj adına Olimpiya Stadionunda baş tutdu. Tuvalunu bu idman növü üzrə, Etimoni Timuani təmsil etdi.
Tuvalu bayrağı
Tuvalu bayrağı — Tuvalunun Dövlət bayrağı
бога́тый мужико́вский набро́ды напасти́сь обма́нывание палеоантропологи́ческий присовокупи́ть приуда́ривать проставля́ть хулиганьё вмести́мость желту́шный моло́чная посо́льский светолече́бница столо́н чаеразве́сочный пастила grape-shot water bottle wiretap алгебра горбоносый корона припечатать