TUVAL
TUZAK
OBASTAN VİKİ
Tuz gölü
Tuz gölü (türk. Tuz Gölü) — Türkiyənin ikinci ən böyük gölü. Gölün duzluluğu 340 ‰-dir. Anadolunun mərkəzində, Konyadan 105 km şimal-şərqdə və Ankaradan 150 km cənub-şərqdə yerləşir. Strabon Qalatiya və Kapadokiya sərhədindəki Tatta gölündən bəhs edərkən bu gölü nəzərdə tuturmuş. İlin çox hissəsi dayazdır (1-2 m) və duz gölünün sahəsi 1500 km²-dir. Adətən uzunluğu 80 km və eni 50 km olur. Dəniz səviyyəsindən 905 m yüksəkdədir. Göl Türkiyənin mərkəzi platosundakı tektonik çuxuru doldurur. Gölə iki böyük dərə axır amma göl əsasən yeraltı mənbələrdən və yağışla qidalanır.
Achillea tuzsonii
Achillea tuzsonii (lat. Achillea tuzsonii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Cucumis melo var. tuzensis
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Orta Tuzlov çayı
Orta Tuzlov çayı (rus. Средний Тузлов) — Rusiyanın Rostov vilayəti və Ukraynanın Luqansk vilayəti ərazisindən axır. Tuzlov çayının qoludur. Çayın uzunluğu 16,5 kilometrdir. Mənbəyinin hündürlüyü 195 metr təşkil edir. Üzərində su tutarı vardır. Ən böyük qolu Vlasovka axarıdır. Çay sistemi: Orta Tuzlov çayı → Tuzlov → Aksay → Don. == Adı == Çayın ikinci hissəsi Tuzlovkəlməsi öz növbəsində türk sözü olan duz sözündən törəmişdir. Sağ Tuzov çayı Tuzlov kəlməsi işlədilən üç çaydan biridir: Sol Tuzlov çayı, Orta Tuzlov çayı və Sağ Tuzlov çayı.
Pirəhmədli (Tuzxurmatu)
Pirəhmədli — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasında kənd. Kəndin əhalisini qədim Bayat boyudan törəmiş etnik türkmanlar təşkil edir.
Sağ Tuzlov çayı
Sağ Tuzlov çayı (rus. Правый Тузлов) — Rusiyanın Rostov vilayəti və Ukraynanın Luqansk vilayəti ərazisindən axır. Tuzlov çayının qoludur. Çayın uzunluğu 21,8 kilometrdir. Mənbəyinin hündürlüyü 190 metr təşkil edir. Üzərində su tutarı vardır. Çay sistemi: Sağ Tuzlov çayı → Tuzlov → Aksay → Don. == Adı == Çayın ikinci hissəsi Tuzlovkəlməsi öz növbəsində türk sözü olan duz sözündən törəmişdir. Sağ Tuzov çayı Tuzlov kəlməsi işlədilən üç çaydan biridir: Sol Tuzlov çayı, Orta Tuzlov çayı və Sağ Tuzlov çayı. Çayların bu tip adlandırılmasının səbəbi onların müvafiq istiqamətdən Tuzlov çayına tökülürÇayın adı öz növbəsibə Kamenno-Tuzlovka kəndinin adına təsir etmişdir.
Sol Tuzlov çayı
Tuzlov (Sol Tuzlov çayı; rus. Тузлов, (Левый Тузлов)) — Rusiyanın Rostov vilayəti ərazisindən axır. Aksay çayının qoludur. Çayın uzunluğu 182 kilometrdir, hövzəsinin sahəsi 4680 km²-dir. Mənsəbi Novoçerkassk şəhəri ərafında yerləşir. == Coğrafiya == Çay Ukraynanın Dones vilayəti ərazisindən başlayır. Tuzlov çayı əsasən düzən ərazidən axır. Relyef suyun axınına və sürətinə təsir göstərir. Yatağı lillidir. Bu səbəbdən meandrlıdır.
