töküşdürmək
törədici
OBASTAN VİKİ
Töküntü (bitki)
Töküntü (bitki) – Bitkinin ölü hissəsi olub ölü kütləyə aiddir, bura torpağın səthinə və ya su hövzəsinin dibinə tökülən yarpaqlar, budaqlar, çiçəklər, toxumlar, meyvələr, qabıqlar, tozcuqlar, sporlar və s. daxildir. İllik töküntü bəzi bitki qruplaşmalarında (xüsusilə meşə) torpaq səthində döşənək yaradır. Torpağın səthinə, sonra isə onun qatlarına töküntü ilə bitki sintez edən üzvi maddə ilə yanaşı, torpaq qatlarından mənimsənilən mineral (kül elementləri) maddələr də daxil olur. Süxur töküntülərində suda asan həll olunan və bitkilər üçün zərərli duzların miqdarının yol verilən həddən (>0,25%) çox, yüksək qələvi (su suspenziyasında pH-ın 9,0-dan yuxarı) və güclü turş mühitin (pH-3,5-dən aşağı) olması ilə yaranır. Töküntülərdə ağır metalların (qurğuşun, sink, civə, kadmium, xrom və başqa elementlər) həddən çox toplanması ilə də canlı aləm üçün toksiklik yarana bilər. Töküntülərdə yayılan ilkin bitkilər. Bitkilərin tərkibi töküntüləri əhatə edən ərazidə yayılmış səciyyəvi bitkilərin xüsusiyyətlərindən, bitki sporlarının yayılmasından və töküntü süxurlarının aqrokimyəvi xassəsindən asılıdır. Töküntülərdə ilk bitki toxumlarının çıxışı küləklə gətirilən bitki növləri hesabına olur. Rayonun təbii amillərindən və töküntüləri təşkil edən süxurların fiziki və kimyəvi xassələrindən asılı olaraq ilkin ot bitkiləri alaq və ya yayılma arealına malik zonal bitki növləri ola bilər.

Значение слова в других словарях