Tuzkan gölü
Tuzkan gölü (özb. Tuzkon, Тузкон) — Özbəkistan ərazisində yerləşən azca şorsulu göl. Arnasay sisteminə daxil olan göllər arasında Aydarkuldan sonra ikinci böyük göldür. Arnasay du hövzəsinə daxil olan digər göllər kimi toplsyıcı sularla qidalanır. Bununla belə bu sistemin digər göllərindən fərqli olaraq Tuzkan gölü təbii kökə malikdir. Belə ki, nə zamansa onu hazırda yerləşdiyi ərazidə göl olmuşdur. Bununla belə hazırda mövcud olan göl antropogen məşhəllidir və insan əməyinin nəticədidir. == Təsviri == Göl Cizak vilayətinin Fərqanə tümənliyində yerləşir. Cizak şəhərindən 56 km şimal-şərqdə qərarlaşır. Qızılqum səhrasının uzaq şərq nöqtədisini təşkil edir.
Tuzkar
Tuzkar — Əfqanıstanda şəhər.
Tuzla
Tuzla (Bosniya və Herseqovina) — Bosniya və Herseqovinada şəhər. Tuzla (İstanbul) — İstanbul ilinin ilçəsi.
Tuzla (Bosniya və Herseqovina)
Tuzla (kiril Тузла) — Bosniya və Herseqovinada şəhər. Şəhər, Tuzla Kantonunun mərkəzi və Bosniya və Herseqovinanın şimal-şərqində yerləşən iqtisadi, elmi, mədəni, səhiyyə və turizm mərkəzidir. Tuzla, Sarayevo və Banya Lukadan sonra Bosniya və Herseqovinadakı ən böyük üçüncü şəhərdir. 2013 əhali siyahıyaalmasının nəticələri, bələdiyyənin 120,441 əhaliyə sahib olduğunu göstərir.Tuzlada bir təhsil mərkəzi və iki universitet yerləşir. Həmçinin, şəhər duzlu göl turizminə görə Bosniyanın ən güclü iqtisadiyyatlarından biridir. Tuzla şəhəri mərkəzi parkında duzlu göl olan Avropadakı tək şəhərdir. Şəhərin mərkəzi parkına hər il 100 mindən çox insan ziyarət edir. Şəhərin tarixi IX əsrə qədər gedib çatır. Tuzlanın müasir tarixi, Osmanlı İmperiyasında əhəmiyyətli bir qarnizon şəhəri halına gəldiyində, yəni 1510-cu ildən başlamışdır.Tuzla şəhəri, Bosniya və Herseqovinanın ən mədəni şəhərlərindən biri olaraq qəbul edilir və Bosniya Müharibəsində və sonrasında şəhərin əvəzçi xarakterini, boşnaklar, serblər, xorvatlar və bosniya yəhudi azlıqları ilə tutmağı bacarmışdır. == Etimologiyası == "Tuzla" şəhərinin adının mənası, şəhərin altında yerləşən zəngin duz yataqlarına görə Osmanlılar tərəfindən adlandırılmışdır.
Tuzla (İstanbul)
Tuzla — İstanbul ilinin ilçəsi. Pendik bələdiyyəsinin yanında şəhərin Asiya tərəfində bir bələdiyyədir. Tuzla, şəhərin şərq sərhəddində, Mərmərə dənizinin sahilindəki başlıq ərazidədir. Bələdiyyə başçısı Şadi Yazıcıdır. (AKP) == Tarixi == Başlıq ərazisinin yunan adı 'Akritas' (Ακρίτας) idi. Osmanlı dövründə bu balıqçılıq və əkinçilik kəndinin sakinləri əsasən yunan idi və 1920-ci illərin əvvəllərində Türkiyə Cümhuriyyətinin qurulmasından sonra əhali mübadiləsində bu insanlar Salonika, Kavala və Drama Türk sakinləri üçün dəyişdirildi. == Tuzla bu gün == Balıqçılıq gəmiləri hələ də mövcuddur, lakin 1980-ci illərin sonuna qədər balıqçılıq sənayenin, xüsusən gəmiqayırma sahəsinin üstündən keçdi; Tuzla gəmiqayırma zavodları bu gün də fəaliyyət göstərir. Tuzla şəhərindən hələ də kənd təsərrüfatına gedən bəzi kənd təsərrüfatı var, baxmayaraq ki, sənaye inkişafı da var. Tuzla dəniz cəbhəsi və bir çox balıq restoranları ilə məşhur olan kiçik bir şəhərdir. Bu həm də varlı İstanbul sakinləri və ya təqaüdçülər üçün şəhərdən çox uzaq olduğu, daha az toplaşdığı və hələ də özünə "kiçik bir şəhər hissini" qoruduğu üçün ev almaq üçün məşhur bir yerdir.
Tuzla Beynəlxalq Hava Limanı
Tuzla Beynəlxalq Hava Limanı (bosn. Međunarodni Aerodrom Tuzla) (IATA: TZL, ICAO: LQTZ) — Bosniya və Herseqovinaya aid olan Tuzla şəhəri yaxınlığında yerləşən hava limanı. Bu birgə bazanın bir aerodromudur. Mülki kommersiya təyyarələrini saat 06: 00-dan 20: 00-dək, ümumi aviasiya və korporativ aviasiya təyyarələri isə saat 06: 00-dan 17: 00-dək qəbul edə bilər. == Tarixi == Tuzla Beynəlxalq Hava Limanı Yuqoslaviya Sosialist Federativ Respublikasında ən iri hərbi aerodromlardan biri olmuşdur. 1992-ci ildə onun üzərində nəzarəti BMT sülhməramlıları ələ keçirmişdir. 1996-cı ildən isə SFOR qüvvələrinin ən əsas hava limanı funbksiyası yerinə yetirirdi. 1998-cı ildə Tuzla kantoonu burada Tuzla mülki hava limanını açmışdır. Tuzla Beynəlxalq Hava Limanı 10 oktyabr 1998-cı ildə rəsmən mülki hava limanı olaraq aşılmışdır. Bununla belə burada hələdə hərbi baza yerləşir.
Tuzla adası
Tuzla adası (krımtat. Tuzla, Тузла, ukr. Тузла, türkcə. tuz "duz", türk., qıpçak. tuzlu "duzlu") — qumdan təşkil olunmuş, sahəsi 3,5 km² təşkil edən ada. Adanın uzunluğu 5 - 6,5 km, eni isə 0,5 km təşkil edir. Kerç boğazı, Azov dənizi, Kerç yarımadası ilə Taman yarımadası arasında yerləşir. 2003-cü ildə Rusiya ilə Ukrayna arasında ada ilə əlaqədar yaranan konfliktdən sonra məşhurlaşmışdır. == Tarixi == 2,5 min il öncə adanın yerləşdiyi sahillərdə suyun səviyəsi 4 metr aşağı olmuşdur. Bu isə onu deməyə əsas verir ki, adanın sahəsi indikindən dəfələrlə böyük və Taman yarımadasına birləşik olmuşdur.
Tuzla burnu
Tuzla burnu (rus. Тузла) — Krasnodar diyarının ucqar nöqtəsidir (36°36′ ş. u.; 2003-cü ildə Tuzla dilinin bərpa olunmuş hissəsini çıxmaqla). Burunun sahili sıldırımlıdır. Burada hündürlük 15 metrə çatır. Taman stansiyasından 8 km aralıda yerləşir. Burun əhəng daşından ibarətdir. Yerli əhali Tuzla burnunu Dəvə burnu adlandırırlar.
Tuzla dili
Tuzla dili, ukr. коса Тузла) — Kerç boğazında yerləşən dil. Vaxtı ilə Taman yarımadasına bitişik olaraq uzanır. 1920-ci illərdə Tuzla adasının yaranması ilə dilin uzunluğu azalmışdır. == Etimalogiya == Tuzla dilinin adı türk dillərində işlənən «duz» və ya «düz» sözlərindən yaranması ehtimal edilir. Yunan mənbələrində Аkme olaraq keçir. == Coğrafiya == Hazırda Tuzla adası uzun və ensiz dambanı xatırladır. Ada Taman yarımadasına doğru istiqamətlənir. Dilin qərb hissəsi boğazla ayrılır. Bu hissə Ukrayna ərazisinə daxildir.
Tuzlov çayı
Tuzlov (Sol Tuzlov çayı; rus. Тузлов, (Левый Тузлов)) — Rusiyanın Rostov vilayəti ərazisindən axır. Aksay çayının qoludur. Çayın uzunluğu 182 kilometrdir, hövzəsinin sahəsi 4680 km²-dir. Mənsəbi Novoçerkassk şəhəri ərafında yerləşir. == Coğrafiya == Çay Ukraynanın Dones vilayəti ərazisindən başlayır. Tuzlov çayı əsasən düzən ərazidən axır. Relyef suyun axınına və sürətinə təsir göstərir. Yatağı lillidir. Bu səbəbdən meandrlıdır.
Tuzlubino (Baltas)
Tuzlubino (rus. Тузлубино, başq. Тоҙлоуба) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 245 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 3 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 73 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (72%) üstünlük təşkil edir.
Tuzxurmatu
Tuzxurmatu (ərəb. طوز خورماتو‎, türk. Tuzhurmatu, kürd. دووزخورماتوو,) — İraqın Səlahəddin mühafazasında şəhər, eyni adlı qəzanın və nahiyyənin inzibati mərkəzi. == Ərazisi == Tuzxurmatu Kərkük şəhərindən cənuba doğru 70 km uzaqlıqda yerləşir. Tuzxurmatu ilə Səlahəddin mühafazasının Tikrit şəhəri arasındakı məsafə isə 90 km-dir. == Əhalisi == 1957-ci il siyahıyaalınmasının rəsmi yekunlarına əsasən şəhərdə 8.978 nəfər əhali yaşayırdı. Qeyri-rəsmi təxminlərə əsasən həmin siyahıyaalınma zamanı bütün şəhər əhalisi etnik türkmanlardan ibarət olmuşdur.
Tuzxurmatu qəzası
Tuzxurmatu qəzası (ərəbcə: قضاء طوز خور ماتو) — İraq Respublikasının Səlahəddin mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Tuzxurmatu şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.316 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Tuzxurmatu nahiyyəsi (ərəbcə: ناحية طوز خور ماتو), Əmirli nahiyyəsi (ərəbcə: ناحية آمرلي) və Süleymanbəy nahiyyəsi (ərəbcə: ناحية سليمان بيك). == Əhalisi == === Etnik tərkibi === OŞSAM-ın 30 may - 2 iyun 2009-cu il tarixində apardığı araşdırmaya əsasən bütün Səlahəddin mühafazsında təxminən 1.200.000 nəfər, Tuzxurmatu qəzasında isə təxminən 190.000 nəfər əhali yaşayır. Tuzxurmatu şəhəri və qəzadakı digər yaşayış məntəqələrində yaşayanlar da daxil olmaqla bütün qəzada toplam təxminən 75.000 etnik türkman məskunlaşmışdır. Ancaq bundan əlavə də qeyd etmək lazımdır ki, qəzada yaşayan, özünü ərəb hesab edən çox sayda insan kökən olaraq türkmandırlar. Qəzanın inzibati mərkəzi Tuzxurmatu şəhərində yaşayan türkmanların əksəriyyəti şiə, az qismi sünnidir, əksinə kəndlərdə yaşayanların isə çoxu sünni, az hissəi isə şiə müsəlmanlardır. Qəzanın türkman əhalisi əsasən qədim Bayat boyundan törəmişdir.
Yengicə (Tuzxurmatu)
Yengicə və ya Böyük Yengicə — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Tuzxurmatu nahiyyəsində kənd. == Coğrafiya == Yengicə kəndi Tuzxurmatu şəhərindən cənub-qərbdə, Tuzxurmatu-Tikrit avtomobil şossesinin üstündə, Ağsu çayının sağ sahilinə yaxın düzənlikdə, dəniz səviyyəsindən 196 metr hündürlükdə yerləşir. Tuzxurmatu şəhəri ilə Yengicə kəndi arasındakı məsafə 3 km-dir. == Əhali == OŞSAM-ın 30 may - 2 iyun 2009-cu il tarixində apardığı araşdırmaya əsasən Yengicə kəndində təxminən 14 min nəfər əhali yaşayırdı.
Çardaqlı (Tuzxurmatu)
Çardaqlı — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd. Kənddə danışılan yerli ləhcədə kəndin adına bəzən Çardaxlı və ya Çardağlı da deyilir. == Coğrafiya == Çardaqlı kəndi Tuzxurmatu şəhərindən cənub-qərbdə, Ağsu çayının sol sahilinə yaxın (təxminən 1.1 km uzaqlıqda) düzənlikdə, dəniz səviyyəsindən 172 metr hündürlükdə yerləşir. Tuzxurmatu şəhəri ilə Çardaqlı kəndi arasındakı məsafə 10 km-dir. == Əhali == OŞSAM-ın 30 may - 2 iyun 2009-cu il tarixində apardığı araşdırmaya əsasən Çardaqlı kəndində təxminən 1.4 min nəfər əhali yaşayırdı. Monoetnik əhaliyə sahib kəndin sakinləri türkmanlardır. Kəndin əhalisi qədim Bayat boyudan törəmişdir.
Üçtəpə (Tuzxurmatu)
Üçtəpə — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasında kənd. Kəndin əhalisini qədim Bayat boyudan törəmiş etnik türkmanlar təşkil edir.
Şahsevən (Tuzxurmatu)
Şahsevən — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Tuzxurmatu nahiyyəsində kənd.
Tuzla adası münaqişəsi
Tuzla adası münaqişə — 2003-cü ilin sonunda Rusiya-Ukrayna münasibətlərində Tuzla adasının mülkiyyəti ilə bağlı mübahisələrin və Rusiyanın Kerç boğazında Tuzla adasına bənd tikməsinin səbəb olduğu böhran. Bəzi analitiklərin fikrincə, bəndin tikintisi Kerç boğazı və Azov dənizinin statusunu həll etmək üçün Ukraynaya təzyiq göstərmək məqsədi daşıyırdı. 7 yanvar 1941-ci ildə RSFSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə ada Krım MSSR-in tərkibinə daxil edilir və artıq Krım vilayəti adı ilə 19 fevral 1954-cü ildə Ukrayna SSR-ə verilir. Bundan sonra sovet dövründə nəşr olunan xəritələrdə ada Ukrayna SSR ərazisi kimi göstərilirdi. Krım yarımadasından naviqasiya kanalı ilə, Taman yarmadasaından isə balıqçı qayıqlarının keçməsi üçün qurulmuş dayaz bir kanalla ayrılır. Dilə sahiblik problemi ondan qaynaqlanırdı ki, Ukrayna Kerç boğazının qərbinə, Rusiya isə şərq sahillərinə sahib olsa da, Ukraynanın Tuzla dilinə sahib olması onun yeganə hissəsində ona gətirib çıxardı. Tuzla ilə Krım yarımadası arasında Kerç boğazının dibi boyunca çəkilmiş dəniz gəmi kanalı, bu kanalın hər iki sahili Ukraynanın mülkiyyəti idi və bu Ukraynaya birtərəfli qaydada gəmiçilik kanalından, o cümlədən Rusiya gəmilərindən keçid haqqı almağa imkan verirdi. == Münaqişənin gedişi == Adanın Krasnodar diyarına aid olub-olmaması məsələsi hələ 1997-ci ildə Aleksandr Travnikov tərəfindən “Tuzla dili: Siyahıya alınmış ərazi” kitabında qaldırılmışdı. 29 sentyabr 2003-cü ildə Krasnodar diyarının səlahiyyətliləri (qubernator Aleksandr Tkaçev) Taman yarımadasının sahil zolağının eroziyasının və dillərin qarşısını almaq məqsədi ilə Taman yarımadasından Kerçə doğru sərhəd Tuzla adasına bənd tikməyə başlayır. 23 oktyabr 2003-cü ildə dövlət sərhəd xəttinin 102 metrliyində (Ukrayna tərəfindən birtərəfli elan edilib[5]) bəndin tikintisi dayandırıldı.

Значение слова в других словарях

гильоти́нка жу́ткий медвежкова́тость недотро́га отплои́ть подойти́ ти́ковый ве́ерный закро́йка перепря́таться переу́лком почёт шерстобо́йный acerous Guinness jobmaster live wire logarithmic one-armed sneaky wonderment беспомощный диапроектор дочитать подоить